1-ci tip diabet

Просмотров: 60836
Şəkərli diabet I tip

 


PASİYENTLƏR ÜÇÜN KİTAB


DİABET HAQQINDA ƏSAS MÜDDƏALAR
Diabet nədir ?
Şəkərli diabetin yayılması
Qanda şəkər nəyə lazımdır ?
Qanda şəkərin norması
Şəkərli diabet diaqnozu nə vaxt təyin edilir ?
Şəkərli diabet və norma arasında nə var ?
Qanda şəkərin qalxması və enməsi
Qanda şəkəri tənzimləmə mexanizmi
Qanda şəkərin qalxmasının əlamətləri
Aseton. Diabetik koma
Şəkərli diabetin tipləri
Diabet müalicə olunurmu ?
Ailə üzvlərində şəkərli diabetin inkişaf ehtimalı


ÖZÜNƏNƏZARƏT
Özünənəzarətin vacibliyi
Özünənəzarət zamanı əsas parametrlər
Sidikdə şəkərə özünənəzarət
Qanda şəkərə özünənəzarət
Özünənəzarətin tezliyi
Barmağın deşilməsi
Qanda şəkərə özünənəzarət vasitələri
Keton cisimlərinə özünənəzarət.
Özünənəzarətin gündəliyi.
Qlikozalaşmış hemoqlobin

QİDALANMA
Dieta lazımdırmı ?
Zülalar və yağlar.
Karbohidratlar.
Sadə və mürəkkəb karbohidratlar
Çörək vahid sistemi.
Hansısa qidaya üstünlük verilməlidirmi ?
Asan mənimsənilən karbohidratlar.
Qidalara məhtudiyyət
Əgər sizdə artıq çəki varsa
Şəkərəvəzedicilər
Alkoqol.

İNSULİNOTERAPİYA
İnsulinin kəşfi
Heyvani və insan mənşəli insulin preparatları
İnsulinin təsir müddəti
İnsulinlə müalicə rejimi
İnsulinin dozası
İnsulinin dozasının azaldılması qaydaları
İnsulinin dozasının artırılması qaydaları.
İntensiv insulinoterapiya zamanı qeyri-standart variantlar
İnsulinin saxlanması
İnsulinin konsentrasiyası.
İnsulinin şprisə doldurulması .
Bir şprisdə insulinlərin qarışdırılması.
İnsulinin yeridilmə qaydası.
Şpris-qələm.
İnsulinin inyeksiyasının yeri.
İnsulin pompaları.

HİPOQLİKEMİYA
Hipoqlikemiyanın səbəbləri.
Hipoqlikemiyanın əlamətləri.
Hipoqlikemiyanın müalicəsi.
Ağır hipoqlikemiya.

FİZİKİ HƏRƏKƏTLƏR
Fiziki hərəkərlərin diabetə təsiri.
Fiziki hərəkətlərdən əvvəl qanda şəkər
Fiziki hərəklərin davam etmə müddəti.
İdman və diabet.

YANAŞI XƏSTƏLİKLƏR
Yanaşı xəstəliklərin diabetə təsiri.
İnsulin dozasının artırılma yolları
Qidalanma və maye qəbulu rejimi
Xəstəxanaya yerləşdirmə

DİABETİN AĞIRLAŞMALARI
Şəkərli diabet hansı orqanlarda ağırlaşma verə bilər
Gözlərin zədələnməsi. Diabetik retinopatiya.
Diabetik retinopatiyanın müalicə və profilaktilkası.
Katarakta.
Böyrəklərin zədələnməsi. Diabetik nefropatiya
Arterial təzyiqin yüksəlməsi.
Diabetik nefronopatiyanın müalicə və profilaktilkası.
Ayaqların zədələnməsi.
Ayaqların zədələnməsinin müalicə və profilaktikası.
Ayaqlara düzgün qulluq.
Diabet zamanı nə etmək olmaz.
Diabet zamanı ayaqlara belə qulluq etmək lazımdır.
Pəncələrin zədələnməsi zamanı ilk yardım.
Ağırlaşmaların əmələ gəlməsinin qarşısını almaq mümkündür !

QOŞMA
I tip şəkərli diabet xəstələrinin gündəliyi
İnsulin preparatlarının xarakteristikası.
Çörək vahidi cədvəli.

Diabet haqqında ümumi müddəalar


 

 

Diabet nədir?
Şəkərli diabet qanda şəkərin yüksək olmasıdır. Daha doğrusu şəkərli diabet bir xəstəlik olmayıb, xəstəliklər qrupudur. Ümumdünya Səhiyyə Təşkilatını qəbul etdiyi şəkərli diabetin təsnifatına uyğun olaraq, onun bir neçə növdən ibarət olduğunu qeyd edə bilərik. Şəkərli diabet əsasən I və II tip olur.
Bundan əlavə diabetin digər nadir və spesifik növləri - genetik defektlə, mədəaltı vəzi ilə, bəzi endokrin xəstəliklərlə (hipofiz, böyrəküstü vəzi, qalxanvari vəzi), bəzi dərman preparatlarının qəbuli ilə əlaqədar müşahidə olunan növləri təsadüf edilir.


Xüsusi qrupa hamilələrdə diabet aiddir. Bütün sadaladığımız bu növlər I və II tip şəkərli diabetə nisbətən az təsadüf edilir.

Başlanğıca

Şəkərli diabetin yayılma dərəcəsi
Diabetlə xəstələnmə göründüyündən daha çox təsadüf edilir. Hal-hazırda dünyada 150 milyondan çox qeydiyyatda olan şəkərli diabetli xəstə vardır.
Ekspertlərin rəyinə görə ilkin mərhələsi nəzərə alınması şərti ilə aşkar olunmamış şəkərli diabet aşkar olunmuş diabetə nisbətən 2-3 dəfə daha çoxdur. İnkişaf etmiş ölkələrdə bu xəstəliklə xəstələnmə 4-5%, inkişafda olan ölkələrdə isə 10 % və daha çoxdur. Əlbətdə ki, bu insanların əksəriyyəti (90 %-dən çox) piylənmə ilə əlaqələndirilən II tip şəkərli diabetdir. Bəzən hətta şəkərli diabet epidemiyası haqqında da danışırlar.


Rusiyada rəsmi olaraq 2 milyondan çox şəkərli diabet xəstəsi var ki, bunların da 250 000-i I tip xəstələridir.

Başlanğıca


Qanda şəkər nəyə lazımdır ?
Yuxarıda qeyd etdiyimiz kimi şəkərli diabetin əsas əlaməti qanda şəkərin yüksəlməsidir. Hər bir insanın qanında şəkər varmı ? Əlbəttə. Daha doğrusu hər bir insanın qanında qlükoza vardır. Bu səbəbdən də “qanda şəkər” termini duzgün sayılmır, “qanda qlükoza” adlandırmaq lazımdır ki, bunlar kimyəvi quruluşuna görə də bir-birindən fərqlənirlər. Lakin artıq qanda şəkər termininə adət etdiyimizə görə biz də bundan sonra belə işlədəcəyik.

Qanda şəkər nəyə lazımdır ? Qlükoza orqanizmin enerjisi üçün vacib mənbələrdən biridir. Qəbul edilən qida mədədə və bağırsaqda həzm edilir. Qlükoza qidadan qana sorulur və orqanizm tərəfindən enerji mənbəyi kimi – hərəkət etmək, fikirləşmək, böyümək və s. üçün istifadə olunur.

Başlanğıca

Qanda şəkərin norması
Normal insanların qanında şəkər sutka ərzind aşağıdakı kimi tərəddüd edir: acqarına 3.3 – 5.5 mmol/dl (60-100%), qida qəbulundan 2 saat sonra 7.8 mmol/dl (140 %) olur.
Acqarına dedikdə səhər vaxtı, axşam yeməyindən 8-14 saat sonra nəzərdə tutulur. Yeməkdən sonra dedikdə, qida qəbulundan 2 saat sonra başa düşülür.
Hal-hazırda bizim ölkədə ölçü vahidi kimi millimolun litrə nisbəti qəbul edilib. Əvvəllər qanda şəkər mq% (milliqramın faizi) ilə ölçülürdü ki, bu da mq/dl (milli qramın desilitrə hasili) ilə eynilik təşkil edir. Mmol/dl-i mq% -ə çevirmək üçün və ya əksinə, 18 koefisientindən istifadə olunur, məsələn:
5.5 (mmol/l) x 18 = 100 (mq%)
140 (mq%) / 18 = 7.8 (mmol/l).
Bunlardan əlavə qeyd etmək lazımdır ki, qanda və plazmada (plazma qanı laborator üsulla emalı nəticəsində alınır) şəkərin miqdarı bir-birindən fərqlənir. Hətta kapilyar və venoz şəkər təyinində də fərq ola bilər. Yuxarıda göstərilənlər kapilyar qanda şəkərin göstəricisidir. Sonrakı qeydlərimizdə kapilyar şəkər nəzərdə tutlacaqdır.

Başlanğıca

Nə vaxt şəkərli diabet diaqnozu təyin edilir ?
Şəkərli diabet diaqnozu insanda iki dəfədən az olmayaraq qanında şəkər normadan artıq təyin edildikdə təsdiqlənir. Şəkərli diabetin göstəriciləri belə olmalıdır:
Qanda şəkər acqarına 6.1 mmol/l-dən çox və ya təsadüfi təyin etmə, yəni günün istənilən vaxtı 11.1 mmol/ldən çox olmalıdır.
Əgər acqarına və ya təsadüfi təyin etmə müddəti zamanı hər hansı tərəddüdünuz olarsa, xüsusi qlükozaya tolerantlıq testi yoxlanılır. Bu zaman pasiyentə qlükoza içirdilir (75 qr. 250 ml suda) , iki saatdan sonra qanda şəkər ölçülür. Diabetin olmasına əsas şərt 11.1 mmol/l-dən yuxarı olması vacibdir. Təkrar edirik: diabet diaqnozunu təyin etmək üçün qanda şəkər yuxarıda göstərildiyi kimi iki dəfədən az olmayaraq təyini nəzərdə tutulur ki, bu da müxtəlif günlərdə də təyin edilə bilər.
Norma və şəkərli diabet arasında nə yerləşir ?


Norma və şəkərli diabet arasında aralıq bir vəziyyət vardır ki, bu da çox çətin adlandırılaraq qlükozaya tolerantlığın pozulması (qanda şəkəin miqdarı acqarına 6.1 mmol/lə kimi, iki saat qlükoza yüklənməsindən sonra 7.8-dən 11.1 mmol/l arasında) adlanır. Bu diaqnoz gələcəkdə diabetin inkişafını göstərir və qeyri-rəsmi olaraq prediabet adlanır. Son zamanlar daha bir anlam: acqarına qlikemiyanın pozulması (acqarına qanda şəkərin 5.5 mmol/l-dən 6.1-ə qədər, qlükoza yüklənməsindən sonra 7.8 mmol/l-ə qədər) da vardır ki, bu da gələcək diabetin inkişafı ehtimalı kimi başa düşülür.

Başlanğıca

Qanda şəkərin yüksək və aşağı olması.
Qanda şəkər tibbi terminlə qlikemiya adlanır. Müvafiq olaraq qanda şəkərin miqdarının yüksəlməsi hipoqlikemiya adlanır. Hiperqlikemiyanın şəkərli diabetin əsas əlaməti olsa da onun səviyyəsini normaya yaxınlaşana kimi aşağı salmaq lazımdır. Əgər qanda şəkərin miqdarı daim yüksək olursa, bu ilk növbədə əlvalın korlanmasına, ikincisi xroniki ağırlaşmış şəkərli diabet meydana gələ bilər. Xroniki (və ya gecikmiş) ağırlaşmalar gözləri, böyrəkləri və xəstənin ayaqlarını zədələyə bilər. Diabetin ağırlaşmasına bu kitabda ayrıca bölmə tərtib edilib.


Diabetli xəstədə qanda şəkər normanın aşağı həddində də aşağı (3.3 mmol/l) düşə bilərmi ? Bəli, insulinlə müalicə zamanı bele hallar olur ki, bu da hipoqlukemiya adlanır.

Başlanğıca


Qanda şəkərin səviyyəsinin tənzimlənməsi
Bu kitabda adı çəkilən məsələ barəsində daha geniş danışılacaq. Yüxarıda deyildiyi kimi qanda şəkər əzələ, piy, qara ciyər hüceyrələri üçün vacib enerji mənbəyi rolunu oynayır. Şəkər orqanizmə bir neçə yolla – bəzi qidalar (karbohidratlar) və qaraciyərdə qlükogen şəklində yığılmış ehtiyatdan daxil ola bilər.
Hər iki mənbəədən şəkər qana , oradan da toxumalara gedir. Bəs bu necə baş verir ? Orqanizmdə insulin adlanan xüsusi maddə vardır ki, bunu həyata keçirən də məhz odur.
İnsulin zülali maddə olub, hormonlar sinifinə aiddir və çox kiçik dozalarda sintez edilir. Bu hormon mədəaltı vəzin adacıqlarında, xüsusi β hüceyrələrdə (beta – hüceyrələr) hazırlanır və oradan da qana keçir


Mədəaltı vəzinin digər hüceyrələrinin yerinə yetirdiyi daha bir funksiyası var ki, bu da həzm prosesində iştirak etməsidir. Mədəaltı vəzin şirəsi vəzidən bağırsağa keçir. Qeyd etmək lazımdır ki, diabet zamanı həzm funksiyası adətən pozulmur.
Bəzən mədəaltı vəzi nahiyyəsində ağrı olur. Ağrı və həzmin pozulması diabetlə mədəaltı vəzinin həzm hissəsinin xəstəliyinin bir yerdə olması zamanı müşahidə oluna bilər (məsələn: pankreatit).
İnsulin qandan şəkərin qəbul edilməsi üçün orqanizm hüceyrələrini açan “açar” kimi qəbul edilir və onlara şəkərin daxil olmasına imkan verir. İnsulinin təsiri ilə qandan şəkər hüceyrəyə keçdikdə qanda şəkər aşağı düşür. Qanda şəkərin aşağı düşmə səbəbi budur. Qanda şəkərin “yanması”, “parçalanması” baş vermir !
Beləliklə, insulin sintezi azaldığı halda qanda şəkər qalxır.

Başlanğıca

Qanda şəkərin qalxma əlamətləri
Qanda şəkərin səviyyəsinin kifayət qədər qalxması zamanı xəstə özündə müəyyən əlamətlər və əhvalın dəyişməsi müşahidə edir.
Qanda şəkərin qalxma əlamətləri aşağıdakılardır:
• Ağızda quruluq, susuzluq, sidik ifrazının tezləşməsi (o cümlədən gecə yarısı sidik ifrazı) xaric olunan sidiyin miqdarının artması.
Əlamətlərin meydana gəlməsi aşağıdakı mexanizmlə izah olunur. Belə ki, qanda şəkər normal olduqda sidiyə şəkər keçmir. Normal vəziyyətdə orqanizm “bioloji yanacaq” kimi şəkərdən çox qənaətlə istifadə edir. Burada böyrəklərin funksiyası da müəyyən əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, böyrəklər daxili sabitliyi tənzimləyir: o qandan lazımsız maddələri, o cümlədən toplanmış əlavə maddələri xaric edir, lazım olanları isə saxlayır. Əgər qanda həddən artıq şəkər yaranarsa, o sidiklə xaric olur. Lakin bu prosess qanda şəkəri normallaşdırmağa imkan vermir. Qanda şəkərin səviyyəsinin şəkərin sidiyə keçməsinə səbəb olan miqdarı “qlükozanın böyrək həddi” adlanır.
Adətən qlükozanın böyrək həddi qanda şəkər 8 mmol/l-dən 10 mmol/l-ə kimi olan intervalda meydana gəlir . Buradan da normada sidikdə niyə şəkərin olmaması aydınlaşır: axı qanda şəkərin maksimal miqdarı 7.8 mmol/l-dir. Düzdür, individual qlükozanın böyrək həddi böyrək xəstəlikləri, yaş və ya digər səbəbdən dəyişilə bilər. Bəzən elə hallar olur ki, qanda şəkər normal olduğu halda, sidikdə çox miqdarda şəkər müşahidə olunur. Əslində burada qəribə heç nə yoxdur. Bunun açıqlaması budur ki, sidik yığılan zaman qanda şəkər yüksək olub. O müvafiq olaraq sidikdə müşahidə olunur, lakin hal-hazırda (məsələn, səhər acqarına) qanda şəkərin miqdarı normal olur.
Sidiklə şəkərin xaric olması üçün çox miqdarda su tələb olunur ki, bu da orqanizmin hüceyrələrindən alınır ki, bu da susuzlaşmaya səbəb olur. Buradan da suszluq, ağızda quruluq, dərinin quru olmasının səbəbi aydınlaşır. Bununla da insan ona görə çox miqdarda sidik xaric etmir ki, çox maye qəbul edir, əksinə, ona görə çox su içir ki, çox sidik xaric edir. Bu deyilənləri nəzərə alaraq deyə bilərik ki, şəkərli diabetdən əziyyət çəkən şəxslər susuzlaşmanın qarşısını almaq üçün mütləq çox miqdarda maye qəbul etməlidir.


• Zəiflik, əzginlik, yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi.
Bu əlamətlərin meydana gəlməsini insulinin təsir mexanizmini bildikdə aydınlaşdırmaq mümkündür. Əgər qanda şəkərin miqdarı yüksəkdirsə, deməli o hüceyrəyə daxil olmur, enerji mənbəyi rolunda iştirak etmir və sizin orqanizminizin normal işləməsinə mane olur.
• İştahın yüksəlməsi, bədən çəkisinin azalması.
Bunun səbəbi insulin çatışmazlığı fonunda şəkər enerji sintez edə bilmir, bu zaman orqanizm enerji mənbəyi kimi digər insulin tələb olunmayan mənbəələr axtarır. Belə mənbəələrdən biri də yağ ehtiyatlarıdır, bu səbəbdən də həmin şəxs arıqlamağa başlayır və həmişə aclıq hissi ilə yaşayır. Arıqlamağa başqa səbəb də orqanizmin susuzlaşmasıdır.
• Dəri zədələnmələrinin (yara, çapıq) çox gec sağalması, frunkulların əmələ gəlməsi.
Bunun izahı qanda şəkərin miqdarının yüksəlməsi fonunda immunitetin zəifləməsi və orqanizmin infeksiyaya müqavimətinin azalmasıdır.
• Dəri və selikli qişaların qaşınması
Bütün sadalanan əlamətlər heç də həmişə bir yerdə müşahidə olunmur: xəstədə əlamətlərdən bir və ya ikisi ola bilər. Eyni zamanda bəzi əlavə simptomar da meydana gələ bilər, məsələn: baş ağrı, görmənin zəifləməsi və s. Əksər hallarda hiperqlikemiya yalnız ilk etapda xəstələri narahat edir, lakin sonralar belə demək mümkündürsə , orqanizmdə yüksək qlükoza fonuna “adət etmə” yaranır və əlamətlər yox olur. Şəkərli diabetin “məkrliliyi” də bundan ibarətdir. Təcrübələr göstərir ki, qanında şəkərin miqdarı hətta 14-16 mmol/l olan əksər xəstələr əhvallarının pozulmasını hiss etmirlər. Qanda şəkərin miqdarının kəskin qalxması, hətta “adət etmə” fonunda belə yüxarıda qeyd etdiyimiz əlamətləri verə bilər.
Əgər şəkərli diabet vaxtında müalicə edilməzsə, vəziyyətin kəskin pisləşməsi müşahidə oluna bilər. Əgər xəstə artıq müalicə qəbul edirsə, kəskin pisləşmə (həkimlər bunu dekompensasiya adlandırırlar) diabetə digər xəstəliyin qoşulması ( ağciyərlərin iltihabı, kəskin appendisit və s.) və ya insulinin kəsilməsi ılə izah edirlər.

Başlanğıca

Aseton, diabetik koma
Bu halda qanda şəkər çox qalxır, bu fonda da orqanizmdə xüsusi maddə - keton cisimlər, sadə dillə desək aseton əmələ gəlir. Asetonun əmələ gəlməsinin qarşısını almaq üçün orqanizm onu sidiklə xaric edir ki, bu da analiz nəticəsində aşkar olunur. Bəzi xəstələrdə hətta ağızdan da aseton iyi gələ bilər ki, bunu da yaxın şəxslər dərhal hiss edirlər.
Asetonun əmələ gəlməsinə səbəb enerji mənbəyi kimi qlükoza istifadə edilməsi mümkün olmadıqda, istifadə olunan yağların parçalanmasıdır


Bununla da sxemdən göründüyü kimi asetonun əmələ gəlməsinə səbəb insulin çatışmazlığıdır, digər səbəblər (məsələn yağlı qida qəbul etmək) heç bir əhəmiyyət kəsb etmir. Bütün bu prosesslərin nəticəsində müalicə etməmək, digər zərərli maddələrin tolanması və susuzlaşma daha ağır vəziyyətə, huşun tamami ilə itirilməsinə - diabetik komaya səbəb ola bilər. Koma həyat üçün təhlükəli olsa da, heç vaxt qəflətən və hiss olunmadan baş vermir və bu səbəbdən də ona qarşı tədbirlər görmək olar. Bax bu səbəbədən də diabetdən əziyyət çəkən şəxslər öz sağlamlığının qayğısına qalmalı, vəziyyəti düzgün qiymətləndirməyi bacarmalı və vaxtında lazımi tədbirlər görməlidirlər.

Başlanğıca

Şəkərli diabetin tipləri
Qeyd edək ki, şəkərli diabet vahid xəstəlik deyil. Beynəlxalx təsnifatda onun bir neçə növü göstərilir, lakin çoxluq təşkil edən I və II tip şəkərli diabetdir.
I tip şəkərli diabet (əvvəllər onu insulindən aslı da adlandırırdılar) cavan yaşlarda təsadüf edilir, (əksər hallarda 30 yaşa qədər müşahidə olsa da, bəzi hallarda yaşlıinsanlarda da xəstələnmə halı müşahidə olunur), başlanğıcda kəskin olur, adətən aydın hiperqlikemiya əlamətləri ilə biruzə verir: xəstə arıqlayır, əzginlik , susuzluq hiss edir, çox miqdarda sidik ifrazı edir, sidikdə aseton aşkar olunur. Əgər lazımi vaxtda həkimə müraciət olmasa, insulnlə müalicəyə başlanmazsa, tezliklə vəziyyət ağırlaşacaq və diabetik koma inkişaf edəcəkdir.
I tip şəkərli diabetin əmələ gəlməsinə səbəb mədəaltı vəzidə β hüceyrələrin məhv olması nəticəsində insulin hasilinin kəsilməsidir.


