Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Email: farhad@diabet.az
2-ci tip diabet
- Подробности
- Просмотров: 26377
PASİYENTLƏR ÜÇÜN KİTAB
DİABET HAQQINDA ƏSAS MÜDDƏALAR
Şəkərli diabet xəstəliklər qrupudur
Diabet sağalan xəstəlikdirmi ?
"Şəkər" və ya "qlükoza"
Qanda şəkərin norması
Nə vaxt şəkərli diabet diaqnozu təyin edilir ?
“Qlükozaya tolerantlığın pozulması” nə deməkdir
Qanda şəkərin yüksək və aşağı olması.
Hipoqlikemiya
Qanda şəkərin qalxma əlamətləri
Aseton. Diabetik koma
Qanda aşağı şəkər səviyyəsinin əlamətləri (hipoqlikemiya)
Hipoqlikemik koma
Qlükoza səviyyəsinin böyrək həddi
Qanda şəkərin səviyyəsinin tənzimlənməsi
Insulin
Şəkərli diabetin tipləri
Diabet müalicəsində məqsədlər
Diabet 2-Cİ TİP VƏ ARTIQ ÇƏKİ
Artıq çəki nədən yaranır
2-ci tip diabetin inkişafında artıq çəkinin rolu
Artıq çəkinin fəsadları
Normal çəkinin formulası
Çəkinin azaldılmasının əsas prinsipləri
ÖZÜNƏNƏZARƏT
Özünənəzarətin vacibliyi
Özünənəzarətin növləri
Özünənəzarət zamanı məqsədlər
Özünənəzarət rejimi
Qlikozalaşmış hemoqlobin.
Diabet gündəliyi
QİDALANMA
Qidalanma diabetin müalicəsinin vacib hissəsidir
Artıq çəkili 2-ci tip diabet xəstələrinin qidalanması
Kalorini hesablamaq lazımdırmı?
Karbohidratların qanda şəkərin səviyyəsinə təsiri
Karbohidratları hesablamaq lazımdırmı?
Şəkərəvəzedicilər. “Diabetik” ərzaqlar
Az- az yemə rejimi
Normal çəkidə qidalanma prinsipləri
Arterial hipertoniya və yüksək xolesterin zamanı qidalanma
FİZİKİ HƏRƏKƏTLƏR
Fiziki hərəkərlərin əhəmiyyəti
Fiziki hərəkətlər zamanı ehtiyat tədbirlərinin gözlənilməsi
ŞƏKƏR AŞAĞI SALAN DƏRMANLAR
Şəkər aşağı salan dərmanlar nə vaxt təyin olunur?
Müasir şəkər aşağı salan həb dərmanlar
İnsulin nə vaxt lazım ola bilər?
İNSULİNTERAPİYA
İnsulini nə vaxt təyin edirlər?
İnsulin preparatları
İnsulinlə müalicə rejimləri
İnsulininlə müalicədə özünə nəzarət
İnsulininlə müalicədə qidalanma
İnsulinin dozasının dəyişdirilmə qaydaları
İnsulinin dozasının azaldılması qaydaları
İnsulinin dozasının artırılması qaydaları
İnsulinin saxlanması
İnsulinin konsentrasiyası
İnsulinin şprisə doldurulması
İnsulinin yeridilmə qaydası
Şpris qələm
İnsulin inyeksiyalarının yeri
HİPOQLİKEMİYA
Hipoqlikemiyanın əlamətləri
Hipoqlikemiyanın səbəbləri
Hipoqlikemiyanın müalicəsi
DİABETİN AĞIRLAŞMALARI
Hansı orqanlarda ağırlaşma inkişaf edə bilər
Diabetik retinopatiya
Diabetik retinopatiyanın müalicə və profilaktilkası
Katarakta
Diabetik nefropatiya
Ayaqların zədələnməsi
Ayaqların zədələnməsinin profilaktikası
Ayaqlara düzgün qulluq qaydaları
Diabet zamanı nə etmək olmaz
Diabet zamanı ayaqlara belə qulluq etmək lazımdır profilaktilkası.
Pəncələrin zədələnməsi zamanı ilk yardım
Diabet və ürək-damar xəstəlikləri
Ürək-damar xəstəliklərinin müalicə və profilaktilkası
Ağırlaşmaların əmələ gəlməsinin qarşısını almaq mümkündür !
QOŞMA
2-cı tip şəkərli diabet xəstələrinin gündəliyi
İnsulin preparatları qəbul edən 2-cı tip şəkərli diabet xəstələrinin gündəliyi
İnsulin preparatlarının xarakteristikası
Çörək vahidi cədvəli.
Diabet haqqında ümumi müddəalar
Şəkərli diabet xəstəliklər qrupudur
Şəkərli diabet qanda şəkərin yüksək olmasıdır. Daha doğrusu şəkərli diabet bir xəstəlik olmayıb, xəstəliklər qrupudur. Ümumdünya Səhiyyə Təşkilatını qəbul etdiyi şəkərli diabetin təsnifatına uyğun olaraq, onun bir neçə növdən ibarət olduğunu qeyd edə bilərik. Şəkərli diabet əsasən I və II tip olur.
Bundan əlavə diabetin digər nadir və spesifik növləri - genetik defektlə, mədəaltı vəzi ilə, bəzi endokrin xəstəliklərlə (hipofiz, böyrəküstü vəzi, qalxanvari vəzi), bəzi dərman preparatlarının qəbuli ilə əlaqədar müşahidə olunan növləri təsadüf edilir.
Xüsusi qrupa hamilələrdə diabet aiddir. Bütün sadaladığımız bu növlər I və II tip şəkərli diabetə nisbətən az təsadüf edilir.
Diabet sağalan xəstəlikdirmi ?
Ümümiyyətlə desək şəkərli diabetin mexanizm və səbəblərinin öyrənilməsində böyük irəliləyişin olmasına baxmayaraq, o tam sağalması mümkün olmayan xroniki xəstəlik olaraq qalır. Qeyd edək ki, hal hazırda effəktiv nəzarət üsullarının və müalicə metodlarının hazırlanması, bu metodlardan istifadə edilməsi, ağırlaşmaların əmələ gəlməsinin, ömrün azaldılmasının və onun keyfiyyətinin pisləşməsinin qarşısını almış olur. Bu səbəbləri nəzərə alaraq demək olar ki, “diabet xəstəlik deyil, həyat tərzidir”.
Diabeti nəzarətdə saxlamağın əsas səbəblərindən biri də budur ki, nə vaxtsa, şəkərli diabetin tam müalicəsi tapılacaqı halda bu vaxtı diabetin ciddi ağırlaşmaları olmadan qarşılamaq əsas şərtdir. Çox güman ki, bu o qədər də asan olmayacaq, buna çox böyük qüvvə, həkimlər və pasietntlər tərəfindən bir neçə istiqamətdə güclərini əsirgəməmək lazım olacaqdır. Bunalara baxmayaraq xəstəliyin gedişində və inkişafında irsi faktorun da rolunu inkar etmək olmaz, lakin yadda saxlamaq lazımdır ki, irsi olaraq diabet yox, ona meyllilik irsən keçir. Və bu hal I tip şəkərli diabetdə II tip şəkərli diabetə nisbətən dəfələrlə az müşahidə olunur. Əgər valideynlərdən biri I tip şəkərli diabetlə xəstədirsə, onun övladlarında bu xəstəliyin əmələ gəlməsi 5 %-dən çox olmur.
Əlbətdə ki, bu rəqəm tam sağlam valideynlərin uşaqlarındakından daha çoxdur və irsi faktor demək olar ki, nəzərə alınmır. Əgər hər iki valideyn I tip şəkərli diabetdən əziyyət çəkirsə, uşaqlarda xəstəliyin meydana gəlmə ehtinalı 20 % civarında olur. Lakin II tip şəkərli diabetin yaxın qohumlarda əmələ gəlmə ehtimalı bir neçə dəfə çox, çəki artıqlığı fonunda isə 100 % olur. Bu dediklərimizi nəzərə alaraq deyə bilərik ki, II tip şəkərli diabetin profilaktikasında ilk növbədə normal çəkinin saxlanılmasıdır. Lakin I tip şəkərli diabetin profilaktikasına dəqiq heç nə deyə bilmərik.
"Şəkər" və ya "qlükoza"
Yuxarıda qeyd edildiyi kimi, şəkərli diabet əsas əlaməti qanda şəkərin səviyyəsinin yüksəlməsidir.
Bu mənada biz qanda şəkərin hansı göstəricilərinin normal hansılarının isə bu nomadan yüksək olduğunu müfəssəl təhlil edəcəyik. "Şəkər" yox "qlükoza" demək daha doğrudur (tibbi dildə qanda şəkərin səviyyəsi glikemiya adlanır). Lakin, həkimlə xəstənin dialoqunun rahat və asan olması üçün qanda "şəkər" termini daha əlverişlidir. Bizdə pasiyentlər üçün aydın və anlaşıqlı olan bu termindən istifadə edəciyik.
Qanda şəkərin norması
Normal insanların qanında şəkər sutka ərzind aşağıdakı kimi tərəddüd edir: acqarına 3.3 – 5.5 mmol/dl (60-100%), qida qəbulundan 2 saat sonra 7.8 mmol/dl (140 %) olur.
Acqarına dedikdə səhər vaxtı, axşam yeməyindən 8-14 saat sonra nəzərdə tutulur. Yeməkdən sonra dedikdə, qida qəbulundan 2 saat sonra başa düşülür.
Hal-hazırda bizim ölkədə ölçü vahidi kimi millimolun litrə nisbəti qəbul edilib. Əvvəllər qanda şəkər mq% (milliqramın faizi) ilə ölçülürdü ki, bu da mq/dl (milli qramın desilitrə hasili) ilə eynilik təşkil edir. Mmol/dl-i mq% -ə çevirmək üçün və ya əksinə, 18 koefisientindən istifadə olunur, məsələn:
5.5 (mmol/l) x 18 = 100 (mq%)
140 (mq%) / 18 = 7.8 (mmol/l).
Bunlardan əlavə qeyd etmək lazımdır ki, qanda və plazmada (plazma qanı laborator üsulla emalı nəticəsində alınır) şəkərin miqdarı bir-birindən fərqlənir. Hətta kapilyar və venoz şəkər təyinində də fərq ola bilər. Yuxarıda göstərilənlər kapilyar qanda şəkərin göstəricisidir. Sonrakı qeydlərimizdə kapilyar şəkər nəzərdə tutlacaqdır.
Nə vaxt şəkərli diabet diaqnozu təyin edilir ?
Şəkərli diabet diaqnozu insanda iki dəfədən az olmayaraq qanında şəkər normadan artıq təyin edildikdə təsdiqlənir. Şəkərli diabetin göstəriciləri belə olmalıdır:
Qanda şəkər acqarına 6.1 mmol/l-dən çox və ya təsadüfi təyin etmə, yəni günün istənilən vaxtı 11.1 mmol/ldən çox olmalıdır.
Əgər acqarına və ya təsadüfi təyin etmə müddəti zamanı hər hansı tərəddüdünuz olarsa, xüsusi qlükozaya tolerantlıq testi yoxlanılır. Bu zaman pasiyentə qlükoza içirdilir (75 qr. 250 ml suda) , iki saatdan sonra qanda şəkər ölçülür. Diabetin olmasına əsas şərt 11.1 mmol/l-dən yuxarı olması vacibdir. Təkrar edirik: diabet diaqnozunu təyin etmək üçün qanda şəkər yuxarıda göstərildiyi kimi iki dəfədən az olmayaraq təyini nəzərdə tutulur ki, bu da müxtəlif günlərdə də təyin edilə bilər.
“Qlükozaya tolerantlığın pozulması” nə deməkdir
Norma və şəkərli diabet arasında aralıq bir vəziyyət vardır ki, bu da çox çətin adlandırılaraq qlükozaya tolerantlığın pozulması (qanda şəkəin miqdarı acqarına 6.1 mmol/lə kimi, iki saat qlükoza yüklənməsindən sonra 7.8-dən 11.1 mmol/l arasında) adlanır. Bu diaqnoz gələcəkdə diabetin inkişafını göstərir və qeyri-rəsmi olaraq prediabet adlanır. Son zamanlar daha bir anlam: acqarına qlikemiyanın pozulması (acqarına qanda şəkərin 5.5 mmol/l-dən 6.1-ə qədər, qlükoza yüklənməsindən sonra 7.8 mmol/l-ə qədər) da vardır ki, bu da gələcək diabetin inkişafı ehtimalı kimi başa düşülür.
Qanda şəkərin yüksək və aşağı olması.
Qanda şəkər tibbi terminlə qlikemiya adlanır. Müvafiq olaraq qanda şəkərin miqdarının yüksəlməsi hiperqlikemiya adlanır. Hiperqlikemiyanın şəkərli diabetin əsas əlaməti olsa da onun səviyyəsini normaya yaxınlaşana kimi aşağı salmaq lazımdır. Əgər qanda şəkərin miqdarı daim yüksək olursa, bu ilk növbədə əhvalın korlanmasına, ikincisi xroniki ağırlaşmış şəkərli diabet meydana gələ bilər. Xroniki (və ya gecikmiş) ağırlaşmalar gözləri, böyrəkləri və xəstənin ayaqlarını zədələyə bilər. Diabetin ağırlaşmasına bu kitabda ayrıca bölmə tərtib edilib.
Diabetli xəstədə qanda şəkər normanın aşağı həddində də aşağı (3.3 mmol/l) düşə bilərmi ? Bəli, insulinlə müalicə zamanı bele hallar olur ki, bu da hipoqlukemiya adlanır.
Hipoqlikemiya
Hipoqlikemiya qanda şəkərin normasının aşağı həddindən aşağı olması deməkdir ki, bu zaman qanda şəkər 3.3 mmol/l-dən aşağı olur. Normal və hətta qanda yüksək şəkər olduqda belə hipoqlikemiyaya oxşar əlamətlərin meydana çıxması, xəstənin qanda yüksək şəkərlə uzun müddət yaşamaga adət etməsi fonunda qanda şəkərin bir qədər enməsinə qarşı reaksiyasıdır. Lakin bu hipoqlikemiya hesab olunmur. Əks vəziyyətin olması da inkaredilməzdir: xəstə qanda şəkərin səviyyəsinin aşağı düşməsi zamanı hipoqlikemiya əlamətlərini hiss etməyə bilər. Lakin bu cür vəziyyəti o, həqiqətən də hipoqlikemik vəziyyət kimi qiymətləndirməlidir.
Hipoqlikemiyanın əmələ gəlməsi yalnız insulin və diabet əleyhinə tabletlər qəbul edən şəkərli diabetdən əziyyət çəkən xəstələrdə olur ki, bu vəziyyət artıq insulinin orqanizmə daxil olması sayəsində meydana çıxır. Sağlam insanlarda hipoqlikemiyanın inkişaf etməməsinə nə səbəb olur ? Əvvəl qeyd edək ki, bu zaman sağlam insanlarda mədəaltı vəzidə insulinin sintezinin azalır və qaraciyərdən qana qlükoza daxil olur. Belə ki, ilk mexanizm insulin qəbul edən xəstədə fəaliyyət göstərmir (insulin dərialtı sorulur), müəyyən vəziyyətdə ikinci mexanizmin fəaliyyəti kifayət etmir və hipoqlikemiya meydana gəlir.
Qanda şəkərin qalxma əlamətləri
Qanda şəkərin səviyyəsinin kifayət qədər qalxması zamanı xəstə özündə müəyyən əlamətlər və əhvalın dəyişməsi müşahidə edir.
Qanda şəkərin qalxma əlamətləri aşağıdakılardır:
• Ağızda quruluq, susuzluq, sidik ifrazının tezləşməsi (o cümlədən gecə yarısı sidik ifrazı) xaric olunan sidiyin miqdarının artması.
Əlamətlərin meydana gəlməsi aşağıdakı mexanizmlə izah olunur. Belə ki, qanda şəkər normal olduqda sidiyə şəkər keçmir. Normal vəziyyətdə orqanizm “bioloji yanacaq” kimi şəkərdən çox qənaətlə istifadə edir. Burada böyrəklərin funksiyası da müəyyən əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, böyrəklər daxili sabitliyi tənzimləyir: o qandan lazımsız maddələri, o cümlədən toplanmış əlavə maddələri xaric edir, lazım olanları isə saxlayır. Əgər qanda həddən artıq şəkər yaranarsa, o sidiklə xaric olur. Lakin bu prosess qanda şəkəri normallaşdırmağa imkan vermir. Qanda şəkərin səviyyəsinin şəkərin sidiyə keçməsinə səbəb olan miqdarı “qlükozanın böyrək həddi” adlanır.
Adətən qlükozanın böyrək həddi qanda şəkər 8 mmol/l-dən 10 mmol/l-ə kimi olan intervalda meydana gəlir . Buradan da normada sidikdə niyə şəkərin olmaması aydınlaşır: axı qanda şəkərin maksimal miqdarı 7.8 mmol/l-dir. Düzdür, individual qlükozanın böyrək həddi böyrək xəstəlikləri, yaş və ya digər səbəbdən dəyişilə bilər. Bəzən elə hallar olur ki, qanda şəkər normal olduğu halda, sidikdə çox miqdarda şəkər müşahidə olunur. Əslində burada qəribə heç nə yoxdur. Bunun açıqlaması budur ki, sidik yığılan zaman qanda şəkər yüksək olub. O müvafiq olaraq sidikdə müşahidə olunur, lakin hal-hazırda (məsələn, səhər acqarına) qanda şəkərin miqdarı normal olur.
Sidiklə şəkərin xaric olması üçün çox miqdarda su tələb olunur ki, bu da orqanizmin hüceyrələrindən alınır ki, bu da susuzlaşmaya səbəb olur. Buradan da suszluq, ağızda quruluq, dərinin quru olmasının səbəbi aydınlaşır. Bununla da insan ona görə çox miqdarda sidik xaric etmir ki, çox maye qəbul edir, əksinə, ona görə çox su içir ki, çox sidik xaric edir. Bu deyilənləri nəzərə alaraq deyə bilərik ki, şəkərli diabetdən əziyyət çəkən şəxslər susuzlaşmanın qarşısını almaq üçün mütləq çox miqdarda maye qəbul etməlidir.
• Zəiflik, əzginlik, yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi.
Bu əlamətlərin meydana gəlməsini insulinin təsir mexanizmini bildikdə aydınlaşdırmaq mümkündür. Əgər qanda şəkərin miqdarı yüksəkdirsə, deməli o hüceyrəyə daxil olmur, enerji mənbəyi rolunda iştirak etmir və sizin orqanizminizin normal işləməsinə mane olur.
• İştahın yüksəlməsi, bədən çəkisinin azalması.
Bunun səbəbi insulin çatışmazlığı fonunda şəkər enerji sintez edə bilmir, bu zaman orqanizm enerji mənbəyi kimi digər insulin tələb olunmayan mənbəələr axtarır. Belə mənbəələrdən biri də yağ ehtiyatlarıdır, bu səbəbdən də həmin şəxs arıqlamağa başlayır və həmişə aclıq hissi ilə yaşayır. Arıqlamağa başqa səbəb də orqanizmin susuzlaşmasıdır.
• Dəri zədələnmələrinin (yara, çapıq) çox gec sağalması, frunkulların əmələ gəlməsi.
Bunun izahı qanda şəkərin miqdarının yüksəlməsi fonunda immunitetin zəifləməsi və orqanizmin infeksiyaya müqavimətinin azalmasıdır.
• Dəri və selikli qişaların qaşınması
Bütün sadalanan əlamətlər heç də həmişə bir yerdə müşahidə olunmur: xəstədə əlamətlərdən bir və ya ikisi ola bilər. Eyni zamanda bəzi əlavə simptomar da meydana gələ bilər, məsələn: baş ağrı, görmənin zəifləməsi və s. Əksər hallarda hiperqlikemiya yalnız ilk etapda xəstələri narahat edir, lakin sonralar belə demək mümkündürsə , orqanizmdə yüksək qlükoza fonuna “adət etmə” yaranır və əlamətlər yox olur. Şəkərli diabetin “məkrliliyi” də bundan ibarətdir. Təcrübələr göstərir ki, qanında şəkərin miqdarı hətta 14-16 mmol/l olan əksər xəstələr əhvallarının pozulmasını hiss etmirlər. Qanda şəkərin miqdarının kəskin qalxması, hətta “adət etmə” fonunda belə yüxarıda qeyd etdiyimiz əlamətləri verə bilər.
Əgər şəkərli diabet vaxtında müalicə edilməzsə, vəziyyətin kəskin pisləşməsi müşahidə oluna bilər. Əgər xəstə artıq müalicə qəbul edirsə, kəskin pisləşmə (həkimlər bunu dekompensasiya adlandırırlar) diabetə digər xəstəliyin qoşulması ( ağciyərlərin iltihabı, kəskin appendisit və s.) və ya insulinin kəsilməsi ılə izah edirlər.
Diabetik koma, aseton
Bu halda qanda şəkər çox qalxır, bu fonda da orqanizmdə xüsusi maddə - keton cisimlər, sadə dillə desək aseton əmələ gəlir. Asetonun əmələ gəlməsinin qarşısını almaq üçün orqanizm onu sidiklə xaric edir ki, bu da analiz nəticəsində aşkar olunur. Bəzi xəstələrdə hətta ağızdan da aseton iyi gələ bilər ki, bunu da yaxın şəxslər dərhal hiss edirlər.
Asetonun əmələ gəlməsinə səbəb enerji mənbəyi kimi qlükoza istifadə edilməsi mümkün olmadıqda, istifadə olunan yağların parçalanmasıdır (bax. Şəkil).
Bununla da sxemdən göründüyü kimi asetonun əmələ gəlməsinə səbəb insulin çatışmazlığıdır, digər səbəblər (məsələn yağlı qida qəbul etmək) heç bir əhəmiyyət kəsb etmir. Bütün bu prosesslərin nəticəsində müalicə etməmək, digər zərərli maddələrin tolanması və susuzlaşma daha ağır vəziyyətə, huşun tamami ilə itirilməsinə - diabetik komaya səbəb ola bilər. Koma həyat üçün təhlükəli olsa da, heç vaxt qəflətən və hiss olunmadan baş vermir və bu səbəbdən də ona qarşı tədbirlər görmək olar. Bax bu səbəbədən də diabetdən əziyyət çəkən şəxslər öz sağlamlığının qayğısına qalmalı, vəziyyəti düzgün qiymətləndirməyi bacarmalı və vaxtında lazımi tədbirlər görməlidirlər.
Qanda aşağı şəkər səviyyəsinin əlamətləri (hipoqlikemiya)
Bir qayda olaraq hipoqlikemiya kifayət qədər tez inkişaf edir: belə vəziyyətdə xəstədə tipik bir neçə əlamətlər meydana gəlir: qəfləti halın pisləşməsi, tərləmə, başgicəllənmə, əllərdə, ayaqlarda, bütün bədəndə titrəmə, avazıma, gözlərin qaralması və görmənin ikiləşməsi, narahatlıq, əhvalın pisləşməyə doğru dəyişməsi, qorxu, fikir qırıqlığı, ürəkdöyünmə, qəfləti aclıq hissi və s. Bu əlamətlərin olması yüngül hipoqlikemiyanin inkişafından xəbər verir. Bəzi hallarda əgər hipoqlikemiya tez aradan götürülməsə, o getdikcə güclənib daha ağır hallarla nəticələnir, xəstə sanki donub qalır və özünə kömək edəcək halda olmur.
Hipoqlikemiya lazımi tədbirlər görülməzsə inkişaf edərək hipoqlikemik komaya keçir ki, bu da huşun itməsi ilə nəticələnər və həyat üçün çox təhlükəlidir. Bu, ağır hipoqlikemiya adlanır.
Yadda saxlayın: bütün əalmətlər eyni anda başlamır. Hipoqlikemiyaya bənzər saydığımız əlamətlərin heç də hamısı həqiqətən də hipoqlikemiya olmaya bilər.
Həqiqətən də, kim periodik olaraq zəiflik, baş gicəllənmə, qəfləti aclıq hissi keçirməyib ? Bu səbəbdən də hər bir xəstə hipoqlikemiyanın ilk əlamətlərini özündə təyin etməyi bacarmalı, lazım gəldikdə qanda şəkəri ölçməlidir.
Yüngül hipoqlikemiya vaxtında müalicə olunduqda demək olar ki, heç bir fəsadı olmur. Təəsüf ki, diabetin yaxşı kompensasiyası müddətində belə hipoqlikemiya qaçılmazdır, bu şəkərin yaxşı kompensassiyasının “yol yoldaşıdır”. Bu səbəbdən də həftə ərzində yüngül hipoqlikemiyanın 2-3 dəfə baş verməsi normal hal sayılır.
Hipoqlikemik koma
Ağır hiporqlikemiya vəziyyətində (xəstdə sərbəst adekvat fəaliyyət göstərə bilmir və ya huş tam itir ki, bu da hipoqlikemik koma adlanır) xəstə özü özünə kömək edə bilmir. Ətrafdakıların köməyi tələb olunduğundan, yaxşı olar ki, yaxınlarınıza sizə necə kömək etmək lazım olduğunu bildirəsiniz.
Ağır hipoqlikemiyanın əlamətləri ətrafdakılar tərəfindən hiss edilir, bu avazıma, hərəkətlərin qəflətən dəyişməsi, həyəcanlılıq, tormozlanma, aqressivlik və s.-dir.
Ağır hiporqlikemiya vəziyyətində kömək etmə aşağıdakı kimidir. Əgər xəstənin hüşü itməyibsə, ona şirin qidalar yedirmək və ya içirmək lazımdır. Lakin huş tam itdikdə bunu etmək qəti olmaz ! Belə ki, bu zaman qida və ya maye xəstənin nəfəs yoluna düşə bilər. Xəstə huşunu itirdikdə onu böyrü üstə uzatmaq, nəfəs yolunu təmizləmək (məsələn diş protezindən, ağızda qida qalıqlarından) və sonra təcili yardım çağırmaq lazımdır. Təcili yardım həkiminə, xəstənin şəkərli diabetdən əziyyət çəkməsi barədə məlumat vermək lazımdır. Ağır hipoqlikemik koma vena daxilinə qlükoza yeritməklə müalicə olunur. Bundan əlavə, ev şəraitində ağır hiporqlikemiyanı müalicə etmək üçün preparat – qlükaqon da istifadə etmək olar. Qlükaqon mədəaltı vəzin hormonu olub, qaraciyərə təsir edərək qana şəkər ifrazını artırır.
Qlükaqon preparatı (məsələn Qlükaqen HipoKit dəsti) əzələ daxilinə və ya dəri altına yeridilməsi onu təkcə tibb işçiləri deyil, öyrədilmiş kənar şəxslər də istifadə edə bilməsi mümkündür (fotoya bax). Əgər qlükaqon yeritdikdən sonra xəstə özünə gəlirsə, ona tərkibində karbohidrat olan qidalar yedizdirmək lazımdır ki, qanda şəkər yenidən aşağı düşməsin. Əgər qlükaqon yeridildikdən 10 dəqiqə sonra xəstə özünə gəlmirsə, təcili yardıma zəng etməyiniz vacibdir.
Ağır hiporqlikemiyadan mümkün qədər qaçmaq lazımdır, belə ki, o baş beyin üçün çox ziyandır. Əgər bütün səylərə baxmayaraq, bu hal baş veribsə, hipoqlikemiyadan azad olduqdan sonra bu vəziyyətə düşməni analiz edib, səhv olan hissəni aydınlaşdırmaq lazımdır ki, bir də belə hal təkrarlanmasın.
Məsləhət görülür ki, həmişə üzərinizdə diabetli xəstənin kartı olsun ki, burada da diabetdən əziyyət çəkən şəxs haqqında bütün məlumatlar və huşunu itirdikdə nə etmək lazım olduğu və kimə müraciət edilməsi yazılmalıdır. Əgər siz ölkə sərhədindən kənara çıxırsınızsa, bu kartı getmək istədiyiniz ölkənin rəsmi dilində yazdırın. Belə kartlara aşağıda misal göstərilib.
Qlükoza səviyyəsinin böyrək həddi
Qanda şəkərin normal səviyyəsində sidikdə şəkər görsənmir (daha doğrusu qlükoza ). Şəkərin qanda səviyyəsi 10 mmol/l-dən artıq olduqda, yalnız o zaman sidikdə şəkər görünür. Burada böyrəklərin necə işləməsi vacibdir. Bu faktdır ki, böyrək orqanızmin daxili mühitinin mühüm tənzimləyicisidir, onlar, qanda lazım olan maddələri saxlayır, lazımsızları xarıc edir və həmçinin artıq yığılmış müxtəlif maddələrdən xilas edir. Qanda şəkər həddindən çox yığıldıqda o, sidik ilə xaric olmağa başlayır. Lakin, bu proses diabetik xəstələrdə qanda şəkəri tamamilə normallaşdıra bilməz.
Sidiklə şəkərin xarıc olmasına səbəb olan qanda şəkər səviyyəsinə "qlükoza səviyyəsinin böyrək həddi" deyilir. Çox az miqdarda xəstələr üçün bu hədd 10 mmol/l-dən çox az və ya çox yüksək ola bilər.
Qanda şəkərin səviyyəsinin tənzimlənməsi
Bu kitabda adı çəkilən məsələ barəsində daha geniş danışılacaq. Yüxarıda deyildiyi kimi qanda şəkər əzələ, piy, qara ciyər hüceyrələri üçün vacib enerji mənbəyi rolunu oynayır. Şəkər orqanizmə bir neçə yolla – bəzi qidalar (karbohidratlar) və qaraciyərdə qlükogen şəklində yığılmış ehtiyatdan daxil ola bilər.
Hər iki mənbəədən şəkər qana , oradan da toxumalara gedir. Bəs bu necə baş verir ? Orqanizmdə insulin adlanan xüsusi maddə vardır ki, bunu həyata keçirən də məhz odur.
İnsulin zülali maddə olub, hormonlar sinifinə aiddir və çox kiçik dozalarda sintez edilir. Bu hormon mədəaltı vəzin adacıqlarında, xüsusi β hüceyrələrdə (beta – hüceyrələr) hazırlanır və oradan da qana keçir (bax. Şəkil)
Mədəaltı vəzinin digər hüceyrələrinin yerinə yetirdiyi daha bir funksiyası var ki, bu da həzm prosesində iştirak etməsidir. Mədəaltı vəzin şirəsi vəzidən bağırsağa keçir. Qeyd etmək lazımdır ki, diabet zamanı həzm funksiyası adətən pozulmur.
Bəzən mədəaltı vəzi nahiyyəsində ağrı olur. Ağrı və həzmin pozulması diabetlə mədəaltı vəzinin həzm hissəsinin xəstəliyinin bir yerdə olması zamanı müşahidə oluna bilər (məsələn: pankreatit).
İnsulin qandan şəkərin qəbul edilməsi üçün orqanizm hüceyrələrini açan “açar” kimi qəbul edilir və onlara şəkərin daxil olmasına imkan verir. İnsulinin təsiri ilə qandan şəkər hüceyrəyə keçdikdə qanda şəkər aşağı düşür. Qanda şəkərin aşağı düşmə səbəbi budur. Qanda şəkərin “yanması”, “parçalanması” baş vermir !
Beləliklə, insulin sintezi azaldığı halda qanda şəkər qalxır.
Insulin
Insulin - bu zülal maddə olub, hormonlar sinifinə məxsusdur . Bu, mədəaltı vəzin xüsusi beta-hücreleri tərəfindən istehsal olur və oradan birbaşa qana daxil olur.
Pankreasın digər hüceyrələrinin həyata keçirdiyi başqa bir funksiyası da var - o qida həzmində iştirak edir. Pankreasdan qida həzm edən şirələr bağırsağa daxil olur.Pankreasın həzm funksiyası adətən diabet olan insanlarda pozulmur. Lakin mədə altı vəzi nahiyəsində bəzən ağrılar ola bilər.Ağrı və həzm pozğunluqları pankreasın digər xəstəliklərinin (məsələn, pankreatit) diabet xəstəliyi ilə birlikdə olmasını göstərir.
Şəkərli diabetin tipləri
Qeyd edək ki, şəkərli diabet vahid xəstəlik deyil. Beynəlxalx təsnifatda onun bir neçə növü göstərilir, lakin çoxluq təşkil edən I və II tip şəkərli diabetdir.
I tip şəkərli diabet (əvvəllər onu insulindən aslı da adlandırırdılar) cavan yaşlarda təsadüf edilir, (əksər hallarda 30 yaşa qədər müşahidə olsa da, bəzi hallarda yaşlıinsanlarda da xəstələnmə halı müşahidə olunur), başlanğıcda kəskin olur, adətən aydın hiperqlikemiya əlamətləri ilə biruzə verir: xəstə arıqlayır, əzginlik , susuzluq hiss edir, çox miqdarda sidik ifrazı edir, sidikdə aseton aşkar olunur. Əgər lazımi vaxtda həkimə müraciət olmasa, insulnlə müalicəyə başlanmazsa, tezliklə vəziyyət ağırlaşacaq və diabetik koma inkişaf edəcəkdir.
I tip şəkərli diabetin əmələ gəlməsinə səbəb mədəaltı vəzidə β hüceyrələrin məhv olması nəticəsində insulin hasilinin kəsilməsidir.Bu genetik meyllilik fonunda (yəni onunla bir yerdə doğulur) xarici faktorların təsiri ilə (məsələn viruslar) immun sistemin dəyişməsi ilə əmələ gəlir. Orqanizm öz β hüceyrələrini yad cisim kimi qəbul edir, ondan qorunmaq üçün xüsusi anticisimlər (infeksiyadan müdafiyə kimi) hasil edir ki, bunlar da β hüceyrələrini məhv edərək, orqanizmdə insulin çatışmazlığına səbəb olur. İnsulinin təsir mexanizmini yadımıza salaq - o şəkər üçün hüceyrələrin qapısını açan “açar” funksiyasını yerinə yetirir, təsəvvür edək ki, bu açar qandan yox olmuşdur. (bax. Şəkil). Bu proses β-hüceyrələrin 90 %-ə qədəri məhv olan zaman yaranır ki,, bunun da yeganə müalicəsi xaricdən insulin yeridilməsidir. Dieta və fiziki hərəkətlər bu növ diabetdə müalicə vasitəsi sayılmır, bunlar lazım olan dozanı təyin edib bədənə yeritmək üçün nəzərə alınan faktorlardır.
II tip şəkərli diabet (əvvəllər bunu insulindən aslı olmayan diabet də adlandırırdılar) daha tez-tez müşahidə olunur. Bu xəstəlik əsasən yaşlı xəstələrdə müşahidə olunub, adətən 40 yaşdan sonra təsadüf edilir. Bu tip xəstələrin 90 %-də artıq çəki müşahidə olunur. Bundan başqa II tip dibaetdə irsi faktorun da rolu böyükdür, belə ki, yaxın qohumlarda bu xəstəliklə xəstələnmə halları müşahidə oluna bilər. I tip diabetdən fərqli olaraq II tip şəkərli diabet qəflətən deyil, müəyyən müddət ərzində, çox vaxt hiss olunmadan inkişaf edir. Belə xəstələr uzun müddət xəstəlikdən əziyyət çəkə bilər, lakin xəstəliyindən xəbərsiz ola bilərlər. Qada şəkərin miqdarının yüksək olması təsadüfi olaraq, digər səbəbə görə müayinə olunduqda təyin edilir. Bəzən elə hallar olur ki, II tip şəkərli diabetdə hiperqlikemiyanın aydın əlamətləri (zəiflik, susuzluq və qaşınma) aydın xarakterli olsa da , aseton və diabetik koma II tip şəkərli diabetdə az hallarda müşahidə olunur. II tip şəkərli dibaetə digər xəstəlik qoşilduqda, bu hal inkişaf edə bilər: ağciyərlərin iltihabı, ciddi travma, irinli proseslər, infarkt və s zamanı.
II tip şəkərli dibaetdə mədəaltı vəzi insulin hasıl edir və hətta çox halda artıq sintez edir.
Əsas çatışmazlıq hüceyrələrin insulini qəbul etməməsidir, belə ki, hüceyrələr insulin üçün açıq olmur və nəticədə şəkər qandan toxumaya keçmir (bax şəkil).
Qanda şəkərin miqdarı yüksək olur. İnsulinə qarşı həssaslığın belə aşağı olması insulinə rezistntlik adlanır. Obrazlı desək “açar dilləri” (elmi dildə insulin reseptorları) hüceyrə qapısında deformasiyaya uğradığından açar qıfıla - insulin molekuluna uyğun gəlmir. Bu zaman insulin reseptorlarının deffekti olduğu üçün daha çox açar (daha çox açar, başqa sözlə daha çox insulin!)tələb olunur. Mədəaltı vəzi tərəfindən insulinə rezistentliyi aradan qaldırmaq və şəkərin miqdarını normallaşdırmaq üçün daha çox insulin hasil etmək iqtidarında deyil, belə ki, II tip şəkərli diabetdə β hüceyrələrin bu funksiyası azalmışdır. Nəticədə paradoksal bir vəziyyət - qanda həm insulin, həm də şəkər yüksək olması meydana gəlir. II tip şəkərli diabet müalicəsi I tip şəkərli diabetin müalicəsindən kəskin fərqlənir. Hətta I tip diabetin II tip diabetdən müalicə sxemi və taktikasına görə də fərqlənir. II tip şəkərli diabetdə müalicənin əsas məqsədi hüceyrələrin insulinə həssaslığını yaxşılaşdırmaqdır. İnsulinə qarşı həssaslığın səbəbi hələ də tam öyrənilməyib. Lakin mütəxəsislər yaxşı bilirlər ki, insulinə qarşı həssaslığın pozulmasının əsas səbəbi kimi artıq çəki, yəni orqanizmdə əlavə yağların toplanması sayıla bilər. Çoxsaylı elmi təcrübələr və çox illik müşahidələr nəticəsində demək olar ki, çəkinin azaldılması və ya normaya salınması xəstələrin əkasəriyyətində qanın şəkərə görə analizinin yaxşılaşmasına səbəb olur. Çəkinin normallaşdırılması məqsədi ilə dieta və fiziki hərəkətlər dərman müalicəsindən qaçmaq üçün çox gözəl effekt verir. Lakin dieta və fiziki hərəkətlər effekt vermədikdə dərman müalicəsindən istifadə olunur. Bunlardan bəziləri mədəaltı vəziyə təsir edir, insulin sintesini artırır, digərləri isə insulinin fəaliyyətini yaxşılaşdırır (insulinə rezistentliyi azaltmaqla). Bununla da qanda şəkər öz-özünə deyil, insulinin təsiri ilə azalmağa başlayır. Buna görə də onalrın təsir etməsi üçün β hüceyrələrinin ehtiyatının saxlaması vacibdir. Yüxarıda dediklərimizdən məlum olur ki, niyə görə I tip şəkərli diabetdə tabletlərin qəbulu mənasızdır, axı β hüceyrələrin əksəriyyəti məhv olub. II tip şəkərli diabetdə də bəzən insulin müalicəsi tətbiq olunur ki, bu da müvəqqəti xarakter daşıyır, cərrahi xəstəliklər, ağır kəskin xstəliklər və ya uzun müddətli müalicə üçün tələb olunur. Bax bu səbəbdən də bu tip xəstəliyi insulinə rezistent adlandırmaq məsləhət görülmür. Yadda saxlayın ki, müalicə taktikasına görə xəstəliyin tipi müəyyənləşmir.
II tip şəkərli diabetdə çəkinin azaldılması qanda şəkərin miqdarını uzun müddətli normallaşdırırsa da, bunu tam sağalma adlandırmaq olmaz.
I tip şəkərli diabetdə bəzən xəstəlin əvvəlində qanda şəkər insulin qəbulundan sonra normallaşsa da, sonradan ona tələbat olmur və tam insulindən imtina ola bilər. Lakin bu tam sağalma demək deyil. Bu hal adətən “bal ayı” və ya elmi dildə remissiya fazası adlanır.Bunu izahnın mütəxəsislər qanda şəkərin normallaşmasından sonra azacıq da olsa sağ qalmış β hüceyrələrin müəyyən müddət işləyə bilməsi ilə əlaqələndirirlər. Lakin sonra həmin hüceyrələr də məhv olur və yenidən insulinə xaricdən qəbul məcburiyyəti yaranır. I tip şəkərli diabetlə ilk dəfə xəstələnən şəxs bilməlidir ki, belə hallar onda da müşahidə oluna bilər və o xəstəliyinə qarşı daha həssas olmalıdır.
Diabet müalicəsində məqsədlər
İndiyə qədər diabetin tam müalicəsi mövcud deyildir. Amma indi əlillik və bir çox fəsadları əmələ gətirməmək üçün diabeti necə müalicə etmək məlumdur. Diabet müalicəsində ən əsas məqsəd -daim qanda şəkər səviyyəsini norma və ya normaya yaxın həddə sabit saxlanılmasına nail olmaqdır.
Dəqiqləşdirək ki, diabet 2 tip müalicəsində məqsəd, son beynəlxalq tövsiyələrə görə aşağıdakı kimidir:
acqarına və əsas qida qəbullarından əvvəl qanda şəkər səviyyəsi
•5.5 mmol / l çox olmamalıdır;
• yemək 2 saat sonra - 7,5 mmol / l (kapilyar, yəni barmaqların ucundan götürülmüş qan üçün məlumatlar).
Əgər diabetli xəstə ardıcıl qanda şəkəri normal səviyyədə saxlayırsa, onda sağlamlığı sağlam şəxsdəki kimi olacaq,ağırlaşmalar və ömür uzunluğu üçün proqnoz təhlükəli olmayacaqdır. Ağırlaşmaların inkişafı üçün çox ciddi risk acqarına və ya qida qəbulundan əvvəl qanda şəkər səviyyəsi 7.0 mmol/ldən və yeməkdən 2 saat sonra 9.0 mmol/ldən yuxarı olduqda yaranır. Tibb dilində qanda şəkərin normaya çox yaxın həddə daim saxlanılması diabetin kompensasiyası, daim qanda şəkərin yüksək
olması və ya müəyyən dövrlərdə yüksəlməşi dekompensasiyası adlanır. Diabetin kompensasiyasına nail olmaq çətindir və bunun səbəbləri müxtəlifdir. Məsələ bundadır ki, xəstələrdə çox vaxt diabet haqqında kifayət qədər informasiya olmur, və
ya onlar etibarlı mənbələrdən əldə olunmadığı üçün çoxda doğru deyil. Son illərdə dünyada xəstələrin əslində diabet ilə əlaqədar problemlərinə yönəlmiş təhsil kursu keçməsi üçün "Diabet Məktəbi" geniş yayılmaşdır. Həkim-diabetoloqlar və endokrinoloqlar diabetin müalicəsində və diaqnostikasında profesianal yanaşmadan əlavə, xəstə ilə ünsiyyətdə öyrətməyə böyük əhəmiyyət verirlər. Ancaq, bəzən hətta öz xəstəliyi haqqında tam məlumata malik olan xəstə müvəffəqiyyət əldə edə bilmir. Məsələ bundadır ki, əslində xroniki bir xəstəlik olan diabetin xüsusiyyətləri haqda məlumatlardan əlavə, xəstənin aktiv həyat mövqesi lazımdır.Diabet xəstəliyində xəstəliyin inkişafı üçün məsuliyyət tam həkimə verilə bilməz. Həkim davamlı xəstə ilə ola bilməz, diabet hər hansı bir zaman dərhal qərar və uyğun hərəkət tələb edən problem yarada bilər. "Öz-özünə" hər şeyin keçib gedəcəyinə də ümüd etmək olmaz. Diabetə belə barmaq arası münasibətə bu xəstəliyin "səssiz" davam etməsi şərait yaradır. Həqiqətən də, diabetik xəstələrdə heç nə ağrımır, əğər nə isə narahat edirsə, çoxlarında elə böyük bir narahatlığa səbəb olmur. Ciddi şikayətlər ( görmənin azalması, qıçlarda ağrı) ağırlaşmalar inkişaf etdiyi zaman əmələ gəlir ki, bu mərhələdə də vəziyyətin əhəmiyyətli yaxşılaşdırılması çox çətindir.
Artıq çəki nədən yaranır
Keçmiş zamanlarda insan qidanı ağir fiziki zəhmətlə əldə edər, həmçinin qida zəif kalorili, qıt olduğu üçün artıq çəki problemləri mövcud deyildi. Insanın çəkisi, bir tərəfdən qida ilə nə qədər enerji qəbul etməsindən, digər tərəfdən nə qədər enerji sərf etməsindən asılıdır. Enerji sərfi əsasən fiziki fəaliyyət ilə bağlıdır. Enerji mübadiləsinin bir hissəsi də onun toplanmasıdır.
Bizim orqanismimizdə enerji ehtiyatı yağdır. Onun toplanmasının anlamı keçmiş dövrlərdə olduğu kimi "pis dövr" üçün uzun müddətli qida kəsadlığı zamanı ehtiyatın toplanmasıdır. İndiki zamanda isə insanların həyat tərzi dəyişib. Biz ərzaqı sərbəst əldə edə bilirik, və onu əldə etmək üçün demək olar ki, fiziki əmək sərf etmirik. Bundan əlavə bizim ərzaqlar indi daha dadlıdır, süni olaraq yağla zənginləşdirilir, daha kalorili, yəni enerjilidir. Beləliklə, biz daha çox enerji istehlak edir və az sərf edirik, çünki avtomobildən, liftdən, məişət texnikası, idarəetmə pultlarından istifadə edərək oturaq həyat tərzi keçiririk. Deməli, artıq enerji yağ kimi orqanizmdə saxlanılır ki, bu da artıq çəkiyə gətirib çıxarır. Bu gün dünyada artıq çəkili insanların sayı dünya dwnya əhalisinin yarısını təşkil edir.
Qeyd etmək lazımdır ki, enerji mübadiləsinin bütün komponentləri qismən irsən olaraq müəyyən edilir. Demək olar ki, insanların bir hissəsi öz genlərini müasir situasiyaya uyğunlaşdırıb və bu da artıq çəkiyə meyllilikdən xilas edib. Bəli, irsiyyət vacibdir: kök valideynlərin uşaqları adətən kök olur. Lakin, digər tərəfdən çox yemək və az hərəkət etmək vərdişi də ailədə formalaşır. Lakin artıq çəkiyə meylliliyin ailədən asılı olduğunu düşünərək vəziyyətin ümidsiz olduğunu
fikirləşmək lazım deyildir. Elə bir artıq çəki yoxdur ki, ən azı bir neçə kq da olsa aşağı salmaq mümkün olmasın və daha sonra biz biləcəyik ki, az da olsa bu istiqamətdə irəlləyiş çox böyük fayda gətirıə bilər.
2-ci tip diabetin inkişafında artıq çəkinin rolu
Çəki problemi 2-ci tip diabetdə çox vacibdir. Artıq çəki bu diaqnozlu xəstələrın 80-90%-də vardır. Yuxarıda artıq çəki və qanda yüksək şəkər arasında əlaqə qeyd edilmişdir və hesab edilir ki, insulinə rezistentliyin (yəni insulinin təsirinin pozulması) formalaşmasında əsas amil budur- nəticədə 2-ci tip diabetin inkişafında əsas səbəbdir. Bundan əlavə, irsi meyllilik çox mühüm amildir. Məlumdur ki, bu xəstəliklə tez-tez yaxın qohumlar (valideynlər və uşaqları, qardaşlar və bacılar) xəstələnirlər. Klinik müşahidələr göstərir ki, irsi meyllilik olanlarda xəstəlik daha çox artıq çəki yığanlarda inkişaf edir. Normal çəkili xəstələrdə insulin reseptorlarının defekti artıq yağ toxuması ilə bağlı deyil. Hesab olunur ki, bir çox belə xəstələrdə xəstəliyin inkişafına səbəb mədəaltı vəzin işinin pozulmasıdır.
Artıq çəkinin fəsadları
Diabetin inkişafına köməkdən əlavə, piylənmənin insan orqanızminə digər zərərli təsirləri də var. Artıq çəkili insanlarda adətən yüksək qan təzyiqi (hipertoniya) olur və xolesterinin səviyyəsi yüksəlir. Bu pozuntular öz növbəsində ürəyin işemik xəstəliyinə səbəb olur və bu xəstəliyin inkişafı müasir dünyada ölümlə ən çox nəticələnən bir haldır. Bundan əlavə, artıq çəkili insanlar daha çox sümük və oynaq deformasiyasına, qara ciyərin və öd kisəsinin xəstəliklərinə, travmatizmə, hətta xərçəngin bəzi növlərinə məruz qalırlar. Köklük insanın psixoloji problemlərdən əziyyət çəkməsinə də səbəb ola bilər. Bu gün dünyada daha çox düzgün bədən, cəlbedici xarici görünüş qiymətləndirilir. Bu sağlamlıq simvolu sayılir və yuxarıda deyilənləri nəzərə alaraq deyə bilərik ki, bu əsassız deyil.
Normal çəkinin formulası
Piylənmənin əsas göstəricisi orqanizmdə piy toxumasının yığılmasıdır: bu kişilərdə çəkinin 10-15%-dən artıq, qadınlarda isə çəkinin 20-25%-dən artıq olması deməkdir. Piylənmənin diaqnozunun qoyulması və onun dərəcəsinin təyini üçün bədən çəkisi indekisi tədbiq olunur. BÇİ piylənmənin yalnız diaqnostik kriteriyası olmayıb, həmçinin piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinin göstəricisidir.
Bədən çəkisi indeksi (BÇİ) bədən çəkisinin (kq-la) boyun kvadratına (metrlə) bölünməsindən alınır.
BÇİ=Bədən çəkisi(kq) / [boy (m)]2
Məsələn: Pasientin bədən çəkisi 92 kq, boyu 1,75 metrdir, bu halda bədən çəkisi indeksi 30 olacaqdır:
BÇİ-92: (1,75*1,75)=30.
(Bədən çəkisinin və boyun ölçülməsindən əvvəl pasient paltarını çıxartmalıdır).
BÇİ 18,5-24,9 normal bədən çəkisinə uyğundur.BÇİ-nin belə göstəricilərində ən az xəstələnmə və ölüm halları müşahidə olunur.
BÇİ-nə görə piylənmənin təsnifatı (ÜST, 1997)*
Bədən çəkisinin növləri | BÇİ (kq/m2) | Yanaşı xəstəliklər riski |
Bədən çəkisinin defsiti | < 18,5 | (digər xəstəliklərin riski artıqdır) |
Normal bədən çəkisi | 18,5-24,9 | Aşağı |
Bədən çəkisinin artıqlığı (piylənmədən qabaqki hal) | 25,0-29,9 | Artmışdır |
Piylənmə 1-ci dərəcə | 30,0-34,9 | Yüksəkdir |
Piylənmə 2-ci dərəcə | 35,0-39,9 | Çox yüksəkdir |
Piylənmə 3-cü dərəcə | >40 | Həddindən artıq yüksəkdir |
*ÜST piylənmə üzrə beynəlxalq qrupu (IOTF WHO), 1997. |
Bədən çəkisi indekisi göstəriciləri aşağıdakı şəxslər üçün məqbul sayılmır.