Bu genetik meyllilik fonunda (yəni onunla bir yerdə doğulur) xarici faktorların təsiri ilə (məsələn viruslar) immun sistemin dəyişməsi ilə əmələ gəlir. Orqanizm öz β hüceyrələrini yad cisim kimi qəbul edir, ondan qorunmaq üçün xüsusi anticisimlər (infeksiyadan müdafiyə kimi) hasil edir ki, bunlar da β hüceyrələrini məhv edərək, orqanizmdə insulin çatışmazlığına səbəb olur. İnsulinin təsir mexanizmini yadımıza salaq - o şəkər üçün hüceyrələrin qapısını açan “açar” funksiyasını yerinə yetirir, təsəvvür edək ki, bu açar qandan yox olmuşdur. (bax. Şəkil). Bu proses β-hüceyrələrin 90 %-ə qədəri məhv olan zaman yaranır ki,, bunun da yeganə müalicəsi xaricdən insulin yeridilməsidir. Dieta və fiziki hərəkətlər bu növ diabetdə müalicə vasitəsi sayılmır, bunlar lazım olan dozanı təyin edib bədənə yeritmək üçün nəzərə alınan faktorlardır.
II tip şəkərli diabet (əvvəllər bunu insulindən aslı olmayan diabet də adlandırırdılar) daha tez-tez müşahidə olunur. Bu xəstəlik əsasən yaşlı xəstələrdə müşahidə olunub, adətən 40 yaşdan sonra təsadüf edilir. Bu tip xəstələrin 90 %-də artıq çəki müşahidə olunur. Bundan başqa II tip dibaetdə irsi faktorun da rolu böyükdür, belə ki, yaxın qohumlarda bu xəstəliklə xəstələnmə halları müşahidə oluna bilər. I tip diabetdən fərqli olaraq II tip şəkərli diabet qəflətən deyil, müəyyən müddət ərzində, çox vaxt hiss olunmadan inkişaf edir. Belə xəstələr uzun müddət xəstəlikdən əziyyət çəkə bilər, lakin xəstəliyindən xəbərsiz ola bilərlər. Qada şəkərin miqdarının yüksək olması təsadüfi olaraq, digər səbəbə görə müayinə olunduqda təyin edilir. Bəzən elə hallar olur ki, II tip şəkərli diabetdə hiperqlikemiyanın aydın əlamətləri (zəiflik, susuzluq və qaşınma) aydın xarakterli olsa da , aseton və diabetik koma II tip şəkərli diabetdə az hallarda müşahidə olunur. II tip şəkərli dibaetə digər xəstəlik qoşilduqda, bu hal inkişaf edə bilər: ağciyərlərin iltihabı, ciddi travma, irinli proseslər, infarkt və s zamanı.
II tip şəkərli dibaetdə mədəaltı vəzi insulin hasıl edir və hətta çox halda artıq sintez edir.
Əsas çatışmazlıq hüceyrələrin insulini qəbul etməməsidir, belə ki, hüceyrələr insulin üçün açıq olmur və nəticədə şəkər qandan toxumaya keçmir (bax şəkil).
Qanda şəkərin miqdarı yüksək olur. İnsulinə qarşı həssaslığın belə aşağı olması insulinə rezistntlik adlanır. Obrazlı desək “açar dilləri” (elmi dildə insulin reseptorları) hüceyrə qapısında deformasiyaya uğradığından açar qıfıla - insulin molekuluna uyğun gəlmir. Bu zaman insulin reseptorlarının deffekti olduğu üçün daha çox açar (daha çox açar, başqa sözlə daha çox insulin!)tələb olunur. Mədəaltı vəzi tərəfindən insulinə rezistentliyi aradan qaldırmaq və şəkərin miqdarını normallaşdırmaq üçün daha çox insulin hasil etmək iqtidarında deyil, belə ki, II tip şəkərli diabetdə β hüceyrələrin bu funksiyası azalmışdır. Nəticədə paradoksal bir vəziyyət - qanda həm insulin, həm də şəkər yüksək olması meydana gəlir. II tip şəkərli diabet müalicəsi I tip şəkərli diabetin müalicəsindən kəskin fərqlənir. Hətta I tip diabetin II tip diabetdən müalicə sxemi və taktikasına görə də fərqlənir. II tip şəkərli diabetdə müalicənin əsas məqsədi hüceyrələrin insulinə həssaslığını yaxşılaşdırmaqdır. İnsulinə qarşı həssaslığın səbəbi hələ də tam öyrənilməyib. Lakin mütəxəsislər yaxşı bilirlər ki, insulinə qarşı həssaslığın pozulmasının əsas səbəbi kimi artıq çəki, yəni orqanizmdə əlavə yağların toplanması sayıla bilər. Çoxsaylı elmi təcrübələr və çox illik müşahidələr nəticəsində demək olar ki, çəkinin azaldılması və ya normaya salınması xəstələrin əkasəriyyətində qanın şəkərə görə analizinin yaxşılaşmasına səbəb olur. Çəkinin normallaşdırılması məqsədi ilə dieta və fiziki hərəkətlər dərman müalicəsindən qaçmaq üçün çox gözəl effekt verir. Lakin dieta və fiziki hərəkətlər effekt vermədikdə dərman müalicəsindən istifadə olunur. Bunlardan bəziləri mədəaltı vəziyə təsir edir, insulin sintesini artırır, digərləri isə insulinin fəaliyyətini yaxşılaşdırır (insulinə rezistentliyi azaltmaqla). Bununla da qanda şəkər öz-özünə deyil, insulinin təsiri ilə azalmağa başlayır. Buna görə də onalrın təsir etməsi üçün β hüceyrələrinin ehtiyatının saxlaması vacibdir. Yüxarıda dediklərimizdən məlum olur ki, niyə görə I tip şəkərli diabetdə tabletlərin qəbulu mənasızdır, axı β hüceyrələrin əksəriyyəti məhv olub. II tip şəkərli diabetdə də bəzən insulin müalicəsi tətbiq olunur ki, bu da müvəqqəti xarakter daşıyır, cərrahi xəstəliklər, ağır kəskin xstəliklər və ya uzun müddətli müalicə üçün tələb olunur. Bax bu səbəbdən də bu tip xəstəliyi insulinə rezistent adlandırmaq məsləhət görülmür. Yadda saxlayın ki, müalicə taktikasına görə xəstəliyin tipi müəyyənləşmir.


II tip şəkərli diabetdə çəkinin azaldılması qanda şəkərin miqdarını uzun müddətli normallaşdırırsa da, bunu tam sağalma adlandırmaq olmaz.
I tip şəkərli diabetdə bəzən xəstəlin əvvəlində qanda şəkər insulin qəbulundan sonra normallaşsa da, sonradan ona tələbat olmur və tam insulindən imtina ola bilər. Lakin bu tam sağalma demək deyil. Bu hal adətən “bal ayı” və ya elmi dildə remissiya fazası adlanır.Bunu izahnın mütəxəsislər qanda şəkərin normallaşmasından sonra azacıq da olsa sağ qalmış β hüceyrələrin müəyyən müddət işləyə bilməsi ilə əlaqələndirirlər. Lakin sonra həmin hüceyrələr də məhv olur və yenidən insulinə xaricdən qəbul məcburiyyəti yaranır. I tip şəkərli diabetlə ilk dəfə xəstələnən şəxs bilməlidir ki, belə hallar onda da müşahidə oluna bilər və o xəstəliyinə qarşı daha həssas olmalıdır.

Başlanğıca

Diabet sağalan xəstəlikdirmi ?
Ümümiyyətlə desək şəkərli diabetin mexanizm və səbəblərinin öyrənilməsində böyük irəliləyişin olmasına baxmayaraq, o tam sağalması mümkün olmayan xroniki xəstəlik olaraq qalır. Qeyd edək ki, hal hazırda effəktiv nəzarət üsullarının və müalicə metodlarının hazırlanması, bu metodlardan istifadə edilməsi, ağırlaşmaların əmələ gəlməsinin, ömrün azaldılmasının və onun keyfiyyətinin pisləşməsinin qarşısını almış olur. Bu səbəbləri nəzərə alaraq demək olar ki, “diabet xəstəlik deyil, həyat tərzidir”.

Başlanğıca


Ailə üzvlərində şəkərli diabetin əmələ gəlmə ehtimalı.
Diabeti nəzarətdə saxlamağın əsas səbəblərindən biri də budur ki, nə vaxtsa, şəkərli diabetin tam müalicəsi tapılacaqı halda bu vaxtı diabetin ciddi ağırlaşmaları olmadan qarşılamaq əsas şərtdir. Çox güman ki, bu o qədər də asan olmayacaq, buna çox böyük qüvvə, həkimlər və pasietntlər tərəfindən bir neçə istiqamətdə güclərsini əsirgəməmək lazım olacaqdır. Bunalara baxmayaraq xəstəliyin gedişində və inkişafında irsi faktorun da rolunu inkar etmək olmaz, lakin yadda saxlamaq lazımdır ki, irsi olaraq diabet yox, ona meyllilik irsən keçir. Və bu hal I tip şəkərli diabetdə II tip şəkərli diabetə nisbətən dəfələrlə az müşahidə olunur. Əgər valideynlərdən biri I tip şəkərli diabetlə xəstədirsə, onun övladlarında bu xəstəliyin əmələ gəlməsi 5 %-dən çox olmur.


Əlbətdə ki, bu rəqəm tam sağlam valideynlərin uşaqlarındakından daha çoxdur və irsi faktor demək olar ki, nəzərə alınmır. Əgər hər iki valideyn I tip şəkərli diabetdən əziyyət çəkirsə, uşaqlarda xəstəliyin meydana gəlmə ehtinalı 20 % civarında olur. Lakin II tip şəkərli diabetin yaxın qohumlarda əmələ gəlmə ehtimalı bir neçə dəfə çox, çəki artıqlığı fonunda isə 100 % olur. Bu dediklərimizi nəzərə alaraq deyə bilərik ki, II tip şəkərli diabetin profilaktikasında ilk növbədə normal çəkinin saxlanılmasıdır. Lakin I tip şəkərli diabetin profilaktikasına dəqiq heç nə deyə bilmərik.

Başlanğıca


ÖZÜNƏNƏZARƏT

Özünənəzarətin vacibliyi
Özünənəzarət geniş anlamda şəkərli diabetdən əziyyət çəkən şəxslərdə, öyrənmə kursu keçərək müstəqil qərar çıxarması üçün subyektiv hissiyyat, qanda və sidikdə şəkərin və digər göstəricilərinin təyin olunmasını, qida rejimi, fiziki aktivliyin sərbəst təyinin qeydiyyatının aparılmasıdır. “Özünənəzarət” termininin düzgüz işlənməsi dar mənada xəstənin özü tərəfindən qanda və ya sidikdə şəkəri təyin etməklə maddələr mübadiləsinə nəzarətdir ki, bu bölmədə müzakirə mövzusu olacaqdır.
Müasir ekspress-analizlərin köməyi ilə xəstələr özləri mübadilə prosesslərinin parametrlərini müstəqil olaraq laborator analizlərin göstəricilərinə çox yaxın bir göstərici əldə etməyə imkan verir və onu qiymətləndirə bilirlər. Belə ki, bu göstəricilər hər gün, gün ərzində bir neçə dəfə analizləri təyin edib, müalicəni korreksiya etməyə imkan verir.
Niyə görə şəkərli diabetdən əziyyət çəkən xəstə qanda şəkəri yaxşı tənzimləməlidir ? Özünənəzarətin bir neçə məqsədi vardır: diabetin kəskin ağırlaşmalarından (diabetik koma kimi) , eləcə də xroniki ağırlaşmalarından (bir neçə orqanın zədələnməsi) qorunmaq üçün, həmçinin normal özünü hiss etmə, əgər bu uşaqdırsa, normal boy və fiziki inkişafını təmin etmə və cəmiyyətin tam mənalı üzvünə çevrilməyə imkan verir.


Yadda saxlayın ki, Özünənəzarət təkcə mütəmadi olaraq qanda şəkəri təyin etmə demək deyil, buna həm də nəticələri düzgün qiymətləndirmə, həm də qanda şəkərin istənilən göstəricilərinə nail olunmayıbsa müəyyən fəaliyyətləri planlaşdırmadır.
Diabetdə qanda şəkərin səviyyəsi normal həddə yaxın olmalıdır. Bu, diabetin ağırlaşmalarının ən yaxşı profilaktikasıdır. Lakin bunu əldə etmək o qədər də asan deyil. İlk vaxtlarda əgər acqarına qanda şəkərin miqdarını 8 mmol/l həddində və gün ərzində (o cümlədən yeməkdən sonra) 10 mmol/l saxlamaq artıq yaxşı nəticə sayıla bilər. Sonra isə sağlam insan üçün xarakterik olan göstəriciyə tədricən yaxınlaşmaq olar, ancaq yeməkdən sonra 8 mmol/l keçməmək şərti ilə. Lakin əksər insanlar şəkərin 4- 13 mmol/l- arasındakı dəyişməsini hiss etmirlər. Bundan başqa dekompesasiya ilə yaşayan (qanda yüksək şəkərlə yaşamaq) xəstələr qanda yüksək şəkərə adət edirlər və özlərini heç də pis hiss etmirlər, qanda şəkərin normaya enməsini isə ilk etapda hipoqlikemiya kimi qəbul edirlər.
Qeyd edək ki, öz hisslərinə əsaslanaraq qanda şəkərin normal səviyyəsini əldə etmək qəti olmaz.
Təəssüf ki, xəstənin özünü yaxşı hiss etməsi diabetin yaxşı kompensasiyası demək deyil. Bu səbəbdən də qanda şəkəri mütəmadi olaraq təyin etmək lazımdır.


Sidikdə şəkərin təyinində Özünənəzarət.
Şəkəri necə təyin etmək lazımdır : qanda və ya sidikdə ? sidkdə şəkərin adəti üzrə ölçülməsi zamanı şəkərin enib-qalxmasının olması onun qanda şəkərin bir neçə saat müddətində hələ sidik ifraz olunmamışdan qabaqkı enib-qalxmasınin omasını əks etdilir. Bununla da sidikdə şəkəri belə porsiyalarla təyin edilməsi ilə biz qanda şəkərin dəqiq səviyyəsini təyin edə bilmərik. Belə halda ən pis variant sutkalıq sidikdə şəkərin təyin olunmasıdır ki, bu da heç bir məlumat vermir. Əgər siz təqribi də olsa qanda şəkərin miqdarını sidikdəki şəkərin miqdarı ilə bilmək istəyirsinizsə, “təzə” və ya “yarım saatlıq” sidik porsiyasını müayinə edə bilərsiniz. Bu aşağıdakı kimi həyata keçirilir: yeməkdən yarım saat əvvəl sidik ifraz edin, bu porsiyanı müayine etməyin. Sonra yeməkdən sonra (yəni yarım saat sonra) sidik ifraz edin və artıq bu porsiada müayinə edə bilərsiniz. Bu porsiyanın müayinəsi zamanı sizə aydın olar ki, qanda şəkər qlükozanın böyrək həddindən (bax. “Diabet haqqında ümumi müddəalar”) yuxarıdır və ya əksinə. Nəzərə alsaq ki, qlükozanın böyrək həddi 10 mmol/l-ə bərabər olur, onda sidikdə şəkərin olmaması ha-lazırda qamda şəkərin səviyyəsinin normal olmasını göstərmir. Yaxud da əksinə: sidikdə nə qədər çox şəkər aşkarlanarsa, qanda da bir o qədər artıq olmalıdır. Öz qlükozanın böyrək həddinizi böyük dəqiqliklə bilmək istəyirsinizsə, qanda və eyni zamanda “təzə” sidikdə şəkəri çox sayda təyin etməyiniz lazımdır.


Sidikdə şəkəri təyin edən nəzarət vasitələri daha ucuzdurlar, onları istifadəsi daha sadədir, lakin əgər fikirləşsək ki, qanda şəkərin miqdarını bilmək üçün sidikdə şəkərin təyini nə qədər dəqiq məlumat verir, onda sidikdə şəkərin təyininin o qədər də qiymətli olmasını başa düşmək olar.
Həqiqətən də qanda şəkərin səviyyəsini normallaşdırmaq üçün kifayət qədər səy gösrətmək lazımdır, sidikdə isə şəkəri normallaşdırmaq üçün yalnız qanda şəkərin miqdarı 10 mmol/l və ondan aşağı olmalıdır ki, bu zaman da xəstə sidikdə şəkərin olmaması zamanı rahatlaşmamalıdır. Çünki bu zaman qanda şəkər bizim üçün arzuolunmaz həddə - 8-10 mmol/l ola bilər. Digər tərəfdən sidikdə şəkərin Özünənəzarət sistemi hipoqlikemiyanı təyin edə bilmir. Sidikdə şəkərin təyinin mənfi nəticəsi zamanı qanda şəkər ya normal, ya azacıq yüksək, həm də normadan aşağı ola bilməsi deməkdir. Nəhayət deyə bilərik ki, əlavə problemlər qlükozanın böyrək həddinin qrta göstəricisinin dəyişməsi zamanı meydana çıxa bilər.
Məsələn: o 12 mmol/l olarsa, sidikdə şəkərin Özünənəzarət mahiyyətini tamami ilə itirmiş olur.
Müasir anlayışa görə insulinlə müalicə alan bütün xəstələr tez-tez özünənəzarət məqsədi ilə sidikdə şəkəri deyil, qanda şəkəri yoxlamalıdırlar. Beləliklə gündəlik qanda şəkərin miqdarının təyin edilməsi sidikdə təyin etməni lazımsız edir.
Əgər siz qanda şəkərin miqdarını təyin edə bilmirsiniz və ya etmirsinizsə, onda sidikdə onu yoxlayın. Heç olmamaqdansa, bunun olması daha yaxşıdır. Özünənəzarət üçün sidikdə şəkəri təyin etməyə xüsusi zolaq-testlər vardır ki, bunlara da misal kimi Diabur-Test, Qlükofan, Uriqlüko və s. göstərmək olar.

Başlanğıca

QANDA ŞƏKƏRİN ÖZÜNƏZARƏT TƏYİN EDİLMƏSİ.

Şəkərin təyin etmə tezliyi.
Qanda şəkərin miqdarının yalnız acqarına iki həftədən və ya ayda bir dəfə təyini qəbul edilməzdir. Hətta analizlərin nəticəsi sizi qane edəcək həddə olsa belə, onu özünəzarət sistemi kimi tanımaq yolverilməzdir: təyin etmələr arasındakı müddət həddən çoxdur və gün ərzindəki şəkərin səviyyəsi haqqında məlumasızlıq vardır.
I tip şəkərli diabetdə qanda şəkər (yuxarıda qeyd etdiyimiz kimi çarəsiz qaldıqda sidikdə də şəkər təyin edilə bilər) gündılik olaraq ölçülməlidir: minimum əsas yeməklərdən əvvəl (və ya hər insulin inyeksiyasından əvvəl, adətən eyni gəlir) və gecə vaxtı ölçülməlidir. Bununla da gün ərzində minimal ölçülmə həddi 3-4 dəfədən az deyil.


Yeməkdən bilavasitə əvəəl qanda şəkərin səviyyəsinin normallaşmasına nail olunubsa, yeməkdən 1.5-2 saat sonra periodik ölçülməsi məqsədə uyğundur. Qanda şəkərin belə ölçülməsində məqsəd, qəbul olunmuş insulin dozasının miqdarının qiymətləndirmək və növbəti insulin yeridilməsi zamanı dozanı təyin etməyi bilməkdir. Bundan əlavə gecə vaxtı da şəkər ölçülməlidir ki, hipoqlikemiyanı qaçırmayasınız. Qanda şəkərin ölçülməsi bəzi əlahiddə şəraitdə daha tez-tez yoxlanmalıdır, məsələn: səyahətdə olduqda, xəstələndikdə, idmanla məşğul olarkən və s.

Başlanğıca

Barmağın deşilməsi.
Barmaqdan qan götürmək üçün xəstələr xüsusi neştərlərdən (əgər əl altda neştər olmasa, müstəsna hallarda insulin iynəsi və ya xüsusi şpris-qələmin iynəsi) istifadə etmək lazımdır. Hal-hazırda xüsusi barmaq deşmək üçün hazırlanmış qurğudan istifadə edilir (Softclix, Ultrasoft, Penlet, Autoclix, Microlet və s.). Hansı vasitənin olmasından asılı olmayaraq əsas şərt iynənin barmaqda kiçik dəlik yaratması, az travmalı olması, yaranın ağrımaması və tez sağalmasıdır. Üç başlı neştərlər gündəlik istifadəyə heç cür yaramırlar. Barmağı deşməmişdən əvvəl əlləri yaxşıca yumaq və qurulamaq lazımdır.

Bu prosessi evdə edirsinizsə, əlləri spirtlə silmək lazımdır deyil. Əgər barmaq deşildikdən sonra qan az gəlirsə, barmağı massaj etmək lazımdır. Deşməni barmağın uc hissəsində deyil, bir qədər yan hissəsindən etmək lazımdır. Düzdür, çox vaxt barmağın uc hissəsindən deşməyə üstünlük verənlər çox olur , lakin bu artıq ağrının əmələ gəlməsi və gec sağalma ilə nəticələnir.

Başlanğıca

Qanda şəkəri özünəzarət təyin etmə ləvazimatları
Son zamanlar qanda şəkəri ev şəraitində təyin etmək üçün ləvazimatların meydana gəlməsi ilə ilə əlaqədar I tip şəkərli diabet xəstələrində insulinlə müalicənin düzgün sxeminin təyinində inqilabi sıçrayışa olub.
Bu vasitələr xüsusi test zolaqlarından ibarət olub qanı əlavə etməklə müvafiq cavab verə bilir. Qanda şəkəri bu vasitələrlə təyin edərkən test zolağındakı göstərici həm vizual olaraq həm də bu göstəricini təyin edən qlükometrlə ölçülür.
Test zolaqlarından istifadə edərkən ilk növbədə onun saxlanma müddəti ilə maraqlanın.
Vizual qiymətləndirmə.
Hal-hazırda ölkəmizdə bir neçə vizual qiymətləndirə bilən test zolaqları vardır ki, bunlara da Qlükostiks və Betachek-i göstərə bilərik. Bu zolaqlardan istifadə etməzdən əvvəl içlik vərəqəsini mütləq oxuyun. Barmağı deşin və barmağı üzü aşağı zolağa yaxınlaşdırın ki, iri qan damlasını götürə bilsin. Çalışın barmağınızı zolağa yapışdırmayasınız, yalnız test olan hissəyə qan damlası dəyməlidir. Elə etməyə çalışın ki, qan damlası test zonasını tam əhatə etsin. Sonra test zonasından qanı (təlimatda göstərilən kimi ) saat əqrəbi istiqamətdə silin (yaxşı olar ki, pambıqdan istifadə edəsiniz). İçlik vərəqəsində göstərilən vaxt keçdikdən sonra zolaqdakı rəng dəyişikliyini qutunun üzərindəki rəng fərqləri ilə müqayisə edin.


Əksər mütəxəsislər belə hesab edir ki, gözlə vizual olaraq şəkəri təyin etmə, xüsusi aparatın göstəricisindən daha az dəqiqdir. Psixoloji cəhətdən də bu belədir: aparatın üzərində 8.6 mmol/l göstəricisi, vizual olaraq 8 ilə 9 mmol/l arasıdan mülahizədən sizə daha çox inandırıcı gələcəkdir. Lakin bu fərq də aldadıcı ola bilər: ilk növbədə o praktik əhəmiyyət daşımır, ikincisi insulin dozasının təyinində əhəmiyyət kəsb etmir. Aparatların da dəqiqliyi tam deyil, belə ki 10-15 % səhv edə bilər ki, bu da 8.6 mmol/l göstəricisi bir aparatda 9.4 mmol/l kimi, digərində isə 7.8 mmol/l kimi göstərilə bilər. Bu da vizual üsuldan da istifadəni məqbul edir.
Nəzərə alsaq ki, xəstə mütəmadi qanda şəkəri təyin etməlidir və burada maddi vəziyyətin çox böyük əhəmiyyəti vardır, onda iqtisadi cəhətdən də daha əlverişli olan vizual metod sərfəlidir. Əgər test zolağını qayçı ilə uzununa iki yerə bölsə, iki dəfə daha ucuz vasitə əldə etmək olar.
Qlükometrlər.
Bunlar qanda şəkəri təyin etmək üçün portativ vasitə olub, bəzi üstünlüklərə malikdirlər: tez bir zamanda cavab ala bilmək (5 saniyədən 2 dəqiqəyə kimi), qanı silmək tələb olunmur, nəticə vizual olaraq aldadıcı olmur, istifadə edilən qan damlası çox kiçik olsa belə qane edici olur, elektron yaddaşın hesabına sizin nəticələr qeydə alınır və s.
Qanda şəkəri ekspress təyin edən cihazlar iki növ olur: Birincisi - – qanı xüsusi zolağa çəkdikdən sonra , insanın gözlə təyin etdiyi kimi, qlükozanın zolağa çəkilmiş xüsusi maddə ilə reaksiyaya girməsi nəticəsində rəng dəyişməsinə əsasən qandakı şəkərin miqdarı barədə məlumat verir. Digər cihazlar isə sensor avadanlıqla təmin olunmuşlardır ki, onlar da elektro kimyəvi metodla zolağa çəkilmiş xüsusi maddə ilə qlükoza arasında gedən reaksiya nəticəsində yaranan cərayanı ölçür və qanda şəkər təyin olunur.
Accutrend GC qanda şəkərdən əlavə xolesterini də təyin etmək bacarığındadır və xolesterini də yüksək olanlar üçün daha əlverişlidir. Medisense (Optium, Precision Xtra) cihazı isə qanda şəkərdən əlavə keton cismləri də təyin edə bilir (bax. aşağı). Ascensia Confirm cihazı isə 10 ölçməyə katricini saxlaya bilir.
Qeyd edək ki, bəzi cihazlar şəkəri kapilyar qanda deyil, plazmada ölçürlər. Bu zaman da 12 % yüksək rəqəm alınır və qanda şəkərin müalicəsinin məqsədləri də yüksək olur.

Başlanğıca

QANDA KETON CİSMLƏRİN ÖZÜNƏNƏZARƏT YOXLANMASI.
Hansı hallarda qan və sidikdə keton cismlər təyin edilməlidir ? Bu, bir neçə dəfə qanda şəkərin miqdarı 14-15 mmol/l olduqda, bəzi xəstəliklərdə - yüksək temperaturda, ürəkbulanma və qusma ilə gedən yanaşı proseslərdə təyin edilməlidir. Bu şəkərli diabetin dekompensasiya mərhələsinin diaqnozunu təyin etməyə və diabetik komanın əmələ gəlməsinin qarşısını almağa imkan verir. Sidikdə keton cismləri təyin edən bir çox test zolaqları vardır: bunlara Ketur-Test, Ketofan və Uriket aiddir.

Başlanğıca


ÖZÜNƏNƏZARƏT GÜNDƏLİYİ.
Özünənəzarət zamanı bütün göstəriciləri gündəlikdə qeyd etmək lazımdır.
Bu gündəlik həkimə növbəti vizitə qədər özünüzün müalicəyə necə nəzarət etdiyinizi göstərir.
Şəkəri gün ərzində bir neçı dəfə ölçməklə, təlim verilmiş xəstə özü insulinin dozasını təyin edə bilər və öz qida rejimini korreksiya edər, qanda şəkəri normada saxlamaqla diabetik ağırlaşmalardan uzaq olar və diabeti “həyar tərzi” kimi qəbul edə bilər.