-Boy inkişafı qurtarmamış uşaqlar
-65 yaşdan yuxarı şəxslər
-Güclü inkişaf etmiş əzələlərə malik idmançılar və şəxslər
-Hamilə qadınlar.
Artıq çəki orqanizmdə yağların toplanmasıdır. Artıq çəki
nə qədər çoxdursa, sağlamlıq üçün risk də o qədər böyükdür . Yağ toxumasının ümumi miqdarından əlavə, sağlamlıq üçün onun orqanizmdə necə bölüşdürülməsinin də əhəmiyyəti vardır. Yağ bərabər toplana bilər və ola bilsin ki, əsasən budlarda və sağrıda toplanıb. Lakin sağlamlığ üçün ən pisi yagin abdominal tip adlanan yerləşməsidir ki, bu zaman yağ əsasən qarın nahiyəsində toplanır. Belə ki, qarının irəli çıxması ilə olan xarakterik bədən quruluşunu dərialtı piy toxuması yox (onu bükük kimi toplamaq olar), əsasən qarın boşluğunda yerləşən və ən zərərli olan daxili piy toxuması formalaşdırır. Məhz ürək-damar xəstəliklərinin yüksək faizi bu abdominal piylənmə ilə əlaqədardır. Abdominal yağ toplanmasını bel dövrəsini ölçməklə qiymətləndirmək olar. Əgər bu göstəricı kişilər üçün 102 sm-dən, qadınlar üçün isə 88 sm-dən yuxarıdırsa, onda ürək-damar xəstəliyi riski çox yüksəkdir. Artıq çəkisi olan 2-ci tip diabetli xəstələrin bilmələri çox vacibdir ki, hətta çəkinin bir qədər azaldılması belə, karbohidrat mübadiləsinin göstəriciləri və ürək-damar xəstəliyi riskinin azaldılması üçün yaxşı nəticələr verə bilər.
Çəkinin azaldılmasının əsas prinsipləri
Əgər artıq çəki həddindən çoxdursa, normal çəkiyə nail olmaq asan deyil. Bundan əlavə o, həmişə təhlükəsiz olmur. Sağlamlıqda müsbət dəyişikliklər xəstə 5-10% artıq çəkini azaltdığı zaman artıq baş verir. Məsələn, çəki 95 kq-dır, onu 5-9,5 kq azaltmaq artıq müsbət nəticə verəcəkdir. Başlanğıc çəkini 5-10% azaltmaq qanda şəkəri, xolesterini, qan təzyiqi göstəricilərini əhəmiyyətli yaxşılaşdırır (bəzən tamamilə normallaşdırır) . Dərhal qeyd etmək lazımdır ki, müsbət təsir ozaman daimi olacaqdır ki, artıq çəki yenidən əmələ gəlməsin. Bu isə pasiyentdən daimi ciddi nəzarət və davamlı səylər tələb edir. Aydındır ki, artıq çəki yaranmasına meyl adətən bütün həyat boyu insana xasdır. Buna görə də çəkinin azaldılmasına edilən təsadüfi cəhdlər faydasızdırt: aclıq kursları və s. Vacib məsələ çəki azaldılmasının tempinin təyin olunmasıdır. Artıq sübut olunmuşdur ki, ən yaxşı tədricən, yavaş-yavaş, çəkini azaltmaqdır. Hər həftə əgər pasiyent 0,5-0,8 kg itirirsə bu çox yaxşıdır. Bu tempə orqanizm daha yaxşı tab gətirir, və bir qayda olaraq daha sabit effekt verir. Əldə olunan nəticələri necə qorumalı?
Bunu etmək üçün əlbəttə, daha az səy tələb edilir, məsələn, ola bilsin bu mərhələdə pəhrizi genişləndirmək olar. Lakin psixoloji uzun, monoton mübarizə qısa müddətli cəhdlərdən çox çətindir, buna görə də çox xəstələr tədricən qazanılmış nəticələri itirirlər. Optimal bədən çəkisinin saxlanması bütün ömür ərzində davamlı səylər tələb edir. Əslində, kim arıqlamaq və istədiyi çəkiyə nail olmaq istəyirsə, həyat tərzini dəyişməsi lazımdır.
Çünki artıq çəki - onun keçmiş həyat tərzi nəticəsində yaranmışdır və onda dəyişiklik yoxdursa, artıq çəki də yox olmaz.
Başlanğıca
Özünənəzarətin vacibliyi
Özünənəzarət geniş anlamda şəkərli diabetdən əziyyət çəkən şəxslərdə, öyrənmə kursu keçərək müstəqil qərar çıxarması üçün subyektiv hissiyyat, qanda və sidikdə şəkərin və digər göstəricilərinin təyin olunmasını, qida rejimi, fiziki aktivliyin sərbəst təyinin qeydiyyatının aparılmasıdır. “Özünənəzarət” termininin düzgüz işlənməsi dar mənada xəstənin özü tərəfindən qanda və ya sidikdə şəkəri təyin etməklə maddələr mübadiləsinə nəzarətdir ki, bu bölmədə müzakirə mövzusu olacaqdır.
Müasir ekspress-analizlərin köməyi ilə xəstələr özləri mübadilə prosesslərinin parametrlərini müstəqil olaraq laborator analizlərin göstəricilərinə çox yaxın bir göstərici əldə etməyə imkan verir və onu qiymətləndirə bilirlər. Belə ki, bu göstəricilər hər gün, gün ərzində bir neçə dəfə analizləri təyin edib, müalicəni korreksiya etməyə imkan verir.
Niyə görə şəkərli diabetdən əziyyət çəkən xəstə qanda şəkəri yaxşı tənzimləməlidir ? Özünənəzarətin bir neçə məqsədi vardır: diabetin kəskin ağırlaşmalarından (diabetik koma kimi) , eləcə də xroniki ağırlaşmalarından (bir neçə orqanın zədələnməsi) qorunmaq üçün, həmçinin normal özünü hiss etmə, əgər bu uşaqdırsa, normal boy və fiziki inkişafını təmin etmə və cəmiyyətin tam mənalı üzvünə çevrilməyə imkan verir.
Yadda saxlayın ki, özünənəzarət təkcə mütəmadi olaraq qanda şəkəri təyin etmə demək deyil, buna həm də nəticələri düzgün qiymətləndirmə, həm də qanda şəkərin istənilən göstəricilərinə nail olunmayıbsa müəyyən fəaliyyətləri planlaşdırmadır.
Diabetdə qanda şəkərin səviyyəsi normal həddə yaxın olmalıdır. Bu, diabetin ağırlaşmalarının ən yaxşı profilaktikasıdır. Lakin bunu əldə etmək o qədər də asan deyil. İlk vaxtlarda əgər acqarına qanda şəkərin miqdarını 8 mmol/l həddində və gün ərzində (o cümlədən yeməkdən sonra) 10 mmol/l saxlamaq artıq yaxşı nəticə sayıla bilər. Sonra isə sağlam insan üçün xarakterik olan göstəriciyə tədricən yaxınlaşmaq olar, ancaq yeməkdən sonra 8 mmol/l keçməmək şərti ilə. Lakin əksər insanlar şəkərin 4- 13 mmol/l- arasındakı dəyişməsini hiss etmirlər. Bundan başqa dekompesasiya ilə yaşayan (qanda yüksək şəkərlə yaşamaq) xəstələr qanda yüksək şəkərə adət edirlər və özlərini heç də pis hiss etmirlər, qanda şəkərin normaya enməsini isə ilk etapda hipoqlikemiya kimi qəbul edirlər.
Qeyd edək ki, öz hisslərinə əsaslanaraq qanda şəkərin normal səviyyəsini əldə etmək qəti olmaz.
Təəssüf ki, xəstənin özünü yaxşı hiss etməsi diabetin yaxşı kompensasiyası demək deyil. Bu səbəbdən də qanda şəkəri mütəmadi olaraq təyin etmək lazımdır.
Özünənəzarətin növləri
Sidikdə şəkərin təyinində Özünənəzarət.
Şəkəri necə təyin etmək lazımdır : qanda və ya sidikdə ? sidkdə şəkərin adəti üzrə ölçülməsi zamanı şəkərin enib-qalxmasının olması onun qanda şəkərin bir neçə saat müddətində hələ sidik ifraz olunmamışdan qabaqkı enib-qalxmasınin omasını əks etdilir. Bununla da sidikdə şəkəri belə porsiyalarla təyin edilməsi ilə biz qanda şəkərin dəqiq səviyyəsini təyin edə bilmərik. Belə halda ən pis variant sutkalıq sidikdə şəkərin təyin olunmasıdır ki, bu da heç bir məlumat vermir. Əgər siz təqribi də olsa qanda şəkərin miqdarını sidikdəki şəkərin miqdarı ilə bilmək istəyirsinizsə, “təzə” və ya “yarım saatlıq” sidik porsiyasını müayinə edə bilərsiniz. Bu aşağıdakı kimi həyata keçirilir: yeməkdən yarım saat əvvəl sidik ifraz edin, bu porsiyanı müayine etməyin. Sonra yeməkdən sonra (yəni yarım saat sonra) sidik ifraz edin və artıq bu porsiada müayinə edə bilərsiniz. Bu porsiyanın müayinəsi zamanı sizə aydın olar ki, qanda şəkər qlükozanın böyrək həddindən (bax. “Diabet haqqında ümumi müddəalar”) yuxarıdır və ya əksinə. Nəzərə alsaq ki, qlükozanın böyrək həddi 10 mmol/l-ə bərabər olur, onda sidikdə şəkərin olmaması ha-lazırda qamda şəkərin səviyyəsinin normal olmasını göstərmir. Yaxud da əksinə: sidikdə nə qədər çox şəkər aşkarlanarsa, qanda da bir o qədər artıq olmalıdır. Öz qlükozanın böyrək həddinizi böyük dəqiqliklə bilmək istəyirsinizsə, qanda və eyni zamanda “təzə” sidikdə şəkəri çox sayda təyin etməyiniz lazımdır.
Sidikdə şəkəri təyin edən nəzarət vasitələri daha ucuzdurlar, onları istifadəsi daha sadədir, lakin əgər fikirləşsək ki, qanda şəkərin miqdarını bilmək üçün sidikdə şəkərin təyini nə qədər dəqiq məlumat verir, onda sidikdə şəkərin təyininin o qədər də qiymətli olmasını başa düşmək olar.
Həqiqətən də qanda şəkərin səviyyəsini normallaşdırmaq üçün kifayət qədər səy gösrətmək lazımdır, sidikdə isə şəkəri normallaşdırmaq üçün yalnız qanda şəkərin miqdarı 10 mmol/l və ondan aşağı olmalıdır ki, bu zaman da xəstə sidikdə şəkərin olmaması zamanı rahatlaşmamalıdır. Çünki bu zaman qanda şəkər bizim üçün arzuolunmaz həddə - 8-10 mmol/l ola bilər. Digər tərəfdən sidikdə şəkərin Özünənəzarət sistemi hipoqlikemiyanı təyin edə bilmir. Sidikdə şəkərin təyinin mənfi nəticəsi zamanı qanda şəkər ya normal, ya azacıq yüksək, həm də normadan aşağı ola bilməsi deməkdir. Nəhayət deyə bilərik ki, əlavə problemlər qlükozanın böyrək həddinin qrta göstəricisinin dəyişməsi zamanı meydana çıxa bilər.
Məsələn: o 12 mmol/l olarsa, sidikdə şəkərin Özünənəzarət mahiyyətini tamami ilə itirmiş olur.
Beləliklə gündəlik qanda şəkərin miqdarının təyin edilməsi sidikdə təyin etməni lazımsız edir.
Əgər siz qanda şəkərin miqdarını təyin edə bilmirsiniz və ya etmirsinizsə, onda sidikdə onu yoxlayın. Heç olmamaqdansa, bunun olması daha yaxşıdır. Özünənəzarət üçün sidikdə şəkəri təyin etməyə xüsusi zolaq-testlər vardır ki, bunlara da misal kimi Diabur-Test, Qlükofan, Uriqlüko və s. göstərmək olar.
Qanda şəkərin miqdarının yalnız acqarına iki həftədən və ya ayda bir dəfə təyini qəbul edilməzdir. Hətta analizlərin nəticəsi sizi qane edəcək həddə olsa belə, onu özünəzarət sistemi kimi tanımaq yolverilməzdir: təyin etmələr arasındakı müddət həddən çoxdur və gün ərzindəki şəkərin səviyyəsi haqqında məlumasızlıq vardır.
Qanda qlükozaya ənənəvi nəzarət: ayda bir dəfədən çox olmayan və yalnız adətən səhər acqarına kifayət hesab edilə bilməz. Sevindirici haldır ki, son illərdə qanda və ya sidikdə qlükozanın (test zolağı və qlükometr) sürətli müəyyənləşdirilməsi üçün çox yüksək keyfiyyətli vasitələr yaradılmışdır. Çox böyük miqdarda xəstələr bütün dünyada, o cümlədən ölkəmizdə daim tez-tez özünə nəzarət üçün qanda şəkəri yoxlayırlar. Belə nəzarət prosesində onların öz xəstəliklərini düzgün anlaması yaranır və diabeti idarə etmə vərdişi yaranır.
Yeməkdən bilavasitə əvəəl qanda şəkərin səviyyəsinin normallaşmasına nail olunubsa, yeməkdən 1.5-2 saat sonra periodik ölçülməsi məqsədə uyğundur. .
Barmağın deşilməsi.
Barmaqdan qan götürmək üçün xəstələr xüsusi neştərlərdən (əgər əl altda neştər olmasa, müstəsna hallarda insulin iynəsi və ya xüsusi şpris-qələmin iynəsi) istifadə etmək lazımdır. Hal-hazırda xüsusi barmaq deşmək üçün hazırlanmış qurğudan istifadə edilir (Softclix, Ultrasoft, Penlet, Autoclix, Microlet və s.). Hansı vasitənin olmasından asılı olmayaraq əsas şərt iynənin barmaqda kiçik dəlik yaratması, az travmalı olması, yaranın ağrımaması və tez sağalmasıdır. Üç başlı neştərlər gündəlik istifadəyə heç cür yaramırlar. Barmağı deşməmişdən əvvəl əlləri yaxşıca yumaq və qurulamaq lazımdır.
Bu prosessi evdə edirsinizsə, əlləri spirtlə silmək lazımdır deyil. Əgər barmaq deşildikdən sonra qan az gəlirsə, barmağı massaj etmək lazımdır. Deşməni barmağın uc hissəsində deyil, bir qədər yan hissəsindən etmək lazımdır. Düzdür, çox vaxt barmağın uc hissəsindən deşməyə üstünlük verənlər çox olur , lakin bu artıq ağrının əmələ gəlməsi və gec sağalma ilə nəticələnir.
Qanda şəkəri özünəzarət təyin etmə ləvazimatları
Son zamanlar qanda şəkəri ev şəraitində təyin etmək üçün ləvazimatların meydana gəlməsi ilə ilə əlaqədar I tip şəkərli diabet xəstələrində insulinlə müalicənin düzgün sxeminin təyinində inqilabi sıçrayışa olub.
Bu vasitələr xüsusi test zolaqlarından ibarət olub qanı əlavə etməklə müvafiq cavab verə bilir. Qanda şəkəri bu vasitələrlə təyin edərkən test zolağındakı göstərici həm vizual olaraq həm də bu göstəricini təyin edən qlükometrlə ölçülür.
Test zolaqlarından istifadə edərkən ilk növbədə onun saxlanma müddəti ilə maraqlanın.
Vizual qiymətləndirmə.
Hal-hazırda ölkəmizdə bir neçə vizual qiymətləndirə bilən test zolaqları vardır ki, bunlara da Qlükostiks və Betachek-i göstərə bilərik. Bu zolaqlardan istifadə etməzdən əvvəl içlik vərəqəsini mütləq oxuyun. Barmağı deşin və barmağı üzü aşağı zolağa yaxınlaşdırın ki, iri qan damlasını götürə bilsin. Çalışın barmağınızı zolağa yapışdırmayasınız, yalnız test olan hissəyə qan damlası dəyməlidir. Elə etməyə çalışın ki, qan damlası test zonasını tam əhatə etsin. Sonra test zonasından qanı (təlimatda göstərilən kimi ) saat əqrəbi istiqamətdə silin (yaxşı olar ki, pambıqdan istifadə edəsiniz). İçlik vərəqəsində göstərilən vaxt keçdikdən sonra zolaqdakı rəng dəyişikliyini qutunun üzərindəki rəng fərqləri ilə müqayisə edin.
Əksər mütəxəsislər belə hesab edir ki, gözlə vizual olaraq şəkəri təyin etmə, xüsusi aparatın göstəricisindən daha az dəqiqdir. Psixoloji cəhətdən də bu belədir: aparatın üzərində 8.6 mmol/l göstəricisi, vizual olaraq 8 ilə 9 mmol/l arasıdan mülahizədən sizə daha çox inandırıcı gələcəkdir. Lakin bu fərq də aldadıcı ola bilər: ilk növbədə o praktik əhəmiyyət daşımır, ikincisi insulin dozasının təyinində əhəmiyyət kəsb etmir. Aparatların da dəqiqliyi tam deyil, belə ki 10-15 % səhv edə bilər ki, bu da 8.6 mmol/l göstəricisi bir aparatda 9.4 mmol/l kimi, digərində isə 7.8 mmol/l kimi göstərilə bilər. Bu da vizual üsuldan da istifadəni məqbul edir.
Nəzərə alsaq ki, xəstə mütəmadi qanda şəkəri təyin etməlidir və burada maddi vəziyyətin çox böyük əhəmiyyəti vardır, onda iqtisadi cəhətdən də daha əlverişli olan vizual metod sərfəlidir. Əgər test zolağını qayçı ilə uzununa iki yerə bölsə, iki dəfə daha ucuz vasitə əldə etmək olar.
Qlükometrlər.
Bunlar qanda şəkəri təyin etmək üçün portativ vasitə olub, bəzi üstünlüklərə malikdirlər: tez bir zamanda cavab ala bilmək (5 saniyədən 2 dəqiqəyə kimi), qanı silmək tələb olunmur, nəticə vizual olaraq aldadıcı olmur, istifadə edilən qan damlası çox kiçik olsa belə qane edici olur, elektron yaddaşın hesabına sizin nəticələr qeydə alınır və s.
Qanda şəkəri ekspress təyin edən cihazlar iki növ olur: Birincisi - qanı xüsusi zolağa çəkdikdən sonra , insanın gözlə təyin etdiyi kimi, qlükozanın zolağa çəkilmiş xüsusi maddə ilə reaksiyaya girməsi nəticəsində rəng dəyişməsinə əsasən qandakı şəkərin miqdarı barədə məlumat verir. Digər cihazlar isə sensor avadanlıqla təmin olunmuşlardır ki, onlar da elektro kimyəvi metodla zolağa çəkilmiş xüsusi maddə ilə qlükoza arasında gedən reaksiya nəticəsində yaranan cərayanı ölçür və qanda şəkər təyin olunur.
Accutrend GC qanda şəkərdən əlavə xolesterini də təyin etmək bacarığındadır və xolesterini də yüksək olanlar üçün daha əlverişlidir. Medisense (Optium, Precision Xtra) cihazı isə qanda şəkərdən əlavə keton cismləri də təyin edə bilir (bax. aşağı). Ascensia Confirm cihazı isə 10 ölçməyə katricini saxlaya bilir. Qeyd edək ki, bəzi cihazlar şəkəri kapilyar qanda deyil, plazmada ölçürlər. Bu zaman da 12 % yüksək rəqəm alınır və qanda şəkərin müalicəsinin məqsədləri də yüksək olur.
Özünənəzarət zamanı məqsədlər
Tibbi təcrübə göstərdiyi kimi, xəstələr kifayət miqdarda və ən yaxşı özünənəzarət vəsitələrinə malik olmaqlarına baxmayaraq,
bir çox hallarda özünənəzarəti səmərəli aparmırlar.
Misal 1: qan şəkər səviyyəsini 2 həftəda, ayda bir dəfə müəyyən edilməsi. Hətta göstəricilər
qənaətbaxış olsa belə özünənəzarət kifayət hesab edilə bilməz, çünki qanda şəkərin təyini çox azdır, üstəlik gün ərzində tamamilə şəkər səviyyəsi haqqında məlumat yoxdur.
Misal 2: Gündə bir neçə dəfə, o cümlədən
yeməkdən sonra yoxlama. Lakin qanda şəkər səviyyəsi qənaətbaxış olmayıb, daim 9 mmol/l-dən yuxarı olur. Belə nəzarət, onun yüksək tezlikli olmasına baxmayaraq səmərəlı deyildir.
Özünənəzarətin məqsədi təkcə qanda qlükozanın müntəzəm yoxlanılması deyildir,
həm də nəticələri düzgün qiymətləndirilməsin
və əgər şəkər göstəriciləri qənaətbaxış deyilsə, onda həmçinin xüsusi tədbirlərin planlaşdırılmasıdır.
Biz artıq hər bir diabetli xəstənin öz xəstəliyi haqqında geniş biliyə malik olmasının lazımlığını qeyd etmişik. Biliklı xəstə daim öz şəkər göstəricilərinin pisləşməsi səbəblərini analiz edə bilər: bəlkə pəhrizdə ciddi səhvlər
olub və nəticəsində çəki artımı olub? Bəlkə, soyuqdəymə var və temperatur artıb? Lakin, yalnız bilik deyil, həm də bacarığı vacibdir.
Lazımdır ki, hər hansı bir vəziyyətdə düzgün qərar qəbul etmək edəsənvə düzgün hərəkət etməyə başlayasan-bu, diabet haqqında yüksək bilik səviyyəsinin olması ilə yanaşı, həm də onların öz xəstəlini idarə etmək qabiliyyətinin nəticəsidir. Düzgün qidalanmaya qayıtmaq, artıq çəkidən qurtulmaq və özünənəzarət göstəricilərini yaxşılaşdırmaq həqiqətən diabetə nəzarət etmək deməkdir. Lakin bəzi hallarda, doğru qərar dərhal həkimə müraciət etmək və vəziyyətin öhdəsindən müstəqil gəlmək cəhdlərdən imtinadır.
Əsas məqsədin müzakirəsindən sonra, artıq biz bəzi özünənəzarət məsələlərini formalaşdıra bilərik:
1. Qanda glikoznın göstəricisinə qidalanma və fiziki fəaliyyət təsirininin qiymətləndirilməsi.
2. Diabetin kompensasiya vəziyyətinin yoxlanilması.
3. Xəstəliyin dedişi zamanı yeni halların idarə olunması.
4. Əgər zəruri olarsa insulin dozasının dəyişdirilməsi (insulin terapiya alan xəstələrdə).
5.Hipoqlikemiyaların dərman müalıcəsınin mümkün dəyişikliyi ilə profilaktikası üçün aşkar olunması.
Özünnənəzarət rejimi
Qanda şəkəri nə zaman, neçə dəfə təyin etməklazımdır? Nəticələri yazmaq lazımdırmı? Özünnənəzarət proqramı fərdi olmalı və həmişə hər bir xəstənin imkanlarını və həyat tərzini nəzərə almalıdır. Lakin, bəzi ümumi tövsiyələr bütün xəstələrə verilə bilər. Özünnənəzarətin nəticələrini həmişə (tarix və vaxtı, istədiyiniz hər hansı qeydlər) yazmaq daha yaxşıdır. Əgər siz yaddaşı olan bir qlükmetrdən istifadə edirsinizsədə, öz təhliliniz üçün də, doktor ilə daha ətraflı müzakirə etmək üçün də qeydlər daha rahatdır.
Özünnənəzarət rejimi gərək aşağıdakı sxemə yaxın olsun:
• Sidikdə şəkərin müəyyən edilməsi, əgər nəticələr daim mənfidirsə həftədə 1-7 dəfə yemək sonra edilir(sidikdə şəkər yoxdur).
• Əgər qanda şəkər müəyyən olunursa, tezlik eyni olmalıdır, ancaq bu həm yeməkdən əvvəl, həm də yeməkdən 1-2 saat sonra olmalıdır, ancaq diabet kompensasiyası qeyri-qənaətbəxşdirsə, qanda şəkərin təyin olunma tezliyi gün ərzində 1-4 dəfə olmalıdır (eyni zamanda vəziyyət təhlil edilməli, lazım gəldikdə həkimlə məsləhətləşmək lazımdır);
• Belə özünənəzarət rejimi şəkərin qənaətbəxş
göstəricilərində belə xəstən insulin qəbul edirsə lazımdır;
• Qanda şəkərin müəyyən edilməsi həyat tərzi dəyişdikdə, yanaşı xəstəliklər dövründə, həmçinin hamiləlik zamanı gün ərzində qanda şəkər 4-8 dəfə təyin olunmalıdır.
Sonda qeyd etmək lazımdır ki, məzləhətdir ki, özünənəzarətin texnikası və rejimi vaxtaşırı doktor ilə(nümayiş ilə) müzakirə olunsun və onun nəticələri qlükozalaşmış hemiqlobinin НвА1с göstəriciləri ilə (aşağıya baxın) indeksi ilə müqayisə olunsun.
QLÜKOZALAŞMIŞ HEMOQLOBİN.
Obyektiv kompensasiyanı qiymətləndirmək üçün ev şəraitində qanda şəkəri təyin etməkdən əlavə laborator şəraitdə qlükozalaşmış hemoqlobin (HbA1 və ya HbA1c) kimi bəzi analizləri də verməlisiniz.