I tip şəkərli diabetdən əziyyət çəkən xəstələrdə gündəliyin strukturuna bir neçə vacib bölmə- qanda şəkərin əhəmiyyəti, yeridilən insulinin dozası və çörək vahidinin miqdarı (Qidaya aid bölməyə bax) daxildir. “Qeyd” bölməsində hipoqlikemiya, yanaşı xəstəliklər, arterial təzyiq, aseton, fiziki aktivlik və s. haqqında məlumat ola bilər. Endokrinoloqa hər dəfə müraciət etdikdə tərtib etdiyiniz bu gündəliyi nəzarət etməyə imkan vermək üçün həkimə təqdim etməlisiniz baş vermiş hər hansı problemi müzakirə etməlisiniz. Gundəliyin nümunəsinə kitabın axırında baxa bilərsiniz.

Başlanğıca


QLÜKOZALAŞMIŞ HEMOQLOBİN

Obyektiv kompensasiyanı qiymətləndirmək üçün ev şəraitində qanda şəkəri təyin etməkdən əlavə laborator şəraitdə qlükozalaşmış hemoqlobin (HbA1 və ya HbA1c) kimi bəzi analizləri də verməlisiniz.
Bu çox lazımlı göstəricidir, çünki o, 2-3 aylıq əvvəlki şəkərin orta səviyyəsini əks etdirir. Əgər onun göstəricisi bu laboratoriyadakı normanın yüxarı göstəricisindən (bəzi laboratoriyalarda norma bir qədər fərqli olsa da, aədət 6-6.5 %-i aşmır. ) 1% yuxarı deyilsə, təyin edilmiş müddətdə qanda şəkərin səviyyəsi arzuolunan həddədir. Əlbətdə ki, bu göstərici sağlam insanların gostəricilərinə uyğun olsa daha yaxşı olar.


Qlükozalaşmış hemiqlobinin miqdarı qanda şəkərin özünənəzarət müayinəsinə əlavə olaraq 3 ayda 1 dəfədən az olmayaraq təyini əhəmiyyət kəsb edir. Aşağıda əvvəlki 3 ay müddətində qlükozalaşmış hemoqlobinin HbA1 qanda şəkərin orta sutkalıq miqdarına uyğunluğunu göstərir.
HbA1 qanda şəkərin orta səviyyəsi
3.0 % 0.8 mmol/l
3.5 % 1.7 mmol/l
4.0 % 2.6 mmol/l
4.5 % 3.6 mmol/l
5.0 % 4.4 mmol/l
5.5 % 5.4 mmol/l
6.0 % 6.3 mmol/l
6.5 % 7.2 mmol/l
7.5 % 9.1 mmol/l
8.0 % 10.0 mmol/l
8.5 % 11.0 mmol/l
9.0 % 11.9 mmol/l
9.5 % 12.8 mmol/l
10.0 % 13.7 mmol/l
10.5 % 14.7 mmol/l
11.0 % 15.6 mmol/l
11.5 % 16.5 mmol/l
12.0 % 17.4 mmol/l
12.5 % 18.4 mmol/l
13.0 % 19.3 mmol/l
13.5 % 20.2 mmol/l
14.0 % 21.1 mmol/l
14.5 % 22.1 mmol/l
15.0 % 23.0 mmol/l

Başlanğıca


QİDALANMA

Dieta lazımdırmı ?
I və II tip şəkərli diabetin müalicəsinin ümimi prinsiplərinin olmasına baxmayaraq (qanda yüksək şəkərin əlamətlərini aradan götürmək, hipoqlikemiya ehtimalını minumuma salmaq, ağırlaşmalardan qorunma və s.) müalicə qaydaları bir-birindən əhəmiyyətli fərqlənir. II tip şəkərli diabetin əsas müalicə prinsipi bədən şəkisinin normallaşdırılması, aşağı kalorili dieta və fiziki aktivlikdir. I tip şəkərli diabetdə nəzərə alsaq ki, mədəaltı vəzinin beta hüceyrələrinin məhvi insulin çatmamazlığı nəticəsində proses yaranıb, onda müalicə prinsipi kimi insulin yeridilməsi əsas müalicə amili olur, lakin dietaya əməl etmək yalnız köməkçi rol oynayıb, ancaq insulinterapiyanın normal insanlardakı insulin hasil edilməsindən necə fərqlənməsi ilə əlaqədar təyin edilir.


I tip şəkərli diabetdə ənənəvi dietoterapiyanın ən ümdə prinsiplərinə son illər kritik yenidən baxılır.
Ənənəvi dietoterpiyanın əsas prinsipi hər gün eyni kalorili dəqiq təyin olunmuş qidaların qəbul edilməsidir. Hər bir xəstəyə “ideal çəki”-ni nəzərə almaqla xüsusi dieta təyin edilir. Bu, aşağıdakı səbəblərdən mümkün deyil və əhəmiyyət kəsb etmir:
a) normal çəkili sağlam insanlarda, müxtəlif günlərdə qəbul edilən qida ilə enerji sərfi arasındakı balans müxtəlif olur və tez-tez dəyişir. Sağlam şəxslərdə mütəmadi olmayan fiziki aktivlik zamanı enerji məsrəfi mütəmadi olmur. Əgər I tip şəkərli diabet xəstələri üçün gündəlik istifadə üçün hər hansı bir təyin edilmiş eyni kalorili dieta müəyyən edilərsə, normal çəkini saxlamaq üçün gündəlik dəqiq fiziki aktivlik planı da təyin edilməlidir ki , bu da real görünmür.
b) I tip şəkərli diabetdən əziyyət çəkən normal çəkiyə sahib şəxslərdə iştahın tənzimlənməsi sağlam insanlardakından fərqlənmir. Bu tip insanlar bəzən iştah olmadıqda belə hipoqlikemiyanın qarşısını almaq üçün bəzən nə isə yeməyə məcbur olurlar ki, bu da əsasən qeyri-adekvat insulinterapiyanın nəticəsi kimi sayılır.
İnsulinterapiya rejiminin təkmilləşdirilməsi və qanda şəkərin səviyyəsinə görə maddələr mübadiləsinə özünənəzarət, xəstəyə sağlam şəxslərdə olduğu kimi qidanın qəbul edilməsi ac və ya tox olmasından asılı olaraq nizamlanır.


Beləliklə, I tip şəkərli diabetdə əsasən qida rasiyonu tam keyfiyyətli (kaloriliyinə və əsas qida maddələrinin kəmiyyətinə görə balanslandırılmış) qida rasiyonudur. Yeganə fərq budur ki, yeridilən insulin sizin nə vaxt və nə qədər “yediyinizi” bilmir. Bu səbəbdən də siz özünüz qida qəbulu ilə yeridilmiş insulinin bir-birinə uyğun olduğunu bilməlisiniz. Qanda şəkəri artıran məhsulları dəqiq bilməlisiniz.

Başlanğıca

Zülallar və yağlar.
Qida maddələri üç komponentdən: zülallar, yağlar və karbohidratlardan ibarətdir. Onların hər üçünün kalorili olması ilə yanaşı, qanda çəkərin səviyyəsini qaldırmaq xaəssələri müxtəlifdir. Lakin xəstələr bəzən bu terminləri səhv salırlar. Adətən I tip şəkərli diabetdən əziyyət çəkən xəstələr qida rasiyonundan yağ və yağa bənzər maddələri azaldırlar, halbuki bu, diabetin kompensassiyası üçün vacibdir. Qida məhsullarının kaloriliyinin insulinə təsiri öyrənildikdə məlum oldu ki, qida rasiyonundan yağların çıxardılması və ya azaldılması ilə insulinə tələbat arasında heç bir uyğunluq yoxdur. Bu fakt şəkərin qanda miqdarını qaldıran qidalar sırasında yağların olması fikrini inkar edir. Bəzi əsassız qadağalara da – yağ az yemək asetonun əmələ gəlməsini zəiflədir kimi sözlərə də inanmaq olmaz. Diabetədən əziyyət çəkən şəxslərdə asetonun əmələ gəlməsinə səbəb insulin çatışmazlığıdır (bax. “Diabet haqqında ümumi müddəalar”). Yagların şəkərin səviyyəsinə təsiri barədə dediklərimiz zülallara da aiddir. Bu dediklərimizdən də məlum olur ki, şəkərli diabetdən əziyyət çəkən şəxslər sağlam insanlar kimi iştahları çəkdiyi qədər zülal və yağ qəbul edə bilərlər, lakim bədən çəkisinin artmasına imkan vermək olmaz. Artıq çəkiyə sahib olmamaq üçün nə lazım olduğunu bölmələrdən birində oxumaq olar.

Başlanğıca

Karbohidratlar
Yeganə qanda şəkəri qaldıra bilən qida karbohidratlardır. Lakinbu o demək deyildir ki, onların miqdarını məhdudlaşdırasan, bu o deməkdir ki, karbohidratları nəzərə alaraq qısa müddətli insulinin dozasını düzgün hesablayasan. Hansı qidalarda karbohidrat var? Cavab çox sadədir: bitki mənşəli məhsulların böyük əksəriyyəti, heyvani mənşəli qidalardan yalnız duru süd məhsulları aiddir. Sizə digər məhsulların qanda şəkəri qaldırmasını dəqiqləşdirmək, əgər təsir edirsə, nə dərəcədə qaldırmasını bilmək lazımdır. Elə karbohidratlı məhsullar var ki, onlar qanda şəkəri ya qaldırmır, ya da çox az miqdarda qaldırır. Digər qrup qidalar isə qanda şəkəri çox miqdarda və ya uzunmüddətli qaldırırlar. Bu şərtlər daxilində məhsullar aşağıdakı kimi bölünürlər:
1) “sərbəst” karbohidrat tərkibli məhsullar,
2) karbohidratı hesablanmalı məhsullar.


“Sərbəst”, yəni qanda şəkəri az miqdarda qaldıran məhsullara demək olar ki, bütün adi miqdarda tərəvəzlər aiddir. Kartof və qarğıdalının tərkibindəki karbohidratı hesablamaq lazımdır. Beləliklə çəkinmədən kələm, salat, cəfəri, şüyüd, qırmızı və ağ turp, boranı və badımcan yemək olar. Bu qrupa aid məhsullardan ən çox karbohidrat tərkiblilər paxlalı bitkilər (lobya, paxla, noxud), kök və çuxundurdur ki, bunların qəbulundan sonra da qanda şəkər çox qalxmır. Əgər adıçəkilən məhsullardan az miqdarda qəbul edirsinizsə (200 qr.-dan çox olmamaq şərti ilə) bunu saymaya da bilərsiniz.
Karbohidratı hesablanmalı məhsullar 5 əsas qrupa bölünürlər:
1) dənli bitkilər – çörək və çörək məhsulları, makaron məhsulları, buğda, arpa, yarmalar, qarğıdalı,
2) meyvələr
3) bəzi tərəvəzlər (kartof)
4) süd və duru süd məhsulları
5) tərkibində təmiz şəkər olan məhsullar, yəni tez sorulan karbohidratlar

Başlanğıca

Sadə və mürəkkəb karbohidratlar.
Özlüyündə karbohidratları sadə və mürəkkət olaraq iki hissəyə bölünür. Birincilər kifayət qədər sadə kimyəvi formula malik olub, bu səbəbdən də bağırsaqdan tez sorulur və 10 dəqiqə sonra qanda şəkəri yüksəltməyə başlayır.
Sadə karbohidratlara aşağıdakılar aiddir:
1) qlükoza (üzüm şəkəri) – bütün meyvələrdə, balda olur, tibbi preparat kimi istifadə edilir
2) fruktoza (meyvə şəkəri) – bütün meyvələrdə, balda olur, təmiz şəkərəvəzedici kimi istifadə edilir
3) saxaroza (qida şəkəri) - bütün meyvələrdə, qənd və qənnadı məhsullarında olur,
4) laktoza (süd şəkəri) - süd məhsullarında olur,
5) maltoza (səməni şəkəri) - pivədə olur.
Baxmayaraq ki, sadə karbohidratlar tez sorulan tiplidirlər, elə ərzaqlar var ki, tərkibində sadə karbohidratlar olmasına baxmayaraq, sürətlə qanda şəkəri qaldırmırlar.. Məsələ bundadır ki, karbohidratın tez sorulmasını, qida tərkibindəki lifli məhsullar (məsələn meyvələr), zülal və yağlar (məsələn süd məhsulları) zəiflədir. Belə məhsullarla birləşmiş sadə karbohidratlar qanda şəkəri tədricən qaldırırlar.

Beləliklə alma yedikdə qanda şəkər bir qədər gec, alma şirəsi içdikdə isə tez qalxacaqdır. Buna görə də tez sorulan karbohidratlara əsas qənd və qənnadı məhsullar aiddir.
Mürəkkəb karbohidratlara nişasta da deyirlər. Nişasta çoxsaylı qlükoza molekullarından təşkil olunmuş uzun zəngirdir (bax. şəkil). Qlükozanın bağırsaqdan sorulması üçün nişasta mütləq parçalanmalıdır. Bu səbəbdən də bu növ karbohidratlar qanda şəkəri asta-asta, təqribən 30 dəqiqədən sonra qaldırır. Mürəkkəb karbohidtarlar bütün dənli bitkilərdə və kartofda vardır.

Başlanğıca

Çörək vahidi sistemi.
Müxtəlif çeşidli qidalanmaq istəyirsinizmi ? Buna görə siz əvvəlcə tərkibində karbohidrat olan yeməyi, digəri ilə dəyişməyi öyrənin ki, bu zaman qanda şəkərin səviyyəsi çox cüzü dəyişsin. Bu cür əvəzetməni çörək vahidi (ÇV) sistemi ilə asanlıqla yerinə yetirmək olar.
Bir çörək vahidi tərkibində 10-12 qram karbohidrat olan ərzaqdır ki, buna da əyani misal kimi, bir tikə 25 qr-lıq çovdar çörəyini göstərə bilərik. Bu məqalənin axırında sizə çörək vahidinin cədvəli təqdim olunacaq. Baxmayaraq ki, bu vahid çörək vahidi adlanır, lakin bununla çörəkdən başqa, tərkibinda karbohidrat olan istənilən ərzaqı ifadə etmək olar.


Hər hansı bir qida məhsulunda nə qədər ÇV olduğunu bildikdə onu eyni miqdarda ÇV oan qida ilə asanlıqla əvəz edə bilərsiniz. Məsələn 1 ÇV miqdarına bir orta ölçülü portağal və ya 1 stakan süd və ya 2 xörək qaşığı bişmiş yarma malikdir. ÇV sisteminin əlverişli cəhəti odur ki, hər bir məhsulun tərkibindəki karbohidratı hesablamaq üçün tərəzidə 1 qrama qədər dəqiqliklə çəkməyə ehtiyac qalmır, hər bir qidanı vizual olaraq da (bir tikə, bir stəkan, bir qaşıq və s.) təyin etmək mümkündür. Nəzərə alsaq ki, müxtəlif məhsulların tərkibi müxtəlif ədəbiyyatlarda bir-birindən fərqlənir, əslində isə nəzərəçatpacaq dərəcədə tərəddüd edir ki, bu da eyni məhsulun müxtəlif keyfiyyətli olduğunu göstərir. Elə hallar olur ki, bir cədvəldə 1 ÇV mərsin – 120 qr., digərində 160 qr., 1 ÇV kartof 70 qr., digərində isə 85 qr. bildirilir. İstənilən cədvəldə göstəricilər 1 ÇV-də yalnız orta hesabla hesablanıb.
Mütəxəsislər bildirirlər ki, ən yaxşı praktik kriteri qəbul edilən qidaya uyğun insulin yeridilməsi zamanı qanda şəkərin miqdarının qənaətbəxş olmasıdır. Bir qədər ÇV yeməyə hazırlaşırsınızsa, qanda şəkər ölçülür və ona uyğun tez təsirli insulin yeridilir, qida qəbulundan sonra yenidən mütləq qanda şəkər ölçülməlidirki, bu dozanın adekvat olub olmadıqını biləsiniz.

Başlanğıca

Hər hansı bir ərzaqa üstünlük verilməlidirmi?
Bir neçə kəlmə diabetli xəstələr arasında səhv olan, bu və ya digər qidanın qanda şəkərə təsiri haqda olan fikirlərindən danışaq. Məsələn əksər xəstələr elə hesab edirlər ki, yalnız qara çörək yemək olar. Cədvəldə də görə bilərsiniz ki, ağ və qara çörəkdə karbohidratın miqdarında fərq yoxdur. Dediyimin qarabaşaq sıyığına da aiddir - nəyə görə isə onilliklər boyunca bu cör sıyıq diabetli xəstələr üçün müalicəvi sayılırdı. ÇV cədvəlinə baxmaqla qarabaşaq sıyığını digər dənli bitki sıyıqlarından tərkib cəhətdən fərqlənmədiyini görə bilərsiniz. Düzdür, onun tərkibində bəzi vacib elementlər (dəmir, vitminlər) vardır, lakin bunun diabetin müalicəsinə heç bir aiddiyyəti yoxdur.

Buradan da aydın olur ki, elə hallar olur ki, diabetli şəxslər dietaya inanır, buna görə də qarabaşaq sıyığı qəbul edir, qanda şəkəri ölçdükdə onun yüksək olduğunu bildikdə heyrətini gizlədə bilmir. Belə hal meyvə qəbulu zamanı da yarana bilər: bəzi xəstələr yalnız yaşıl almanın xeyirli olduğunu zənn edirlər, lakin istənilən növ almada karbohidratın miqdarı enyi olur. Beləlikə, I tip şəkərli diabetdən əziyyət çəkən xəstələrdə nə yeməyin əhəmiyyəti azdır, əsas şərt yediyin qidada nə qədər karbohidratın olduğunu düzgün hesablamaq lazımdır və bunun əsasında düzgün insulinoterapiyaya aparılmalıdır. Aşbazlıq nöqteyi nəzərdən diabetik xəstələr isənilən qidadan və hətta ağız dadına uyğun ədviyyatlardan da istifadə edə bilər.

Bəzən qızartmadan qaçmaq, əvəzinə qaynadılmış və ya pörtlədilmiş qidalardan istifadə, diabetdən əziyyət çəkən o şəxslərə təyin edilir ki, onlarda mədə-bağırsaq sistemində xəstəlik olsun və ya uzunmüddətli diabetin dekompensasiyası nəticəsində aydın qaraciyər zədələnməsi olduqda məsləhət görülür. Qaraciyərin vəziyyətinin normallaşmasının kompensasiyasının yaxşılaşması fonunda hər hansı dietanın tətbiq olunmasına ehtiyac yoxdur.

Başlanğıca

Tez sorulan karbohidratlar.
İnsulin qəbul edən şəxslərə şirin məhsullar qəbul etmək olarmı ? Diabeti kompensassiya etmək məqsədi ilə əvvəllər şirniyyat qəti qadağan edildiyi halda, hal-hazırda bunun çox da böyük əhəmiyyət kəsb etmədiyi məlum olmuşdur.


Əgər siz hər yeməkdən əvvəl insulin qəbul edirsinizsə, adətən yeməkdən əvvəl qanda kifayət qədr insulin olur. Belə olduqda sizə bəzi hallarda bir qədər dondurma və ya tort tikəsi qəbul etmək olar. Çoxdan məlumdur ki, tez-tez (gün ərzində bir neçə dəfə) qanda şəkəri ölçüb, insulinin dozasını təyin edən yaxşı öyrənmiş diabetli xəstələr ÇV-ə uyğun hesablayaraq bir qədər şirniyyat qəbul edə bilər.

Başlanğıca

Qidalanmada məhdudiyyət
I tip şəkərli diabetdən əziyyət çəkən xəstələrdə qidalanmada nə kimi məhdudiyyət ola bilər:
1) Hər yemək zamanı 7-8 ÇV çox qidalanmaq olmaz.
2) Bu tip xəstələrdə şəkəri maye halında (limonad, qəndlə çay, meyvə şirəsi və s.) qəbul etmək olmaz. Bu problemi şəkər əvəzedicilərlə həll etmək olar.
3) Yaxşı olar ki, əvvəlcədən nə qədər ÇV qida qəbul edəcəyinizi planlaşdırasınız, çünki insulin yeməkdən əvvəl yeridilir.
Qidalanma rejimi
I tip şəkərli diabetdə ənənəvi dietoterapiyanın ümumi qəbul edilmiş qanununa əsasən xəstələr gün ərzində 5-6 dəfə kiçik porsiyalarla qidalanması lazımdır. Bu cür qidalanma qəbul edilən qida ilə yeridilən uzun müddətlı insulinin təsirinin uzlaşması üçündür, belə ki, yemək yaddan çıxdıqda hipoqlikemiya, çox yedikdə isə uzun müddətlı insulinin təsirindən kompensassiya olunmayan hiperqlikemiya baş verə bilər. Yeməkdən əvvəl qısa müddətli insulinin yeridilməsi və müvafiq olaraq uzun müddətlı insulinin dozasını azaldaraq qidaların qəbul sayını azalda və qida qəbulları arasında hipoqlikemiya ehtimalını kəskin azaltmaq olar.


Yuxarıda dediklərimizi ümumiləşdirərək deyə bilərik ki, I tip şəkərli diabetli xəstələr qida rejimlərini sağlam insanların qida rejiminə uyğunlaşdırmağı istəyir və bunu bacararlar.
Ənənəvi dietaya başlamaq xəstələrin qarşısında bəzi məhtudiyyətlər qoyur ki, bu da bir tərəfdən öz xəstəliyinə neqativ münasibət – vərdişlərindən və öyrəndiyi dadlardan əl çəkməyin çətin olması, adət etdiyi həyat stilini dəyişmək (bəzi vərdişlər isə tamami ilə qadağan oluna bilər) tələb olunur ki, bu da bütün deyilənlərə əməl etmənin çətinləşməsini, bəzi məsləhətləri isə yerinə yetirməkdən imtina etmə meydana gətirir. Lakin məhtudiyyətlər aradan götürüldükdə xəstələrdə “həyat keyfiyyəti” əhəmiyyətli yüksəlir. Yenə də qeyd edirik ki, bu cür dieta yalnız təlim almış xəstələrə və özünənəzarət edən və çox saylı insulin inyeksiyası qəbul edən şəxslərə aiddir.

Başlanğıca

Əgər sizdə artıq çəki varsa
Yuxarıda qeyd etdiyimiz “sərbəst” qidalanma normal çəkiyə sahib olduğunuz halda mümkündür. Əgər sizdə artıq çəki problemi yaranıbsa, qida rejiminizdə dəyişiklik etmək məcburiyyətindəsiniz. Bəs çəkini necə aşağı salmaq və nəticəni qorumaq olar ? Arıqlamaq üçün az yemək lazımdır. Axzı bunu kim başa dümür? Bir çoxları bunu özləri üçün başqa cür planlaşdırır: nə yemək lazımdır ki, tez bir zamanda çəki azalsın ?


Qeyd edək ki, arıqlamaq üçün nə isə xüsusi bir ərzaq yoxdur. Hazərki dövrdə dietaya əməl etmədən yüksək effektli və tam ziyansız arıqlamağa səbəb olan hər hansı bir tibbi vasitə və preparatlar da kəşv olunmayıb. Yeganə etibarlı üsul orqanizmə daxil olan enerjini (kalori ilə hesablanır) azaltmaq, başqa sözlə aşağı kalorili dietaya əməl etmək lazımdır lazımdır. Bunu etdikdə orqanizmə enerji az daxil olur, bu zaman da enerjiyə tələbat artıq çəkini yaradan və “konservləşdirilmiş” yağ depolarındakı piylərdən alınan enerjinin hesabına ödənilir ki, nəticədə bədən çəkisi azalır.
Bədənimizdə enerji mənbəyi üç növ qidadan alınır: yağlar, zülallar və karbohidratlar (bax şəkil). Bunlardan da ən kalirili yağlardır: onlar karbohidrat və zülallardan (4 kkal 1 qr.-da) iki dəfə artıq (9 kkal 1 qr.-da) enerji daşıyırlar.
Lakin hər bir məhsulun kaloriliyini hesablamaq o qədər də lazım deyil. Sadəcə bütün ərzaqları üç əsas qrupa bölmək lazımdır:
1) Daha çox kalorili məhsulları tamamilə ilə qəbul etməmək və ya bir qədər azaltmaq lazımdır. Bu qrupa tərkibində yağlar olan (həm heyvan, həm də bitki mənşəli yağlar), yağlı ət, balıq, hisə verilmiş ərzaqlar, kolbasa məhsulları, toyuq dərisi, konservalar, 30% yağlılığı olan pendirlər, qaymaq, xama, mayanez, qoz, tumlar, şəkər və şirniyyatlar (qənnadı məmulatları, konfetlər, şokolatlar, mürəbbələr, cemlər, şirin içkilər, dondurma və s), alkoqollu içkilər (1 qr. Təmiz spritdə 7 kkal enerji olur) aiddir.
2) Tərkibində çox miqdarda su olan məhsulları qəbul etmək olar (onda enerji olmur). Bu qrupa bütün növ tərəvəzlər-yağsız hazırlanmış, (kartofdan başqa) şəkərsiz çay və kofe aiddir.
3) Tərkibində mötədil miqdarda kalorili olan məhsulları az miqdarda yemək lazımdır (adəti yemək porsiyasının yarısından çox olmaz). Bu qrupa aid olan məhsullar: yağsız ət, yağsız balıq, yağsız süd məhsulları, 30 % -dən aşağı yağlı pendir., katof, qarğıdalı, paxlalı bitkilər, çörək və çörək məhsulları, makaron məhsulları, dənli bitkilər, meyvələr və yumurta aiddir.
Bunlardan əlavə yadda saxlayın ki, gündəlik çörək vahidini azaldırsınızsa, gündəlik insulinin də azaltmalısınız.