Bu çox lazımlı göstəricidir, çünki o, 2-3 aylıq əvvəlki şəkərin orta səviyyəsini əks etdirir. Əgər onun göstəricisi bu laboratoriyadakı normanın yüxarı göstəricisindən (bəzi laboratoriyalarda norma bir qədər fərqli olsa da, aədət 6-6.5 %-i aşmır. ) 1% yuxarı deyilsə, təyin edilmiş müddətdə qanda şəkərin səviyyəsi arzuolunan həddədir. Əlbətdə ki, bu göstərici sağlam insanların gostəricilərinə uyğun olsa daha yaxşı olar.
Qlükozalaşmış hemiqlobinin miqdarı qanda şəkərin özünənəzarət müayinəsinə əlavə olaraq 3 ayda 1 dəfədən az olmayaraq təyini əhəmiyyət kəsb edir. Aşağıda əvvəlki 3 ay müddətində qlükozalaşmış hemoqlobinin HbA1 qanda şəkərin orta sutkalıq miqdarına uyğunluğunu göstərir.
HbA1 qanda şəkərin orta səviyyəsi
3.0 % 0.8 mmol/l
3.5 % 1.7 mmol/l
4.0 % 2.6 mmol/l
4.5 % 3.6 mmol/l
5.0 % 4.4 mmol/l
5.5 % 5.4 mmol/l
6.0 % 6.3 mmol/l
6.5 % 7.2 mmol/l
7.5 % 9.1 mmol/l
8.0 % 10.0 mmol/l
8.5 % 11.0 mmol/l
9.0 % 11.9 mmol/l
9.5 % 12.8 mmol/l
10.0 % 13.7 mmol/l
10.5 % 14.7 mmol/l
11.0 % 15.6 mmol/l
11.5 % 16.5 mmol/l
12.0 % 17.4 mmol/l
12.5 % 18.4 mmol/l
13.0 % 19.3 mmol/l
13.5 % 20.2 mmol/l
14.0 % 21.1 mmol/l
Diabet gündəliyi
Artıq qeyd edildiyi kimi, o, özünə nəzarət nəticələri yazmaq faydalıdır. Bir çox xəstələr gündəliə xəstəlıklərinə aid ola biləcək hər şeyi yazırlar.Belə ki, vaxtaşırı olaraq çəkini qiymətləndirmək vacibdir. Bu məlumatı gündəliyə mütləq yazmaq lazımdır, onda bu mühüm göstəricinin yaxşı və ya pis dinamikası göz qabağında hazırdır.Yaxşı olar ki, çəki həftədə bir dəfə , maksimum yüngül geyimdə və ayaqqabısız, acqarına təyin edilsin.Tərəzi düz səth üzərində olmalıdır, əqrəb dəqiq sıfır üstündə olsun. Növbəti bölmələrdə biz diabeti olan xəstələrdə yüksək qan təzyiqi, xolesterinin yüksək səviyyəsi kimi ümumi problemləri müzakirə edəcəyik. Bu göstəricilərə nəzarət etmək üçün onları da gündəliyə yazmaq lazımdır. Bundan əlavə, qanda şəkər səviyyəsinə gündəlük həyatın bir çox aspektləri təsir göstərə bilər.Bu, hər şeydən əvvəl qidalanma, fiziki fəaliyyət, yanaşı xəstəlıklər və sairdir.Gündəlikdəki "qonaqlar tort" "soyuqlama, 37.6 temperatur" kimi qeydlər qanda şəkərin "gözlənilməz" dəyişməsini izah edə bilər.
Axirda biz 2-ci tip diabetli bir xəstənin gündəliyindən nümunə kimi bir səhifə təqdim edirik.
Qidalanma - diabetin müalicənin mühüm hissəsidir
Qidalanma şəkərli diabet 2-ci tipin müalicəsinin mühüm tərkibdir.Beynəlxalq tövsiyəyə görə, diyeta və fiziki fəaliyyət şəkərli diabet 2-ci tipin müalicəsi kimi birinci mərhələdə tətbiq edilir və bu zaman pəhriz, fiziki fəaliyyət səmərəsiz olarsa, yəni qanda şəkər səviyyəsi normallaşmazsa onda dərman təyin edilirr. Bu mühüm məqsəd ilə yanaşı, şəkərli diabet 2-ci tipdə qidalanmaya ürək-damar xəstəliyi riskinə təsir amili kimi də baxmaq lazımdır. Aşağıda ətraflı izah ediləcəyi kimi şəkərli diabet 2-ci tiplə yüksək qan təzyiqi və xolesterin səviyyəsi çox vaxt yanaşı olur.Bu pozulmalar həm ayrılıqda, xüsusilə də diabetlə birlikdə ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini, xüsusilə də ÜİX-ni qat-qat artırır.Qeyd etdiyimiz risk amillərinin zərərli təsirini aşağıda qeyd edəcəyimiz müəyyən pəhriz tədbirlərı ilə azaldıla bilər. Və nəhayət, müasir dünyada qidalanmaya tələblər çox artmışdır. Çalışmaq lazımdır ki, hər kəsin, o cümlədən diabetli xəstələrin də qidalanması düzgün pəhrizin əsas prinsiplərinə uyğun olsun. Əvvəlcədən demək lazımdır ki, şəkərli diabet 2-ci tip olan xəstələr üçün bu kitabda təklif olunan məsləhətlər məhz həmin prinsiplərə əsaslanır. Belə ki, diabet, piylənmə və ürək-damar xəstəliklərinin irsi olaraq əmələ gəlmə riskini nəzərə alaraq, diabetli insanın bütün ailəsinin belə qidalanması çox düzgündür.Təəssüflə qeyd etmək lazımdır ki, diabet 2-ci tipdə pəhrizin çox böyük imkan və potensialından çox vaxt kifayət qədr istifadə olunmur! Xəstənin qidalanmada məhdudiyyətlərə əməl etməsi çətindir, həkimin isə bu pəhrizin detallarını xəstə ilə müzakirə etməyə vaxtı yoxdur.
Beləliklə, bu təsirli müalicə vasitələrinə barmaq arası yanaşırıq və nəticədə vaxtındən əvvəl şəkəri aşağı salan preparatlarla müalicəyə başlayırıq. Əlbəttə, qanda şəkər səviyyəsi çox yüksək olsa, gecikmə təhlükəlidir
və o tez endirilməlidir. Bəzən hətta insulin təyin edilə bilər.
Lakin bu zaman bilmək vacibdir ki, şəkərli diabet 2-ci tipdə istənilən dərman qeyri düzgün qidalanmanın mənfi təsirini kompensasiya edə bilməz.
Öyrətmə proqramlarının təcrübəsi göstərir ki, xəstələrin 30%-də dietanı düzgün gözlədikdə dərman preparatlarını kəsmək olar. Şəkərli diabet 2-ci tip olan xəstələr arasında piylənmə, hipertoniyası və s ola bilər. Onlara qidalanma üzrə tövsiyə bir qədər başqadır.
Artıq çəkili 2-ci tip diabet xəstələrinin qidalanması
2ci tip diabetlilər arasında əksəriyyət təşkil edən bu xəstələrə məhz artıq çəki öz insulininin effektiv təsir göstərməsinə mane olur və nəticədə qanda şəkərin səviyyəsi yüksək olaraq qalır. Artıq çəkinin azaldılması səmərəli müalicə vacib şərtidir! Çəkinin 4-5 kq azaldılması çov vaxt qanda şəkər səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və uzun müddət diyeta istisna olmaqla başqa heç bir müalicəyə ehtiyac olmur. Əgər qanda şəkər çox yüksəkdirsə çəkinin azaldılması dərmanı çox kiçik dozalarda təyin etmıyı imkan verir. Bu çox əlverışlidir, çunki həblərin yan təsirlərini minimuma endirir və lazım olduqda doza artırılması üçün imkan qalır. çəkinin azalmasına necə nail olmalı və bundan sonra alınmış nəticəni necə saxlamalı? Arıqlamaq üçün az yemək lazımdır. Fikirləşmək olar ki, bunu kim dərk etmir? Lakin, əslində, bir çoxları bu məsələni özləri üçün başqa cür yozur: üçün nə yemək lazımdır. Demək lazımdır ki, arıqlamaq üçün
hər hansı bir xüsusi qida və ya dərman bitkisi mövcud deyildir. hal-hazırda çəkinin azalması üçün diyetasız yüksək effektli, tam təhlükəsiz dərman preparatı da yoxdur. Yeganə etibarlı yol orqanizmə enerji qəbulunu məhdudlaşdırmaq, yəni aşağı kalorili pəhrizə əməl etməkdir.
Nəticədə yaranan enerji çatışmamazlığı yağ toxumasında ehtiyat enerji kimi toplanmış və məhz artıq çəkini təşkil edən bu ehtiyatlar orqanizmin müxtəlif ehtiyaclarına sərf ediləcək, çəkinin mütləq azalmasına gətirib çıxaracaqdır. Artıq enerji sərfinə fiziki fəaliyyətin genişləndirilməsi də əlavə bir yardım edə bilər, lakin bir çox xəstələrdə bu köməkçi rol oynayır (fiziki fəaliyyət haqqında aşağıda). Beləliklə qida kalorilıyinın məhdudlaşdırılmasının lazımlığına qayıdaq.
Bizim qidamızda enerji təminatçıları onun üç komponentləridir: zülal, yağ və karbohidratlar. Onlardan ən yüksək kalorili yağlardır: onlar zülal və karbohidratlarla (4 kkal / 1 g) ilə müqayisədə iki dəfə çox enerjiyə (9 kkal / 1 qram) malikdirlər. Zülal, yağ və karbohidratlarla zəngin qida nümunələri şekil 6-da göstərilir. Nəticə çıxaraq: kaloriliyin azaldılmasının ən effektiv yolu qidanın tərkibindəki yağların azaldılmasıdır. Müasir insan üçün yalnız təhlükəsiz deyil, həm də faydalıdır, təəssüf ki, bizim qidalarımızda yağlar həddindən artıqdır.
Çoxlu miqdarda insanların qidalanma strukturunun tədqiqi göstərir ki, biz kalorinin ən azı 40%ni yağlardan alırıq, sağlam yemək prinsipləri görə isə bu 30%-dən çox olmamalıdır. Yağları məhdudlaşdırmaq üçün ən əvvəl onları tanımağı öyrənmək lazımdır. Adətən aşkar yağlar-yağ, piy heç şübhə doğurmur. Həmçinin "gizli " deyilən yağlar olur.
Onlar ət, kolbasa, süd məhsullarında, qozlarda gizli şəkildə olurlar (aşağıda yağlarla zəngin siyahısı veriləcəkdir), biz müxtəlif yeməklərə onları mayonez, xama, hazırl souslar vasıtəsi ilə əlavə edirik. Əməl etməklə qida rasionunda yağları azaltmağa kömək edəcək bir sıra ümumi qaydalar aşağıdakılardır:
• Ərzaqın qabındakı məlumatı oxuyun. Siz tərkibində az yağ olan ərzaq seçə bilərsiniz (məsələn, yoqurt, kəsmik, pendir)
• Əti bişirmədən əvvəl hər hansı bir görünən yağı götürmək lazımdır. Quşlarin dərisini mütləq soymaq lazımdır, onlar yağla həddindən çox zənçindir.
• Ərzaqları yağda qızartmyın, bu onların kaloriliyini kəskin artırır. Onları öz şirəsində, yagcız bişirin.Xüsusi örtüklü qablardan, şəbəkəli qril və s. istifadə erin.
• Meyvə və təevəzləri təbii şəkildə yeyin. Onlara yağ, mayenez, xama ələvə edilməsi kaloriliyi kəskin artırır.
• Qəlyanaltı etmək istədikdə qoz, çipslərdən uzaq qaçın. Ən yaxşı meyvə və ya terəvəzlərlə qəlyanaltı etməkdir.
Yağlara necə yanaşmağı aydınlaşdırdıq.
Bəs artıq çəkisi olan xəstələrin
karbohidrat və zülallarla zəngin ərzaqlara münasibəti necə olmalıdır? Bunların hər ikisi bizim qidalanmağımız
üçün zəruri, faydalı məbələrdir. Adətən diabetik xəstələrdə zülal haqqında heç bir şəkk-şübhə yoxdur, lakin onlar qanda qlükozanı qaldırdığı üçün karbohidratlara ehtiyatla yanaşırlar.Bu məsələyə sonra qayıdacağıq, burada isə karbohidratların və zülalların kaloriliyinə toxunacağıq. Yağlarla müqayisədə zülal və karbohidratların kaloriliyi 2 dəfə azdır, lakin çəki azaldılmasında yaxşı nəticəyə nail olmaq üçün, onları da bir qədər məhdudlaşdırmaq lazımdır. Sadə qayda:
öz adəti qidalanma porsiyanızin yarısı qədər yeməlisiniz. Nəhayət elə ərzaq məhsulları var ki, çəki azaldılması zamanı onları məhdudlaşdırmaq lazım deyil.Əksinə,bu ərzaqlarla yuxarıda qeyd olunmuş qida azalmasını, məhdudiyyətləri kompensasiya edə bilərsiniz. Bu qrup əsasən su və həzm olunmayan liflərlə zəngin, lakin qidalılığı aşağı olan tərəvəzlərdən ibarətdir. Bunun üçün də sağlam qidalanma prinsiplərnə hər bir insanın qidasına tərəvəz şəklində çoxlu bitki liflərinin daxil olunması aiddir. Yuxarıda deyilənlərə əsaslanaraq,çəkini azaltmaq üçün ərzaqlqrı istifadəzinə görə üç qrupa ayırmaq olar.Onları aşağıdakı qaydada təqdim edirik.
Birinci qrupa kartof, qarğıdalı,yetişmiş noxud və lobya (onlar nişasta ilə zəngindir başqa qrupa aid olunacaq) istisna olmaqla tərəvəzlər, həmçinin az kalorili içkilər aiddir.
İstifadəsində heç bir məhdudiyyət yoxdur!
Qida Nümunələri:kahı, kələm, xiyar, pomidor, biber, yunan qabağı, badımcan, turp, ağ turp göyərti, çuğundur, yerkökü, qabıqlı lobya, təzə yaşıl noxud, göbələk, ispanaq, turşəng.
Içkilər: çay, şəkərsiz və qaymaqsiz qəhvə, mineral su.
İkinci qrupa orta kalorili ərzaq məhsulları daxildir: zülallı, nişastalı, süd məhsulları, meyvələr.
istifadə prinsipi: mötədil məhdudiyyət - əvvəlki adəti porsiyanın yarısını yemək yemək.
Qida Nümunələri: yağsız ət, balıq, süd və süd məhsulları adi yağlılıqda (və ya yağsız, aşağı yağlılı), yağlılığı 30%dən az pendir, 4%dən az yağlı kəsmik, yumurta, kartof, qarğıdalı, yetkin noxud və lobya, yarmalar, makaronlar, çörək və un məhsulları, meyvələr (şirin və quru meyvələr istisna olmaqla).
Üçüncü qrupa yüksək kalorili qidalar daxildir: piylərlə zəngin, alkaqol (kaloriliyinə görə piylərə yaxındır) və şəkər və qənnadı məmulatları. Axırıncılar yalnız qanda güclü şəkərı artırdığı üçün yox, həm də yüksək kaloriyə (belə ki, kalorini azaldan su və ballast maddələr onlarda yoxdur) malik olduqlarına görə bu qrupa aiddirlər.
İstifadə prinsipi: maksimum istifadə etməmək.
Ərzaqlar: Hər hansı yağ, piy, xama, mayonez, qaymaq, yağlı ət, hisə verilmiş ət, kolbasa, yağlı balıq, yağlı pendir və kəsmik, quş dərisi,yağlı konservləşdirilmiş ət, balıq, və tərəvəz, şirin içkilər, bal ,mürəbbələr, cemlər, konfetlər, bişintilər, peçenyelər, şokoladlar, dondurma, qoz,tumlar, alkoqollu içkilər.
Kalorinin hesablanması lazımdırmı?
Yuxarıda aşağı kalorili qidalanmanın əsas müddəaları ətraflı təsvir edilmişdir.
Gördüyünüz kimi, belə pəhrizin ğözlənilməsi zamanı heç bir kalori hesablanması nəzərdə tutulmur.Bəzən həkim xəstələrə məsləhət verir ki, sutkalıq qida kalorisi 1500 Kalori olsun!
Lakin, bunu həyata necə keçirməlı?
Əgər bir şəxs müxtəlif ərzaqlqrla qidalanırsa, istifadəyə hazır ərzaq və yeməklər alırsa, qismən evdən kənarda
qidalanırsa belə bir hesablama praktiki mümkün deyil. Kalorini dıqiq hesablamaq üçün qidalanma qatışıqsız ərzaq məhsulları ilə, yalnız dəqiq çəkilmiş porsiyalarla olmalı və xüsusi kalorini hesablama cədvəlindən istifadə edilməlidir.Bu xüsusi iaşə müəssisəsi ,
məsələn xəstəxananın iaşə blokunda mümkündür. Kalori hesablanmadan az kalorili pəhriz saxlamaq olarmı? Yuxarıda qeyd olunan ərzaq seçimi prinsiplərini rəhbər tutaraq bunu etmək tam mümkündür. Atıq mütəxəssislər çoxdan təsdiq ediblər ki, xəstənin yediyı
kalorinin miqdarı yox(çünki hər bir xəstə çətindir üçün onu hesablamaq çətindir), onun qida rasionunda etdiyi ixtisar vacibdir. Aşağı kalorili pəhrizə düzgün riayət edilməsinin göstəricisi əldə edilmiş nəticədir. Çəkinin enməsi! Çəki aşağı düşməyibsə, bu o deməkdir ki, pasiyent öz rasionunun kalorisini aşağı sala bilməyib.
Ərzaq məhsullarının kaloriliyi haqqında olan məlumat hansı dərəcədə xəstə üçün faydalı ola bilər? Ortaya çıxan sualları aydınlaşdırmaq üçün kalorilik haqda sorğu kitabçasının olması məqsədəuyğundur və düzgün seçim üçün ərzaqları alan zaman onların kaloriliyi haqda paketlərin üzərindən məlumat almaq məsləhətdir.
Qanda şəkərin səviyyəsinə karbohidratların təsiri
Karbohidratlar,yeganə qida maddəsidir ki,birbaşa qanda şəkəri qaldırır, lakin bu
onların kəskin məhdudlaşdırılması üçün səbəb deyildir.Birincisi, karbohidratlar hər hansı bir şəxsin,o cümlədən diabetli xəstələrin qidalanmasında kifayət qədər olmalıdır (ən azı ümumi kalorinin 50%-i),
çünki onlar orqanizmi üçün enerji mənbəyidir. İkincisi, müxtəlif karbohidratlar qanda şəkərə müxtəlif cqr təsir edir. Elə karbohidratlar vardır ki, çox asan mənimsənilir (onlar elə asan mənimsənilən də adlanırlar),çünki
onlar kiçik molekullardan ibarətdir,həzm traktından sürətlə sorulurlar.Onlar dərhal və çox güclü qanda şəkər səviyyəsini artırırlar. Məhz şəkər, bal bu karbohidratlardan ibarətdir, onlar meyvə şirələri, pivələrin tərkibində də çoxdur.
Karbohidratların digər növünün isə (onları çətin mənimsənilən və ya nişasta adlandırırlar) şəkəri artırma xüsusiyyəti azdır. Bu ərzaqlara kəpəkli çörək, yarma, makaron məhsulları, kartof və qarğıdalı aiddir. Nişasta molekulu böyükdür, və onun mənimsənilməsi üçün orqanizm çalışmalıdır. Buna görə də nişastanın parçalanması nəticəsində əmələ gələn şəkər nisbətən yavaş mənimsənilir və bu da qanda şəkərin səviyyəsini az dərəcədə artırır. Nişastanın həzmini onun kulinar hazırlanması da asanlaşdırır (və beləliklə qanda şəkərin artımına səbəb olur):hər hansı bir xırdalama, uzun müddət bişirmə və s. Beləliklə, qidanın hazırlanmasının və emalının müəyyən üsullarından istifadə edərək nişastadan istifadə edərkən şəkərin güclü artımına mane olmaq olar. Məsələn, kartofu püre şəklində yox, bütöv, qabığı ilə birlikdə bişirmək lazımdır. Sıyıqları çox uzun müddət bişirmək lazım deyil. Daha yaxşısı onları,bütöv, xirdalanmamış bişirəsən (qarabaşaq, düyü). Şəkərin qalxmasına yeməyin bitki lifləri ilə hazırlanması mane olur. Buna görə də, çörək yaxşı olar ki,kəpəkli undan hazırlanan olsun,yüksək keyfiyyətli ağ undan hazırlanan olmasın. Meyvələri isə meyvə şirəsi kimi yox, təbii şəkildə istifadə edin.
Şəkərəvəzedicilər.
Şirin dadlı olub, lakin qanda şəkəri yüksəltmək iqtidarında olmayan məhsullar şəkərəvəzedicilər adlanır. Lakin bu vəziyyətdə yalnız kalorisiz şəkərəvəzedicilərdən - saxarin, aspartam, tsiklamat, asesulfam K və s. danışmaq olar. Beynəlxalx adı kimi göstərdiyimiz bu məhsullar öz tərkibi ilə adlandırılıblar.
Şəkərəvəzedicilərin kommersiya adı eyni məhsulda müxtəlif ola bilər, məsələn: artıq çəkidən əziyyət çəkən diabetli xəstələr üçün ən yaxşı vasitə olan “Surel” adı ilə məhsulda aspartam vardır və ya “Sukrazit”də saxarin olur və s. Xəstələrə belə vasitə alarkən qutusuna diqqətlə baxmağı və üzərindəki yazını oxumağı məsləhət görürük.
Bu şəkərəvəzedicilərdən istifadə etməklə içkilər də hazırlanıb. Xarici içkilər üzərində light (layt) или diet (diet) yazısı vardır. Milli içkilərin üzərində “karbohidrat yoxdur” kəlməsini oxuya bilərsiniz.
Kalorisiz şəkərəvəzediciləri ilə yanaşı satışda şəkərin analoqlarıı adlananı adlanan ksilit, sorbit və fruktoza olur. Baxmayaraq ki, onlar qanda şəkəri daha az qaldırırlar (məsələn: fruktoza adi karbohidratların 1/3-i hesab olunur, yəni 1 ÇV=30 qr.), lakin adi karbodiroatlar kimi (1 qr.=4 kkal) yüksək kalorilidirlər ki, artıq çəkidən əziyyət çəkən xəstələrə məsləhət görülmür. Bu kateqoriyalı xəstələrə “diabetik” məhsulları istifadə etmək məsləhət görülmür, belə ki, onların əksəriyyətinin tərkibində kalorili şəkərəvəzedicilər vardır, məsələn: şokolad, peçenye, vafli, cem və s. İstənilən halda yadda saxlamaq lazımdır ki, diabetik məhsulların tərkibində adi karbohidratlar var (un, meyvə əsası və s.), buna görə bu qidaların da ÇV bilmək lazımdır.
Az-az qidalanma rejimi
Az-az qidalanma rejimi gün ərzində kiçik
porsiyalarla (5-6 dəfə, lakin 2,5-3 saat fasilədən az olmamaqla ) qida qəbulu rejimini nəzərdə tutur. Bu bir neçə səbəbdən faydalıdır. Birincisi, az kalorili diyetada aclıq hissi əmələ gələ bilər və daha tez-tez yemək onu azaltmağa kömək edəcək. İkincisi kiçik porsiyalarda karbohidrat az olur və bu da mədəaltı vəzin işini asanlaşdırır.
Əgər imkan varsa şəkərli diabet 2-ci tip xəstələrin az-az qidalanma rejiminə keçməsi arzuolunandır.
Biz artıq 2 tip diabetli xəstənın mədəaltı vəzisinin gərgin işləyərək çoxlu insülin hasil etməsinə baxmayaraq,böyük ehtiyat imkanlarının olmadığını yuxarıda qeyd etmişdik. Belə bir gərginlikdə karbohidratlarla zəngin çoxlu qida qəbul etməklə onu gücü çatmayan iş qarşısında qoymaq arzuolunmazdır.
Karbohidratlı ərzaqların kiçik porsiyalarla qəbulu onların öhdəsindən gəlməyi asanlışdıracaq,qan qlükozanın çox artması baş varməyəcək. Bir çox xəstələr doktorun az-az qidalanma rejimi məsləhətinə cavab olaraq deyirlər ki, onların yaşayış şəraitinində bu mümkün deyil. Səhər iştaha, gün ərzində vaxt olmur və nəticədə əsas qida qəbulu miqdarı axşama düşür.
Belə gün rejimindı axşam az yemək çox çətindir, çünki təbii olaraq çox güclü aclıq, həmçinin gərgin işdən sonra böyük dincəlmək arzusu var ki, buna da yemək kömək edir. Eyni zamanda, günün 2-ci yarısında fiziki fəaliyyət adətən minimum olur və qəbul olunmuş kaloriləri sərf etməyə heç bir imkan olmur. Bu vəziyyəti dəyişdirmək üçün çalışmalıyıq. İşdən sonra evə gələndə çox yeməyə səbəb olan həddən artıq iştahanın qarşısını almaq üçün gün ərzində, hətta bəzən işdən getməzdən əvvəl əlavə yemək qəbul etməkl lazımdır. Bundan əlavə, əlavə yeməyi təşkil etmək çox sadədir.
Başa düşməlıyik ki, bir alma, portağal tam bir yeməkdir, həm də meyvələr digər qidalardan ayrı yeyildiyi zaman şəkər səviyyəsinin böyük artımına səbəb olmayacaqdır. Həmçinin demək olar ki, gündüz fiziki fəaliyyəti hər bir şəxsdə maksimum olur.Sonrakı fəsildə məlumat verildiyi kimi, bilirsiniz ki, əzələ işi qanda şəkər səviyyəsini aşağı salmağa kömək edir. Həmçinin evdə aşağı kalorili ərzaqların və içkilərin ehtiyatını olması lazımdır ki, güclü aclıq hiss edəndə dərhal istifadə edə biləsən.
Normal çəkidə qidalanma prinsipləri
Əlbəttə ki, artıq çəkisi olmayan 2 tip diabeti olan xəstələrdə qidanın kalorisini məhdudlaşdırmaq lazım deyil. Onların pəhrizinin əsasını qida karbohidratlarının qanda şəkər səviyyəsinə təsirininin azaldılması təşkil etməlidir.
Yeməkdən sonra qanda qandaşəkər səviyyəsinin qarşısını alan bir neçə qaydalar:
1. Qida böyük miqdarda tərəvəz lifləri ilə (sellülozla) zəngin olmalıdır.
2. Yaxşı olar ki,karbohidratların kulinar emalı (narın etməyin və nişastalı məhsulları çox bişirməyin) minimuma endirilsin.
3. Qidadan şəkər və şirniyyat tamamilə istisna olunmalıdır.
4.Az-az yemə prinsipinə riayət etmək məsləhətdir, yəni karbohidratlar 5-6 dəfəyə qəbul etmək üçün kiçik hissələrlə bölmək lazımdır.
Arterial hipertoniya və artmış xolesterin zamanı qidalanma
hipertoniya və dyslipidemiya adlanan yağ mübadiləsinin pozulması (yüksək xolesterin və s.) olan 2 tip diabet olan xəstələrdə qidalanmanın əhəmiyyətli xüsusiyyətləri vardır. Əgər xəstə artıq çəkilidirsə, onda onun azaldılması qanda şəkər və xolesterin səviyyəsinə, həmçinin arterial təzyiqə müsbət təsir göstərəcəkdir. Lakin, yalnız bu ola bilsin ki,kifayət deyil.Dİslipidemiya üçün əlavə pəhriz məsləhətləri vardır. Onlar əsasən doymuş yağ turşuları və xolesterinlə zəngin ərzaq məhsullarının məhdudlaşdırılmasından ibarətdir.Bu maddələr heyvan yağlarında, yumurtada, donuz, mal, qoyun ətində,
yağlı süd məhsullarında rast gəlinir. Bu məhsulların istifadəsi kəskin məhdudlaşdırılmalı, onların yerine balıq, dənli bitkilər və tərəvəz miqdarı artırılmalıdır. Heyvan yağlarının əvəzinə bitki mənşəli yağlardan istifadə etmək faydalıdır, lakin onun da miqdarı mötədil
olmalıdır, çünki hətta bitki mənşəli yağların kaloriliyi heyvan yağlarınınkından bir qədər çoxdur.
Aşağıda yağ mübadiləsinin göstəricilərinə müxtəlif təsirinə görə ərzaq məhsullarının üç qrupunun ətraflı siyahısı verilmişdir.
1. Bu məhsullardan imtina olunmalıdır (onlarda doymuş yağ və xolesterin çoxdur):
• kərə yağı, donuz, qoyun və mal yağı, xama, bərk marqarin, kokos və palma yağı;
• süd, adi və yüksək yağlı süd məhsulları (yoğurt da daxil olmaqla), və 4%-dən çox yağlı kəsmik, 30%-dən çox yağlı pendir;
• donuz əti, əlavə ət məhsulları (qaraciyər, böyrək, ürək, beyin), kolbasalar, sosislər, sardelkalar, bekon, hisə verilmiş ət, quş dərisi;
• tortlar,yağlı və şirin bişintilər, şokolad, dondurma, digər şirniyyat növləri;
• Pizza, hotdoq, cips, və s.;
• qırmızı və qara kürü;
• yumurta sarısı (həftədə ən çox üç yumurta sarısı).
2. Bu məhsullar orta miqdarda istifadə edilə bilər (doymuş yağ və xolesterin az olan):
• "xolesterin azdır" etiketli yumşaq marqarin, mayonez və digər souslar;
• 1-2% yağlılığı olan süd və süd məhsulları, yağsız kəsmik, 30%-dən az yağlı pendir;
• yağsız mal əti, dana əti, quzu əti, dərisiz quş əti;
• krevetlər, krab.
3. Bu məhsullar istənilən kimi (tərkibində demək olar ki, heç bir doymuş yağ və xolesterin olmayan) istifadə edilə bilər.
• tərəvəz, göyərti, meyvə və göbələk;
• balıq;
• bitki yağı (zeytun, günəbaxan, qarğıdalı, soya) *;
• Ləpələr *;
• çörək (kəpəkli undan hazırlanmışa üstünlük);
• yarmalar, paxlalar, makaron məmulatı;
• zeytun;
• soya məhsulları və yarımfabrikatları (heyvan yağı əlavə olmadan!).
*ulduzla işarələnmiş ərzaqlar yüksək kalorilidir, ona gğrə də onları məhdudlaşdırmaq lazımdır.
Həmçinin hipertoniyalı xəstələr üçün də qidalanmaya aid əlavə tövsiyələr var.
Bu zaman, mühüm amil qidada duzun məhdudlaşdırılmasıdır. Normal hallarda
(güclü tərləmə olmadıqda) insana gündə təxminən 1 qram duz lazımdır.
Lakin biz duzlu yeməyə adət etmişik və
mütəmadi olaraq 10 qrama qədər və bəzən daha çox bu rəqəmi artırırıq.Duz miqdarının azaldılması xəstənin dərman müalicəsi alıb-almamasından asılı olmayaraq, müalicəni asanlaşdırır. Müsbət nəticəyə nail olmaq üçün, duz qəbulnu gündə 5 qrama qədər məhdudlaşdırmaq lazımdır(şişkinlik varsa 3 qrama qədər). Beş qram duz üstü olmayan bir çay qaşığıdır.Əgər qaydalara ciddi əməl olunsa, onda yemək duzsuz hazırlanmalı və hazır olduqdan sonra "gündəlük dozaya" uyğun bir qism duz əlavə edilməlidir.
Duzsuz qida yalnız ilk vaxtlar dadsız görünür, bir neçə həftədən sonra isə adətən belə yeməyə vərdiş olunur və əvvəlki yeməyi insan çox duzlu kimi qəbul edir.Bu dövrdə, xüsusən adət edənə qədər yeməyə dad vermək üçün
təzə və qurudulmuş otlardan,duz əlavə
olunmamlş ədviyyatdan, tomat pastasından, qıtığotundan (xren), limon şirəsindən istifadə edə bilərsiniz.
Nəzərə almaq lazımdır ki,bir çox ərzaqlar duz ilə zəngin olduğuna görə, onları sistematik qida rasionuna daxil olduqda, bütün digər duz məhdudiyyətlərinin heç bir xeyiri olmayacaq. Bu məhsullara kolbasa,hisə verilmiş ət, tutmalar və marinadlar, hazır souslar, ketçup, cipslər,duzlu qoz-fındıq, bulyon kubikləri,hazır suplar, duz əlavəsi ilə ədviyyatlar daxildir. Unutmayın ki, yuxarıda sadalanan məhsullarının çoxu artıq çəkidə və dyslipidemiada məsləhət ğörülməmişdir!
Alkaqol haqqında bir neçə söz.O yuxarida qeyd olunan bütün hallarda çox-çox məhdud miqdarda zərərsiz ola bilər(ən yaxşısı qəbul etməməkdir)!Yüksək kaloriliyinə (7 kkal / 1 q) görə çəki artımına kömək edir,birbaşa yağ mübadiləsinə və qan təzyiqinə mənfi təsir göstərir. Demək olar ki,yuxarıda söylənilən hər şey,sağlam qidalanmanın əsas prinsipləridir.
Belə qidalanma yalnız ürək-damar xəstəliyi riski olan diabetli xəstələr üçün deyil, həm də onların ailə üzvüləri üçün də faydalı olardı. Sonda qeyd etmək lazımdır ki, ürək-damar xəstəliklərinə ən yüksək risk faktorları arasında siqaret birinci yerlərdə durur. Bu zərərli adəti mütləq tərgitmək lazımdır! Bu, tamamilə sağlam şəxslərə də aiddir və əgər sizdə diabet, piylənmə, hipertoniya, dyslipidemia varsa siqaret çəkmədən dəyən ziyan kritik həddə çatır.
Fiziki fəaliyyətin əhəmiyyəti
Fiziki fəaliyyət 2-ci tip diabetin müalicəsinin tam hüquqlu metodlarından biridir. Bu nə ilə izah olunur?
Birincisi, iş zamanı əzələlər qandakı şəkəri fəal sürətdə istifadə edir və bunun hesabına qanda şəkərin səviyyəsi azalır. Dərhal qeyd etmək vacibdir ki, dərman qəbul edən (insulin və ya həb)xəstələrdə fiziki iş zamanı hypoqlikemiya mümkündür! İkincisi, fiziki fəaliyyət zamanı enerji sərfi artır və əgər belə iş gərgin və müntəzəmdirsə, enerji ehtiyatları (yəni yağ) sərf olunmağa başlayır, nəticədə bədən çəkisi azalır.
Üçüncüsü, fiziki fəaliyyəti yalnız çəki azaldılması vasitəsilə ilə deyil, birbaşa 2-ci tip diabetdə olan əsas defektə-insulinə həssaslığın azalmasına müsbət təsir göstərir. Qeyd olunan üç amilin təsiri nəticəsində fiziki fəaliyyət diabet kompensasiyasına nail olmaq üçün güclü bir vasitə olur. Və bununla hələ fiziki fəaliyyətin bütün müsbət xüsusiyyətləri tükənmir! Fiziki fəaliyyətin
ürək-damar xəstəliklərinin risk faktorlarına müsbət təsiri hələ çoxdan məlumdur.Fiziki fəaliyyət lipid mübadiləsini (xolesterin və s.) yaxşılaşdırır, hipertoniyanın müalicə və profilaktikasına yardım edir. Kardioloqlar əgər heç bir əks göstərişlər yoxdursa, inadla xəstələrinə fiziki fəaliyyət məsləhət görürlər. Təəssüf ki, insanlar hal-hazırda əsasən oturaq bir həyat tərzi keçirirlər.
Yeri gəlmişkən bu, müasir dünyada ürək-damar xəstəlikləri və diabetinn əmələ gəlməsində ən mühüm risk amillərdən biri hesab olunur. Bir çox
xəstələr uzun illər fiziki fəaliyyətlə məşğul olmayandır və üstəlik ehtiyat tələb edən yanaşı xəstəlikləri ola bilər. Ona görə bütün şəkərli diabetli insanlara istisnasız fiziki fəaliyyət məsləhəti vermək olmaz və hər xəstə doktoru ilə bu sahədə öz imkanlarını müzakirə etməlidir. Lakin, bəzi ümumi məsləhətlər bütün xəstələrə verilə bilər.
1. Fiziki fəaliyyətinin ən məqbul və təhlükəsiz proqramı - bədən tərbiyəsi əvvəl asan, daha sonra orta intensiv məşqlərlə başlamalıdır. Əgər şəxs sıfırdan başlayırsa, məşqin müddətinin 5-10 dəq-dən 45-60 dəq-yə tədricən artırılması lazımdır.
Tək sistematik məşq etmək çətin olduğu üçün, imkan varsa qrupda məşq etmək faydalıdır. Faktik olaraq hamı üçün mümkün olan 45-60 dəqiqə (rahat tempdə yeriş) piyada gəzməkdir. Uyğun çələn fiziki fəaliyyət növlərİ -üzgüçülük, velosiped sürmədir.
2. Fiziki fəaliyyətin müntəzəmliyi mühümdür. Ən azı həftədə üç dəfə məşq etmək lazımdır, yalnız bu zaman yuxarıda təsvir olunan müsbət təsirə nail olmaq mümkündür. Təəssüf ki, fiziki fəaliyyətdən alınan fayda uzun müddət fasılə verildikdə itir.
3. Fiziki fəaliyyətlə məşğul olduqda yüksək qlükozanın mənfi təsirini və hypoqlikemia riskini nəzərə alsaq, bilməliyik ki, öz ümumi vəziyyətimizə və qanda şəkər səviyyəsinə nəzarət olduqca vacibdir. Bütün bu, aşağıda ətraflı müzakirə olunacaq.
4. Bir çox insanlar üçün fiziki fəaliyyət bədən tərbiyəsi və idman olmadan da həyata keçirilə bilər. Bu, misal üçün ümumi təmizləmə, təmir, bağda və bostanda işləmək və s. ola bilər.
Bütün bu fəaliyyətlər də ciddi nəzarət tələb edir.
Fiziki fəaliyyət zamanı ehtiyat tədbirinin həyata keçirilməsi
Şəkərli diabet 2-ci tipdə fiziki fəaliyyət zamanı həyata keçirilən ehtiyat tədbirləri aşağıdakı kimidir.
1.Yanaşı geden xəstəliklər (ürəyin işemik xəstəliyi hipertoniya və s.), habelə diabetin ağırlaşmaları(retinopatiya, nefropatiya, neyropatiya) zamanı
ehtiyatlı olmaq lazımdır. Qeyri-adekvat fiziki fəaliyyət belə problemləri olan xəstələrin vəziyyətini pisləşdirə bilər. Bəzən fiziki fəaliyyətlə məşğul olmaq imkanlarını qiymətləndirmək, onların intensivlik səviyyəsini müəyyən etmək üçün mütəxəssis həkimlərlə-məsələn kardioloqla, oftalmoloqla məsləhətləşmək lazımdır.
2.Fiziki fəaliyyət zamanı hər hansı bir xoşagəlməz
hiss həyacan siqnalıdır: baş ağrısı, başgicəllənmə,
ürəkdə ağrı və ritm pozğunluğu, təngənəfəslik və s. Onlara qalib gəlmək lazım deyil, təlimi dayandırmaq lazımdır və həkimlə məsləhətləşmək də lazım ola bilər.
3. Əgər siz şəkər aşağı salan həblər qəbul edirsinizsə, yadda saxlamaq vacibdir ki, fiziki fəaliyyət fonunda hypoqlikemiya mümkündür.
O məşq zamanı və məşqdən bir neçə saat sonra da baş verə bilər! Buna görə də, fiziki fəaliyyət
zamanı mümkün hypoqlikemiyanın zəruri olduqda aradan qaldırılması üçün asan həzm olan karbohidratların (şəkər, meyvə şirəsi) özünüzdə olması lazımdır. Əgər hypoqlikemiya təkrar olunursa, onda şəkər aşağı salan həblərlə müalicəni yenidən nəzərdən keçirmək, bəzən hətta onları kəsmək lazımdır. Təkrar hypoqlikemiya doktora müraciət üçün bir səbəbdir!
4. Qanda yüksək şəkər səviyyəsi fiziki təlim və ya digər gərginlikləri təxirə salma üçün əsasdır. Bu baxımdan, fiziki təlimdən əvvəl özünə nəzarət çox arzu ediləndir.Fiziki təlimə qadağa qoyan qanda şəkər səviyyəsini göstərmək çox çətindir; adətən
deyirlər ki, icazə verilən hədd acqarına 11mmol/l-dən çox olmalı deyil. Hər bir halda, artmış şəkər
səviyyəsini dərman və ya digər vasitələrlə normallaşdırmaq lazımdır.
5. Fiziki fəaliyyət zamanı ayaqlara düşən yük güclü artır, zədələnmə riski(döyənək, sürtünmə) xeyli artır. Buna görə də, gəzinti, o cümlədən təlim üçün ayaqqabı çox yumşaq və rahat olmalıdır. Fiziki təlimdən əvvəl və sonra ayaqları mütləq yoxlamaq lazımdır.
Qeyd etmək lazımdır ki, hətta ayaqların ciddi fəsadları zamanı belə fiziki fəallığın artırılması mümkündür. Bu oturaq vəziyyətdə təlımlər ola bilər.
Şəkər aşağı salan preparatlar nə vaxt təyin edilir?
ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) tövsiyəsinə görə 2-ci tip diabetin müalicəsində əsas rol düzgün qidalanmanın təşkili və fiziki fəaliyyətin tətbiqinə ayrılır. Bu, xüsusilə diabet aşkar edildikdən sonra ilk illərdə dərmansız müalicə metodu kimi istifadəsi vacibdir, çünki bu əhəmiyyətli dərəcədə xəstəliyin proqnozunu yaxşılaşdırır, həmçinin, dərman tətbiqi lazım olarsa ona əlverişli zəmin yaradır. Əlbəttə, xüsusilə diabetin uzun müddətli gedişi zamanı pəhriz və fiziki fəaliyyət qanda şəkərı normal səviyyədə saxlamaq üçün hər xəstə üçün kifayət deyildir. Bu hallarda qanda qlükozanı azaltmaq üçün şəkər aşağı salan preparatlar təyin edilir. Bəzi xəstələrdə qanda şəkər səviyyəsi o qədər yüksək olur ki, şəkər aşağı salan preparatlar ılk andan tələb olunur. Çox vaxt bu, xəstəliyin gec aşkarlanması ilə bağlıdır. Əlbəttə biz bilirik ki, 2-ci tip diabet xəstəliyi uzun müddət xəstədə demək olar ki hiss olunmadan davam edir. Nəzərə alsaq ki, diabetin müalicəsinin əsas məqsədi qanda şəkər səviyyəsini normada və ona yaxın həddə saxlamaqdır, onda təbabətin bütün mövcud imkanlarından istifadə edərək buna nail olmaq lazımdır. Diyeta, fiziki fəaliyyət və şəkər aşağı salan dərmanlardan buna nail olmaq üçün ən səmərəli şəkildə istifadə edilməlidir.
Müasir şəkər aşağı salan həb dərmanlar
Son illərdə şəkər aşağı salan preparatlar seçimi xeyli artmışdır.
Onları bir neçə qrupa bölmək olar:
1. Mədəaltı vəzidə insulin hasilini artıran preparatlar.
2. Hüceyrə səviyyəsində (insulinə həssaslığı artıran) insulinin təsirini yaxşılaşdıran preparatlar.
3.Bağırsaqda karbohidratların sorulmasını azaldan preparatlar.
Əlbəttə, preparatların seçimi və ya fərdi kombinasiyası, həmçinin dozasının təyini tamamilə həkimin səlahiyyətınə aiddir. Ona görə də aşağıda təqdim edilən preparatların xüsusiyyətləri onların istifadəsı üçün vəsait hesab edilə bilməz!
İstənilən dərman preparatının 2 adı olur: beynəlxalq adı-fəal təsir edən tərkib hissəsi və kommersiya (ticarət) adı. Eyni bir maddənin çox müxtəlif kommersiya adları ola bilər, belə ki, müxtəlif istehsalçı şirkətlər öz preparatlarına müxtəlif adlar qoyur və həmçinin müxtəlif ölkələrə başqa-başqa adlarla ixrac edirlər.Xəstə öz dərmanının beynəlxalq adını bilməlidir. O daim qutunun üzərində kommersiya adının(adətən kiçik hərflərlə) yanında göstərilir! Aşağıda biz preparatın beynəlxalq adını göstəririk.Mədəaltı vəzidə insulin hasilini artıran preparatlar.
Bu qrupa yaxşı tanınan sulfanil-sidik cövhəri preparatları və yeni repaqlinid (Novonorm), nateqlinid (Starliks) preparatları aiddir. Ən çox istifadə edilən sulfanil-sidik cövhəri preparatlarına qlibenklamid, qlıklazid, qlikvidon, qlimepirid aiddir. Bütün bu preparatların təsir mexanizmi mədəaltı vəzin insulin hasilini artırmaqdan ibarətdir ki, bu da qanda şəkər səviyyəsinin enməsinə gətirib çıxarır. Eyni dərmanın təsirinin effektliyi müxtəlif xəstələrdə çox fərqli ola bilər (effektin tam olmamasına qədər). Göstərilən hər bir preparatın özünə məxsus xüsusiyyəti vardır ki, həkim onu konkret xəstəyə təyin etdikdə nəzərə alır. Ən əhəmiyyətli fərqlər təsir etmə müddətindədir. Glibenclamide və gliklazidin qan şəkər səviyyəsini salma müddəti 12 saatdır, bu səbəbdən onlar sutkada iki dəfə-səhər-axşam təyin edilir.
Qlikvidonun təsir müddəti daha qısadır, ona görə də gündə 3 dəfə təyin edilir (əsas qida qəbullarından əvvəl). Repaqlinidin və nateqlinidin təsir müddəti xüsusilə qısadır. Bu preparatların təsiri sürətlə başlayır və yalnız qida qəbulundan sonrakı qanda şəkər səviyyəsinin artımı dövründə davam edir.Buna görə də onlara qanda qlükoza səviyyəsinin tənzimləyiciləri də deyilir.
Uzun müddətli təsirinə görə glimepirid fərqlənir; bir çox xəstələrdə bu preparat gündə bir dəfə istifadə edilir. İndi qliklazidin də uzun müddət təsirə edən forması vardır. Bu preparatların əsas arzuolunmaz yan təsiri insülin ifrazının güclü artması nəticəsində hipoqlikemiyanın əmələ gəlməsidir. Bütün bu preparatlara əks göstərişlər 1-ci tip diabet, hamiləlik və əmizdirmə, kəskin hallar(diabetik koma, miokard infarktı, insult və s.) habelə fərdi dözülməzlikdir. Bu qrup preparatları bir-biri ilə kombinassiya etmək olmaz. Metforminlə kombinassiya isə əksinə, çox səmərəli ola bilər.Bu preparatların bəziləri uğurla insulinlə birlikdə istifadə edilə bilər.
İnsulinə həssaslığı yaxşılaşdıran preparatlar.
Bu qrupa çoxdan bəri tanınan preparat metformin və yeniləri- pioqlitazon, rosiqlitazon daxildir. Metformin mədəaltı vəz tərəfindən insulini artırmadan orqanizmiın hüceyrələri tərəfindən qlükoza mənimsənilməsini artırır. O, xüsusilə artıq çəkili 2-ci tip diabet xəstələrdə uğurla istifadə olunur. Metformin iştahı (bu bəzən sulfanil-sidik cövhəri preparatlarında müşahidə olunur) artırmır. Metformin qəbulu zamanı hipoqlikemiya əmələ gəlmir. Metforminin təyininə əks göstəriş-qaraciyər və ya böyrəyin funksiyanal pozğunluqları, ürək çatışmazlığı, hamiləlik və əmizdirmə, habelə kəskin hallar (diabetik koma, miokard infarktı, insult və s.), fərdi dözülməzlikdir. Metformin insulinnin hasilini artıran preparatlar və insulinlə kombinasiya şəklində istifadə edilə bilər.
Karbohidratların bağırsaqdan sorulmasını azaldan preparatlar.
Bu qrupa akarboza (Glyukobay) daxildir.
Akarboza yeməkdən sonra karbohidratların müəyyən hissəsinin bağırsaqdan sorulmasının qarşısını alaraq qanda şəkərin yüksəlməsinin qarşısını alır. Həzm olunmayan karbohidratlar yoğun bağırsağa keçir və orada onların qıcqırması baş verir.
Əgər karbohidratlar çox qəbul edilərsə, onda köp, qarnın işləməsi əmələ gələ bilər.
İnsulin nə zaman lazım ola bilər?
2 tip diabetdə, özəl insulin böyük miqdarda hasil olmasına baxmayaraq, zaman keçdikcə insulin terapiya bəzi xəstələrdə tələb oluna bilər. Bunu adətən mədəaltı vəzi fəaliyyətnin azalması ilə əlaqələndirirlər ki, bu da insulinə həssaslığın aşağı olması şəraitində diabetın ciddi dekompensasiyasına gətirib çıxarır. 2-ci tip diabetdə qanda yüksək şəkər səviyyəsində əgər bütün digər vasitələr (diyeta, fiziki fəaliyyət, şəkər aşağı salan preparatlar və onların kombinasiyası) qanda şəkərin azaldılmasında səmərəsizdirsə, onda insulin təyin edilir.
İnsulin təyini çox vaxt xəstəni qorxudur və bəzən buna görə də xəstə müalicədən imtina edir. Bu çox yanlış münasibətdir, belə ki, diabet müalicəsində əsas məqsəd qanda şəkər səviyyəsini maksimum normaya yaxın həddə saxlamaqdir. Yüksək şəkərin bədənə vurduğu zərər, insulin müalicəsinin ilkin dövründəki müvəqqəti narahatçılıqla müqayisə oluna bilməz. Lakin, ən (və olduqca tez-tez!) uğursuz vəziyyət belədir. 2-ci tip diabet xəstəsinə insulin təyin edilir, lakin qanda şəkər yenə də yüksək olaraq qalır. İş bundadir ki, insülinin təyini dərhal qanda şəkər səviyyəsinin normallaşmasına zəmanət vermir. İnsulinin təyinindən sonra həkimidə, xəstənidə səbrli, təmkinli və çox zaman uzun müddət tələb edən iş gözləyir. Qanda şəkər göstəricilərinə nəzarəti tezləşdirmək, yeni biliklər (karbohidratların miqdarının ölçüsü kimi, "çörək vahidi" anlayışı və s.) və bacarıqlar (injecsiya texnikası və s.) tələb edilir. 2-ci tip diabet xəstəsində insulinə həssaslıq aşağı olduğunu nəzərə alaraq, kompensasiyaya nail olmaq üçün insulin dozası çox yüksək ola bilər. Xəstələr bəzən insülinin "böyük" dozasından qorxurlar, lakin bu özü-özlüyündə zərərli deyil, çünki hər bir şəxsin orqanizmində o vardır. İnsulin terapiyanın arzuolunmaz təsiri çəki artımı ola bilər. Bu nəzərə alınmalıdır və bu tendensiya baş verərsə, onda kaloriliyi əlavə azaltmaq üçün cəhd edin. Bəzən insulinin təyini müvəqqəti tədbir kimi lazım ola bilər. Bu sətəlcəm, irinli proseslər, infarkt, insult, və s. kimi ağır xəstəlik zamanı mümkündür. Belə ki, orqanizmdə hər hansı bir ciddi pozğunluq qanda qlükoza göstəricilərinin pisləşməsinə səbəb olur. Belə bəziyyət hətta diabetik komanın inkişafına səbəb ola bilər. İnsulin terapiya müddəti diabetə ağır xəstəlik birləşdikdə müxtəlif ola bilər, adətən bu vəziyyətin sabit yaxşılaşmasına qədər davam edir. Sonra qanda qlükozaya nəzarətlə insulin ləğv edilə bilər. Bundan əlavə, insulin müvəqqəti olaraq böyük cərrahiyyə əməliyyatları zamanı təyin edilir. 2-ci tip diabetdə daimi insulin müalicəsi qəbul edən xəstələrə bu kitabın növbəti fəsili aiddir.