Başlanğıca

Şəkərəvəzedicilər.
Şirin dadlı olub, lakin qanda şəkəri yüksəltmək iqtidarında olmayan məhsullar şəkərəvəzedicilər adlanır. Lakin bu vəziyyətdə yalnız kalorisiz şəkərəvəzedicilərdən - saxarin, aspartam, tsiklamat, asesulfam K və s. danışmaq olar. Beynəlxalx adı kimi göstərdiyimiz bu məhsullar öz tərkibi ilə adlandırılıblar.


Şəkərəvəzedicilərin kommersiya adı eyni məhsulda müxtəlif ola bilər, məsələn: artıq çəkidən əziyyət çəkən diabetli xəstələr üçün ən yaxşı vasitə olan “Surel” adı ilə məhsulda aspartam vardır və ya “Sukrazit”də saxarin olur və s. Xəstələrə belə vasitə alarkən qutusuna diqqətlə baxmağı və üzərindəki yazını oxumağı məsləhət görürük.
Bu şəkərəvəzedicilərdən istifadə etməklə içkilər də hazırlanıb. Xarici içkilər üzərində light (layt) или diet (diet) yazısı vardır. Milli içkilərin üzərində “karbohidrat yoxdur” kəlməsini oxuya bilərsiniz.
Kalorisiz şəkərəvəzediciləri ilə yanaşı satışda şəkərin analoqlarıı adlananı adlanan ksilit, sorbit və fruktoza olur. Baxmayaraq ki, onlar qanda şəkəri daha az qaldırırlar (məsələn: fruktoza adi karbohidratların 1/3-i hesab olunur, yəni 1 ÇV=30 qr.), lakin adi karbodiroatlar kimi (1 qr.=4 kkal) yüksək kalorilidirlər ki, artıq çəkidən əziyyət çəkən xəstələrə məsləhət görülmür. Bu kateqoriyalı xəstələrə “diabetik” məhsulları istifadə etmək məsləhət görülmür, belə ki, onların əksəriyyətinin tərkibində kalorili şəkərəvəzedicilər vardır, məsələn: şokolad, peçenye, vafli, cem və s. İstənilən halda yadda saxlamaq lazımdır ki, diabetik məhsulların tərkibində adi karbohidratlar var (un, meyvə əsası və s.), buna görə bu qidaların da ÇV bilmək lazımdır.

Başlanğıca

Alkoqol.
Əgər xəstə şəkər salıcı preparatlar (insulin və ya diabet əleyhinə tabletlər) qəbul edirsə, alkoqol şəkərli diabetə spesifik təsir edəcəkdir. O qanda şəkəri aşağı salmaq xüsusiyytəinə malikdir ki, bu zaman da həyat üçün təhlükəli hesab olunan hipoqlikemik vəziyyət yarana bilər. Bütün bunların əmələ gəlməsinə səbəb, spirtin qaraciyərdən ehtiyat şəkərin qana keçməsinin qarşısının alması və adi dozada qəbul olunan insulinin bu halda artıq olması yaranır. Bundan əlavə alkoqol sərxoşluğu vəziyyətində xəstə özündə baş vermiş hipoqlikemiyanın ilk əlamətlərinə fikir vermir və vaxtında lazımi tədbirlər görə bilmir. Bu səbəbdəndir ki, hər bir diabetdən əziyyət çəkən xəstə alkoqollu içkilərin fəsadları haqqında məlumatlı olmalıdırlar.


Alkoqollu içkilərin yalnız şəkərli diabet yaxşı kompensasiya olunduqda az miqdarda istifadəsinin mənfi təsiri az olar. Artıq çəkiyə sahib olan şəxslərə alkoqollu içkilər qəti olmaz, belə ki, onlar yüksək kalorili sayılır (bax yuxarıya). Bütün içkiləri iki qrupa bölmək olar. Birinci qrupa daha tünd , tərkibində 40 % ətrafında spirt olan alkoqollu içkilər aiddir, bunlarda şəkər demək olar ki yoxdur – araq, konyak, viski və ingilis arağı bunlara aiddir. “Riskli doza”, yəni hipoqlikemiya təhlükəsi yaradan doza bu qrup içkilərdə 50-100 ml olur. Yadda saxlamaq lazımdır ki hipoqlikemiyanın qarşısını almaq üçün alkoqollu içkilərdən əlavə, masa üzərində qəlyanaltı kimi tərkibində karbohidrat olan məhsullar mütləq olmalıdır (çörək, kartof və s.). İkinci qrupa isə tərkibində nisbətən daha az spirt olan, lakin ola bilsin ki, onların tərkibində şəkər olsan içkilər aiddir. Şəkərli diabetdən əziyyət çəkən xəstələrə bu qrup içkilərdən az miqdarda istifadələrinə icazı verilir, adıçəkilən məhsullarda şəkər 3-5%-dən (30-50qr/l) çox deyil. “Riskli doza” bu tip içkilərdə 150-250 ml olur. Beləliklə də içki qəbul etməzdən əvvəl üzərindki yazını dəqiqliklə oxumalısınız. Diabet zamanı qanda şəkəri kəskin qaldıra bilən içkilərdən istifadə etmək məqsədə uyğun deyil ki, bunlara da aşağıdakılar aiddir: şirin və möhkəm çağır, likör, meyvə arağı, şirin şampan və s. Pivə haqqında isə ayrıca danışmaq lazımdır. Əgər təhlükəsiz miqdarda (300 ml-dən çox olmayaraq) pivə qəbul edirsinizsə, bu “icazə verilən” içkilər sırasına daxli olacaqdır, çünki bu dozada pivədə olan karbohidrat alkoqolun təsiri ilə neytrallaşır, odur ki, insulinin dozasını təyin edəndə karbohidratın bu miqdarı hesaba alınmır, əks halda hipoqlikemiya ola bilər. Alkaqol hipoqlikemiyasının gec əmələ gələ bilməsini də yadda saxlamaq lazımdır. Əgər siz gecə spirtli içki çox qəbul etmisinizsə, gecə yarı hipoqlikemik vəziyyət yaranar ki, bu daha da təhlükəlidir. Bu səbəbdən də yamtazdan əvvəl qanda şəkəri mütləq yoxlayın və lazım olsa tərkibində karbohidrat olan məhsullar qəbul edin.


Alkoqol hipoqlikemiyası qaraciyərin kömək edə bilməməsi və ətrafdakıların ağızdan spirt qoxusunun gəlməsinə görə bu vəziyyəti sərxoşluq kimi qəbul etməsi səbəbi ilə, daha ağır hipoqlikemiya sayılır. Sonda deyə bilərik ki, heç vaxt alkoqolun hipoqlikemik təsirinə əsaslanıb, onunla insulini əvəz etmək qəti omlaz. Bu hərəkəti qəti etməyin, əks halda ağır nəticələrlə üzləşə bilərsiniz. Axı yuxarıda qeyd etmişdik ki, alkoqolun hipoqlikemik təsiri I tip şəkərli diabetdə çatmayan insulini əvəzetməsi hesabına deyil, qana şəkərin qaraciyərdən daxil olmasının qarşısının alınması hesabınadır. Bu o deməkdir ki, qida qəbulundan sonra qanda artıq şəkər olduqda, onu insulin olmadığı halda alkoqolla aşağı salmaq mümkün deyil. Bundan əlavə alkoqolun qaraciyərə mənfi təsiri də nəzərə alınmalıdır.

Başlanğıca


İNSULİNOTERAPİYA

İnsulinin kəşfi.
20-ci əsrin əvvəllərində diabetdən əziyyət çəkən cavan şəxslərdə, yəni insulinə ehtiyacı olan şəkərli diabetli insanlarda yaşamaq şansı demək olardı ki, yox dərəcəsində idi. 1921-ci ilin payızında Toronto şəhərində (Kanada) həkim olan iki şəxs – Frederik Bantinq və Çarlz Best danaların mədəaltı vəzisindən itlərdə qanda şəkəri aşağı salan maddə tapdılar. Sonralar onlar bu kəşvə görə Nobel mükafatına layiq görüldülər, Batinqin ad günü isə indiyə kimi Beynəlxalq diabet günü (14 noyabr) kimi qeyd olunur.

Həqiqətən də insulinin kəşvi və praktikada istifadəsi şəkərli diabetin müalicəsində inqlab idi. Bundan sonra insanlar arasında diabetik komadan ölüm halları kəskin azaldı. İlk illər preparatın əldə olunmasında bir çox texniki problemlər meydana gəldi ki, sonralar bu da öz həllini tapdı. İndi insulinə ehtiyacı olan diabetli xəstələr “Biz özümüzə insulin yeritmək məcburiyyətindəyik” kəlməsinin əvəzinə “Bizim özümüzə insulin yeritmək imkanımız var” deməlidirlər.

Başlanğıca

Heyvani mənşəli və insan insulini.
İnsulin kimyəvi quruluşuna görə zülal olub, yuxarıda qeyd etdiyimiz kimi mədəaltı vəzin betta hüceyrələrində yaranıb, birbaşa qana keçir. Şəkildə insulinin strukturu göstərilib. Ayrıca həlqələr amin turşular olub, adətən istənilən zülal bunlardan təşkil olunur. İlk insulin preparatları heyvani mənşəli olublar. Onu adətən donuzun və ya qaramalın mədəaltı vəzisindən alırlar. Qaramal insulini insanınkından üç amin turşusu, donuz insulini isə bir amin turşusu ilə fərqlənir. Son zamanlar daha çox insan insulini istifadə edilir. Sonuncu adətən gen mühəndisləri vasitəsi ilə haırlanıb, bakteriyaları insulin sintez etməyə məcbur edirlər ki, bu da kimyəvi quruluşuna görə təbii insan insulinindən fərqlənmir (yəni o orqaniz üçün yad maddə sayılmır).

Gen mühəndislyi insan insulinini şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün daha mükəmməl seçim preparatıdır. Son on ildə insan insulininin belə demək mümkündürsə analoqları, yəni modifikasiya edilmiş və müəyyən keyfiyyətlər verılmış növləri meydana çıxmışdır. Bu insulinin inyeksiya ilə yeridilməsi onun zülali mənşəli olmsaı ilə əlaqədardır. Əgər onu tablet formasında qəbul etsək, o mədə və bağırsaqda tez bir zamanda həzm olacaq və təsir göstərməyəcəkdir.

Başlanğıca

İnsulinin təsir müddəti

Təsir müddətinə görə insulin ultra qısa, qısa və uzun müddətli (prolangir olunmuş) formaları vardır (məqalənin sonuna bax). Bundan əlavə qarışıq insulinlər də var ki, bunların tərkibində həm qısa, həm də uzunmüddətli təsir edən insulin vardır. Qısa müddətli təsir edən insulin (onu sadə insulin də adlandırırlar) həmişə şəffaf olur. Qısa müddət təsir edən insulinlərin təsir profili aşağıdakı kimidir: 15-30 dəqiqəyə təsiri başlayır, 2-4saatdan sonra pik nöqtəyə çatır, 6 saatdan sonra sona çatır, lakin çox vaxt təsir müddəti dozadan aslı olur. Nə qədər az doza yeridilərsə, bir o qədər təsiri az müddətli olur (şəkilə bax). Bu parametrləri bildikdə qısa müddətli insulini yeməkdən 30 dəqiqə əvvəl yeritmək lazım olacaqdır ki, qanda şəkər qalxanda insulinin də təsiri başlasın. Bu növ insulinlərin pik vaxtı mütləq qidalanma lazımdır ki, insulinin təsiri ilə qida uzlaşsın və hipoqlikemiya vəziyyəti yaranmasın.

 


Ultra qısa təsirli insulinlər, qısa müddətli təsir edən insan insulininin analoqlarıdır. Rusiayda hal-hazırda iki qrup insulin istifadəsinə icazə verilir: Xumaloq və Novorapid. Onların təsiri digər qısa müddətli insulinlərin təsirindən bir qədər fərqlənir. (bax şəkilə). Onlar yeridildikdən demək olar ki, dərhal təsir etməyə başalyır ki (5-15 dəqiqə), bu da xəstələrə inyeksiyadan qida qəbuluna kimi intervalı gözləməmək imkanı verir, bəzən hətta qidadan sonra yeridilir. Pik vaxtı 1-2 saatdan sonra olur ki, bu zaman da qanda insulinin miqdarı adi vaxtdakından artıq ola bilər. Bütün bunlar xəstələrə qida qəbulu zamanı daha sərbəst olmağa və yeməkdən sonra şəkərin normal olmasına imkan verir (o cümlədən şirniyyatlarla münasibətdə). Onların təsir etmə müddəti 4-5 saata kimi olur ki, bu da xəstələrə inyeksiyalar arsı müddətdə qida qəbulundan imtinaya kömək edir. Beləliklə də insanların həyat rejimi daha dayanıqlı olur.


Uzun təsirli insulin preparatları (prolangir olunmuş) insulinə xüsusi maddələr əlavə etməklə əldə edilir və bu da dəri altından insulinin sorulmasını ləngidir. Adətən bu maddə əsasən zülal olur. (NPX) Bu tip insulinlərin orta təsir müddətli və uzun təsir müddətli olurlar. Hal-hazırda əsasən orta təsirli insulin istifadə edilir. Onların təsir profili aşağıdakı kimidir:dərman yeridildikdən sonra başlanğıc 2 saat, pik 6-10 saatdan sonra, 12-16 saatdan sonra isə dozadan asılı olaraq son olur olur (şəkilə bax).


İnsulinin prolangir olunmuş formaları insulinin kimyəvi strukturunun dəyişməsi hesabına hasil edilir. Onlar şəffaf olduqlarına görə istifadədən əvvəl qarışdırmağa ehtiyac yoxdur. Onların arasında orta müddətli təsirlilərin analoqları NPX insulinlərin təsirinə oxşayır. Adı çəkilən növə Levemir aiddir, hansı ki, təsirini çox güclü proqnozlaşdırmaq olur. Uzunmüddətli təsir edənlərin analoqu Lantusdur ki, bunun da təsiri 24 saat müddətində qalır və bu səbəbdən də bazal insulin kimi sutkada bir dəfə yeridilir. Onun pik təsir müddəti olmur, bu səbəbdən də gecə yarısı və qidalar arasındakı müddətdə hipoqlikemiya ehtimalı azalır.


Kombinə olunmuş insulin və ya insulin analoqları özlərində eyni vaxtda ultra qısa və orta təsirli insulinləri birləşdirən preparatlar aidddir. Belə ki, qısa müddətli və uzun müddətli təsirə malik insulinlərin müxtəlıf nisbətlərdə qarışığı istehsal edilir: 10/90%-dən 50/50%-dək nisbətdə. Beləliklə bu tip insulinlərin təsir profili ayrıca hesablanmış insulinlərin profilindən və tərkibinnin nisbətindən aslıdır.

Başlanğıca

İnsulinlə müalicə rejimi.
Sağlam şəxslərdə insulin sekresiyası. Yaxşı məlumdur ki, normal insanlarda insulin gün ərzində az-az və mütəmadi olaraq sintez olur, bu bazal və ya fon sekresiyası adlanır (şəkilə bax). Orta hesabla bu hər saatda 1 V olur. Qanda şəkərin miqdarı artan kimi insulin sintezi də bir neçə dəfə artır (qanda şəkərin miqdarı daha çox karbohidrat tərkibli qida qəbul etdikdə artır). Hər bir çörək vahidinə sağlam şəxslərdə mədəaltı vəzi 1-2 vahid insulin sintez edir.


İnsulinlə müalicə apararkən əsas şərt bir tərəfdən normal insanlardaki baş verən prosesə yaxınlaşmaqdır. Digər tərəfdən də insanlar insulinin inyeksiyasının sayını azaltmaq istəyirlər. Bu səbəbdən də hal-hazırki dövrdə müxtəlif insulinlə müalicə rejimləri istifadə edilir.

Ənənəvi insulinoterapiya.
I tip şəkərli diabet xəstələrində gündə bir-iki dəfə uzun müddətli insulin yeritməklə normal nəticələr almaq praktik olaraq mümkün deyil (şəklə bax). Bu ona görə baş verir ki, gün ərzində qanda yüksəlmiş şəkər vaxtı ilə insulin təsirinin maksimal pik vaxtı həmişə eynilik təşkil etmir. Dediyimiz səbəbdən də, bu tip müalicə sxemi II tip şəkərli diabet xəstələri üçün istifadə edilir.
İnsulinterapiyanın daha yaxşı bir variantı qısa müddətli və orta müddətli insulin növlərinin sutka ərzində 2 dəfə yeridilməsidir (şəklə bax). Yuxarıda söylədiyimiz insulinterapiyanın təsirinin parametrlərinə uyğun olaraq xəstələrə xüsusi 3 əsas və 3 aralıq qidalanma- (bu zaman qəbul edilən karbohidratların miqdarı eyni olmalıdır) məsləhət görülür. Lakin hətta bütün şərtlərə əməl etdikdə belə, bu tip rejim vasitəsi ilə yaxşı nəticə əldə etmək mümkün deyil.

 

Intensiv insulinoterapiya.
İnsolinoterapiyanın ən yaxşı variantı təbii mədəaltı vəzinin funksiyasını təkrarlayan variantdır. Belə rejim intensiv insulinoterapiya və ya çoxsaylı inyeksiyalar rejimi adlanır. İnsulinin basal sekresiyasının rolunu uzun müddətli insulin oynayır. Lakin insulinin qidalanma zamanı sekresiyası funksiyasına isə çox tez vəgüclü təsir göstərən qısa müddətli insulindən istifadə etməklə nail olmaq olar. Bundan əlavə qısa təsirli insulin korreksiya edici vasitə kimi, yəni qalxmış şəkəri aşağı salmaq məqsədi ilə (hətta əgər şəxs qida qəbul etmək istəmədikdə belə) də istifadə edilir. Ən şox istifadə edilən intensiv insulinoterapiya sxemi inyeksiyaların aşağıdakı kombinə olunmuş sxemidir (şəklə bax):
1.Səhər (səhər yeməyindən əvvəl) – qısa müddətli və uzun müddətli insulin yeridilməsi
2. Günorta (nahardan əvvəl) – qısa müddətli insulin yeridilməsi
3.Axşam (şam yeməyindən əvvəl) - qısa müddətli insulin yeridilməsi
4.Gecə - uzun müddətli insulin yeridilməsi.


İki orta təsirli insulin əvəzinə bir uzun müddətli insulin lantus yeritmək olar (şəklə bax). Əlbətdə ki, bu təməl sxemadır və hər bir xəstə üçün müəyyən vaxtlarda və günlərdə dəyişikliyə məruz qala bilər: belə ki, bədənə yeridilən insulin inyeksiyalarının sayı çox ya da az ola bilər (məsələn: əlavə qida qəbulu, qanda şəkərin miqdarınin yüksəlməsi, yanaşı xəstəliklərə zamanı). İnsulinin inyeksiyalarının sayuının artılılmasına baxmayaraq intensiv insulinoterapiya xəstələrə qidalanmanın miqdarına sayına və tekibinə daha sərbəst və çevik olmağa imkan verir.

Başlanğıca

İnsulinin dozası.
Əsas məsələ xəstənin özü tərəfindən insulinin dozasının özünün təyin etməsi və dozanı sərbəst dəyişdirə bilməsidir. Yadda saxlayın daimi təyin edilmliş dəqiq doza ola bilməz!
İnsulinin dozası (xüsusən də qısa müddətli insulin) həmişə dəyişəcəkdir. Məlumat kitablarında yazılan orta rəqəmlərə həmişə inanmaq lazım deyildir (məsələn: qısa müddətli insulin və əsas insulinin nisbəti 50%-in 50%-ə olmalıdır, 1 ÇV-ə 2 vahid insulin yeridilməlidir və s.). Belə dozalar bəzən sizə uyğun gəlməyə bilər.


İnsulinin yeridilməsi zamanı dozanın təyin edilməsində yeganə kriteriya qanda çəkərin miqdarıdır.
Yadda saxlayın intensiv insulinoterapiya gündəlik, tez-tez özünənəzarətlə birgə olmalıdır. Bu göstəricilər sonralar sizə və həkiminizə insulinin dozasının seçilməsi üçün əsas olacaqdır.
Beləliklə, axşan yeridilmiş prolangir olunmuş insulinin seçilmiş dozası o zaman doğru hesab ediləcək ki, səhər acqarına qanda şəkər normal olsun və gecə hipoqlikemiya vəziyyəti yaranmasın. Bu zaman əsas şərtlərdən biri də yatmazdan əvvəl qanda şəkərin miqdarını normal olmasıdır, belə ki, prolangir forma insulin bu rəqəmi səhərə kimi normal saxlayacaq. Qanda insulinin bazal miqdarını təyin edən səhər prolangir olunmuş insulinin seçilmiş dozası o zaman doğru hesab ediləcək ki, hər hansı bir gündə naharı buraxmaq lazımdır (bu zaman qısa müddətli insulin də yeridilmir).
Əgər bu vaxt qanda şəkər normaldırsa, və səhər dozası onu axşam yeməyinə qədər o qaydada saxlayırsa deməli bu doza düzgündür.
Prolangir olunmuş dozanı təyin etdikdən sonra hər dəfə yeməkdən əvvəl təyin edilən qısa müddətli insulinin də dozasının adekvatlığını hesablamaq lazımdır. Bunun üçün qanda şəkəri ya yeməkdən 1.5-2 saat sonra (qanda şəkərin pik vaxtı), ya da növbəti qida qəbulu zamanı (5-6 saat sonra) ölçmək lazımdır. Şam yeməyindən əvvəl qanda şəkərin təyin olunması sizə intensiv insulinoterapiya zamanı günorta yeməyindən əvvəl yeridilmiş qısa müddətli insulinin dozasının adekvatlığını və ya ənənvi insulinterapiyada səhər yeridilmlş səhər prolangir olunmuş insulinin dozasının dəqiqliyini qiymətləndirməyə kömək edər. Yatmazdan əvvəl qanda şəkərin miqdarı şam yeməyindən əvvəl qəbul olunmuş qısa müddətli insulinin dozasının düzgün təyinini əks etdirəcək. Bu qidalanmalar zamanı qəbul edilmiş karbohidratların hasablanması imkan verir ki, siz 1 ÇV-nə düşən qısa müddətli insulunə təlabatınızı hesablaya bilərsiniz.
Eyniylə bunun kimi siz, qanda şəkərin yüksək səviyyəsində nə qədər qısa müddətli insulin yeridilməli olduğunu bilərsiniz. Müxtəlif insanlarda 1 vahid insulin 1-3 mmol/l arasında şəkərin səviyyəsini aşağı salır.

Başlanğıca


İnsulinin dozasının azaldılması qaydaları.
Planlaşdırılmış insulin dozasının azaldılmasına hipoqlikemiya səbəbdir, lakin bu xəstənin səhvi nəticəsində əmələ gəlmiş hipoqlikemiya olmamalıdır (yemək vaxtının ötürülməsi, lazım olan qədər ÇV qəbul olunmaması, insulinin dozasının düzgün hesablanması və ya fiziki aktivliyın həddən çox olması, alkaqol qəbulu).
Bu zaman xəstə aşağıdakıları etməlidir:
1) Hipoqlikemiya əmələ gəlibsə onu aradan götürmək üçün şəkərli qidalar qəbul etmək lazımdır.
2) Növbəti inyeksiya zamanı qanda şəkərin təyin oluması. Əgər o norma daxilindədirsə, adi doza yeridiləlidir, əgər o hipoqlikemiyadan sonra qalxıbsa, növbəti inyeksiya zamanı dozanı artırmalısınız.
3) Hipoqlikemiyanın səbəbini öyrənin. Əgər dörd səbəbdən biri nəticəsində (şox insulin, az ÇV, fiziki aktivlik və alkoqol) yaranıbsa, növbəti gün səhvi düzəltməli, lakin insulinin dozasını dəyişməməlisiniz. Əgər səbəbi tapmamısınızsa, növbəti gün insulinin dozasını dəyişməyin, bu hipoqlukemiya təsadüfi də ola bilər.
4) Növbəti gün eyni vaxtda hipoqlikemiyanın olub-olmamasını yoxlayın. Əgər təkrarlanıbsa, hansı insulinin səbəb olduğunu müəyyənləşdirin. Bunun üçün insulinin təsir müddətinin paramertləini bilməlisiniz.
5) Üçüncü gün müvafiq insulinin dozasını 10 % azaldın, yaxşı olar ki, tam rəqəmlər olsun ( bu adətən 1 və ya 2 təsir vahidir). Əgər hipoqlikemiya davam edərsə insulinin dozasını yenidən azaldın.
Aşağıda günün müxtəlif zamanları intensiv insulinterapiya zamanı (səhər yeməyindən əvvəl orta və qısa müddətli insulin, günorta yeməyindən əvvəl qısa müddətli insulin, şam yeməyindən sonra qısa müddətli insulin, yatmazdan əvvəl orta müddətli insulin,) baş vermiş hipoqlikemiyanın qarşısının alınması məqsədi ilə görüləcək tədbirlər qeyd olunmuşdur:


Səhər saatlarında (səhər yeməyindən sonra) hipoqlikemiya
Xəstədə 10.00-da hipoqlikemiya olur. Hipoqlikemiyanın əsas səbəbi tapılmayıb. Xəstə insulinin dozasını dəyişməyir. Hipoqlikemiya ertəsi gün saat 11-də təkrarlanır. Səhər hipoqlikemiyaya səbəb olan qısa müddətli insulin dozasını 10% azaldaraq (16 təsir vahidində bu 2 təsir vahidi edir) 14 təsir vahidi edilir.