İnsulini nə vaxt təyin edirlər?
1921-ci ildə insulinin kəşfi və onun praktiki tətbiqi diabetın müalicəsində bir inqilab idi. İnsanların diabetik komadan ölməsi qurtardı. Digər dərman preparatlarının olmaması ilə əlaqədar 2-ci tip diabetı olan xəstələrdə insulin ilə müalicə alırdılar və həm də bu çox yaxşı səmərəli idi. Lakin baxmayaraq ki, bir sıra şəkər salıcı preparatlar işlənib hazırlanmış və geniş tətbiq edilir, hətta indi də 2-ci tip diabet xəstələrinin kifayət qədər böyük bir qrupu üçün insulin istifadəsi lazımdır. Əksər hallarda bu həyati göstəriş üçün deyil, yuxarıda göstərilən vasitələrlə (diyeta, fiziki fəaliyyət, şəkər salıcı tabletlər) qanda şəkərin yaxşı səviyyəsinə nail olmadıqda istifadə edilir.
Başa düşmək lazımdır ki, insulinlə müalicə orqanızmə heç bir zərər verə bilməz (buna misal olaraq, 1-ci tip diabeti olan xəstələri göstərmək olar ki, xəstəliyin başlayanğıcından illərlə insulin yeridirlər).
Insulin preparatları
İnsulin kimyəvi quruluşuna görə zülal olub, yuxarıda qeyd etdiyimiz kimi mədəaltı vəzin betta hüceyrələrində yaranıb, birbaşa qana keçir. İlk insulin preparatları heyvani mənşəli olublar. Onu adətən donuzun və ya qaramalın mədəaltı vəzisindən alırlar. Qaramal insulini insanınkından üç amin turşusu, donuz insulini isə bir amin turşusu ilə fərqlənir. Son zamanlar daha çox insan insulini istifadə edilir. Sonuncu adətən gen mühəndisliyi vasitəsi ilə hazırlanıb, bakteriyaları insulin sintez etməyə məcbur edirlər ki, bu da kimyəvi quruluşuna görə təbii insan insulinindən fərqlənmir (yəni o orqanizm üçün yad maddə sayılmır). Gen mühəndisliyi insan insulini şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün daha mükəmməl seçim preparatıdır. Son on ildə insan insulini analoqları, yəni modifikasiya edilmiş və müəyyən keyfiyyətlər verılmış növləri meydana çıxmışdır. Insulinin inyeksiya ilə yeridilməsi onun zülali mənşəli olmsaı ilə əlaqədardır. Əgər onu tablet formasında qəbul etsək, o mədə və bağırsaqda tez bir zamanda həzm olacaq və təsir göstərməyəcəkdir. Təsir müddətinə görə insulin ultra qısa, qısa və uzun müddətli (prolangir olunmuş) formaları vardır (məqalənin sonuna bax). Bundan əlavə qarışıq insulinlər də var ki, bunların tərkibində həm qısa, həm də uzunmüddətli təsir edən insulin vardır. Qısa müddətli təsir edən insulin (onu sadə insulin də adlandırırlar) həmişə şəffaf olur. Qısa müddət təsir edən insulinlərin təsir profili aşağıdakı kimidir: 15-30 dəqiqəyə təsiri başlayır, 2-4saatdan sonra pik nöqtəyə çatır, 6 saatdan sonra sona çatır, lakin çox vaxt təsir müddəti dozadan aslı olur. Nə qədər az doza yeridilərsə, bir o qədər təsiri az müddətli olur (şəkilə bax). Bu parametrləri bildikdə, qısa müddətli insulini yeməkdən 30 dəqiqə əvvəl yeritmək lazım olacaqdır ki, qanda şəkər qalxanda insulinin də təsiri başlasın.
Bu növ insulinlərin pik vaxtı mütləq qidalanma lazımdır ki, insulinin təsiri ilə qida uzlaşsın və hipoqlikemiya vəziyyəti yaranmasın.
Ultra qısa təsirli insulinlər, qısa müddətli təsir edən insan insulininin analoqlarıdır. Rusiayda hal-hazırda iki qrup insulin istifadəsinə icazə verilir: Xumaloq və Novorapid. Onların təsiri digər qısa müddətli insulinlərin təsirindən bir qədər fərqlənir. (bax şəkilə). Onlar yeridildikdən demək olar ki, dərhal təsir etməyə başalyır ki (5-15 dəqiqə), bu da xəstələrə inyeksiyadan qida qəbuluna kimi intervalı gözləməmək imkanı verir, bəzən hətta qidadan sonra yeridilir.
Pik vaxtı 1-2 saatdan sonra olur ki, bu zaman da qanda insulinin miqdarı adi vaxtdakından artıq ola bilər. Bütün bunlar xəstələrə qida qəbulu zamanı daha sərbəst olmağa və yeməkdən sonra şəkərin normal olmasına imkan verir (o cümlədən şirniyyatlarla münasibətdə). Onların təsir etmə müddəti 4-5 saata kimi olur ki, bu da xəstələrə inyeksiyalar arası müddətdə qida qəbulundan imtinaya kömək edir. Beləliklə də insanların həyat rejimi daha dayanıqlı olur.
Uzun təsirli insulin preparatları (prolangir olunmuş) insulinə xüsusi maddələr əlavə etməklə əldə edilir və bu da dəri altından insulinin sorulmasını ləngidir. Adətən bu maddə əsasən zülal olur (NPX). Bu tip insulinlər orta təsir müddətli və uzun təsir müddətli olurlar. Hal-hazırda əsasən orta təsirli insulin istifadə edilir. Onların təsir profili aşağıdakı kimidir:dərman yeridildikdən sonra başlanğıc 2 saat, pik 6-10 saatdan sonra, 12-16 saatdan sonra isə dozadan asılı olaraq son olur olur (şəkilə bax).
İnsulinin prolangir olunmuş yeni formaları, insulinin kimyəvi strukturunun dəyişməsi hesabına hasil edilir. Onlar şəffaf olduqlarına görə istifadədən əvvəl qarışdırmağa ehtiyac yoxdur. Onların arasında orta müddətli təsirlilərin analoqları NPX insulinlərin təsirinə oxşayır. Adı çəkilən növə Levemir aiddir, hansı ki, təsirini çox güclü proqnozlaşdırmaq olur. Uzunmüddətli təsir edənlərin analoqu Lantusdur ki, bunun da təsiri 24 saat müddətində qalır və bu səbəbdən də bazal insulin kimi sutkada bir dəfə yeridilir. Onun pik təsir müddəti olmur, bu səbəbdən də gecə yarısı və qidalar arasındakı müddətdə hipoqlikemiya ehtimalı azalır.
Kombinə olunmuş insulin və ya insulin analoqları özlərində eyni vaxtda ultra qısa və orta təsirli insulinləri birləşdirən preparatlar aidddir. Belə ki, qısa müddətli və uzun müddətli təsirə malik insulinlərin müxtəlıf nisbətlərdə qarışığı istehsal edilir: 10/90%-dən 50/50%-dək nisbətdə. Beləliklə bu tip insulinlərin təsir profili ayrıca hesablanmış insulinlərin profilindən və tərkibinnin nisbətindən aslıdır.
İnsulinlə müalicə rejimləri.
Sağlam şəxslərdə insulin sekresiyası. Yaxşı məlumdur ki, normal insanlarda insulin gün ərzində az-az və mütəmadi olaraq sintez olur, bu bazal və ya fon sekresiyası adlanır (şəkilə bax). Orta hesabla bu hər saatda 1 vahid olur. Qanda şəkərin miqdarı artan kimi insulin sintezi də bir neçə dəfə artır (qanda şəkərin miqdarı daha çox karbohidrat tərkibli qida qəbul etdikdə artır). Hər bir çörək vahidinə sağlam şəxslərdə mədəaltı vəzi 1-2 vahid insulin sintez edir.
İnsulinlə müalicə apararkən əsas şərt bir tərəfdən normal insanlardaki baş verən prosesə yaxınlaşmaqdır. Digər tərəfdən də insanlar insulinin inyeksiyasının sayını azaltmaq istəyirlər. Bu səbəbdən də hal-hazırki dövrdə müxtəlif insulinlə müalicə rejimləri istifadə edilir.
Ənənəvi insulin terapiya
I tip şəkərli diabet xəstələrində gündə bir-iki dəfə uzun müddətli insulin yeritməklə normal nəticələr almaq praktik olaraq mümkün deyil (şəklə bax). Bu ona görə baş verir ki, gün ərzində qanda yüksəlmiş şəkər vaxtı ilə insulin təsirinin maksimal pik vaxtı həmişə eynilik təşkil etmir. Dediyimiz səbəbdən də, bu tip müalicə sxemi II tip şəkərli diabet xəstələri üçün istifadə edilir.
İnsulinterapiyanın daha yaxşı bir variantı qısa müddətli və orta müddətli insulin növlərinin sutka ərzində 2 dəfə yeridilməsidir (şəklə bax). Yuxarıda söylədiyimiz insulinterapiyanın təsirinin parametrlərinə uyğun olaraq xəstələrə xüsusi 3 əsas və 3 aralıq qidalanma- (bu zaman qəbul edilən karbohidratların miqdarı eyni olmalıdır) məsləhət görülür. Lakin hətta bütün şərtlərə əməl etdikdə belə, bu tip rejim vasitəsi ilə yaxşı nəticə əldə etmək mümkün deyil.
Intensiv insulin terapiya.
İnsulin terapiyanın ən yaxşı variantı təbii mədəaltı vəzinin funksiyasını təkrarlayan variantdır. Belə rejim intensiv insulin terapiya və ya çoxsaylı inyeksiyalar rejimi adlanır. İnsulinin basal sekresiyasının rolunu uzun müddətli insulin oynayır. Lakin insulinin qidalanma zamanı sekresiyası funksiyasına isə çox tez və güclü təsir göstərən qısa müddətli insulindən istifadə etməklə nail olmaq olar. Bundan əlavə qısa təsirli insulin korreksiya edici vasitə kimi, yəni qalxmış şəkəri aşağı salmaq məqsədi ilə (hətta əgər şəxs qida qəbul etmək istəmədikdə belə) də istifadə edilir.
Ən şox istifadə edilən intensiv insulin terapiya sxemi inyeksiyaların aşağıdakı kombinə olunmuş sxemidir (şəklə bax):
1.Səhər (səhər yeməyindən əvvəl) – qısa müddətli və uzun müddətli insulin yeridilməsi
2. Günorta (nahardan əvvəl) – qısa müddətli insulin yeridilməsi
3.Axşam (şam yeməyindən əvvəl) - qısa müddətli insulin yeridilməsi
4.Gecə - uzun müddətli insulin yeridilməsi.
İki orta təsirli insulin əvəzinə bir uzun müddətli insulin lantus yeritmək olar (şəklə bax). Əlbətdə ki, bu təməl sxemadır və hər bir xəstə üçün müəyyən vaxtlarda və günlərdə dəyişikliyə məruz qala bilər: belə ki, bədənə yeridilən insulin inyeksiyalarının sayı çox ya da az ola bilər (məsələn: əlavə qida qəbulu, qanda şəkərin miqdarınin yüksəlməsi, yanaşı xəstəliklərə zamanı). İnsulinin inyeksiyalarının sayuının artılılmasına baxmayaraq intensiv insulin terapiya xəstələrə qidalanmanın miqdarına sayına və tərkibinə daha sərbəst və çevik olmağa imkan verir.
İnsulininlə müalicədə özünə nəzarət
İnsilin ilə müalicədə mütləq qanda şəkərə daha tez-tez, bir sıra hallarda isə gün ərzində bir neçə dəfə özünə nəzarət tələb olunur. Bu göstəricilər Sizə və sizin doktorunuza insulinin dozasını dəyişdirmək qərarını vermək üçün əsas olacaqdır. Bu haqda aşağıda məlumat veriləcəkdir. insulin alan xəstənin gündəliyində xəstənin qidalanması ilə bağlı çörək vahidiləri üçün xüsusi grafa açılır. Bu haqda daha ətraflı növbəti bölmədə danışılacaqdır. Ən axirda insulin müalicəsi alan xəstənin gündəliyinin nümunəsi vardır.
İnsulininlə müalicədə qidalanma
Təəssüf ki, yeridilmiş insulin "bilmir ki" siz nə zaman və ne qədər yeyirsiniz. Buna görə də,
Siz özünüz çalışmalısınız ki,insülinin təsiri qidaya uyğun gəlsin. Beləliklə, bilməyiniz lazımdır ki, hansı qidalar qanda şəkəri artırır.
Bildiyiniz kimi, ərzaq məhsulları üç komponentdən-zülal, yağ və karbohidratlardan ibarətdir. Onların hamısının kalorisi vardır, lakin heç də hamısı qanda şəkəri qaldırmır.
Yağlar və zülallar qaldırmır, ona görə də insulinin dozasında onları nəzərə almaq lazım deyildir. Real şəkəri qaldıran yalnız karbohidratlardır və bu səbəbdən insulinin müvafiq dozasını təyin etmək üçün onlar nəzərə alınmalıdır. Hansı qidalarda karbohidratlar vardır? Bunu yadda saxlamaq çox asandır: bitki məhsullarının əksəriyyəti və heyvani məhsullardan yalnız duru süd məhsulları (süd, qatıq, yoğurt və s.).
Qanda şəkəri artıran və hesablanması tələb olunan karbohidratlar 5 qrupa bölünə bilər:
1. Dənli bitkilər, çörək və çörək məhsulları, makaron məhsulları, yarmalar, taxıllar və qarğıdalı.
2. Meyvələr.
3. Kartof.
4. Süd və duru süd məhsulları.
5. Tərkibində təmiz şəkər olan ərzaqlar, bunlara asan mənimsənilən karbohidratlar da deyilir.
Qidalanmanı müxtəlif etmək üçün tərkibində karbohidratlar olan yeməyi digəri ilə əvəz etməyi öyrənmək lazımdır və bunu elə etmək lazımdır ki, qanda şəkər çox cüzü dəyişsin.
Bu əvəzetməni çox asanlıqla çörək vahid(ÇV)
sistemi ilə etmək olar. Bir ÇV tərkibində 10-12 qr karbohidrat olan ərzaq məhsuludur, məsələn 20-25 qramlıq çörək tikəsi. Baxmayaraq ki,bu "çörək" vahidi adlanır, onunla yalnız çörəyin miqdarını deyil,
həm də tərkibində karbohidrat olan hər hansı digər qidanı ifadə edə bilərsiniz. Məsələn, 1 ÇV-nə orta ölçülü bir portağal, və ya bir stəkan süd, və ya 2 dolu yemek qaşığı kaşa daxildir. ÇV sisteminin rahatlığı ondadır kı,
xəstələrin ərzaq məhsullarını çəkməsinə ehtiyac yoxdur, kifayətdir ki, bu miqdarı rahat dərk etdiyimiz şəkildə vizual qiymətləndirək (tikə, stəkan, dənə, qaşıq və s.). ÇV cədvəlini
sonda tapa bilərsiniz. Yuxarıda göstərildiyi kimi, ənənəvi insulin terapiyası (gündə 2 insulin inyeksiyası) gündəlik daum eyni qidalanma tələb edir. İntensiv insulin terapiyadan istifadə edərək daha sərbəst çörək vahidlərinin miqdarını, qidalanmanın vaxtını dəyişə bilərsiniz.
İnsulinin dozasının dəyişdirilmə qaydaları
Əsas məsələ xəstənin özü tərəfindən insulinin dozasının özünün təyin etməsi və dozanı sərbəst dəyişdirə bilməsidir. Yadda saxlayın daimi təyin edilmliş dəqiq doza ola bilməz!
İnsulinin dozası (xüsusən də qısa müddətli insulin) həmişə dəyişəcəkdir. Məlumat kitablarında yazılan orta rəqəmlərə həmişə inanmaq lazım deyildir (məsələn: qısa müddətli insulin və əsas insulinin nisbəti 50%-in 50%-ə olmalıdır, 1 ÇV-ə 2 vahid insulin yeridilməlidir və s.). Belə dozalar bəzən sizə uyğun gəlməyə bilər.
İnsulinin yeridilməsi zamanı dozanın təyin edilməsində yeganə kriteriya qanda çəkərin miqdarıdır.
Yadda saxlayın intensiv insulin terapiya gündəlik, tez-tez özünənəzarətlə birgə olmalıdır. Bu göstəricilər sonralar sizə və həkiminizə insulinin dozasının seçilməsi üçün əsas olacaqdır.
Beləliklə, axşan yeridilmiş prolangir olunmuş insulinin seçilmiş dozası o zaman doğru hesab ediləcək ki, səhər acqarına qanda şəkər normal olsun və gecə hipoqlikemiya vəziyyəti yaranmasın. Bu zaman əsas şərtlərdən biri də yatmazdan əvvəl qanda şəkərin miqdarını normal olmasıdır, belə ki, prolangir forma insulin bu rəqəmi səhərə kimi normal saxlayacaq. Qanda insulinin bazal miqdarını təyin edən səhər prolangir olunmuş insulinin seçilmiş dozası o zaman doğru hesab ediləcək ki, hər hansı bir gündə naharı etmirsən (bu zaman qısa müddətli insulin də yeridilmir) və əgər bu vaxt qanda şəkər normaldırsa, və səhər dozası onu axşam yeməyinə qədər o qaydada saxlayırsa, deməli bu doza düzgündür.
Prolangir olunmuş dozanı təyin etdikdən sonra hər dəfə yeməkdən əvvəl təyin edilən qısa müddətli insulinin də dozasının adekvatlığını hesablamaq lazımdır. Bunun üçün qanda şəkəri ya yeməkdən 1.5-2 saat sonra (qanda şəkərin pik vaxtı), ya da növbəti qida qəbulu zamanı (5-6 saat sonra) ölçmək lazımdır. Şam yeməyindən əvvəl qanda şəkərin təyin olunması sizə intensiv insulin terapiya zamanı günorta yeməyindən əvvəl yeridilmiş qısa müddətli insulinin dozasının adekvatlığını və ya ənənəvi insulin terapiyada səhər yeridilmlş səhər prolangir olunmuş insulinin dozasının dəqiqliyini qiymətləndirməyə kömək edər. Yatmazdan əvvəl qanda şəkərin miqdarı şam yeməyindən əvvəl qəbul olunmuş qısa müddətli insulinin dozasının düzgün təyinini əks etdirəcək. Qidalanmalar zamanı qəbul edilmiş karbohidratların hasablanması imkan verir ki, siz 1 ÇV-nə düşən qısa müddətli insulunə təlabatınızı hesablaya bilərsiniz.
Eyniylə bunun kimi siz, qanda şəkərin yüksək səviyyəsində nə qədər qısa müddətli insulin yeridilməli olduğunu bilərsiniz. Müxtəlif insanlarda 1 vahid insulin 1-3 mmol/l arasında şəkərin səviyyəsini aşağı salır.
İnsulinin dozasının azaldılması qaydaları.
Planlaşdırılmış insulin dozasının azaldılmasına hipoqlikemiya səbəbdir, lakin bu xəstənin səhvi nəticəsində əmələ gəlmiş hipoqlikemiya olmamalıdır (yemək vaxtının ötürülməsi, lazım olan qədər ÇV qəbul olunmaması, insulinin dozasının düzgün hesablanmaması və ya fiziki aktivliyın həddən çox olması, alkaqol qəbulu).
Bu zaman xəstə aşağıdakıları etməlidir:
1) Hipoqlikemiya əmələ gəlibsə,onu aradan götürmək üçün şəkərli qidalar qəbul etmək lazımdır.
2) Növbəti inyeksiya zamanı qanda şəkərin təyin oluması. Əgər o norma daxilindədirsə, adi doza yeridilməlidir, əgər o hipoqlikemiyadan sonra qalxıbsa, növbəti inyeksiya zamanı dozanı artırmalısınız.
3) Hipoqlikemiyanın səbəbini öyrənin. Əgər dörd səbəbdən biri nəticəsində (çox insulin, az ÇV, fiziki aktivlik və alkoqol) yaranıbsa, növbəti gün səhvi düzəltməli, lakin insulinin dozasını dəyişməməlisiniz. Əgər səbəbi tapmamısınızsa, növbəti gün insulinin dozasını dəyişməyin, bu hipoqlukemiya təsadüfi də ola bilər.
4) Növbəti gün eyni vaxtda hipoqlikemiyanın olub-olmamasını yoxlayın. Əgər təkrarlanıbsa, hansı insulinin səbəb olduğunu müəyyənləşdirin. Bunun üçün insulinin təsir müddətinin parametrləini bilməlisiniz.
5) Üçüncü gün müvafiq insulinin dozasını 10 % azaldın, yaxşı olar ki, tam rəqəmlər olsun ( bu adətən 1 və ya 2 təsir vahiddir). Əgər hipoqlikemiya davam edərsə insulinin dozasını yenidən azaldın.
Aşağıda günün müxtəlif zamanları intensiv insulinterapiya zamanı (səhər yeməyindən əvvəl orta və qısa müddətli insulin, günorta yeməyindən əvvəl qısa müddətli insulin, şam yeməyindən əvvəl qısa müddətli insulin, yatmazdan əvvəl orta müddətli insulin,) baş vermiş hipoqlikemiyanın qarşısının alınması məqsədi ilə görüləcək tədbirlər qeyd olunmuşdur:
Səhər saatlarında (səhər yeməyindən sonra) hipoqlikemiya
Xəstədə 10.00-da hipoqlikemiya olur. Hipoqlikemiyanın əsas səbəbi tapılmayıb. Xəstə insulinin dozasını dəyişmir. Hipoqlikemiya ertəsi gün saat 11-də təkrarlanır. Səhər hipoqlikemiyaya səbəb olan qısa müddətli insulin dozasını 10% azaldaraq (16 təsir vahidində bu 2 təsir vahidi edir) 14 təsir vahidi edilir.
Tarix | Insulin | Qanda şəkər | Qeyd | |||||||
Səhər | Günorta yeməyi | Şam | Gecə | Səhər | Günorta yeməyi | Şam | Gecə | |||
qısa | uzun | uzun | qısa | uzun | ||||||
2.10 | 16 | 12 | 10 | 8 | 14 | 6.1 | 5.9 | 7.2 | 6.3 | 10.00 da hipo |
3.10 | 16 | 12 | 10 | 8 | 14 | 5.9 | 4.8 | 7.0 | 6.5 | 11.00 da hipo |
4.10 | 14 | 12 | 10 | 8 | 14 | 6.6 | 5.0 | 6.1 | 4.7 | Hipo yox |
5.10 | 14 | 12 | 10 | 8 | 14 | 6.1 | 5.8 | 6.7 | 7.0 | Hipo yox |
Gündüz hipoqlikemiya (gönorta yeməyindən sonra)
Xəstədə 12.10 tarixdə saat 16-da hipoqlikemiya baş verir. Bunu əsas səbəbi bilinmir. 13.10 tarixdə xəstə dozanı dəyişmir. Saat 15.00-da hipoqlikemiya təkrarlanır. Şam yeməyindən əvvəl qanda şəkər bir qədər artıqdır, bu səbəbdən də xəstə yeməkdən əvvəl 8 deyil, 9 vahid insulin yeridir. 14.10 tarixdə xəstə hipoqlikemiyaya səbəb olan insulini – qısa müddətli insulini 10 % azaldır (10 təsir vahidində 1 təsir vahidi) və onu 9 təsir vahidi edir. Şam yeməyində xəstə əvvəlki dozaya – 8 təsir vahidinə qayıdır.
Tarix | Insulin | Qanda şəkər | Qeyd | |||||||
Səhər | Günorta yeməyi | Şam | Gecə | Səhər | Günorta yeməyi | Şam | Gecə | |||
qısa | uzun | uzun | qısa | uzun | ||||||
12.10 | 16 | 12 | 10 | 8 | 14 | 4.1 | 6.2 | 7.2 | 5.8 | 16.00 da hipo |
13.10 | 16 | 12 | 10 | 9 | 14 | 5.5 | 4.8 | 9.0 | 6.1 | 15.00 da hipo |
14.10 | 16 | 12 | 9 | 8 | 14 | 6.0 | 5.7 | 5.7 | 4.9 | Hipo yox |
15.10 | 16 | 12 | 9 | 8 | 14 | 5.1 | 6.8 | 6.8 | 7.0 | Hipo yox |
Axşam hipoqlikemiya (şamdan sonra)
22.10 tarixdə axşam saat 9-da xəstədə hipoqlikemiya baş verir. Bunun əsas səbəbi bilinmir. 23.10 tarixdə xəstə dozanı dəyişmir. 23.10 tarixdə insulinin dozasını dəyişmir. Saat 22.00-da hipoqlikemiya təkrarlanır.24.10 tarixdə xəstə hipoqlikemiyaya səbəb olan insulini – qısa müddətli insulini 10 % azaldır (8 təsir vahidində 1 təsir vahidi) və onu 7 təsir vahidi edir.
Tarix | Insulin | Qanda şəkər | Qeyd | |||||||
Səhər | Günorta yeməyi | Şam | Gecə | Səhər | Günorta yeməyi | Şam | Gecə | |||
qısa | uzun | uzun | qısa | uzun | ||||||
22.10 | 16 | 12 | 10 | 8 | 14 | 6.1 | 4.9 | 6.2 | 7.1 | 21.00 da hipo |
23.10 | 16 | 12 | 10 | 8 | 14 | 5.4 | 5.8 | 4.5 | 6.3 | 22.00 da hipo |
24.10 | 16 | 12 | 10 | 7 | 14 | 5.9 | 4.3 | 6.1 | 4.7 | Hipo yox |
25.10 | 16 | 12 | 10 | 7 | 14 | 6.2 | 5.1 | 6.0 | 6.6 | Hipo yox |
Gecə hipoqlikemiyası ( saat 3 və 4 növbəti kalendar günüdür).
Bu zaman digər günlərdən fərqli oaraq əsas səbəb bilinmədikdə ikinci hipoqlikemiyanı gözləmək lazım deyil, insulinin dozası dərhal azaldılmalıdır.Nəzərə alsaq ki, 03.11 tarixində səhər qanda şəkər hipoqlikemiyadan sonra yüksəkdir, xəstə gündüz qısa müddətli insulininin dozasını artıraraq 14-dən 16 təsir vahidinə kimi atırır.
Sonra həmin gün xəstə hipoqlikemiyaya səbəb olan insulini – axşam uzun müddətli müddətli insulini 10 % azaldır (14 təsir vahidində 1 təsir vahidi) və onu 13 təsir vahidi edir. Hipoqlikemiya 04.11 tarixində gecə saat 04.00-da təkrarlanır. Səhər qanda yüksək şəkər olduğu üçün xəstə yenidən 16 təsir vahidi qısa müddətli insulin yeridir. 04.11-də axşam uzun müddətli müddətli insulini 10 % azaldır (13 təsir vahidində 1 təsir vahidi) və onu 12 təsir vahidi edir.
Tarix | Insulin | Qanda şəkər | Qeyd | |||||||
Səhər | Günorta yeməyi | Şam | Gecə | Səhər | Günorta yeməyi | Şam | Gecə | |||
qısa | uzun | uzun | qısa | uzun | ||||||
02.11 | 14 | 12 | 10 | 8 | 14 | 6.4 | 5.0 | 7.2 | 6.1 | 03 də hipo |
03.10 | 16 | 12 | 10 | 8 | 15 | 11.2 | 6.8 | 6.0 | 5.8 | 04 də hipo |
04.11 | 16 | 12 | 10 | 8 | 14 | 10.7 | 5.0 | 6.1 | 5.3 | Hipo yox |
05.11 | 16 | 12 | 10 | 8 | 14 | 6.3 | 5.4 | 6.7 | 6.7 | Hipo yox |
İnsulinin dozasının artırılması qaydaları
İnsulinin planlaşdırılmış dozasının artırılmasına səbəb qanda yüksək şəkərin əmələ gəlməsidir ki, əgər qanda şəkərin miqdarının xəstənin aşağıdakı səhfləri ilə əlaqədar olaraq artması hesabına olmamışdırsa mümkündür: texniki səhf üzündən insulinin dozasının az olması, (doza yığımında texniki səhf, qeyri-uyğun konsentrasiya, insulini pis sorulan nahiyəyə yeridilməsi), ÇV-nin artıq olması (hesablamada səhf), adi fiziki aktivliyin azalması, yanaşı xəstəliklər və s.
Bu zaman xəstə aşağıdakıları etməlidir:
1) Hazırki vəziyyətdə qısa müdətli insulinin dozasını artırmaq (əgər yeməkdən əvvəl qanda yüksək şəkər aşkarlanıbsa) və ya əlavə qısa müddətli insulin yeridilməlidir.
2) Qanda şəkərin midrarı növbəti inyeksiya zamanı təyin edilir. Əgər bu göstərici normaldırsa, adi insulin dozası yeridilməlidir.
3) Qanda şəkərin yüksək olmasının səbəbi təhlil olunmalıdır. Əgər göstərilən dörd səbəbdən biri aşkar olunubsa (yuxarıya bax), növbəti gün təyin olunana səhv düzəldilməli və insulinin dozası dəyişdirilməməlidir. Əgər qanda şəkərin qalxmasına hər hansı səbəb aşkar olunmayıbsa, növbəti insulin dozası yenə də dəyişdirilməməlidir, belə ki, bu, təsadüfi xarakterli də ola bilər.
4) Növbəti gün qanda şəkərin miqdarının yüksəlib yüksəlməməsinə baxılmalıdır. Əgər təkrar yüksəlmə varsa, insulinin təsir parametrlərinə uyğun olaraq səbəbkar insulini tapmaq lazımdır.
5) Üçüncü gün uyğun gələn insulinin dozasını 10 % - tam rəqəmə qədər artırmaq lazımdır (adətən bu 1-2 təsir vahidindən çox olmur). Əgər növbəti gün qanda şəkərin miqdarı yenə də yüksək olaraq qalmışsa, təyin olunmuş insulinin dozası yenidən artılılmalıdır.
Aşağıda xəstənin qanda şəkərin miqdarının günün müxtəlif vaxtlarında intensivləşdirilmiş insulinterapiya zamanı (səhər yeməyi zamanı qısa və orta təsirli, günotra yeməyi zamanı qısa təsirli, şam yeməyində qısa təsirli, yatmazada əvvəl orta təsirli insulin ) yüksək olduğu zaman lazım olan insulinin artırılması tədbirlər göstərilib.
Səhər saatlarında (səhər yeməyindən sonra və ya günorta yeməyindən əvvəl) qanda şəkərin yüksək olması.
7.09 tarixində qanda nahardan əvvəl şəkərin yüksək olduğu təyin edilir. Hiperqlikemiyayanın dəqiq səbəbi təyin edilmir. Qanda şəkərin miqdarını azaltmaq məqsədi ilə xəstə qısa təsirli insulinin dozasını günorta yeməyi zamanı 10-dan 12 təsir vahidinə qədər artırır. 8.09 tarixində səhər insulinin dozasını dəyişməyin. Qanda yüksək şəkər günorta yeməyi zamanı yenidən təkrarlanır. Xəstə günorta yeməyindən əvvəl insulinin dozasını yenidən 12 təsir vahidi yeridir. 9.09 tarixində xəstə hiperqlikermiyaya səbəb olan - səhər qısa müddətli insulini dozasını 10 % artıraraq (12 təsir vahidində təqribən 1 təsir vahidi) 13 təsir vahidi edir. Həmin gün günorta yeməyindən əvvəl xəstə əvvəlki dozanı – 10 təsir vahidini yeridir.
Tarix | Insulin | Qanda şəkər | |||||||
Səhər | Günorta yeməyi | Şam | Gecə | Səhər | Günorta yeməyi | Şam | Gecə | ||
qısa | uzun | uzun | qısa | uzun | |||||
6.09 | 12 | 12 | 10 | 8 | 14 | 6.1 | 5.9 | 7.2 | 6.3 |
7.09 | 12 | 12 | 12 | 8 | 14 | 5.9 | 11.9 | 7.0 | 6.5 |
8.09 | 12 | 12 | 12 | 8 | 14 | 6.6 | 12.5 | 6.1 | 4.7 |
9.09 | 13 | 12 | 10 | 8 | 14 | 6.1 | 5.8 | 6.7 | 7.0 |
Günorta yeməyindən sonra və ya şam yeməyindən əvvəl qanda şəkərin yüksək olması. Bu zaman “günahkar” kimi günorta yeməyindən əvvəlki qısa müddətli və ya səhərki prolangir olunmuş insulin ola bilər Bütün bunlar aradakı fasilələrdən aslıdır. Dediklərimizdən əlavə səhər fon insulinin yoxlanması qaydalarını da yaddan çıxarmaq olmaz (“İnsulinin dozası” bölməsinə bax).
a) 17.09 tarixində şamdan əvvəl qanda şəkərin yüksək olduğu təyin edilir. Hiperqlikemiyaya dəqiq səbəbi təyin edilmir. Qanda şəkərin miqdarını tez zamanda azaltmaq məqsədi ilə xəstə şam yeməyindən əvvəl qısa müddətli insulini 8-dan 10 təsir vahidinə qədər artırır. 18.09 tarixində səhər və nahardan əvvəl insulinin dozasını dəyişməyin. Qanda yüksək şəkər şam yeməyindən əvvəl yenidən təkrarlanır. Xəstə şam yeməyindən əvvəl insulini yenidən 10 təsir vahidi yeridir. 19.09 tarixində xəstə hiperqlikermiyaya səbəb olan - nahardan əvvəlkı qısa müddətli insulinin dozasını yenidən 10 % artıraraq (10 təsir vahidində təqribən 1 təsir vahidi) 11 təsir vahidi edir. Həmin gün şam yeməyindən əvvəl xəstə əvvəlki dozanı – 8 təsir vahidini yeridir.
Tarix | Insulin | Qanda şəkər | |||||||
Səhər | Günorta yeməyi | Şam | Gecə | Səhər | Günorta yeməyi | Şam | Gecə | ||
qısa | uzun | uzun | qısa | uzun | |||||
16.09 | 12 | 12 | 10 | 8 | 14 | 4.7 | 6.1 | 7.3 | 5.8 |
17.09 | 12 | 12 | 10 | 10 | 14 | 5.3 | 6.8 | 11.0 | 6.1 |
18.09 | 12 | 12 | 10 | 10 | 14 | 5.0 | 5.7 | 11.5 | 5.9 |
19.09 | 13 | 12 | 10 | 8 | 14 | 5.8 | 6.1 | 5.7 | 7.0 |
Və ya
a) Xəstə bu zaman “günahkar” kimi səhər uzunmüddətli insulini sayır və 19.09 tarixində onun dozasını 10 % artıraraq (12 təsir vahidində 1 təsir vahidi) 13 təsir vahidi edər.
Tarix | Insulin | Qanda şəkər | |||||||
Səhər | Günorta yeməyi | Şam | Gecə | Səhər | Günorta yeməyi | Şam | Gecə | ||
qısa | uzun | uzun | qısa | uzun | |||||
16.09 | 12 | 12 | 10 | 8 | 14 | 4.7 | 6.1 | 7.3 | 5.8 |
17.09 | 12 | 12 | 10 | 10 | 14 | 5.3 | 6.8 | 11.0 | 6.1 |
18.09 | 12 | 12 | 10 | 10 | 14 | 5.0 | 5.7 | 11.5 | 5.9 |
19.09 | 13 | 12 | 10 | 8 | 14 | 5.8 | 6.1 | 5.7 | 7.0 |
Axşam saatlarında (şam yeməyindən sonra və ya gecə saatlarında) qanda şəkərin miqdarının yüksək olması. Bu zaman qanda yüksək şəkərin oması ilə əlaqədar planlaşdırılmamış qısa müddətli insulin yeridilir.
27.09 tarixində qanda yatmazdan əvvəl şəkərin yüksək olduğu təyin edilir. Hiperqlikemiyanın dəqiq səbəbi təyin edilmir. Qanda şəkərin miqdarını tez zamanda azaltmaq məqsədi ilə xəstəyə planlaşdırılmamış 2 təsir vahidi insulin yeridilir. 28.09 tarixində səhər insulinin dozası dəyişməyir. Qanda yüksək şəkər yatmazdan əvvəl yenidən təkrarlanır. Xəstə 28.09 tarixində yatmazdan əvvəl planlaşdırılmamış 2 təsir vahidi yeridir. 29.09 tarixində xəstədə hiperqlikermiyaya səbəb olan -qısa müddətli insulinin şam yeməyindən əvvəlki dozasını yenidən 10 % artıraraq (8 təsir vahidində təqribən 1 təsir vahidi) 9 təsir vahidi edilir. Həmin gün yatmazdan əvvəl qanda şəkərin miqdarı normal olur və planlaşdırılmamaış insulin yeridilməsinə ehtiyac olmur.
Tarix | Insulin | Qanda şəkər | |||||||
Səhər | Günorta yeməyi | Şam | Gecə | Səhər | Günorta yeməyi | Şam | Gecə | ||
qısa | uzun | uzun | qısa | uzun | |||||
26.09 | 12 | 12 | 10 | 8 | 14 | 5.1 | 4.8 | 6.3 | 5.8 |
27.09 | 12 | 12 | 10 | 8 | 2/14 | 5.7 | 5.9 | 6.0 | 10.1 |
28.09 | 12 | 12 | 10 | 8 | 2/14 | 4.9 | 4.3 | 5.8 | 11.0 |
29.09 | 13 | 12 | 10 | 9 | 14 | 6.2 | 5.1 | 6.0 | 6.7 |
Səhər və ya axşam saatlarında (növbəti gün saat 3 və 6 aralığında) qanda yüksək şəkər.
a) Gecə uzun müddətli insulini çatışmır. 3.10 tarixində qanda səhər saatlarında şəkərin yüksək olduğu təyin edilir. Hiperqlikemiyanın dəqiq səbəbi təyin edilmir. Qanda şəkərin miqdarını tez zamanda azaltmaq məqsədi ilə xəstəyə səhər yeməyindən əvvəl insulinin dozasını 12-dən 14 vahidədək artıraraq yeridilir. Həmin gün digər insulinlərin dozaları dəyişmir. 4.10 tarixində saat 3.00 radələrində xəstə qanda çəkəri ölçür və onun adi vəziyyətdən bir qədər artıq olduğunu təyin edir. Qanda yüksək şəkər 4.10 tarixində səhər saatlarında yenidən təkrarlanır. Xəstə yenidən səhər yeməyindən əvvəl 14 təsir vahidi qısa müddətli insulin yeridir. Həmin gün yatmazdan əvvəl xəstə hiperqlikermiyaya səbəb olan - uzun müddətli insulin dozasını yenidən 10 % artıraraq (14 təsir vahidində təqribən 1 təsir vahidi) 15 təsir vahidi edir. 5.10 tarixində saat 3.00 radələrində və səhər yeməyindən əvvəl qanda şəkərin miqdarı normal olur lakin ideal göstəricilərə tam uyğun deyil. Həmin gün səhər yemnəyindən əvvəl xəstə insulinin dozasını əvvəlki günlərə nisbətən bir qədər azaldaraq 13 təsir vahidi edir. 5.10 tarixində yatmazdan əvvəl xəstə uzun müddətli insulinin dozasını yenidən 10 % artıraraq (15 təsir vahidində təqribən 1 təsir vahidi) 16 təsir vahidi edir. 6.10 tarixində saat 3 radələrində qanda şəkərin miqdarı norma həddində olur. Həmin gün səhər yeməyindən əvvəl xəstə əvvəlki dozaya - 12 təsir vahidinə qayıdır.
Tarix | Insulin | Qanda şəkər | ||||||||
Səhər | Günorta yeməyi | Şam | Gecə | Səhər | Günorta yeməyi | Şam | Gecə | Qeyd | ||
qısa | uzun | uzun | qısa | uzun | ||||||
02.10 | 12 | 12 | 10 | 8 | 14 | 6.3 | 5.1 | 4.2 | 5.8 | |
03.10 | 14 | 12 | 10 | 8 | 14 | 11.1 | 6.3 | 6.1 | 4.4 | Saat 3-də 8.2 |
04.10 | 14 | 12 | 10 | 8 | 15 | 10.8 | 5.3 | 6.7 | 5.2 | Saat 3-də 7.0 |
05.11 | 13 | 12 | 10 | 8 | 16 | 5.5 | 5.4 | 6.1 | 5.2 | Saat 3-də 5.9 |
06.10 | 12 | 12 | 10 | 8 | 16 | 5.5 | 5.4 | 6.6 | 4.2 | |
b) Axşam qəbul edilmiş uzun müddətli insulin səhərə kimi təsir göstərə bilmir. Bu məqsədlə orta təsirli insulini daha gec qəbul etmək və ya uzun müddətli insulinin analoqu olan Lantusdan istifadə etmək olar. Əgər bu lazımi nəticə verməzsə, “sübh şəfəqi” adlanan fenomen ola bilər ki, bu zaman da səhər saat 5-6 radələrində qanda şəkərin qalxması ilə xarakterizə olunur. Belə olduqda siz səhər erkən durmalı və tez nahar etməli və ya bu zaman qısa müddətli insulin (2-6 təsir vahidi) yeridə bilərsiniz (bax şəkilə).
12.10 tarixində qanda səhər saatlarında şəkərin yüksək olduğu təyin edilir. Hiperqlikemiyanın dəqiq səbəbi təyin edilmir. Qanda şəkərin miqdarını tez zamanda azaltmaq məqsədi ilə xəstə səhər yeməyindən əvvəl insulinin dozasını artıraraq 16 təsir vahidinədək insulin yeridilir. Həmin gün digər insulinlərin dozası dəyişməyir. 13.10 tarixində saat 03-də və 06.00 radələrində xəstə qanda şəkəri ölçür və onun normal həddində olduğunu görür, bu məqsədlə axşam uzun müddətli insulinin dozasının artırılması hipoqlikemiya təhlükəsi olduğundan məsləhət görülmür.13.10 tarixində səhər saatlarında qanda şəkərin yüksək olduğu yenidən təkrarlanır. Xəstə yenidən 16 təsir vahidi qısa müddətli insulin yeridir. 14.10 tarixində saat 06.00 radələrində xəstə qanda şəkəri ölçür və onun normal olduğunu təyin edir və daha 2 təsir vahidi qısa müddətli insulin yeridir. Bunu hesabına səhər yeməyindən əvvəl qanda şəkərin miqdarı normanllaşır və xəstə qısa müddətli insulinin dozasını yenidən 14 təsir vahidinə qədər endirir. Sonrakı günlər səhər saat 06.00-da qısa müddətli insulinin dozasını tədricən 4 təsir vahidi edir və qanda şəkərin miqdarını ideal həddə gətirib çıxarır. Səhər yeməyindən əvvəl yeridilən qısa müddətli insulinin dozasını tədricən azaldaraq 12 təsir vahidi edir.
Tarix | Insulin | Qanda şəkər | ||||||||
saat 06-da/ Səhər yeməyi | Günorta yeməyi | Şam | Gecə | Səhər | Günorta yeməyi | Şam | Gecə | Qeyd | ||
qısa | uzun | uzun | qısa | uzun | ||||||
12.10 | 0/16 | 12 | 10 | 8 | 14 | 10.3 | 5.1 | 4.2 | 5.8 | Saat 3- 5.7 Saat 6- 6.3 |
13.10 | 0/16 | 12 | 10 | 8 | 14 | 11.1 | 6.3 | 6.1 | 4.4 | Saat 6-- 6.5 |
14.10 | 2/14 | 12 | 10 | 8 | 14 | 9.1 | 5.3 | 6.7 | 5.2 | Saat 6-- 6.0 |
15.11 | 3/13 | 12 | 10 | 8 | 14 | 7.5 | 5.9 | 6.1 | 5.2 | Saat 6-- 5.8 |
16.10 | 4/12 | 12 | 10 | 8 | 14 | 5.5 | 5.4 | 6.6 | 4.2 | Saat 6-- 5.9 |
c) Qanda şəkərin səhər saatlarında qəflətən yüksək olması, axşam hipoqlikemiyasının göstəricisidir. Bu halda müvafiq insulinin dozasını azaltmaq lazımdır (bax yuxarıya).
İnsulinin saxlanması
Hər bir dərman vasitəsi kimi insulinin də saxlanma müddəti vardır. Hər bir flakonda onun istifadə müddəti göstərilməlidir.
Ehtiyat insulin soyuducuda 2-8 dərəcə istidə saxlanılmalıdır (insulini dondurmaq qəti olmaz !).
İnsulin flakonları və ya şpris-qələmləri otaq temperaturunda 1 aydan çox saxlanılmamalıdır.
İlin soyuq vaxtlarında küçədə olarkən insulini (insulin-qələmi) cibinizdə də saxlaya bilərsiniz. Bundan əlavə insulini isti yerdə - gün altında, qapalı isti maşında saxlamaq olmaz. İnyeksiyadan sonra mütləq insulin flakonunu kağız qutya qoyun, belə ki, insulinin gün işığının təsirindən tərkibi dağılır (şpris qələm xüsusi qapaqcıqla bağlı olur). Əgər özünüzlə insulin gəzdirirsinizsə (məzuniyyətə, ezamiyyətə və s.), onu yük yerinə qoymayın (o əzilə, dağıla, təyyarədə silkələnə bilər).
İnsulinin konsentrasiyası.
Azərbaycanda hal-hazırda insulinin 100 təsir vahidi 1 ml preparatda - U100 (şpris-qələmlər üçün katriclərdə, flakonlarda) istifadə edilir. Dünyanın əksər ölkələri vahid insulin konsentrasiyasına keçiblər – 100 TV/ml-də olaraq hesablanır. Hər bir insulinin konsentrasiyası flakonun üzərində göstərilib (şəkilə bax). Müxtəlif konsentrasiyalar üçün xüsusi nişanlaşmış insulin şprisləri istehsal edilir. Bu səbəbdən də həmişə yeni şpris aldıqda onun flakondakı insulinin konsentrasiyasına uyğun olub-olmadığını ətraflı öyrənin.
Konsentrassiyanın uyğun gəlmədiyi təqdirdə dozalanmada ciddi səhvlər ola bilər ki, bunlara da aşağıdakılar aiddir:
1) 40 tv/ml insulinə hesablanmış şprislə konsentrasiyası 100 tv/ml insulin flakonundan insulin götürüldükdə – bu zaman 2.5 dəfə daha artıq insulin götürüləcəkdir.
İnsulinin şprisə doldurulması
Şprisə insulinin doldurulması hərəkətlərinin ardıcıllığı:
1. İnsulin flakonunu və şprisi hazırlamalı.
2. Əgər uzun müddətli insulin yeridilməsini istəyirsinizsə, onu yaxşı çalxalayın (flakonu ovucun daxilində bərabər bulanıq olana qədər çalxalayın).
3. Şprisə yığacağınız insulin qədər hava yığın.
4. Havanı şprisdən flakona yeridin.
5. Əvvəlcə şprisə sizə lazım olandan bir qədər çox insulin çəkin. Bunu şprisdən əlavə hava qabarcıqlarının xaric olması üçün etməlisiniz. Bu məqsədlə şprisi bir qədər barmağınızla toxunun ki, hava qabarcıqları daha asan xaric olsun.
İnsulinləri bir şprisdə qarışdırmaq olarmı ? Bu prolangir olunmuş insulinin növündən aslıdır (bax Əlavəyə). Zülal (NPX-insulinləri) istifadə olunan insulinləri bir şprisdə qarışdırmaq olar. İnsulinlərin məqsədyönlü olaraq qarışdırılmıası inyeksiya sayının azaldılmasına xidmət edir.
Bir şprisdə iki insulinin qarışdırılması ardıcıllığı aşağıdakı kimidir:
1. Uzunmüddətli insulin olan flakona hava yeritmək lazımdır.
2. Qısamüddətli insulin olan flakona hava yeritmək lazımdır.
3. Əvvəlcə yuxarıda göstərildiyi kimi qısa müddətli insulini (şəffaf) şprisə çəkmək lazımdır.
4. Daha sonra uzunmüddətli insulini (bulanıq) şprisə yığmaq olar. Lakin bu zaman ehtiyatlı olmaq lazımdır ki , qısa müddətli insulin uzunmüddətli insulin olan flakona düşməsin.
Qeyd edək ki, nə qədər də qaydalara əməl etsəniz insulinlərin qatışdırılması zamanı hər halda səhv etmək mümkündür. Buna görə də yuxarıda qeyd etdiyimiz qarışıqların hazır qatışıqları satılır. Belə qarışıq insulin dəstini istifadə etməzdən əvvəl uzun müddətli insulin kimi əvvəlcə mütləq qarışdırılmalıdır. Lakin onlar I tip şəkərli diabetli xəstələr üçün əlverişli deyil, belə ki, qısa müddətli ilə uzun müddətli burada fiksassiya olunmuşdur və sərbəst dəyişilə bilmir. Bu tip insulinlər 2-ci tip şəkərli diabetdən əziyyət çəkən xəstələrdə ənənəvi insulin terapiya zamanı uğurla istifadə edilə bilər (sutkada 2 dəfə).
İnsulinin yeridilmə qaydası
İnsulinin sorulması iynənin hansı təbəqəyə yeridilməsindən aslıdır. Insulin inyeksiyası həmişə dəri altı piy qatına düşməlidir, dəri altına və ya əzələ qatına düşməsi yolverilməzdir (bax şəkilə).
İnsulinin əzələyə düşməsinin qarşısını almaq üçün normal çəkiyə sahib olan şəxslərdə, xüsusən də uşaqlarda xüsusi şprislərdən və şpris-qələmlərdən istifadə etmək məqsədə uyğun sayılır, belə ki, onun ucluğunun ölçüsü 5-8 mm olur ki, bu da adi şprislərdən çox qısadır (adi şprislərdə 12-14 mm-dən az olmur). Bundan əlavə adı çəkilən iynələr nazik olub, ağrı hissiyyatının da bir qədər az hiss olunmasına xidmət edir.