 

Tarix
Insulin
Qanda şəkər
Qeyd
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
   
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
2.10
16
12
10
8
14
6.1
5.9
7.2
6.3
10.00 da hipo
3.10
16
12
10
8
14
5.9
4.8
7.0
6.5
11.00 da hipo
4.10
14
12
10
8
14
6.6
5.0
6.1
4.7
Hipo yox
5.10
14
12
10
8
14
6.1
5.8
6.7
7.0
Hipo yox

 

Gündüz hipoqlikemiya (gönorta yeməyindən sonra)
Xəstədə 12.10 tarixdə saat 16-da hipoqlikemiya baş verir. Bunu əsas səbəbi bilinmir. 13.10 tarixdə xəstə dozanı dəyişmir. Saat 15.00-da hipoqlikemiya təkrarlanır. Şam yeməyindən əvvəl qanda şəkər bir qədər artıqdır, bu səbəbdən də xəstə yeməkdən əvvəl 8 deyil, 9 vahid insulin yeridir. 14.10 tarixdə xəstə hipoqlikemiyaya səbəb olan insulini – qısa müddətli insulini 10 % azaldır (10 təsir vahidində 1 təsir vahidi) və onu 9 təsir vahidi edir. Şam yeməyində xəstə əvvəlki dozaya – 8 təsir vahidinə qayıdır.

Tarix
Insulin
Qanda şəkər
Qeyd
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
   
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
12.10
16
12
10
8
14
4.1
6.2
7.2
5.8
16.00 da hipo
13.10
16
12
10
9
14
5.5
4.8
9.0
6.1
15.00 da hipo
14.10
16
12
9
8
14
6.0
5.7
4.1
4.9
Hipo yox
15.10
16
12
9
8
14
5.1
6.8
5.7
7.0
Hipo yox

Axşam hipoqlikemiya (şamdan sonra)
22.10 tarixdə axşam saat 9-da xəstədə hipoqlikemiya baş verir. Bunun əsas səbəbi bilinmir. 23.10 tarixdə xəstə dozanı dəyişmir. 23.10 tarixdə insulinin dozasını dəyişmir. Saat 22.00-da hipoqlikemiya təkrarlanır.24.10 tarixdə xəstə hipoqlikemiyaya səbəb olan insulini – qısa müddətli insulini 10 % azaldır (8 təsir vahidində 1 təsir vahidi) və onu 7 təsir vahidi edir.

Tarix
Insulin
Qanda şəkər
Qeyd
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
   
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
22.10
16
12
10
8
14
6.1
4.9
6.2
7.1
21.00 da hipo
23.10
16
12
10
8
14
5.4
5.8
4.5
6.3
22.00 da hipo
24.10
16
12
10
7
14
5.9
4.3
6.1
4.7
Hipo yox
25.10
16
12
10
7
14
6.2
5.1
6.0
6.6
Hipo yox

 

Gecə hipoqlikemiyası ( saat 3 və 4 növbəti kalendar günüdür).
Bu zaman digər günlərdən fərqli oaraq əsas səbəb bilinmədikdə ikinci hipoqlikemiyanı gözləmək lazım deyil, insulinin dozası dərhal azaldılmalıdır.Nəzərə alsaq ki, 03.11 tarixində səhər qanda şəkər hipoqlikemiyadan sonra yüksəkdir, xəstə gündüz qısa müddətli insulininin dozasını artıraraq 14-dən 16 təsir vahidinə kimi atırır.
Sonra həmin gün xəstə hipoqlikemiyaya səbəb olan insulini – axşam uzun müddətli müddətli insulini 10 % azaldır (14 təsir vahidində 1 təsir vahidi) və onu 13 təsir vahidi edir. Hipoqlikemiya 04.11 tarixində gecə saat 04.00-da təkrarlanır. Səhər qanda yüksək şəkər olduğu üçün xəstə yenidən 16 təsir vahidi qısa müddətli insulin yeridir. 04.11-də axşam uzun müddətli müddətli insulini 10 % azaldır (13 təsir vahidində 1 təsir vahidi) və onu 12 təsir vahidi edir.

Tarix
Insulin
Qanda şəkər
Qeyd
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
   
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
02.11
14
12
10
8
14
6.4
5.0
7.2
6.1
03 də hipo
03.11
16

12
10
8
13
11.2
6.8
6.0
5.8
04 də hipo
04.11
16
12
10
8
12
10.7
5.0
6.1
5.3
Hipo yox
05.11
14
12
10
8
12
6.3
5.4
6.7
5.9
Hipo yox

 

Başlanğıca

İnsulinin dozasının qaldırılma qaydaları
İnsulinin planlaşdırılmış dozasının artırılmasına səbəb qanda yüksək şəkərin əmələ gəlməsidir ki, əgər qanda şəkərin miqdarının xəstənin aşağıdakı səhfləri ilə əlaqədar olaraq artması hesabına olmamışdırsa mümkündür: texniki səhf üzündən insulinin dozasının az olması, (doza yığımında texniki səhf, qeyri-uyğun konsentrasiya, insulini pis sorulan nahiyəyə yeridilməsi), ÇV-nin artıq olması (hesablamada səhf), adi fiziki aktivliyin azalması, yanaşı xəstəliklər və s.
Bu zaman xəstə aşağıdakıları etməlidir:
1) Hazırki vəziyyətdə qısa müdətli insulinin dozasını artırmaq (əgər yeməkdən əvvəl qanda yüksək şəkər aşkarlanıbsa) və ya əlavə qısa müddətli insulinin yeridilməlidir.
2) Qanda şəkərin midrarı növbəti inyeksiya zamanı təyin edilir. Əgər bu göstərici normaldırsa, adi insulin dozası yeridilməlidir.
3) Qanda şəkərin yüksək olmasının səbəbi təhlil olunmalıdır. Əgər göstərilən dörd səbəbdən biri aşkar olunubsa (yuxarıya bax), növbəti gün təyin olunana səhv düzəldilməli və insulinin dozası dəyişdirilməməlidir. Əgər qanda şəkərin qalxmasına hər hansı səbəb aşkar olunmayıbsa, növbəti insulin dozası yenə də dəyişdirilməməlidir, belə ki, bu, təsadüfi xarakterli də ola bilər.
4) Növbəti gün qanda şəkərin miqdarının yüksəlib yüksəlməməsinə baxılmalıdır. Əgər təkrar yüksəlmə varsa, insulinin təsir parametrlərinə uyğun olaraq səbəbkar insulini tapmaq lazımdır.
5) Üçüncü gün uyğun gələn insulinin dozasını 10 % - tam rəqəmə qədər artırmaq lazımdır (adətən bu 1-2 təsir vahidindən çox olmur). Əgər növbəti gün qanda şəkərin miqdarı yenə də yüksək olaraq qalmışsa, təyin olunmuş insulinin dozası yenidən artılılmalıdır.


Aşağıda xəstənin qanda şəkərin miqdarının günün müxtəlif vaxtlarında intensivləşdirilmiş insulinterapiya zamanı (səhər yeməyi zamanı qısa və orta təsirli, günotra yeməyi zamanı qısa təsirli, şam yeməyində qısa təsirli, yatmazada əvvəl orta təsirli insulin ) yüksək olduğu zaman lazım olan insulinin artırılması tədbirlər göstərilib.
Səhər saatlarında (səhər yeməyindən sonra və ya günorta yeməyindən əvvəl) qanda şəkərin yüksək olması.
7.09 tarixində qanda nahardan əvvəl şəkərin yüksək olduğu təyin edilir. Hiperqlikemiyayanın dəqiq səbəbi təyin edilmir. Qanda şəkərin miqdarını azaltmaq məqsədi ilə xəstə qısa təsirli insulinin dozasını günorta yeməyi zamanı 10-dan 12 təsir vahidinə qədər artırır. 8.09 tarixində səhər insulinin dozasını dəyişməyin. Qanda yüksək şəkər günorta yeməyi zamanı yenidən təkrarlanır. Xəstə günorta yeməyindən əvvəl insulinin dozasını yenidən 12 təsir vahidi yeridir. 9.09 tarixində xəstə hiperqlikermiyaya səbəb olan - səhər qısa müddətli insulini dozasını 10 % artıraraq (12 təsir vahidində təqribən 1 təsir vahidi) 13 təsir vahidi edir. Həmin gün günorta yeməyindən əvvəl xəstə əvvəlki dozanı – 10 təsir vahidini yeridir.

Tarix
Insulin
Qanda şəkər
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
 
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
6.09
12
12
10
8
14
6.1
5.9
7.2
6.3
7.09
12
12
12
8
14
5.9
11.9
7.0
6.5
8.09
12
12
12
8
14
6.6
12.5
6.1
4.7
9.09
13
12
10
8
14
6.1
5.8
6.7
7.0

 

Günorta yeməyindən sonra və ya şam yeməyindən əvvəl qanda şəkərin yüksək olması. Bu zaman “günahkar” kimi günorta yeməyindən əvvəlki qısa müddətli və ya səhərki prolangir olunmuş insulin ola bilər Bütün bunlar aradakı fasilələrdən aslıdır. Dediklərimizdən əlavə səhər fon insulinin yoxlanması qaydalarını da yaddan çıxarmaq olmaz (“İnsulinin dozası” bölməsinə bax).
a) 17.09 tarixində şamdan əvvəl qanda şəkərin yüksək olduğu təyin edilir. Hiperqlikemiyaya dəqiq səbəbi təyin edilmir. Qanda şəkərin miqdarını tez zamanda azaltmaq məqsədi ilə xəstə şam yeməyindən əvvəl qısa müddətli insulini 8-dan 10 təsir vahidinə qədər artırır. 18.09 tarixində səhər və nahardan əvvəl insulinin dozasını dəyişməyin. Qanda yüksək şəkər şam yeməyindən əvvəl yenidən təkrarlanır. Xəstə şam yeməyindən əvvəl insulini yenidən 10 təsir vahidi yeridir. 19.09 tarixində xəstə hiperqlikermiyaya səbəb olan - nahardan əvvəlkı qısa müddətli insulinin dozasını yenidən 10 % artıraraq (10 təsir vahidində təqribən 1 təsir vahidi) 11 təsir vahidi edir. Həmin gün şam yeməyindən əvvəl xəstə əvvəlki dozanı – 8 təsir vahidini yeridir.

Tarix
Insulin
Qanda şəkər
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
 
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
16.09
12
12
10
8
14
4.7
6.1
7.3
5.8
17.09
12
12
10
10
14
5.3
6.8
11.0
6.1
18.09
12
12
10
10
14
5.0
5.7
11.5
5.9
19.09
12
12
10
8
14
5.8
6.1
5.7
7.0

 

Və ya
b) Xəstə bu zaman “günahkar” kimi səhər uzunmüddətli insulini sayır və 19.09 tarixində onun dozasını 10 % artıraraq (12 təsir vahidində 1 təsir vahidi) 13 təsir vahidi edər.

Tarix
Insulin
Qanda şəkər
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
 
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
16.09
12
12
10
8
14
4.7
6.1
7.3
5.8
17.09
12
12
10
10
14
5.3
6.8
11.0
6.1
18.09
12
12
10
10
14
5.0
5.7
11.5
5.9
19.09
12
12
10
8
14
5.8
6.1
5.7
7.0

 

Axşam saatlarında (şam yeməyindən sonra və ya gecə saatlarında) qanda şəkərin miqdarının yüksək olması. Bu zaman qanda yüksək şəkərin oması ilə əlaqədar planlaşdırılmamış qısa müddətli insulin yeridilir.
27.09 tarixində qanda yatmazdan əvvəl şəkərin yüksək olduğu təyin edilir. Hiperqlikemiyanın dəqiq səbəbi təyin edilmir. Qanda şəkərin miqdarını tez zamanda azaltmaq məqsədi ilə xəstəyə planlaşdırılmamış 2 təsir vahidi insulin yeridilir. 28.09 tarixində səhər insulinin dozası dəyişməyir. Qanda yüksək şəkər yatmazdan əvvəl yenidən təkrarlanır. Xəstə 28.09 tarixində yatmazdan əvvəl planlaşdırılmamış 2 təsir vahidi yeridir. 29.09 tarixində xəstədə hiperqlikermiyaya səbəb olan -qısa müddətli insulinin şam yeməyindən əvvəlki dozasını yenidən 10 % artıraraq (8 təsir vahidində təqribən 1 təsir vahidi) 9 təsir vahidi edilir. Həmin gün yatmazdan əvvəl qanda şəkərin miqdarı normal olur və planlaşdırılmamaış insulin yeridilməsinə ehtiyac olmur.

Tarix
Insulin
Qanda şəkər
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
 
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
26.09
12
12
10
8
14
5.1
4.8
6.3
5.8
27.09
12
12
10
8
2/14
5.7
5.9
6.0
10.1
28.09
12
12
10
8
2/14
4.9
4.3
5.8
11.0
29.09
12
12
10
9
14
6.2
5.1
6.0
6.7

Səhər və ya axşam saatlarında (növbəti gün saat 3 və 6 aralığında) qanda yüksək şəkər.
a) Gecə uzun müddətli insulini çatışmır. 3.10 tarixində qanda səhər saatlarında şəkərin yüksək olduğu təyin edilir. Hiperqlikemiyanın dəqiq səbəbi təyin edilmir. Qanda şəkərin miqdarını tez zamanda azaltmaq məqsədi ilə xəstəyə səhər yeməyindən əvvəl insulinin dozasını 12-dən 14 vahidədək artıraraq yeridilir. Həmin gün digər insulinlərin dozaları dəyişməyir. 4.10 tarixində saat 3.00 radələrində xəstə qanda çəkəri ölçür və onun adi vəziyyətdən bir qədər artıq olduğunu təyin edir. Qanda yüksək şəkər 4.10 tarixində səhər saatlarında yenidən təkrarlanır. Xəstə yenidən səhər yeməyindən əvvəl 14 təsir vahidi qısa müddətli insulin yeridir. Həmin gün yatmazdan əvvəl xəstə hiperqlikermiyaya səbəb olan - uzun müddətli insulin dozasını yenidən 10 % artıraraq (14 təsir vahidində təqribən 1 təsir vahidi) 15 təsir vahidi edir. 5.10 tarixində saat 3.00 radələrində və səhər yeməyindən əvvəl qanda şəkərin miqdarı normal olur lakin ideal göstəricilərə tam uyğun deyil. Həmin gün səhər yemnəyindən əvvəl xəstə insulinin dozasını əvvəlki günlərə nisbətən bir qədər azaldaraq 13 təsir vahidi edir. 5.10 tarixində yatmazdan əvvəl xəstə uzun müddətli insulinin dozasını yenidən 10 % artıraraq (15 təsir vahidində təqribən 1 təsir vahidi) 16 təsir vahidi edir. 6.10 tarixində saat 3 radələrində qanda şəkərin miqdarı norma həddində olur. Həmin gün səhər yeməyindən əvvəl xəstə əvvəlki dozaya - 12 təsir vahidinə qayıdır.

Tarix
Insulin
Qanda şəkər
Qeyd
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
   
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
02.10
12
12
10
8
14
6.3
5.1
4.2
5.8
 
03.10
14
12
10
8
14
11.1
6.3
6.1
4.4
Saat 3-də 8.2
04.10
14
12
10
8
15
10.8
5.3
6.7
5.2
Saat 3-də 7.0
05.10
13
12
10
8
16
8.5
5.9
6.1
5.2
Saat 3-də 5.9
06.10
12
12
10
8
16
5.5
5.4
6.6
4.2
 

 

b) Axşam qəbul edilmiş uzun müddətli insulin səhərə kimi təsir göstərə bilmir. Bu məqsədlə orta təsirli insulini daha gec qəbul etmək və ya uzun müddətli insulinin analoqu olan Lantusdan istifadə etmək olar. Əgər bu lazımi nəticə verməzsə, “sübh şəfəqi” adlanan fenomen ola bilər ki, bu zaman da səhər saat 5-6 radələrində qanda şəkərin qalxması ilə xarakterizə olunur. Belə olduqda siz səhər erkən durmalı və tez nahar etməli və ya bu zaman qısa müddətli insulin (2-6 təsir vahidi) yeridə bilərsiniz (bax şəkilə).


12.10 tarixində qanda səhər saatlarında şəkərin yüksək olduğu təyin edilir. Hiperqlikemiyanın dəqiq səbəbi təyin edilmir. Qanda şəkərin miqdarını tez zamanda azaltmaq məqsədi ilə xəstə səhər yeməyindən əvvəl insulinin dozasını artıraraq 16 təsir vahidinədək insulin yeridilir. Həmin gün digər insulinlərin dozası dəyişməyir. 13.10 tarixində saat 03-də və 06.00 radələrində xəstə qanda şəkəri ölçür və onun normal həddində olduğunu görür, bu məqsədlə axşam uzun müddətli insulinin dozasının artırılması hipoqlikemiya təhlükəsi olduğundan məsləhət görülmür.13.10 tarixində səhər saatlarında qanda şəkərin yüksək olduğu yenidən təkrarlanır. Xəstə yenidən 16 təsir vahidi qısa müddətli insulin yeridir. 14.10 tarixində saat 06.00 radələrində xəstə qanda şəkəri ölçür və onun normal olduğunu təyin edir və daha 2 təsir vahidi qısa müddətli insulin yeridir. Bunu hesabına səhər yeməyindən əvvəl qanda şəkərin miqdarı normanllaşır və xəstə qısa müddətli insulinin dozasını yenidən 14 təsir vahidinə qədər endirir. Sonrakı günlər səhər saat 06.00-da qısa müddətli insulinin dozasını tədricən 4 təsir vahidi edir və qanda şəkərin miqdarını ideal həddə gətirib çıxarır. Səhər yeməyindən əvvəl yeridilən qısa müddətli insulinin dozasını tədricən azaldaraq 12 təsir vahidi edir.

 

Tarix
Insulin
Qanda şəkər
Qeyd
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
   
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
12.10
0/16
12
10
8
14
10.3
5.1
4.2
5.8
Saat 3- 5.7
Saat 6- 6.3
13.10
0/16
12
10
8
14
11.1

6.3
6.1
4.4
Saat 6-- 6.5
14.10
2/14
12
10
8
14
9.1
5.3
6.7
5.2

Saat 6-- 6.0
15.10
3/13
12
10
8
14
7.5
5.9
6.1
5.2
Saat 6-- 5.8
16.10
4/12
12
10
8
14
5.5
5.4
6.6
4.2
Saat 6-- 5.9


c) Qanda şəkərin səhər saatlarında qəflətən yüksək olması, axşam hipoqlikemiyasının göstəricisidir. Bu halda müvafiq insulinin dozasını azaltmaq lazımdır (bax yuxarıya).

Başlanğıca


İnsulinoterapiyanın qeyri-standart variantları.
Bəzən elə olur ki, 2 uzun müddətli insulin sutka ərzində qanda insulinin fon səviyyəsini saxlaya bilmir. Belə hal adətən insulinin qısa müddətli analoqlarından istifadə zamanı yaranır. Aşağıda belə hallara bir neçə misal göstərilib.


1) Xəstə şam yeməyini gec yeyir, bu səbəbdən səhər uzun müddətli insulini bu vaxta “bəs etmir” (şəkilə bax). Bu da şam yeməyindən əvvəl qanda şəkərin yüksək olmasına səbəb olur. Belə halda əgər qanda şəkər normaldırsa qısa təsirli insulini əlavə olaraq saat 18-19 radələrində yeritmək olar, və ya günorta yeməyindən əvvəl əlavə olaraq prolangir olunmuş insulin yeritmək olar.
2) Xəstə şam yeməyini tez yeyir, bu səbəbdən də yatmazdan əvvəl aşkar insulinsiz dövr yaranır, belə ki, prolangir olunmuş insulin 2 saatdan sonra təsir göstərməyə başlayır (bax şəkilə). Bu da gecə saatlarının ilk yarısında qanda şəkərin artmışına səbəb olur.
Bu zaman yatmazdan əvvəl qısa müddətli insulin yeridilməsi məsləhət görülür, və ya şam yeməyindən əvvəl əlavə prolangir olunmuş insulinin yeridilir ki, qanda şəkər arzuolunan həddə qalsın. Əksər hallarda yuxarıda göstərilən vəziyyətdə problemin həllinə uzun müddətli insulinin analoqu Lantus istifadə etməklə nail olurlar.

Başlanğıca

İnsulinin saxlanması qaydası
Hər bir dərman vasitəsi kimi insulinin də saxlanma müddəti vardır. Hər bir flakonda onun istifadə müddəti göstərilməlidir.
Ehtiyat insulin soyuducuda 2-8 dərəcə istidə saxlanılmalıdır (insulini dondurmaq qəti olmaz !).
İnsulin flakonları və ya şpris-qələmləri otaq temperaturunda 1 aydan çox saxlanılmamalıdır.
İlin soyuq vaxtlarında küçədə olarkən insulini (insulin-qələmi) cibinizdə də saxlaya bilərsiniz. Bundan əlavə insulini isti yerdə - gün altında, qapalı isti maşında saxlamaq olmaz. İnyeksiyadan sonra mütləq insulin flakonunu kağız qutya qoyun, belə ki, insulinin gün işığının təsirindən tərkibi dağılır (şpris qələm xüsusi qapaqcıqla bağlı olur). Əgər özünüzlə insulin gəzdirirsinizsə (məzuniyyətə, ezamiyyətə və s.), onu yük yerinə qoymayın (o əzilə, dağıla, təyyarədə silkələnə bilər).

Başlanğıca

İnsulinin konsentrasiyası.
Rusiyada hal-hazırda insulinin iki konsentrasiyası istifadə edilir: 40 təsir vahidi 1 ml preparatda U40 (adi flakonlarda) və 100 təsir vahidi 1 ml preparatda - U100 (şpris-qələmlər üçün katriclərdə, nadir hallarda flakonlarda). Dünyanın əksər ölkələri vahid insulin konsentrasiyasına keçiblər – 100 TV/ml-də olaraq hesablanır ki, Rusiyada da bu proses demək olar ki, tamamlanmaq üzrədir. Hər bir insulinin konsentrasiyası flakonun üzərində göstərilib (şəkilə bax). Eyniylə belə müxtəlif konsentrasiyada xüsusi nişanlaşmış insulin şprisləri istehsal edilir. Bu səbəbdən də həmişə yeni insulin partiyası və ya şpris aldığınızda onun flakondakı insulinin konsentrasiyasına uyğun olub-olmadığını ətraflı öyrənin.
Konsentrassiyanın uyğun gəlmədiyi təqdirdə dozalanmada ciddi səhvlər ola bilər ki, bunlara da aşağıdakılar aiddir:


1) 40 tv/ml insulinə hesablanmış şprislə konsentrasiyası 100 tv/ml insulin flakonundan insulin götürüldükdə (adi şprislə şpris-qələm üçün katricdən insulin doldurulur) – bu zaman 2.5 dəfə daha artıq insulin götürüləcəkdir:
2) 100 tv/ml insulinə hesablanmış şprislə konsentrasiyası 40 tv/ml olan insulin flakonundan – bu zaman 2.5 dəfə az insulin götürüləcəkdir:

Başlanğıca

İnsulinin şprisə yığılması
Şprisə insulinin doldurulması hərəkətlərinin ardıcıllığı:


1. İnsulin flakonunu və şprisi hazırlamalı.
2. Əgər uzun müddətli insulin yeridilməsini istəyirsinizsə, onu yaxşı çalxalayın (flakonu ovucun daxilində bərabər bulanıq olana qədər çalxalayın).
3. Şprisə yığacağınız insulin qədər hava yığın.
4. Havanı şprisdən flakona yeridin.
5. Əvvəlcə şprisə sizə lazım olandan bir qədər çox insulin çəkin. Bunu şprisdən əlavə hava qabarcıqlarının xaric olması üçün etməlisiniz. Bu məqsədlə şprisi bir qədər barmağınızla toxunun ki, hava qabarcıqları daha asan xaric olsun.

Başlanğıca

İnsulinlərin bir şprisdə qarışdırılması.
İnsulinləri bir şprisdə qarışdırmaq olarmı ? Bu prolangir olunmuş insulinin növündən aslıdır (bax Əlavəyə). Zülal (NPX-insulinləri) istifadə olunan insulinləri bir şprisdə qarışdırmaq olar. İnsulinlərin məqsədyönlü olaraq qarışdırılmıası inyeksiya sayının azaldılmasına xidmət edir.
Bir şprisdə iki insulinin qarışdırılması ardıcıllığı aşağıdakı kimidir:
1. Uzunmüddətli insulin olan flakona hava yeritmək lazımdır.
2. Qısamüddətli insulin olan flakona hava yeritmək lazımdır.
3. Əvvəlcə yuxarıda göstərildiyi kimi qısa müddətli insulini (şəffaf) şprisə çəkmək lazımdır.
4. Daha sonra uzunmüddətli insulini (bulanıq) şprisə yığmaq olar. Lakin bu zaman ehtiyatlı olmaq lazımdır ki , qısa müddətli insulin uzunmüddətli insulin olan flakona düşməsin.
Qeyd edək ki, nə qədər də qaydalara əməl etsəniz insulinlərin qatışdırılması zamanı hər halda səhv etmək mümkündür. Buna görə də yuxarıda qeyd etdiyimiz qarışıqların hazır qatışıqları satılır. Belə qarışıq insulin dəstini istifadə etməzdən əvvəl uzun müddətli insulin kimi əvvəlcə mütləq qarışdırılmalıdır. Lakin onlar I tip şəkərli diabetli xəstələr üçün əlverişli deyil, belə ki, qısa müddətli ilə uzun müddətli burada fiksassiya olunmuşdur və sərbəst dəyişilə bilmir. Bu tip insulinlər 2-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələrdə ənənəvi insulinoterapiya zamanı uğurla istifadə edilə bilər (sutkada 2 dəfə).

Başlanğıca

İnsulinin inyeksiyasının texnikası.
İnsulinin sorulması iynənin hansı təbəqəyə yeridilməsindən aslıdır. Insulin inyeksiyası həmişə dəri altı piy qatına düşməlidir, dəri altına və ya əzələ qatına düşməsi yolverilməzdir (bax şəkilə).
İnsulinin əzələyə düşməsinin qarşısını almaq üçün normal çəkiyə sahib olan şəxslərdə, xüsusən də uşaqlarda xüsusi şprislərdən və şpris-qələmlərdən istifadə etmək məqsədə uyğun sayılır, belə ki, onun ucluğunun ölçüsü 5-8 mm olur ki, bu da adi şprislərdən çox qısadır (adi şprislərdə 12-14 mm-dən az olmur). Bundan əlavə adı çəkilən iynələr nazik olub, ağrı hissiyyatının da bir qədər az hiss olunmasına xidmət edir.


İnsulin inyeksiyaları zamanı aşağıdakıları bilməlisiniz:
1. Dəridə inyeksiya yerini təyin edib, onu spirtlə təmizləmək lazım deyildir.
2. Baş barmaq və göstərici barmaqla dərini bir qədər qaldırın (bax şəkilə). Bunu insulinin əzələ qatına düşməməsi üçün mütləq etmək lazımdır.
3. İynəni dəriyə ya perpendikulyar, ya da 45 dərəcəli bucaq altında yeridin.
4. Dərini barmaqlarınızdan buraxmamamq şərti ilə porşeni axıra qədər sıxın.
5. İynəni vurduqdan bir neçə saniyə sonra onu dəridən çıxarın.

Başlanğıca

Şpris-qələmlər.
Şpris-qələmlərin istifadəsi insulin inyeksiyasını daha da asanlaşdırır (bax şəkilə). Bu, xəstəyə müəyyən rahatlıq gətirir və insulin flakonunu üzərində gəzdirərək şprislə insulin flakonundan insulin yığmağı aradan götürür.


Şpris-qələmlərə əvvəlcədən xüsusi insulin flakonu kartric və ya penifill yerləşdirilir. İnyeksiyadan əvvəl prolangir olunmuş insulin üçün qələmin tutacağını 180 dəcərə olmaqla 10-12 dəfə fırlatmaq lazımdır ki (fırlatmaq dedikdə dala-qabağa hərəkətlər başa düçülür), penfillinin daxilindəki diyircək insulini bir bərabərdə qatışdırsın. Həlqəvi dəstlə korpusun pəncərəsində dozanı təyin edirlər. İynəni dəriyə batırdıqdan sonra, yuxarıda göstərildiyi kimi düyməni axıra kimi basın, daha sonra 7-10 saniyə gözləyərək, onu çıxarın.

Başlanğıca

İnsulin inyeksiya yeri.
İnsulin inyeksiya üçün bir neşə nahiyə mövcuddur: qarının ön nahiyəsi, budun ön bayır nahiyəsi, bazunun bayır nahiyəsi, sağrı nahiyyəsi (şəkilə bax).
Özünüz öz bazu nahiyyənizə inyə vurmağınız məsləhət deyil, belə ki, siz dərini bir əllə tuta bilmədiyinizdən, böyük ehtimalla əzələyə iynə yeridə bilmə ehtimalı yarana bilər ki, bu da məqsədəuyğun deyil. Yadda saxlayın ki, insulin bədənin müxtəlif nahiyyələrindən müxtəlif cür də sorulur: məsələn, ən tez sorulma qarın ətrafı nahiyyədə olur. Buna görə də qida qəbulundan əvvəl bu hissəyə qısa müddətli insulin yeritmək lazımdır. Prolangir olunmuş insulin formasını isə bud və ya sağrı nahiyyəsinə yeritmək olar, bazuya sərbəst yeritmə məsləhət görülmür, belə ki, dərialtına və əzələyə düşmə ehtimalı var. Beləliklə də, inyeksiya nahiyyəsinin dəyişməsi hər gün eyni olmalıdır, əks halda bu vəziyyət qanda şəkərin tərəddüd etməsi ilə nəticələnə bilər.


Bunlardan əlavə yadda saxlayın ki, inyeksiya nahiyyəsində sorulmanı zəiflədən qalınlaşmanın əmələ gəlməsinə şərait yaratmamalısınız. Bunun üçün tez-tez inyeksiya yerini dəyişin, belə ki, hər bir inyeksiya arasındakı məsafə 2 sm.-dən az olmalı deyil. Yüxarıda dediklərimizə əməl etmək məqsədi ilə şprisi və ya şpris-qələmin ucluğunu tez-tez dəyişin (məsləhətdir ki, hər 5 iynədən sonra).

Başlanğıca

İnsulin pompaları.
Şəkildə insulin dozatoru adlanan (xarici ədəbiyyatda onu insulin pompaları adlandırılar) cihaz göstərilmişdir. Onlar bədənə quraşdırılmış iynə vasitəsi ilə (inyeksiya yerini hər 2-3 gündən bir dəyişmək lazımdır) sutka ərzində qısa müddətli (ultraqısa müddətli) insulini zəif sürətlə bədənə yeridir (bax şəkilə). Beləliklə də insulinin bazal sekresiyasını təqlid edir. Hər yeməkdən əvvəl (təkcə əvvəl yox, həm də əsas) xəstə qanda şəkəri ölçür, sonra nə və nə qədər yeməli olduğunu planlaşdırır, özü qısa müddətli insulinin dozasını hesablayır və pompanın düyməsini basmaqla onun yeridilməsinə nail olur.


Əlbətdə ki, pompa vasitəsi ilə insulinoterapiya daha çox sağlam şəxslərdə insulin sintezinini xatırladıb, bəzi üstünlüklərə sahib olur, məsələn: “sübh şəfəqi” fenomenindən azad olmağa, inyeksiya sayının azaldılmasına, qəbul edilmiş karbopidratların miqdarı və yemək arası müddətdə nisbətən çevikliyin təmin edilməsinə nail olunur. Lakin nəticə etibarı ilə insulin pompaları ilə müalicə ilə gün ərzində bir neçə dəfə şpris və ya şpris-qələmlərlə insulin yeridilməsi arasında ciddi fərq yoxdur. Hər iki halda qanda şəkəri xəstə özü təyin etməlidir. Bundan əlavə pompalar çox baha qiymətə olub, istifadəsi digərlərinə nisbətən bir qədər çətindir. Lakin qanda avtomatik olaraq şəkəri ölçüb, müvafiq, lazım olan qədər insulin yeridə bilən xüsusi bir ideal cihaz hələ ki, ixtira olunmayıb.

Başlanğıca

HİPOQLİKEMİYA.

Hipoqlikemiyanın səbəbləri

Hipoqlikemiya qanda şəkərin normasının aşağı həddindən aşağı olması deməkdir ki, bu zaman qanda şəkər 3.3 mmol/l-dən aşağı olur. Normal və hətta qanda yüksək şəkər olduqda belə hipoqlikemiyaya oxşar əlamətlərin meydana çıxması, xəstənin qanda yüksək şəkərlə uzun müddət yaşamaga adət etməsi fonunda qanda şəkərin bir qədər enməsinə qarşı reaksiyasıdır. Lakin bu hipoqlikemiya hesab olunmur. Əks vəziyyətin olması da inkaredilməzdir: xəstə qanda şəkərin səviyyəsinin aşağı düşməsi zamanı hipoqlikemiya əlamətlərini hiss etməyə bilər. Lakin bu cür vəziyyəti o, həqiqətən də hipoqlikemik vəziyyət kimi qiymətləndirməlidir.
Hipoqlikemiyanın əmələ gəlməsi yalnız insulin və diabet əleyhinə tabletlər qəbul edən şəkərli diabetdən əziyyət çəkən xəstələrdə olur ki, bu vəziyyət artıq insulinin orqanizmə daxil olması sayəsində meydana çıxır. Sağlam insanlarda hipoqlikemiyanın inkişaf etməməsinə nə səbəb olur ? Əvvəl qeyd edək ki, bu zaman sağlam insanlarda mədəaltı vəzidə insulinin sintezinin azalır və qaraciyərdən qana qlükoza daxil olur. Belə ki, ilk mexanizm insulin qəbul edən xəstədə fəaliyyət göstərmir (insulin dərialtı sorulur), müəyyən vəziyyətdə ikinci mexanizmin fəaliyyəti kifayət etmir və hipoqlikemiya meydana gəlir.
Hipoqlikemiyanın səbəbləri:
1) Insulinin dozadan artıq yeridilməsi (doza seçimində texniki səhv, uyğun olmayan konsentrasiya, insulinin səhvən iki dəfə yeridilməsi, digər hissəyə, daha yaxşı sorulan hissəyə insulin yeritmə):
2) Az həcmli (çörək vahidi) karbohidratlı qida (yeməyi buraxma, çörək vahidini səhv hesablama, qida qəbulu arası intervalın çox böyük olması):
3) Adi vəziyyət nisbətən fiziki aktivliyin yüksək olması (“Fiziki yüklənmə” bölməsində bu haqda geniş məlumat ala bilərsiniz)
4) Alkoqol qəbulu (“Qidalanma” bölməsinə bax).
Əgər siz hipoqlikemiyanı analiz edib, onu əmələ gətirən səbəbi aşkar edə bilmirsinizsə və bu halda eyni dozada insulin qəbul etdiyinizə əminsinizsə, deməli orqanizminizdə insulinə tələbat azalıb. Belə olduqda daha az insulin qəbul etmək lazımdır. “İnsulinterapiya” bölməsində insulinin dozasının azaldılması barədə geniş məlumat yazılıb.

Başlanğıca

Hipoqlikemiyanın əlamətlər.
Bir qayda olaraq hipoqlikemiya kifayət qədər tez inkişaf edir: belə vəziyyətdə xəstədə tipik bir neçə əlamətlər meydana gəlir: qəfləti halın pisləşməsi, tərləmə, başgicəllənmə, əllərdə, ayaqlarda, bütün bədəndə titrəmə, avazıma, gözlərin qaralması və görmənin ikiləşməsi, narahatlıq, əhvalın pisləşməyə doğru dəyişməsi, qorxu, fikir qırıqlığı, ürəkdöyünmə, qəfləti aclıq hissi və s. Bu əlamətlərin olması yüngül hipoqlikemiyanin inkişafından xəbər verir. Bəzi hallarda əgər hipoqlikemiya tez aradan götürülməsə, o getdikcə güclənib daha ağır hallarla nəticələnir, xəstə sanki donub qalır və özünə kömək edəcək halda olmur.
Hipoqlikemiya lazımi tədbirlər görülməzsə inkişaf edərək hipoqlikemik komaya keçir ki, bu da huşun itməsi ilə nəticələnər və həyat üçün çox təhlükəlidir. Bu, ağır hipoqlikemiya adlanır.
Yadda saxlayın: bütün əalmətlər eyni anda başlamır. Hipoqlikemiyaya bənzər saydığımız əlamətlərin heç də hamısı həqiqətən də hipoqlikemiya olmaya bilər.
Həqiqətən də, kim periodik olaraq zəiflik, baş gicəllənmə, qəfləti aclıq hissi keçirməyib ? Bu səbəbdən də hər bir xəstə hipoqlikemiyanın ilk əlamətlərini özündə təyin etməyi bacarmalı, lazım gəldikdə qanda şəkəri ölçməlidir.
Yüngül hipoqlikemiya vaxtında müalicə olunduqda demək olar ki, heç bir fəsadı olmur. Təəsüf ki, diabetin yaxşı kompensasiyası müddətində belə hipoqlikemiya qaçılmazdır, bu şəkərin yaxşı kompensassiyasının “yol yoldaşıdır”. Bu səbəbdən də həftə ərzində yüngül hipoqlikemiyanın 2-3 dəfə baş verməsi normal hal sayılır.

Başlanğıca

Hipoqlikemiyanın müalicəsi.
Əlbətdə, əksər hallarda yüngül hipoqlikemiya müalicəsiz də keçə bilir, bu qanda şəkərin səviyyəsinin enməsi zamanı orqanizmdəki kompensator mexanizmlərin işə düşməsi və qaraciyərdən qana əlavə şəkərin daxil olması hesabına baş verir. Lakin buna arxayın olub müalicə etməmək düzgün olmazdı. Əvvəlcə ona görə ki, hər bir yüngül hipoqlikemiya daha təhlükəli agır hipoqlikemiyanın başlanğıcıdır. İkincisi ona görə ki, hipoqlikemiya müalicə olunmadıqda, adətən, qaraciyər həddən aktiv aktivləşir və qana çox miqdarda şəkər ifraz etməklə qanda yüksək şəkərə səbəb olur.
Bu səbəbdən də hipoqlikemiyanın ilk əlamətlərini hiss etdikdə dərhal müayinə və müalicə olunmaq lazımdır. Müalicə karbohidrat qəbulu olsa da, istəniləndən istifadə etmək olmaz. Adi gec sorulan karbohidratlar (çörək, sıyıq, meyvələr) qanda şəkəri 20-30 dəqiqədən sonra yüksəldə bilir. Qanda şəkəri tez bir zamanda qaldırmaq üçün daha asan sorula bilən karbohidratlar - bal, qənd şirin içkilər qəbul etmək lazımdır. Nəticədə bir neçə dəqiqədən sonra qanda şəkərin miqdarı normaya kimi yüksəlir və hipoqlikemiya əlamətləri yox olur.
Hipoqlikemiyadan etibarlı çıxaran karbohidratın miqdarını mütləq bilməlisiniz (bax şəkilə). Hipoqlikemiyanın kiçik bir əlamətini hiss etdikdə dərhal tez mənimsənilən 2 çörək vahidi karbohidrat dərhal qəbul olunmalıdır, məsələn: 15-20 qr. qlükoza tabletləri, 4-5 tikə qənd və ya bir stakan (200 ml) meyvə şirəsi və ya digər şirin içki qəbul etməlisiniz. Beləliklə də insulinlə müalicə alan diabetli xəstələr daim özlərində tez həzm olan karbohidrat gəzdirməlidir! Ən münasib karbohidrat kimi qənd tikəsi, balaca qab meyvə şirəsi və ya digər şirin içgi hipoqlikemiyanın müalicəsində ən yaxşı vasitədir. Balı dozalamaq münasib deyil, konfetləri çeynəmək çətindir və ya onlarda şəkərin yavaş sorulmasına xidmət edən maddələr vardır, bu səbəbləri nəzərə alaraq adı çəkilən qidalardan istifadə etmək məsləhət deyil.

Başlanğıca

Ağır hipoqlikemiya
Ağır hipoqlikemiya vəziyyətində (xəstdə sərbəst adekvat fəaliyyət göstərə bilmir və ya huş tam itir ki, bu da hiperqlikemik koma adlanır) xəstə özü özünə kömək edə bilmir. Ətrafdakıların köməyi tələb olunduğundan, yaxşı olar ki, yaxınlarınıza sizə necə kömək etmək lazım olduğunu bildirəsiniz.
Ağır hipoqlikemiya nın əlamətləri ətrafdakılar tərəfindən hiss edilir, bu avazıma, hərəkətlərin qəflətən dəyişməsi, həyəcanlılıq, tormozlanma, aqressivlik və s.-dir.


Ağır hipoqlikemiya vəziyyətində kömək etmə aşağıdakı kimidir. Əgər xəstənin hüşü itməyibsə, ona şirin qidalar yedirmək və ya içirmək lazımdır. Lakin huş tam itdikdə bunu etmək qəti olmaz ! Belə ki, bu zaman qida və ya maye xəstənin nəfəs yoluna düşə bilər. Xəstə huşunu itirdikdə onu böyrü üstə uzatmaq, nəfəs yolunu təmizləmək (məsələn diş protezindən, ağızda qida qalıqlarından) və sonra təcili yardım çağırmaq lazımdır. Təcili yardım həkiminə, xəstənin şəkərli diabetdən əziyyət çəkməsi barədə məlumat vermək lazımdır. Ağır hipoqlikemik koma vena daxilinə qlükoza yeritməklə müalicə olunur. Bundan əlavə, ev şəraitində ağır hiporqlikemiyanı müalicə etmək üçün preparat – qlükaqon da istifadə etmək olar. Qlükaqon mədəaltı vəzin hormonu olub, qaraciyərə təsir edərək qana şəkər ifrazını artırır.
Qlükaqon preparatı (məsələn Qlükaqen HipoKit dəsti) əzələ daxilinə və ya dəri altına yeridilməsi onu təkcə tibb işçiləri deyil, öyrədilmiş kənar şəxslər də istifadə edə bilməsi mümkündür (fotoya bax). Əgər qlükaqon yeritdikdən sonra xəstə özünə gəlirsə, ona tərkibində karbohidrat olan qidalar yedizdirmək lazımdır ki, qanda şəkər yenidən aşağı düşməsin. Əgər qlükaqon yeridildikdən 10 dəqiqə sonra xəstə özünə gəlmirsə, təcili yardıma zəng etməyiniz vacibdir.
Ağır hipoqlikemiya dan mümkün qədər qaçmaq lazımdır, belə ki, o baş beyin üçün çox ziyandır. Əgər bütün səylərə baxmayaraq, bu hal baş veribsə, hipoqlikemiyadan azad olduqdan sonra bu vəziyyətə düşməni analiz edib, səhv olan hissəni aydınlaşdırmaq lazımdır ki, bir də belə hal təkrarlanmasın.


Məsləhət görülür ki, həmişə üzərinizdə diabetli xəstənin kartı olsun ki, burada da diabetdən əziyyət çəkən şəxs haqqında bütün məlumatlar və huşunu itirdikdə nə etmək lazım olduğu və kimə müraciət edilməsi yazılmalıdır. Əgər siz ölkə sərhədindən kənara çıxırsınızsa, bu kartı getmək istədiyiniz ölkənin rəsmi dilində yazdırın. Belə kartlara aşağıda misal göstərilib.

ŞƏKƏRLİ ŞƏKƏRLİ DİABETLİ XƏSTƏNİN KARTI

A.S.A......................................................
Anadan olduğu il.....................................
Ünvan......................................................
Telefon....................................................
Müalicə həkimi.......................................
Telefon....................................................

İnsulin səhər__________________
günorta________________
axşam_________________
Əgər mənim halım hisləşərsə və ya mən özümü qeyri-adi apararamsa, mənə yeməyə və ya içməyə şirin bir qida verin. Əgər mən huşumu itirərəmsə təcili yardıma, mənim yaxınlarıma və müalicə həkimimə zəng edin.
Başlanğıca


FİZİKİ FƏALİYYƏT


FİZİKİ GƏRGİNLİYİN DİABETƏ TƏSİRİ
Yuxarıda qeyd etdiyimiz kimi fiziki fəaliyyət hipoqlikemiyaya səbəblərdən biri ola bilər. Bu hal aşağıdakı kimi baş verir: aktiv hərəkətdə olan əzələlər qandan şəkəri qəbul etmək üçün daha az insulin tələb edir, yəni onların insulinə həssaslığı artır (hüceyrələr – “qıfıllar” “açar” insulinin köməyi ilə açılır).


Beləliklə əgər insulin dozası və qəbul edilən qidada karbohidratın miqdarı əvvəlki kimi saxlanılarsa, fiziki fəaliyyət isə həmişəkindən artıq olduqda hipoqlikemiya baş verə bilər.
Buradan da məlum olur ki, qanda şəkəri fiziki fəaliyyət deyil, insulin azaldır. Bu səbəbdən də fiziki fəaliyyət özlüyündə I tip şəkərli diabetdə şəkər salıcı vasitə kimi isfitadə edilməməlidir və o, hipoqlikemiyadan uzaq olmaq üçün nəzərə alınmalıdır.
Fikizi hərəkətlər zamanı hansı faktorları bilməlisiniz ? Bu zaman ən əsas qanda şəkərin göstəricisi, fiziki gərginliyin intensivliyi və davam etmə müddəti öyrənilməlidir.

Başlanğıca

FİZİKİ FƏALİYYƏTDƏN SONRA QANDA ŞƏKƏRİN MİQDARI.
Əgər qanda şəkər fiziki fəaliyyətdən əvvəl 5 mmol/l-dirsə, çox güman ki, 30 dəqiqəlik idman hərəkətlərindən sonra (qaçış, velosiped sürmə və s.) hipoqlikemiya qaçılmazdır. Əgər qanda şəkər 8 mmol/l-dirsə eyni fiziki gərginlikdirsə, bəzi şəxslərdə hipoqlikemiya baş versə də, bəzilərdə qanda şəkər sadəcə 4 mmol/l-ə qədər enə bilər. Əgər qanda şəkər 10 mmol/l –dirsə, fiziki hərəkətlərdən sonra hipoqlikemiya baş vermə ehtimalı demək olar ki, yoxdur, qanda şəkər sadəcə 7 mmol/l-ə qədər enə bilər. Lakin əgər qanda şəkərin miqdarı 18 mmol/l-dirsə, fiziki hərəkətlərdən sonra qanda şəkər nəyinki enə, hətta qalxa və aseton əmələ gələ bilər. Əzələlərə qlükozanın mənimsənilməsi üçün insulin bəs etməz (qanda şəkər 18 mmol/l olduqda). Bu səbəbdən də fiziki hərəkətlərdən əvvəl qanda şəkəri ölçün, dekompensassiya və onun 14-15 mmol/l-dən çox olduğu hallarda bundan çəkinin.

Başlanğıca

FİZİKİ FƏALİYYƏTİN MÜDDƏTİ
Fiziki gərginliyin müddəti qısa müddətli (1 saata qədər) və uzun müddətli (1 saatdan çox) ola bilər. Fiziki gərginliyə göstərilən vaxt kəsiyində təkcə idman hərəkətləri deyil, ev işləri də aiddir (ptaqların yığışdırılması, bağda iş və s.).
Qısa müddətli fiziki fəaliyyət zamanı hipoqlikemiyadan uzaq olmaq üçün nə etmək lazımdır. Qısa müddətli fiziki fəaliyyət çox vaxt planlaşdırılmamış olduğu üçün, bu vəziyyətdə adətən əvvəlcədən insulinin dozasını azaltmaq olmur. Buna görə fiziki fəaliyyətdən əvvəl 1-2 çörək vahidi, tədricən sorulan karbohidrat (çörək, meyvə) qəbul etmək lazımdır. Bəzi hallarda isə, daha dəqiq desək ağır və intensif fiziki fəaliyyət zamanı tez sorulan karbohidratlardan, hətta maye halında belə (şirələr) qəbul etmək məsləhətdir. Uzun müddətli fiziki fəaliyyət zamanı bir qayda olaraq orqanizmin insulinə tələbatı azalır. Dediklərimizi nəzərə alaraq uzun müddətli fiziki fəaliyyəti planlaşdırmaq lazımdır ki, əvvəlcədən insulinin dozasını azaldasan. Əgər xəstə əvvəlki çörək vahidi qədər qida qəbul etmək istəyirsə, qısa müddətli və prolangir olunmuş insulinin dozasını 30-50 % azaltmalıdır. Qeyd etmək lazımdır ki, fiziki fəaliyyət əgər uzun müddətli olursa (bütün gün ərzində) hipoqlikemiya da daha uzun müddət üçün– 12-24 saat dövründə “aktiv” olur. Bu zaman insulinin dozasını fəaliyyətdən sonra belə 30-50 % azaltmaq lazımdır.
Aşağıda uzun müddətli fiziki fəaliyyət zamanı insulinin azaldılmasına aid misal göstərilib.
04.2 tarixində xəstə bütün gün ərzində dağda xizək sürməyi planlaşdırır. Bu zaman o adi vaxtlardakı kimi qidalanmaq istəyir, səhər o qısa müddətli və prolangir olunmuş insulinin dozasını iki dəfə (12 tv-dən 6 tv-ə kimi) azaldır. Bundan sonra nahardan əvvəlki də qısa müddətli insulinin dozasını da 50 % azaldır (10 tv-dən 5 tv-ə kimi). Evə qayıtdıqdan sonra o, qısa müddətli insulinin dozasını (8 tv-dən 4 tv-ə kimi) yeməkdən əvvəl və bir o qədər də axşam uzun müddətli insulinin dozasını (12 tv-dən 6 tv-ə kimi) azaldır. 05.02 tarixində səhər o artıq qısa və prolangir olunmuş insulinin dozasında adi günlərdəkinə nisbətən dəyişiklik edir (12 tv-dən 10 tv-ə kimi). Günorta yeməyində əvvəlki dozaya qayıdır.

Tarix
Insulin
Qanda şəkər
Qeyd
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
   
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
03.02
12
12
10
8
14
6.1
5.9
7.2
6.3
 
04.02
6
6
5
4
8
5.9
4.8
6.0
5.5
Gün ərzində xizək sürmə
05.02
10
10
10
8
14
6.6
5.0
6.1
4.7
 
06.02
12
12
10
8
14
6.1
5.8
6.7
7.0
 

 

Təəssüf ki, hansı idman hərəkətləri zamanı qanda şəkərin nə qədər enəcəyini dəqiq demək çətindir, buna görə də, əlavə çörək vahidinin qəbul olunsa da, yeridilmiş insulinin miqdarı azaldılsa da, hipoqlikemiyanın olmayacağına tam əmin olmaq mümkin deyil. Buna görə də həmişə üzərinizdə tez sorula bilən karbohidrat olmalıdır, uzun müddətli fiziki fəaliyyət zamanı bir neçə hipoqlikemiya halına hazır olmalısinız.

Başlanğıca

İDMAN VƏ DİABET.
Şəkərli diabetdən əziyyət çəkən xəstələrə peşəkar idmanla məşğul olmaq və yarışlarda iştirak etmək olarmı ? İdman növlərinin çoxuna icazə verilir. Hətta I tip şəkərli diabetdən əziyyət şəkən xəstələr arasında olimpiyada çempionu da var.
Həyat üçün təhlükəli olan ekstremal idman növləri (paraşütlə tullanma, alpinizm, sualtı idman növləri və s.) şəkərli diabetli xəstələrə məsləhət görülmür. Bundan əlavə diabetin ağırlaşmalarını da bilmək lazımdır. Əgər xəstədə hər hansı ağırlaşma - göz, ayaqlarla əlaqədar, arterial təzyiq varsa, xəstə mütləq həkimlə məsləhətləşib, daha münasib idman növü ilə məşğul olmalıdır. Qeyri-adekvat fiziki fəaliyyət bu problemlərlə əlaqədar xəstənin vəziyyətini pisləşdirə bilər. Məsələn: gözündə zəiflik olan xəstələr ağır atletika ilə məşğul ola bilməzlər.
Əgər siz digər idmanla mütəmadi olaraq məşğul olursunuzsa, insulinin dozasını da mütəmadi azaldın. Vaxt ötdükcə təcrübə toplayaraq gündəlik insulin miqdarını hesablaya bilərsiniz.
İnsan diabetin olmasından xəbərdar olan və hipoqlikemiyaya qarşı mübarizə aparmağı bacaran dostları və yaxınları ilə idmanla məşğul olarsa, özünü bir çox çətinliklərdən xilas edə bilər .

Başlanğıca


YANAŞI XƏSTƏLİKLƏR

YANAŞI XƏSTƏLİKLƏRİN DİABETƏ TƏSİRİ
Yuxarida qeyd etdiyimiz kimi yanaşı xəstəliklər (adətən iltihab mənşəli, yüksək qızdırma ilə gedən) qanda şəkəri qaldırır, bəzən hətta orqanizmin insulinə tələbatı o dərəcədə yüksəldir ki, bu da asetonun əmələ gəlməsi nəticələnir. Bu səbəblərə güclü stress, keçirilmiş əməliyyat da aid ola bilər. Asetonun əmələ gəlməsinə digər səbəblər (insulini yaddan çıxarma, xarab olmuş insulin qəbulu və s.) az hallarda təsadüf edilir.
Gəlin asetonun əmələ gəlmə mexanizmini yada salaq (“Diabet haqqında ümumi müddəalar” bölməsinə bax). Əhəmiyyətli insulin çatışmazlığı zamanı şəkərin qandan hüceyrəyə keçməsi çətinləşir, əlavə enerji kimi yağlardan istifadə edilir ki, yağların da parçalanmasının nəticəsində keton cismlər (aseton) əmələ gəlir. Həkimlər bu vəziyyəti ketoasidoz da adlandırırlar. Bu kəlmənin ilk hissəsi keto – asetonu, ikinci hissəsi isə asidoz isə qanda turşuluğun artması kimi tərcümə olunur. Bütün bunları öyrəndikdən sonra belə hallarda ev şəraitində xəstəyə necə kömək etmək lazım olduğunu bilmək olar:
1) Səbəbi (xəstəliyi) müalicə etmək
2) Mexanizmə təsir (insulin çatışmazlığının aradan qaldırılması).
3) fəsadların aradan qaldırılması (asetonun xaric olması üçün qəbul edilən mayenin həcmini artırmaq, susuzlaşmaya və asedoza qarşı tədbirlərin görülməsi).
Qeyd edək ki, bütün bu tədbirlər eyni vaxtda həyata keçirilməlidir. Nadir hallarda yanaşı xəstəliyi xəstə özü də müalicə edə bilər ki, buna da misal kimi adi soyuqlamanı göstərmək olar. Digər hallarda mütləq mütəxəssisə müraciət edilməlidir.

Başlanğıca

İNSULİNİN DOZASININ ARTIRMA QAYDALARI.
Özü tərəfindən ev şəraitində aparılan əsas tədbirlər insulinin dozasının yüksəlməsinə xidmət edir.
Yadda saxlayın, siz işhatın zəif olması, ürəkbulanma və ya qusma nəticəsində qida az miqdarda qəbul etsənizdə, heç bir zaman insulin yeridilməsini saxlamayın. Belə hallarda bəzən hətta daha çox insulin tələb olunur.
Bir qayda olaraq prolangir olunmuş insulinin dozası olduğu kimi saxlanılır, yalnız qısa müddətli insulinin dozası artırılır. Prolangir olunmuş insulinin qəbulunu tam kəsib, yalnız qısa müddətli insulinlə müalicə aparmaq (bu “hissə-hissə yeridilmə” adlanır) həmişə özünü doğrultmur və bəzən hətta düzgün müalicə taktikası sayılmır (əgər sutka ərzində hər hansı zaman kəsiyində orqanizm insulinsiz qalırsa). Hansı qaydalar çərçivəsində qısa müddətli insulinin dozası artırılır ? İlk əvvəl qanda şəkərə və sidikdə asetona özünəzarəti tez-tez aparmaq lazımdır.
Əgər xəstəlik mövcud olub, aseton isə mövcud deyilsə, qısa müddətli insulinin əsas inyeksiyaları zamanı dozanı insulinin bütün sutkalıq dozasının 10 %-i qədər artırmaq olar ki, həmçinin bu planlaşdırılmamış inyeksiyalar şəklində də ola bilər. Bunu 3-4 saatdan bir (qısa müddətli adi insulin üçün) və ya 2-3 saatdan bir tez etməyə (ultra qısa insulinlər üçün) heç bir əsas yoxdur, yaxşı olar ki, əvvəlcə əvvəlki dozanın təsirini qiymətləndirəsiniz.
Aşağıda diabetli şəxs xəsləndiyi zaman asetonun mövcud olmadığı halda insulinin dozasının artırılmasına aid misal göstərilib (çörək vahidi əvvəlki kimi saxlamaq şərti ilə).
06.03 tarixində səhər xəstədə səhər yeməyindən əvvəl qanda şəkər bir qədər yüksək olduğu üçün, 8 təsir vahidi əvəzinə 9 təsir vahidi qısa müddətli insulin yeridir. Gündüz xəstədə yüksək temperatur, öskürək müşahidə olunur, qanda şəkərin miqdarı günorta yeməyindən əvvəl adi vəziyyətdəki haldan bir qədər yüksək olur. Xəstədə sidikdə keton cismləri mənfi olur. Xəstə planlı qısa müddətli insulinin dozasını yeməkdən əvvəl bütün sutka ərzində yeridilən insulinlərin cəminin (42 təsir vahidində 4 təsir vahidi edər) 10 %-i qədər artıraraq 10 təsir vahidindən 14 təsir vahidinə kimi yüksəldir. Şam yeməyindən əvvəl qanda şəkər və bədən temperaturu əvvəlki kimi yüksək olaraq qalır, lakin sidikdə keton cismlər mövcud deyil. Xəstə yenidən planlı qısa müddətli insulinin dozasını şam yeməyindən əvvəl bütün sutka ərzində yeridilən insulinlərin cəminin 10 %-i qədər artıraraq 6 təsir vahidindən 10 təsir vahidinə kimi yüksəldir. Bundan əlavə yatmazdan əvvəl yenə də bütün sutka ərzində yeridilən insulinlərin cəminin 10 %-i qədər, yəni 4 təsir vahidi planlaşdırılmamış insulin yeridir. Aparılmış müalicə nəticəsində 07.03 tarixində bədən temperaturu normallaşır. Nəzərə alsaq ki, səhər acqarına qanda şəkər yenədə yüksəkdir, xəstə səhər qısa müddətli insulindən 10 təsir vahidi yeridir.
Həmin gün yenədə planlaşdırılmamış qısa müddətli insulindən yatmazdan əvvəl 2 təsir vahidi qanda şəkərin miqdarı yüksək olduğu üçün yeridir. Yalnız 08.03 tarixində xəstə əvvəlki insulin dozasına qayıdır.

Tarix
Insulin
Qanda şəkər
Qeyd
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
   
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
05.03
8
8
10
6
10
6.1
5.2
7.2
7.8
 
06.03
9
8
14
10

4/10

7.7

12.6

11.4

10.1
Günorta t37.5 aseton yoxdur, şamda aseton yox, gecə aseton yox
07.03
10
8
10
6
2/10
9.9
6.3
6.8
9.0
 
08.03
8
8
10
6
10
6.2
5.1
6.0
6.7
 

 

Əgər aseton müşahidə edilirsə, təcili olaraq qısa müddətli insulinin əsas inyeksiyalar zamanı dozası bütün sutka ərzində yeridilən insulinlərin cəminin 20 %-i qədər yüksəldir, bunu planlaşdırılmamış vaxtlarda da etmək lazımdır. Vəziyyətin normallaşması halında (qanda şəkərin aşağı düşməsi, asetonun miqdarının azalması) dozanı sutkalıq dozanın 10%-i qədər artırmaq bəs edər.
Aşağıda xəstədə yanaşı xəstəlik zamanı sidikdə keton cismlərin meydana çıxması zamanı insulinin dozasının artırılması misalı göstərilib (03.00 və 06.00 saatları növbəti günün təqvim vaxtlarıdır, çörək vahidinin miqdarı əvvəlki kimi saxlanılır).
24.01 tarixində səhər yeməkdən əvvəl qanda şəkər bir qədər yüksək olur və 8 təsir vahidi əvəzinə 9 təsir vahidi qısa müddətli insulin yeridir. Günorta xəstədə qızdırma qalxır, bədəndə ağrılar baş qaldırır, qanda şəkər günorta yeməyindən əvvəl nəzərəçarpacaq dərəcədə qalxır. Xəstə sidikdə keton cismləri tyin etmək məqsədi ilə müayinə olunur. Nəticə kəskin müsbət olur. Xəstə planlaşdırılmış qısa müddətli insulinin dozasını günorta yeməyindən əvvəl bütün sutka ərzində yeridilən insulinlərin cəminin 20 %-i qədər artıraraq (42 təsir vahidində 8 təsir vahidi edər) 10 təsir vahidindən 18 təsir vahidinə kimi yüksəldir. Şam yeməyindən əvvəl qanda şəkər və bədən temperaturu yüksək olaraq qalır, sidikdə keton cismlər isə müsbət nəticə verir. Xəstə yenidən planlaşdırılmış qısa müddətli insulinin dozasını şam yeməyindən əvvəl bütün sutka ərzində yeridilən insulinlərin cəminin 20 %-i qədər artıraraq 6 təsir vahidindən 14 təsir vahidinə kimi yüksəldir. Yanaşı xəstəliyin müalicəsi fonunda xəstənin vəziyyəti normallaşır: bədən temperaturu düşür, qanda şəkər və sidikdə keton cism azalır. Bununla əlaqədar xəstə yatmazdan əvvəl bütün sutka ərzində yeridilən insulinlərin cəminin 20 deyil 10 %-i qədər yəni, 4 təsir vahidi plandan əlavə yeridir. 25.01 tarixində sidikdə aston yox olur, bədən temperaturu tam normallaşmır, bu səbəbdən də xəstə səhər saat 6-da planlaşdırılmamış qısa müddətli insulini sutka ərzində yeridilən insulinlərin cəminin 10 %-i qədər, yəni 4 təsir vahidi yeridir. Səhər yeməyindən əvvəl də hənim hadisə baş verir. Lakin günorta yeməyi zamanı vəziyyət bir qədər normallaşır, bədən temperaturu tam normallaşır, buna görə xəstə planlaşdırlmış (günorta və şam yeməyindən əvvəl) insulinin dozasını artırır və ya qanda şəkərin miqadrından aslı olaraq planlaşdırılmamış (yatmazdan əvvəl) insulin yeridir(yatmamışdan qabaq). Yalnız 26.01 tarixində xəstə əvvəlki insulin dozasına qayıdır.

 

Tarix
Insulin
Qanda şəkər
Qeyd
 
Səhər
Günorta yeməyi
Şam
Gecə
   
 
qısa
uzun
qısa
qısa
uzun
Səhər
Günorta yeməyi
Şam
Gecə
23.01
8
8
10
6
10
5.1
4.8
6.3
5.8
 

24.01

8
8

18

14

 

4/10

 

7.5

17.8

15.7

 

 

12.5

 

 

Günorta t38.5 aseton +++, şamda aseton +++, gecə aseton +, 03.00-da 7.1 mmol/l, 06.00-da 9.3 mmol/l

25.01

 

4/12

 

8

12

8

 

2/10

 

11.6

 

9.5

 

8.8

 

9.1

 

Səhər t37.4 aseton yox, günorta və şam t36.7 aseton yox, 06.00-da 5.2 mmol/l
26.01
8
8
10
6
10
6.1
5.8
6.0
6.7
Gün ərzində temperatur normal, aseton yox.

 

Başlanğıca


QİDALANMA VƏ MAYE QƏBUL ETMƏ REJİMİ.
Asetonun əmələ gəlməsi zamanı qəbul edilən mayenin miqdarı dəyişirmi ? Prinsip cəhətdən xeyr. Lakin bu zaman çörək vahidini hesablamaq lazımdır. Sxemdən göründüyü kimi asetonun meydana gəlməsi zamanı yağ qəbulunu azaltmaq və ya dayandırmaq effektli deyil, belə ki, onsuz da orqanizmdə insulin çatışmadıqda bədəndəki yağlardan istifadə edəcəkdir. Geniş yayılmış məsləhət kimi tez sorula bilən karbohidrat olan bal qəbul etmək, , bu da əgər xəstədə iştahın pozulması varsa, digər qidalar qəbul edə bilmirsə, onda effektlidir. Lakin yadda saxlayın ki, bal özlüyündə heç bir aseton əleyhinə effektə malik deyil.


Lakin gündəlik qəbul edilən mayenin miqdarını artırmaq (sutkada bir neşə litrə qədər) çox böyük effektiv nəticə verə bilər. İlk növbədə biz sidikdə şəkərin yüksək olması ilə əlaqədar itirilmiş mayenin miqdarını kompensasiya edirik. İkincisi aseton və digər aralıq məhsullarını tez bir zamanda qandan təmizləyərək xaric edirik. Qanın turşuluğa dogru dəyişdiyini əsas gətirərək xəstəyə qələvi tərkibli maye içirmək məsləhət görülür. Qələvi tərkibli maye mənbəələri kimi mineral sular və sodalı məhlullardan istifadə edilir. Bir qayda olaraq əgər siz insulinin dozasını adekvat olaraq qaldırmısınızsa, buna lüzum qalmır.

Başlanğıca


XƏSTƏXANADA DAVRANIŞ QAYDALARI.
Yuxarıda göstərilmış tədbirlər çərçivəsində sizdə həyat üçün təhlükəli olan diabetik koma inkişaf edə bilməz. Əgər görülmüş tədbirlər nəticəsində xəstədə 2-3 gün müddətində yaxşılaşma baş verməzsə, aparılmış tədbirlərə baxmayaraq mütləq həkimə müraciət edilməlidir. Bu hal diabetin kompensasiyasının zəifləməsinə səbəb olan xəstəliyin sizin fikirləşdiyinizdən də ciddi olması və ixtisaslaşdırılmış həkim yardımına ehtiyacın olduğunu göstərir (məsələn, sizin adi zökəm kimi bildiyiniz bu hal əslində daha ağırlaşmış forma – ağciyərlərin iltihabıdır).
Yanaşı xəstləliyə görə hospitalizasiya olduqda necə hərəkət etməli (məsələn planlaşdırılmış cərrahi əməliyyat) ? Xəstəxanaya yerləşdikdə özünüzlə təkcə insulin və onu yeritmə vasitəsi deyil, həmçini özünənəzarət vasitələri (hər bir şöbədə istənilən zaman qanda şəkəri təyin edə bilən aparatlar olmaya bilər) və hətta hipoklikemiya halı üçün şəkər götürməlisiniz. Həkimlərdən avtomatik olaraq düzgün dieta və insulinin yeridilmə rejimini təyin etməni gözləməyin. Bütün bunlar haqqında xəstə özü qərar qəbul etməlidir, lakin həkimlə mütləq məsləhətləşmək lazımdır. Əməliyyatdan əvvəl mütləq müzakirə edin: əməliyyata kimi son dəfə nə qədər və nə vaxt yemək yeyə bilərsiniz, əməliyyat neçə müddət davam edə bilər, əməliyyatdan sonra ilk dəfə nə vaxt yemək yeyə bilərsiniz. Bütün bunlara uyğun olaraq siz qanda şəkərin nəzarət rejimində insulinin yeridilmə dozasını təyin edə bilərsiniz. Əgər hiss etsəniz ki, həkim-cərrah diabetin müalicəsindən çox da məlumatı yoxdur, ona astaca olaraq diabetin düzgün müalicəsi olmadıqda digər xəstəliklərin sağalmasının mümkün olmadığını izah edin. Hər ehtimala qarşı həkim-endokrinoloqun konsultasiyasında olun.
Endokrinoloji və ya diabetoloji şöbələrdə xəstələrin davranışından danışdıqda qeyd etməliyik ki, xəstələr hər bir xırda səbəbdən şöbəyə yerləşdirilməli deyillər. Planlaşdırılmış hospitalizasiya (məsələn ildə bir dəfə) artıq keçmişdə qalmışdır. İndi diabet zamanı bütün müayinələri ambulator da etmək mümkündür. İnsulinin dozasının korreksiyası üçün xəstəxana şəraitində müayinəyə ehtiyac yoxdur, bütün müayinələr qanda şəkərin özünəzarət sistemi ilə ev şəraitində də endokrinoloqun nəzarəti altında yoxlnıla bilər.

Başlanğıca

DİABETİN AĞIRLAŞMALARI.

ŞƏKƏRLİ DİABETİN AĞIRLAŞMALARI HANSI ORQANLARDA İNKİŞAF EDİR ?
Şəkərli diabetə qarşı etinasız olduqda, şəkərin qanda səviyyəsinə nəzarət normal olmadıqda xoşagəlməz nəticələr meydana çıxa bilər: qanda şəkərin miqdarının yüksəlməsi get-gedə artır və çox tez proqressivləşən və diabet üçün xas olan göz, böyrək və ayaqlarda ağırlaşmalara səbəb olur. Diabetin “məkri” bundadır ki, ağırlaşmalar xəstəlikdən 10-15 il sonra meydana gəlir, nəzərə çarpmayaçaq dərəcədə inkişaf edir və xəstənin əhval-ruhiyyəsinə demək olar ki, təsir etmir. Lakin meydana gəlmiş ağırlaşmalarla mübarizə aparmaq o qədər də asan deyil. Bu səbəbdən də qanda şəkərin miqdarına xəstəliyin əvvəlindən nəzarət etməlisiniz. Əgər hər hansı bir ilkin ağırlaşma əlamətləri aşkar olunubsa, nəzarətin yaxşılaşdırılması onun inkişafının qarşısını ala bilər.
Göz və böyrəklərdə xırda damarlar zədələnir ki, bunlar da mikroangiopatiyalar adlanır. Xırda damarların daxili səthi daim damarda axan qanla sıx təmasda olurlar və bu səbəbdən də qanda şəkərin qalxmasına daha həssasdırlar. Bunların təsiri nəticəsində damar divarlarında geri dönməz proseslər gedir ki, bu da sonda damarın mənfəzinin daralmasına və bütün orqanın qidalanmasının pozulmasına səbəb olur. Yuxarıda deyilənlər öz növbəsində orqanların işinin pozulması ilə nəticələnir.

Başlanğıca

GÖZLƏRİN ZƏDƏLƏNMƏSİ. DİABETİK RETİNOPATİYA.
Qanda yüksək şəkər fonunda gözün toplu qişası zədələnir. Torlu qişa göz almasını daxildən örtür (şəkilə bax). Torlu qişanın əsasını xırda qan damarları və görməni təmin edən sinir ucları təşkil edir. Şəkərli diabetin ilk ağırlşmalarından biri də torlu qişanın damarlarının zədələnməsi, başqa sözlə diabetik retinopatiyadır (bu söz - retina latın dilindən götürülüb tor deməkdir).
Tez-tez təsadüf edilən bir sözə -“göz dibi”-nin nə olduğuna aydınlıq gətirək. Həkim-okulist tərəfindən xüsusi gözün daxilinə baxdıqda görünən göz dibidir.


Beləliklə, diabetik retinopatiyanın əsas səbəbi diabetin uzun müddətli dekompensasiyasıdır. Diabetik retinopatiya zamanı torlu qişanın qan damarları daha zəif, keçirici, elastikliyini itirmiş olub, mikro anevrizmaların inkişafına səbəb olub, damarların genəlməsi və qanaxma ilə xarakterizə olunur. Diabetik retinopatiya tədricən inkişaf edir və kifayət qədər inkişaf etdikdə belə xəstə tərəfindən hiss edilməyə bilər. Bu o deməkdir ki, əgər xəstə görmənin zəifləməsindən şikayət etmirsə, retinopatiyanın inkişaf etmədiyi anlamına gəlmir ! Prosess inkişaf etdikcə yeni damarlar əmələ gəlir, daha sonralar həmin damarlar da zədələnir və massiv qanaxma müşahidə olunur ki, bu da proliferativ retinopatiya adlanır.
Diabet mənşəli göz dibinin patologiyasına yanlız göz həkimi (okulist və ya oftalmoloq) bəbəkləri genəltməklə göz dibinə baxmaqla təyin edə bilər. Bəbəkləri genişləndirmək üçün
həkim xüsusi damcı formalı vasitədən istifadə edir ki, bundan sonra görmə bir qədər qeyri-dəqiq ola bilər. Bu prosedura çox vacibdir, belə ki, bəzən diabetik retinopatiya torlu qişanın periferik hissələrində olur ki, bəbəkləri genişləndirmədən mümkün olan yalnız torlu qişanın mərkəzi hissəsinin görünüşüdür ki, bu da xəstəliyin olması haqqında səhv məlumat verə bilər. Göz dibinə baxılması xüsusi avadanlığın köməyi ilə həyata keçirilir.
Adətən okulistin qəbulu zamanı eynək seçimi edilir. Qeyd etmək lazımdır ki, retinopatiya zamanı gözmənin zəifləməsini eynəklə müalicə etmək mümkün deyil. Hətta geri dönə bilən prosess olduqda belə onu eynəklərlə həyata keçirmək mümkün deyil.
Şəkərli diabetdən əziyyət çəkən hər xəstə ən azı ildə bir dəfə okulistin qbulunda olmalıdır.
Retinopatiya olduqda həkimə vizitlərin tezliyini artırmaq lazımdır ki (bu tezliyi həkim özü təyin edir), lazım olan müddətdə müalicəyə başlaya bilsin. Görmənin qəflətən zəifləməsi zamanı təcili həkimə getmək məcburiyyəti yaranır.

Başlanğıca

DİABETİK RETİNOPATİYANIN PROFİLAKTİKA VƏ MÜALİCƏSİ.
Şəkərli diabetin digər ağırlaşmaları kimi retinopatiyanın profilaktika və müalicəsinin əsasını karbohidrat mübadiləsinin normallaşdırılması, yəni, qanda şəkərin miqüdarını normaya yaxın həddə saxlanılmasıdır. Bu zaman yuxarıda qeyd etdiyimiz kimi okulistə tez-tez müraciət etməkdir.
Qeyd etmək lazımdır ki, göz dibində damarların vəziyyətinə bir neçə yan təsrilər, məsələn: arterial təzyiqin yüksəlməsi, qanda xolesterinin yüksək olması, siqaret çəkmə və s. təsirsiz ötmür. Görmənin saxlanılması üçün adı çəkilən göstəricilərin nəzarətdə saxlanılması və normanı aşmamasına nəzrətin yüksəldilməsi vacib şərtdir.


Qanda xolesterinin səviyyəsi 5.2 mmol/l-dən çox olmalı deyil (son mənbəələrə görə 4.8 mmol/l-dən aşağı), arterial təzyiqin göstəriciləri haqqında böyrəklərin zədələnməsi bölməsində ətraflı məlumatlar qeyd olunub.
Təsdiq olunmamış, elmi əsası olmayan müalicə üsulları ilə, tez-tez reklam olunan, hər hansı bir “sehirli” bitkilər və s. inanmaq olmaz. Diabetik retinopatiyanın effektsiz müalicə və profilaktikasına angioprotektor adlanan dərman vasitələrin istifadəsi də aid edilə bilər (trental, doksium və s.).
Diabetik retinopatiyanın bütün dünyada ən müasir müalicəsi sırasına torlu qişanın lazer fotokoaqulyasiyasıdır. Vaxtında və düzgün aparılmış lazer koaqulyasiyası hətta diabetik retinopatiyanın gecikmiş mərhələlərində də effekt verir. Hər halda diabetik retinopatiyanın əvvəlki mərhələlərində bu metod əvəzedilməzdir. Lazerli fotokoaqulyasiya haqqında xəstələrə çox vaxt düzgün məlumat olmur. Çox vaxt xəstələr bu üsulu ağır cərrahi əməliyyat sayır, hər hansı tanışının tanışında bu əməliyyatdan sonra pisləşmə olduğunu söyləyir. Düzgün olmayan məlumat bəzən xəstəni lazer fotokoaqulyasiyadan çəkindirə bilər və xəstə belə effektiv metoddan uzaqlaşıb hər hansə tanımadığı “sehrli” vasitəyə ümid bəsləyə bilər.
Lazer fotokoaqulyasiyası ambulator prosedura olub, bir və ya bir neçə seansa aparılıb, tam təhlükəsizdir. Lazer fotokoaqulaysinın əsas təsiri və ya məqsədi lazer şüaları ilə torlu qişadakı dəyişikliklərin sonrakı proqressivləşməsinin qarşısını almaqdır.
Qeyd etmək lazıdır ki, diabetik retinopatiyanın bu üsulla müalicəsi yalnız prosesin dayanmasına, inkişaf etməməsinə xidmət edir, lakin görmənin aşkar zəifləməsi və ya tam itirilməsinin heç bir müalicə metodunun olmamasını bilmək vacibdir. Bu səbəbdən də diabetik retinopatiyanın ilk əlamətləri zamanı bu müalicə metodundan istifadə edilməsi yeganə müalicə metodudur.
Lazerli fotokoaqulyasiyanın dayanıqlı effektini əldə etməyin əsas şərti əlbətdəki, diabetin effektli kompensasiyasıdır, belə ki, əgər diabetin kompensasiyası olmayacağı halda retinopatiyanın proqressivləşməsi davam edəcəkdir.
Şüşəyəbənzər cismə qansızma (qansızma görməni təmin edən işığın qarşısını ala və torlu qişanın təbəqələşməsinə səbəb ola bilər) ilə müşahidə olunan ağır proliferasiya edən diabetik retinopatiyanın yeganə müalicəsi cərrəhi müdaxilədir. Belə hallarda vitroektamiya əməliyyatı – şüşəyəbənzər cismin çıxarəlması əməliyyatı həyata keçirilir.

Başlanğıca

KATARAKTA

Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə torlu qişa zədələndiyindən billurun bulanması baş verir ki, bu da katarakta adlanır. Bu xəstəlik diabetdən əziyyət çəkən şəxslərdə, xüsusən də yaşlı şəxslərdə daha çox təsadüf edilir. Billurun bulanması özünü kəskin şəkildə göstərirsə, işıq şüalarının torlu qişaya keçməsi zəifləyir, görmə məhdudlaşır və hətta tam korluğa da gətirib çıxara bilər. Kataraktanın müalicəsi müasir dövrümüzdə inkişaf edib, daha radikal metoda – bulanıq billurun tam götürülməsinə kimi həyata keçirilə bilir. Adətən belə əməliyyatlardan sonra yaxşılaşma baş verir, lakin görməni korreksiya etmək məqsədi ilə eynəklərdən və ya çıxardılmış billurun yenisi ilə əvəz edilməsindən də istifadə edilir.


Şəkərli diabetdən əziyyət çəkən hər bir xəstə bilməlidir ki, istənilən əməliyyat, hətta billurun çıxardılması əməliyyatı da qanda şəkəri yaxşı kompensasiya edildiyi halda müsbət nəticə verə bilər.
Bu şərt həm cərrahlar, həm də oftalmoloqlara aid edilə bilər.

Başlanğıca

BÖYRƏKLƏRİN ZƏDƏLƏNMƏSİ. DİABETİK NEFROPATİYA.
Diabetin uzun müddət dekompensasiyası fonunda böyrəklərin əsasını təşkil edən yumaqcıqların (böyrək çox sayda yumaqcıqların cəmindən ibarətdir) xırda damarlarında zədələnmələr baş verir. Böyrək yumaqcıqlarının damarları böyrəyin əsas funksiyasını – orqanizmdə filtir rolunu oynamaq funksiyasını həyata keçirir. Lazımsız maddələr qandan sidik vasitəsi ilə xaric olur, lazımi maddələr isə qanda saxlanıır.
Qanda şəkərin miqdarı yüksək olduqda, böyrək yumaqcıq damarlarında dəyişiklik baş verir və böyrəyin normal filtrasiya funksiyası pozuımuş olur. Bu zaman normal halda qandan sidiyə keçməyən zülallar böyrək vasitəsi ilə qandan sidiyə keçir.


Şəkərli diabetin ağırlaşmalarından biri böyrək damarlarının zədələnməsidir ki, bu da diabetik nefropatiya adlanır. Diabetik nefropatiyanın ilk mərhələlərində heç bir narahatlılıq hiss edilməyə bilər.
Bu səbəbdən də şəkərli diabetdən əziyyət çəkən hər bir şəxs, ən azı ildə bir dəfə sidikdə zülalların miqdarını (proteinuriya) təyin etməlidir.


Bu çox sadə analiz forması olub demək olar ki, istənilən poliklinikada həyətə keçirilir.
Qeyd etmək lazımdır ki, diabetik nefropatiyanın ilkin mərhələlərəində təyin edilməsi müalicə və profilaktika məqsədi ilə çox vacibdir. Bu vəziyyət sizə sidikdə mikroalbuminuriyanın (sidikdə albumin zülalının mikro həcmi) təyin olunmasına imkan verir. Gündəlik sidik yığılır: normada sutka ərzində sidikdə 30 mq-a qədər zülal ola bilər ki, mikroproteinuriyalarda 30-300 mq, proteinuriyada isə 300 mq-dan çox zülal müşahidə edilir. Belə hal böyrəklərdə iltihabi xəstəliklərin, məsələn pielonefritin əmələ gəılməsi ilə nəticələnə bilər. Belə olduqda sidikdə daha başqa dəyişikliklər də meydana gələr.

Başlanğıca

ARTERİAL TƏZYİQİN YÜKSƏLMƏSİ.
Diabetik nefropatiyanın əmələ gəlməsinə səbəblərdən biri də arterial təzyiqin yüksəlməsi (AT), yəni arterial hipertoniyadır. Arteria təzyiqin qalxmasının əsas təhlükəsi ondadır ki, bu böyrəyə ciddi zərər vurur və özlüyündə qüsurlu dairə yaradır: qanda şəkərin yüksəlməsi böyrəklərin zədələnməsinə - arterial təzyiqin yüksəlməsinə - bu da böyrəklərin yenidən zədələnməsinə - arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır.
Bu səbəbdən də arterial təzyiqin qalxma dərəcəsi əmələ gətirən səbəbdən aslı olur. Arterial təzyiqin yuxarı normal sərhəddi yuxarı göstərici üçün (sistolik arterial təzyiq) 135 m.m.c.süt., aşağı göstərici üçün (diastolik arterial təzyiq) 85 m.m.c.süt., sidikdə zülal aşkar olunduqda isə 130/80 m.m.c.süt. hesab oluur. Əgər bu göstəricilərdən heç olmasa biri normadan artıq olarsa, mütləq müalicə olunmaq lazımdır.

Başlanğıca

DİABETİK NEFROPATİYANIN MÜALİCƏ VƏ PROFİLAKTİKASI.
Diabetik retinopatiyada olduğu kimi, diabetik nefropatiyanın müalicə və profilaktikasında əsas amil şəkərli diabetin kompensasiyası, yəni qanda şəkərin miqdarının normaya yaxın həddə saxlanılmasıdır.
Əgər qan təzyiqinin yüksəlməsi müşahidə olmursa, deməli həkim tərəfindən aparılan müalicə düzgündür. Hal-hazırda arterial təzyiqin müalicəsi zamanı istifadə olunan dərmanların və dərman kombinasiyalarının sayı çox olduğundan xəstəyə daha effektiv olanı təyin etmək lazımdır. Xəstələr mütləq bilməlidirlər ki, bu tip dərmanlar təkcə arterial təzyiq qalxdığı zaman aşağı salmaq məqsədi ilə deyil, mütımadi olaraq istifadə edilməlidir! Bu zaman nəzərə alsaq ki, xəstə nəzarət məqsədi ilə ev şəraitində arterial təzyiqini ölçməlidir, onda mütləq evdə təzyiq ölçən aparatın olması və ölçməyi bacarması vacibdir.


Son zamanlar mikroalbuminuriya zamanı, hətta arterial təzyiq yüksək olmadıqda belə böyrəyin sonrakı fəsadlarının qarşısını almaq məqsədi ilə istifadə olunan və təzyiqi aşağı salan preparatlar (angiotenzinə çevirici fermentin ingibitoru adlanır-AÇF ingibatoru ) təyin edilir.
Əgər xəstədə diabetik nefropatiya daha agır mərhələlərdədirsə, həkim mütləq xüsusi zülalsız (dietanın əsasını heyvani mənşəli qidaların azaldılması ) dieta təyin etməlidir.
Böyrək çatışmazlığı inkişaf edərsə (bunun göstəricisi qanın biokimyəvi analizində kreatinin göstəricisinin yüksək olmasıdır) hemodializ və ya böyrək dəyişməsi həyata keçirilir.

Başlanğıca

AYAQLARIN ZƏDƏLƏNMƏSİ.
Nəyə görə diabet zamanı ən zəif orqan məhz ayaqlar hesab olunur? Məsələ bundadır ki, ayaqlar bir çox xarici fakrtorlara məruz qalır: gəzinti, bədən çəkisi, ayaqqabı və s. Şəkərli diabet zamanı bu faktorlara sinirlərin və damarların zədələnməsi, yaraların sağalmasının zəifləməsi də əlavə olunur.
I tip şəkərli diabetdən əziyyət çəkən nisbətən cavan şəxslərdə sinir ucluqları zədələnir ki, bu da qanda şəkərin yüksək olması ilə əlaqədar diabetik polineyropatiya adlanır. Daha yaşlı xəstələrdə isə iri kalibrli damarlar zədələnir ki, bu da ateroskrelozun əmələ gəlməsi ilə xarakterizə olunur və adətən qanda xolesterinin səviyyəsi yüksək olur. Qeyd edək ki, qanda şəkərin miqdarının yüksək olması ateroskrelotik proseslərin ağırlıq dərəcəsini bir qədər də ağırlaşdırır.
Diabetik neyropatiyanın meydana çıxması ayaqlarda müxtəlif dərəcəli ağrıların, ayaqlarda yandırıcı ağrılar, ayaqlarda “qarışqa gəzintisi” hissi, sancı, keyləşmənin meydana çıxması ilə nəticələnir. Bu sindrom çox üzücü olmaqla yanaşı xəstə üçün nəzərə çarpacaq olmaması ilə də təhlükəli sayılır. Neyropatiya üçün ayaqlarda hissiyatın zəifləməsi xarakterikdir: aşağı və yuxarı temperaturun ayaqlarda hiss olunmaması, ağrı (məsələn kəskin kənarlı əşyalarla), vibrasiya və s. Bu özündə ciddi təhlükə gizlədir, belə ki, risk ehtimalını artırır və xırda travmalar hiss olunmaz olur, məsələn: ayaqqabıya yad cismin düşməsi, uyğun olmayan ayaqqabı, dırnaqların və ya döyənəklərin işlənməsi və s.


Ayaqlarda hissiyatın zəifləməsi, diabetik fonda pəncələrin deformasiya olması ayaq üstə yeriyərkən bədən şəkisinin ayaqlara təzyiqinin qeyri- düzgün paylaşması ilə nəticələnir. Bu ayaq pəncələrində toxumaların travma almasına, daha çox yükələn hissələrdə döyənəklərin və xoraların əmələ gəlməsinə səbəb olur. Bu zaman diabetik pəncə sindrom adlanan hal meydana çıxır. Travmaya məruz qalan hissələr zaman keçdikcə iltihablaşır və infeksiyalaşır. Ayaqlarda hissiyatın zəifləməsi fonunda iltihabi proses ağrısız inkişaf edir, hansı ki, xəstə üçün daha təhlükəlidir. Öz-özünə sağalma demək olar ki, baş vermir, əgər diabetin kompensasiyası qənaətbəxş deyilsə, ağır hallarda proses proqressivləşir və irinli iltihabın - fleqmonanın meydana gəlməsinə səbəb olur. Ən pis variyantda isə proses bir qədər də ağırlaşaraq toxumaların ölməsinə - qanqrenaya səbəb ola bilər.
İri arteriyaların zədələnməsi və qan dövranının pozulması nəzərəçarpaçaq mərhələlərdə gəzərkən ayaqlarda ağrıların meydana gəlməsi ilə xarakterizə olunur. Bu ağrılar hətta davamlı olmayan gəzintilər zamanı baldırda baş verir və xəstə dayanıb bir qədər durmağa, ağrı keçənə qədər gözləməyə məcbur olur və yenidən gəzməyə davam edir. Bu vəziyyət “növbələşən axsaqlıq” adlanır. Belə hallarda bəzən soyuğa davamlı olmayan pəncə sindromu meydana çıxır.

Başlanğıca

AYAQLARIN ZƏDƏLƏNMƏSİNİN PROFİLAKTİKA VƏ MÜALİCƏSİ.
Nəzərə alsaq ki, diabet zamanı belə böyük təhlükələr meydana
çıxır, xəstələrin yuxarıda göstərilən ağırlaşmaların profilaktikasını bilmələri vacibdir. Bu mənada əsas profilaktik amil diabetin düzgün kompensasiyasıdır ki, bunu heç nə, hətta dərman vasitələri də əvəz etmir ! Bunlardan əlavə siqaret çəkməkdən imtina etmək, arterial təzyiqin və qanda xolesterinin səviyyələrinə nəzarət etmək, fiziki fəaliyyətlə məşğul olmaq da vacib şərtdir.
Yaxşı olar ki, ən azı ildə bir dəfə həkimin qəbulunda olub, pəncələrdə hissiyatın və arterial pulsasiyanın olması yoxlatdırılsın və bu son zamanlar geniş yayılmış “Diabetik pəncə” adlanan kabinetlərdə həyata keçirilmiş olsun.
Bütün sadaladıqlarımızdan əlavə hər bir xəstə ayaqların zədələnmə riskini azalda bilən kompleks profilktik tədbirləri yaxşı öyrənməlidir. Profilaktik tərbirlər “qadağan olunmuş” və “icazə verilən” olmaqla iki hissəyə bölünür ki, bunlar haqqında da aşağıda məlumat verəcəyik.

Başlanğıca

AYAQLARA DÜZGÜN QULLUQ
DİABETDƏ NƏYİ ETMƏK OLMAZ!

1. Ən əvvəl yadda saxlayın ki, kəskin iti əşyalarldan ayaqlara qulluğu üçün: bıçaq, qayçı, döyənək qayçısı, ülküc və s. istifadə etmək qəti olmaz. Bu cür əşyalardan istifadə, ayaqların hissiyatının itməsi və görmənin zəifləməsi fonunda ayaqlarda travmaların meydana gəlməsinə şərait yaradan əsas faktordur. Yadda saxlayın ki, əgər dırnaq və ya dırnaq kənarlarını dərin kəsirsinizsə, bu dırnaq yatağının zədələnməsinə, bu da iltihabi prosesə, uzun müddətli müalicəyə və hətta cərrahi müdaxiləyə də gətirə bilər. Bilməlisiniz ki, dırnaqların ətin içinə girməsinin bir səbəbi də ayaqqabının dar uclu olması ilə əlaqədardır.


2. Əgər ayaqlarınız üşüyürsə, onu isidici və ya elektrik qızdırıcı ilə isitmək olmaz, belə ki, bu zaman ayaqlarım temperatur hissinin də azalması, ayaqlarda asanlıqla yanıqların əmələ gəlməsinə şərait yarada bilər.
3. Yuxarıda qeyd etdiyimiz səbəbdən xəstələrə isti vanna qəbul etmək məsləhət deyil. Vannanın temperaturu 40 °С çox olmamalıdır (yaxşı olar ki, suyun hərarətini suda temperaturu ölçmək üçün xüsusi termometrlə ölçün). Bunlardan əlavə, ayaq vannaları uzun müddətli olmalı deyil – bu ayaq dərisini yumşaldır və onu daha zəif edir.
4. Ayaqyalın gəzmək məsləhət deyil, belə ki, bu zaman travma almaq ehtimalı və eyni zamanda travma olmuş hissənin infeksiyalaşması riski yüksək olur. Dəniz qırağında qumda gəzərkən və ya dənizdə çimərkən xüsusi geyimlərdən istifadə edin. Bunlardan əlavə gün yanıqlarından da qorunmağı yaddan çıxarmayın.
5. Ayağınıza uyğun olmayan ayaqqabı və ya dik daban ayaq geyimlərindən istifadə etməyin. Dik daban ayaq geyimləri pəncədə qan dövranını pozur və pəncənin yuxarı hissəsində təzyiqin yüksəlməsi ilə nəticələnir. Təzə ayaqqabı aldığınız zaman xüsusi ilə ehtiyatlı olun: gün ərzində 1 saatdan artıq geyinməyin və ayaqqabının ölşüsünün böyüdülməsi üçün müxtəlif vasitələrdən, məsələn yaş corablardan istifadə etməyin. Yeni ayaqqabı əlavə travma yaradır ki, bu da pəncənin və barmaqların qorunmaması deməkdir. Səndəl və ya kəmərli barmaq arası açıq tuflilər zəif dərini zədələyə bilər. 6. Əgər ayaqlarınızda döyənək meydana çıxıbsa, onu maye formalı vasitələrlə, plastrla, ayaq dərisini qıcıqlandıran dərman vasitələri ilə məhv etməyə çalışmayın. Döyənək bir qayda olaraq qeyri-münasib ayaqqabının pəncənin müvafiq nahiyyələrinə təzyiqi nəticəsində yaranır.
7. Corabların rezininə xüsusi diqqət ayırmaq lazımdır. Əgər onlar çox sıxdırlarsa, baldırın aşağı hissəsində dəridə sıxılma izi saxlayırsa, deməli həm də qan dövranını pozur.

Başlanğıca

DİABET ZAMANI AYAQLARA BELƏ QULLUQ ETMƏK LAZIMDIR.
1. Dırnaqlara qulluq yalnız xüsusi bıçqı(pilka) ilə aparılmalıdır. Bu, mümkün ola biləcək travmanın qarşısını almaqla yanaşı, həm də dırnaqların horizontal hissəsinin düzğün formalaşmasına və kənarların iti olmamasına xidmət edir.
2. Döyənəkləri və ölmüş toxumaları məhv etmək üçün ən münasib vasitə pemza adlanır. Bu məqsədlə apteklərdən pemza alıb ayaqlara qulluq edə bilərsiniz. Bu vasitədən ayaqlarınızı yuyarkən istifadə edin və yadda saxlayın ki, ayaqlardakı bir neçə problemi bir dəfəyə həll etmək olmur, sadəcə bu vasitədən mütəmadi istifadə edin.
3. Hər gün ayaqları yumaq lazımdır. Yuduqdan sonra pəncədə bütün dərini qurutmaq lazımdır. Sonra xüsusi yumşaldıcı krem (bu demək olar ki, bütün xəstələrə lazımdır ki, dəri həddən artıq qurumasın) istifadə edə bilərsiniz, lakin barmaqların arasına çəkmək məsləhət deyil.
4. Əgər ayaqlarınız üşüyürsə onu isti, qalın və rezini sıx olmayan corab geyinməklə qızdırın. Diqqətli olun ki, corab ayaqqabıda qatlanmış vəziyyətdə olmasın.
5. Ayaqqabını geyməzdən əvvəl onun içərisinə diqqətlə baxmaq lazımdır ki, yad cismin düşüb-düşməməsi, dilinin qatlanmaması, daban mismarın olmamasını dəqiqləşdirəsiniz. Bir daha təkrarlayırıq ki, bütün bunlar ayaqların hissiyyatını zəifləməsi fonunda hiss olunmaya bilər.
6. Diabetdən əziyyət çəkən xəstə gündəlik olaraq pəncələrini vizual müayinədən keçirməlidir. Yaşlı şəxslər və artıq çəkidən əziyyət çəkən şəxslərə bu hərəkət bir qədər çətin olsa da mütləqdir. Belə şəxslərə güzgüdən istifadə etmək və ya yaxınların kömək etmələri lazımdır. Gündəlik vizual baxış xəstələrdə ilkin əmələ gəlmiş çapıq, yara, sızıntıları aşkar etməyə imkan verir.

Başlanğıca

PƏNCƏLƏRİN ZƏDƏLƏNMƏSİ ZAMANI İLK YARDIM.
Hətta kiçik zədələnmə müşahidə olsa belə, mütləq həkimə göstərilməlidir. Lakin ilk yardımı əlbətdə ki, xəstə özünə gəstərməlidir. Bu məqsədlə çat və ya yara müşahidə edildikdə onu dezinfeksiya edici məhlullarla təmizləmək lazımdır. Dezinfeksiya edici maddə kimi 1 % dioksid, 0.01 % miramistin məhlulu və ya 0.02 % furasillin istifadə etmək olar. Yuyulmuş yaranı bakteriosit sarğı və ya plastrla bağlayın. Adi leykoplastrdan istifadə etmək qəti qadağandır ! Yuxarıda göstərilən vasitələr sizin dərman qutunuzda və yola çıxarkən üstünüzdə olmalıdır.


Tərkibindı spirt olan məhlullardan (yodun spirtdə məhlulu, briliyyant yaşılı), konsentrasiya olunmamış, tünd kalsum permanqanat (marqans) istifadə etmək olmaz. Bu vasitələr dərini yandıra və qızarda bilər ki, bu da iltihabın baş verməsini gözlə görməyə imkan verməyə bilər. Bunlardan əlavə yağlı sarğılardan da (yağ əsaslı mazlar) istifadə etmək olmaz ki, yara nahiyyəsində bakteriyalar üçün qidalı mühit yarada bilər. Yaraları insulinlə işləmək heç bir yara sağaldıcı effekt vermir.
Əgər yara nahiyyəsində iltihab əlamətləri (qızartı, hərarət, irinli möhtəviyyat) aşkar olunarsa, təcili həkimə müraciət etmək lazımdır. Ən optimal variant “Diabetik pəncə” kabinetinə müraciət etmənizdir. Ola bilər ki, sizə yaranını ilkin cərrahi işlənməsi, antibiotik təyin etmək lazım olsun. Həkim sizə yataq rejimi təyin edə bilər ki, bu zaman da yerimə zamanı əl ağacından istifadə edilməsinə ehtiyac ola bilər.

Başlanğıca

AĞIRLAŞMALARIN QARŞISINI ALMAQ MÜMKÜNDÜR.
Bu bölmənin nəticəsi kimi deyə bilərik ki, diabetin ağırlaşmalarının qarşısını almaq mümkündür. Əgər ağırlaşmalar dərindirsə intensiv müalicə nəticəsində prosesin proqressivləşməsinin qarşısını almaq mümkündür. Bunun üçün ən əvvəl xəstənin vəziyyətini tam müayinə etmək lazımdır. Yenə də təkrar edirik, qanda şəkərin miqdarından əlavə hansı göstəricilərə mütəmadi nəzarət edilməli, hansı mütəxəsislərə müraciət etmək lazımdır.


1. Qlükozalaşmış hemoqloblin (HbA1c) 3 ayda bir dəfə.
2. Qanda xolesterinin miqdarı (diğər lipid mübadiləsi göstəriciləri də analiz etmək yaxşı olar), qanda kreatinin ildə bir dəfədən az olmayaraq.
3. Arterial təzyiq hər dəfə həkimə müraciət etdikdə və ya ev şəraitində sərbəst şəkildə.
4. Sidikdə zülal (mikroalbuminuriya) ildə bir dəfədən az olmayaraq.
5. Okulistin baxışı ildə bir dəfədən az olmayaraq.
6. Həkim baxışı ildə bir dəfədən az olmayaraq.
Əgər problem aşkar olunursa, daha tez-tez nəzarət və müalicə tələb olunursa, həkimə vizitin tezliyini atrırın.

Başlanğıca

 

ŞƏKƏRLİ DİABETDƏN ƏZİYYƏT ÇƏKƏN XƏSTƏNİN GÜNDƏLİYİ.

TARİX İNSULİN SƏHƏR YEMƏYİ GÜNORTA YEMƏYİ AXŞAM YEMƏYİ
  QISA UZUN QISA UZUN QISA UZUN
           

 

 

HbA1c_________________% (norma_____%) Tarix______________________

 

       
             
             
 












 

link