İnsulin inyeksiyaları zamanı aşağıdakıları bilməlisiniz:
1. Dəridə inyeksiya yerini təyin edib, onu spirtlə təmizləmək lazım deyildir.
2. Baş barmaq və göstərici barmaqla dərini bir qədər qaldırın (bax şəkilə). Bunu insulinin əzələ qatına düşməməsi üçün mütləq etmək lazımdır.
3. İynəni dəriyə ya perpendikulyar, ya da 45 dərəcəli bucaq altında yeridin.
4. Dərini barmaqlarınızdan buraxmamamq şərti ilə porşeni axıra qədər sıxın.
5. İynəni vurduqdan bir neçə saniyə sonra onu dəridən çıxarın.
Şpris qələm
Şpris-qələmlərin istifadəsi insulin inyeksiyasını daha da asanlaşdırır (bax şəkilə). Bu, xəstəyə müəyyən rahatlıq gətirir və insulin flakonunu üzərində gəzdirərək şprislə insulin flakonundan insulin yığmağı aradan götürür.
Şpris-qələmlərə əvvəlcədən xüsusi insulin flakonu kartric və ya penifill yerləşdirilir. İnyeksiyadan əvvəl prolangir olunmuş insulin üçün qələmin tutacağını 180 dəcərə olmaqla 10-12 dəfə fırlatmaq lazımdır ki (fırlatmaq dedikdə dala-qabağa hərəkətlər başa düçülür), penfillinin daxilindəki diyircək insulini bir bərabərdə qatışdırsın. Həlqəvi dəstlə korpusun pəncərəsində dozanı təyin edirlər. İynəni dəriyə batırdıqdan sonra, yuxarıda göstərildiyi kimi düyməni axıra kimi basın, daha sonra 7-10 saniyə gözləyərək, onu çıxarın.
İnsulin inyeksiyalarının yeri
İnsulin inyeksiya üçün bir neşə nahiyə mövcuddur: qarının ön nahiyəsi, budun ön bayır nahiyəsi, bazunun bayır nahiyəsi, sağrı nahiyyəsi (şəkilə bax).
Özünüz öz bazu nahiyyənizə inyə vurmağınız məsləhət deyil, belə ki, siz dərini bir əllə tuta bilmədiyinizdən, böyük ehtimalla əzələyə iynə yeridə bilmə ehtimalı yarana bilər ki, bu da məqsədəuyğun deyil. Yadda saxlayın ki, insulin bədənin müxtəlif nahiyyələrindən müxtəlif cür də sorulur: məsələn, ən tez sorulma qarın ətrafı nahiyyədə olur. Buna görə də qida qəbulundan əvvəl bu hissəyə qısa müddətli insulin yeritmək lazımdır. Prolangir olunmuş insulini isə bud və ya sağrı nahiyyəsinə yeritmək olar, bazuya sərbəst yeritmə məsləhət görülmür, belə ki, dərialtına və əzələyə düşmə ehtimalı var. Beləliklə də, inyeksiya nahiyyəsinin dəyişməsi hər gün eyni olmalıdır, əks halda bu vəziyyət qanda şəkərin tərəddüd etməsi ilə nəticələnə bilər.
Bunlardan əlavə yadda saxlayın ki, inyeksiya nahiyyəsində sorulmanı zəiflədən qalınlaşmanın əmələ gəlməsinə şərait yaratmamalısınız. Bunun üçün tez-tez inyeksiya yerini dəyişin, belə ki, hər bir inyeksiya arasındakı məsafə 2 sm.-dən az olmalı deyil. Yüxarıda dediklərimizə əməl etmək məqsədi ilə şprisi və ya şpris-qələmin ucluğunu tez-tez dəyişin (məsləhətdir ki, hər 5 iynədən sonra).
Hipoqlikemiyanın əlamətləri
Hipoqlikemiya qanda şəkərin normasının aşağı həddindən aşağı olması deməkdir ki, bu zaman qanda şəkər 3.3 mmol/l-dən aşağı olur.
Hipoqlikemiyanın əmələ gəlməsi yalnız insulin və diabet əleyhinə tabletlər qəbul edən şəkərli diabetdən əziyyət çəkən xəstələrdə olur ki, bu vəziyyət artıq insulinin orqanizmə daxil olması sayəsində meydana çıxır. Hipoqlikemiyanın əmələ gəlməsi yalnız insulin və diabet əleyhinə tabletlər qəbul edən şəkərli diabetdən əziyyət çəkən xəstələrdə olur və dərmansız, pəhriz və fiziki hərəkətlərdən istifadə edərək müalıcə olunanlarda
hipoqlikemiya təhlükəsi olmur.Bir qayda olaraq hipoqlikemiya kifayət qədər tez inkişaf edir; bu zaman qəfləti halın pisləşməsi, tərləmə, başgicəllənmə, əllərdə, ayaqlarda, bütün bədəndə titrəmə, avazıma, gözlərin qaralması və görmənin ikiləşməsi, narahatlıq, əhvalın pisləşməyə doğru dəyişməsi, qorxu, fikir qırıqlığı, ürəkdöyünmə, qəfləti aclıq hissi və s. baş verə bilər. Bəzilərində aclıq əmələ gəlir, digərlərində olmur. Bəzi hallarda əgər hipoqlikemiya tez aradan götürülməsə, o getdikcə güclənib daha ağır hallarla nəticələnir, xəstə sanki donub qalır və özünə kömək edəcək halda olmur. Hipoqlikemiya lazımi tədbirlər görülməzsə inkişaf edərək hipoqlikemik komaya keçir ki, bu da huşun itməsi ilə nəticələnə bilər və həyat üçün çox təhlükəlidir. Əlbətdə, əksər hallarda yüngül hipoqlikemiya müalicəsiz də keçə bilir, bu qanda şəkərin səviyyəsinin enməsi zamanı orqanizmdəki kompensator mexanizmlərin işə düşməsi və qaraciyərdən qana əlavə şəkərin daxil olması hesabına baş verir.
Lakin buna arxayın olmaq olmaz, hər bir hipoqlikemiya potensial olaraq təhlükəlidir. Bəzən belə bir sual yaranır ki,hipoqlikemiyanın əlamətlərinə oxşayan hal doğrudanmı hipioqlıkemiyadır? Belə ki, bu əlamətlərdə heç bir spesifiklik yoxdur. Həqiqətən hər kəs müntəzəm zəiflik, başgicəllənmə, qəfləti aclıq hissi keçirir. Bəzən isə normal və hətta qanda yüksək şəkər olduqda belə hipoqlikemiyaya oxşar əlamətlərin meydana çıxması xəstənin qanda yüksək şəkərlə uzun müddət yaşamaga adət etməsi fonunda qanda şəkərin bir qədər enməsinə qarşı reaksiyasıdır. Xəstə qorxur və bunu əsl hipoqlikemiya hesab edir,lakin bu hipoqlikemiya hesab olunmur. Hipoqlikemiyaya şübhə olduqda onu təsdiq etmək üçün mütləq qanda şəkər səviyyəsini müəyyənləşdirmək lazımdır.Lakin bu zaman asan mənimsənilən karbohidratların qəbulunu ləngitməyin(aşağıya baxın)!
Hipoqlikemiyanın səbəbləri
Hİpoqlikemiya şəkər salıcı preparatların-insulin və həblərin həddindən artıq güclü təsiri nəticəsində yaranır. Bu o zaman baş verə bilər ki, bu və ya digər preparatın dozası yüksək olur, məsələn xəstə səhfən adi dozadan yüsək insulin vurur və ya unutqanlıqdan tableti bir dəfə yerinə iki dəfə qəbul edir.Digər tərəfdən hipoqlikemiya preparatların düzgün dozasının qəbulunda da baş verə bilər, məsələn xəstə karbohidratları kifayət qədər qəbul etmir və ya preparat qəbul edib, lakin tamamilə yemir.
Bəzən, hipoqlikemiya xəstənin heç bir səhvi olmadan baş verir. Belə hallarda orqanızmdə nə isə bir dəyişiklik meydana gəlir, məsələn
çəki aşağı düşür və nəticədə
insulinə həssaslıq yaxşılaşır.Belə hallar şəkər salıcı preparatların dozasının azaldılmasını tələb edir.
Daha iki digər amillər var ki,bunlar hipoqlikemiya səbəb ola bilər və ya onu daha da kəskinləşdirər.
Birincisi bu fiziki fəaliyyətdir. Fiziki fəaliyyəti haqqında fəsildə göstəridiyi kimi,fəal işləyən əzələlər qandan şəkəri böyük miqdarda mənimsəyir, nəticədə onun miqdarı qanda aşağı düşməyə başlayır. Adi hallarda insanda buna cavab olaraq dərhal hasil olan insulinin miqdarı azalır və nəticədə qanda şəkər normal səviyyədə qalır. Diabeti olan xəstədə isə həb və ya insulin qəbulu ilə əlaqədar fiziki fəaliyyətdən asılı olmayaraq onların təsiri davam edir. Nəticədə qanda şəkər həddən artıq enə bilər, yəni hipoqlikemiya inkişaf edir.
Hipoqlikemiyanın inkişafına səbəb olan ikinci amil alkaqolun qəbuludur. Məlumdur ki,alkaqol
qara ciyərə mənfi təsir edir.
Hipoqlikemiya əmələ gəlməsinə
onun təsiri qara ciyər ilə bağlıdır. Alkoqol təsiri altında
qara ciyərdən qana qlikogen ehtiyatlarından şəkər daxil olması
bağlanır və nəticədə şəkərin səviyyəsi qanda azalır. Əgər diabetli xəstə şəkər salıcı həb və ya insulin qəbul edibsə bu hipoqlikemiyaya yarada bilər.
Qabaqcadan demək lazımdır ki,
əlbəttə,alkoqol şəkərli diabet zamanı qanda şəkərin endirilməsinin vasitəsi kimi istifadə oluna bilməz. Əvvəl yazdığımız kimi,o diabet zamanı
mövcud olan qüsurları aradan qaldırmaqla qanda şəkəri aşağı salmır. O insulinə həssaslığı yaxşılaşdırılmır və mədəaltı vəzin fəaliyyətini artırmır, qaraciyərə
onun təsiri isə ümumiyyətlə son dərəcə mənfidir.
Hipoqlikemiyanın müalicəsi
Beləliklə, hipoqlikemiyanı mümkün qədər tez aradan qaldırmaq və bunu düzgün etmək lazımdır. Qanda şəkər səviyyəsini tez qaldırmaq üçün adətən diabetli xəstələrin qəbul etmədiyi tez mənimsıənilən şəkər, bal, şəkərli içkilər qəbul edilməlidir.
Nəticədə, bir neçə dəqiqədən sonra qanda şəkər səviyyəsi normallaşacaq və hipoqlikemiya əlamətləri tədricən yox olacaqır.
Hipoqlikemiyadan xəstəni etibarlı şəkildə çıxaracaq karbohidratların miqdarını bilmək vacibdir. Qəndi
4-5 tikə yemək lazımdır - az olarsa,kifayət etməyə bilər. Meyvə şirəsi və ya digər şirin içkilərdən (limonad, Pepsi-Kola) bir stəkan, yəni 200 ml üçün. Meyvə şirəsi təbii, yəni heç bir şəkər əlavə edilmədən də istifadə edilə bilər. Şəkər salıcı dərmanlar qəbul edən diabetli xəstə özündə hər zaman asan mənimsənilən karbohidratlar gəzdirməlidir. Bununla əlaqədar
hipoqlikemiyanın aradan qaldırılması üçün ən uyğun olanı bir neçə tikə qənd, kiçik bir paket meyvə şirəsi və ya digər şəkərli içgilərdir. Balı dozalaşdırmaq münasib deyil, konfetləri çeynəmək çətindir, yaxud onların tərkibində karbohidratların həzmini ləngidən maddələr (şokolad, soya)vardır ki, bu da onların istifadəsini az etibarlı edir. Ağır hipoqlikemiya (donub qalma və müstəqil müvafiq tədbirlərin yerinə yetirilə bilinməməsi və ya şüurun tam itməsi ilə bayğınlık - hipoqlikemik koma)zamanı əlbəttə, xəstə özünə kömək edə bilməz. Bir halda ki, ətrafdakıların köməyi lazımdır, onda belə bir vəziyyətin mümkünlüyü barədə ailə üzvülərini və qohumları məlumatlandırmaq məsləhətdir. Yeri gəlmişkən, hipoqlikemiyanın əlamətləri ətrafdakılar üçün solğunluq və davranışın ani bir dəyişikliyi-yersiz əsəbilik və ya donub qalma və s. ola bilər. Ağır hipoqlikemiyada ilk yardım bundan ibarətdir. Əgər şüur saxlanılıbsa,
xəstəyə şirin bir içki və ya yemək
vermək lazımdır. Şüurun itirilməsində isə bunu etmək olmaz, çünki xəstə uda bilmir. Bu zaman xəstəni böyürü üstə qoymaq lazımdır, sərbəst nəfəs alması üçün ağız boşluğunu təmizləmək(məsələn qidadan, diş protezindən) və sonra təcili yardıma zəng vurmaq lazımdır. Həkimi xəstənin diabet olması haqqında məlumatlandırmaq lazımdır. Hipoqlikemik komanı qlükozanın venadaxili inyeksiyası ilə müalicə edirlər. Həmçinin hipoqlikemiyada
istifadə olunan qlukaqon preparatları (QlyukagenHipoKit)vardır.Qlukaqon əzələ daxilinə və dəri altına yeridilir, odur ki yalnız tibb mütəxəssisləri deyil, iynə vura bilən qohumlar da bu preparatdan istifadə edə bilər. Fiziki fəaliyyət zamanı hipoqlikemiya ilə əlaqədar ehtiyat tədbirləri haqqında müvafiq bölmədə məlumat verilib.Ciddi özünə nəzarət (fiziki fəaliyyətdən əvvəl və sonra) və hər ehtimala qarşı asan mənumsənilən karbohidratın daha çox ehtiyatı lazımdır.Fiziki fəaliyyət daha uzun və intensiv olacaqsa, onda o günün şəkər salıcı dərmanlarının dozasının azaldılması tələb edilə bilər. Lakin bunu özünüzün etməyi arzuolunan deyil, burada həkim məsləhətinə ehtiyac vardır.
Alkaqol haqqında dəqiq təlimat vermək çətindir, çünki fərdi həssaslıq müxtəlif və müxtəlif vəziyyətdə gözlənilməz
təsirləri ola bilər. Alkaqolu böyük dozada istifadə etməmək vacibdir. Həftədə 30-40 qr alkaqol nisbətən təhlükəsiz hesab olunur. Tünd içgilərə hesablandıqda, bu 100 q araq edir.
Alkaqol qara ciyər xəstəliklərində tamamilə əks göstərişdir.
Təkrarlanan hipoqlikemiyada mütləq həkimə müraciət olunmalıdır.
Ola bilər ki, müalicə sxemasına- şəkər salıcı dərmanlara və onların dozalarına yenidən baxılsın.
İnsulinin dozalarının müstəqil dəyişdirilməsi prinsipləri insulinterapiya fəsilində izah olunmuşdur.
DİABETİN AĞIRLAŞMALARI
ŞƏKƏRLİ DİABETİN AĞIRLAŞMALARI HANSI ORQANLARDA İNKİŞAF EDİR ?
Şəkərli diabetə qarşı etinasız olduqda, şəkərin qanda səviyyəsinə nəzarət normal olmadıqda xoşagəlməz nəticələr meydana çıxa bilər: qanda şəkərin miqdarının yüksəlməsi get-gedə artır və çox tez proqressivləşən və diabet üçün xas olan göz, böyrək və ayaqlarda ağırlaşmalara səbəb olur. Diabetin “məkri” bundadır ki, ağırlaşmalar xəstəlikdən 10-15 il sonra meydana gəlir, nəzərə çarpmayaçaq dərəcədə inkişaf edir və xəstənin əhval-ruhiyyəsinə demək olar ki təsir etmir. Lakin meydana gəlmiş ağırlaşmalarla mübarizə aparmaq o qədər də asan deyil. Bu səbəbdən də qanda şəkərin miqdarına xəstəliyin əvvəlindən nəzarət etməlisiniz. Əgər hər hansı bir ilkin ağırlaşma əlamətləri aşkar olunubsa, nəzarətin yaxşılaşdırılması onun inkişafının qarşısını ala bilər.
Göz və böyrəklərdə xırda damarlar zədələnir ki, bunlar da mikroangiopatiyalar adlanır. Xırda damarların daxili səthi daim damarda axan qanla sıx təmasda olurlar və bu səbəbdən də qanda şəkərin qalxmasına daha həssasdırlar. Bunların təsiri nəticəsində damar divarlarında geri dönməz proseslər gedir ki, bu da sonda damarın mənfəzinin daralmasına və bütün orqanın qidalanmasının pozulmasına səbəb olur. Yuxarıda deyilənlər öz növbəsində orqanların işinin pozulması ilə nəticələnir.
GÖZLƏRİN ZƏDƏLƏNMƏSİ. DİABETİK RETİNOPATİYA.
Qanda yüksək şəkər fonunda gözün torlu qişası zədələnir. Torlu qişa göz almasını daxildən örtür (şəkilə bax). Torlu qişanın əsasını xırda qan damarları və görməni təmin edən sinir ucları təşkil edir. Şəkərli diabetin ilk ağırlşmalarından biri də torlu qişanın damarlarının zədələnməsi, başqa sözlə diabetik retinopatiyadır (bu söz - retina latın dilindən götürülüb tor deməkdir).
Tez-tez təsadüf edilən bir sözə -“göz dibi”-nin nə olduğuna aydınlıq gətirək. Həkim-okulist tərəfindən xüsusi gözün daxilinə baxdıqda görünən göz dibidir.
Diabetik retinopatiya
Beləliklə, diabetik retinopatiyanın əsas səbəbi diabetin uzun müddətli dekompensasiyasıdır. Diabetik retinopatiya zamanı torlu qişanın qan damarları daha zəif, keçirici, elastikliyini itirmiş olur,
mikroanevrizmaların inkişafına səbəb olub, damarların genəlməsi və qanaxma ilə xarakterizə olunur. Diabetik retinopatiya tədricən inkişaf edir və kifayət qədər inkişaf etdikdə belə xəstə tərəfindən hiss edilməyə bilər. Bu o deməkdir ki, əgər xəstə görmənin zəifləməsindən şikayət etmirsə, retinopatiyanın inkişaf etmədiyi anlamına gəlmir ! Prosess inkişaf etdikcə yeni damarlar əmələ gəlir, daha sonralar həmin damarlar da zədələnir və massiv qanaxma müşahidə olunur ki, bu da proliferativ retinopatiya adlanır.
Diabet mənşəli göz dibinin patologiyasını yanlız göz həkimi (okulist və ya oftalmoloq) bəbəkləri genəltməklə göz dibinə baxmaqla təyin edə bilər. Bəbəkləri genişləndirmək üçün
həkim xüsusi damcı formalı vasitədən istifadə edir ki, bundan sonra görmə bir qədər qeyri-dəqiq ola bilər. Bu prosedura çox vacibdir, belə ki, bəzən diabetik retinopatiya torlu qişanın periferik hissələrində olur ki, bəbəkləri genişləndirmədən mümkün olan yalnız torlu qişanın mərkəzi hissəsinin görünüşüdür ki, bu da xəstəliyin olması haqqında səhv məlumat verə bilər. Göz dibinə baxılması xüsusi avadanlığın köməyi ilə həyata keçirilir.
Adətən okulistin qəbulu zamanı eynək seçimi edilir. Qeyd etmək lazımdır ki, retinopatiya zamanı gözmənin zəifləməsini eynəklə müalicə etmək mümkün deyil. Hətta geri dönə bilən prosess olduqda belə onu eynəklərlə həyata keçirmək mümkün deyil.
Şəkərli diabetdən əziyyət çəkən hər xəstə ən azı ildə bir dəfə okulistin qbulunda olmalıdır. 2-ci tip diabet zamanı göz dibinin müayinəsi diaqnoz qoyulan kimi aparılmalıdır. Çünki bu tip diabetdə xəstəliyin nə vaxt başladığını təyin etmək çox çətindir və ola bilsin ki, xəstə heç özü də bilmədən uzun müddətdir yüksək şəkərlə yaşayır. Gizli gedən bu dövrdə torlu qişanın zədələnməsi inkişaf edə bilər.
Retinopatiya olduqda həkimə vizitlərin tezliyini artırmaq lazımdır ki (bu tezliyi həkim özü təyin edir), lazım olan müddətdə müalicəyə başlaya bilsin. Görmənin qəflətən zəifləməsi zamanı təcili həkimə getmək məcburiyyəti yaranır.
DİABETİK RETİNOPATİYANIN PROFİLAKTİKA VƏ MÜALİCƏSİ.
Şəkərli diabetin digər ağırlaşmaları kimi retinopatiyanın profilaktika və müalicəsinin əsasını karbohidrat mübadiləsinin normallaşdırılması, yəni, qanda şəkərin miqüdarının normada və normaya yaxın həddə saxlanılmasıdır. Bu zaman yuxarıda qeyd etdiyimiz kimi okulistə vaxtında müraciət etmək lazımdır.
Qeyd etmək lazımdır ki, göz dibində damarların vəziyyətinə bir neçə yan təsrilər, məsələn: arterial təzyiqin yüksəlməsi, qanda xolesterinin yüksək olması, siqaret çəkmə və s. təsirsiz ötmür. Görmənin saxlanılması üçün adı çəkilən göstəricilərin nəzarətdə saxlanılması və normanı aşmamasına nəzrətin yüksəldilməsi vacib şərtdir.
Qanda xolesterinin səviyyəsi 5.2 mmol/l-dən çox olmalı deyil (son mənbəələrə görə 4.8 mmol/l-dən aşağı), arterial təzyiqin göstəriciləri haqqında böyrəklərin zədələnməsi bölməsində ətraflı məlumatlar qeyd olunub.
Təsdiq olunmamış, elmi əsası olmayan müalicə üsulları ilə, tez-tez reklam olunan, hər hansı bir “sehirli” bitkilər və s. inanmaq olmaz. Diabetik retinopatiyanın effektsiz müalicə və profilaktikasına angioprotektor adlanan dərman vasitələrin istifadəsi də aid edilə bilər (trental, doksium və s.).
Diabetik retinopatiyanın bütün dünyada ən müasir müalicəsi sırasına torlu qişanın lazer fotokoaqulyasiyasıdır. Vaxtında və düzgün aparılmış lazer koaqulyasiyası hətta diabetik retinopatiyanın gecikmiş mərhələlərində də effekt verir. Hər halda diabetik retinopatiyanın əvvəlki mərhələlərində bu metod əvəzedilməzdir. Lazerli fotokoaqulyasiya haqqında xəstələrə çox vaxt düzgün məlumat olmur. Çox vaxt xəstələr bu üsulu ağır cərrahi əməliyyat sayır, hər hansı tanışının tanışında bu əməliyyatdan sonra pisləşmə olduğunu söyləyir. Düzgün olmayan məlumat bəzən xəstəni lazer fotokoaqulyasiyadan çəkindirə bilər və xəstə belə effektiv metoddan uzaqlaşıb hər hansə tanımadığı “sehrli” vasitəyə ümid bəsləyə bilər.
Lazer fotokoaqulyasiyası ambulator prosedura olub, bir və ya bir neçə seansa aparılıb, tam təhlükəsizdir. Lazer fotokoaqulaysinın əsas təsiri və ya məqsədi lazer şüaları ilə torlu qişadakı dəyişikliklərin sonrakı proqressivləşməsinin qarşısını almaqdır.
Qeyd etmək lazımdır ki, diabetik retinopatiyanın bu üsulla müalicəsi yalnız prosesin dayanmasına, inkişaf etməməsinə xidmət edir, lakin görmənin aşkar zəifləməsi və ya tam itirilməsinin heç bir müalicə metodunun olmamasını bilmək vacibdir. Bu səbəbdən də diabetik retinopatiyanın ilk əlamətləri zamanı bu müalicə metodundan istifadə edilməsi yeganə müalicə metodudur.
Lazerli fotokoaqulyasiyanın dayanıqlı effektini əldə etməyin əsas şərti əlbətdəki, diabetin effektli kompensasiyasıdır, belə ki, əgər diabetin kompensasiyası olmayacağı halda retinopatiyanın proqressivləşməsi davam edəcəkdir.
Şüşəyəbənzər cismə qansızma (qansızma görməni təmin edən işığın qarşısını ala və torlu qişanın təbəqələşməsinə səbəb ola bilər) ilə müşahidə olunan ağır proliferasiya edən diabetik retinopatiyanın yeganə müalicəsi cərrəhi müdaxilədir. Belə hallarda vitroektamiya əməliyyatı - şüşəyəbənzər cismin çıxarəlması əməliyyatı həyata keçirilir.
KATARAKTA
Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə torlu qişa zədələndiyindən billurun bulanması baş verir ki, bu da katarakta adlanır. Bu xəstəlik diabetdən əziyyət çəkən şəxslərdə, xüsusən də yaşlı şəxslərdə daha çox təsadüf edilir. Billurun bulanması özünü kəskin şəkildə göstərirsə, işıq şüalarının torlu qişaya keçməsi zəifləyir, görmə məhdudlaşır və hətta tam korluğa da gətirib çıxara bilər. Kataraktanın müalicəsi müasir dövrümüzdə inkişaf edib, daha radikal metoda - bulanıq billurun tam götürülməsinə kimi həyata keçirilə bilir. Adətən belə əməliyyatlardan sonra yaxşılaşma baş verir, lakin görməni korreksiya etmək məqsədi ilə eynəklərdən və ya çıxardılmış billurun yenisi ilə əvəz edilməsindən də istifadə edilir.
Şəkərli diabetdən əziyyət çəkən hər bir xəstə bilməlidir ki, istənilən əməliyyat, hətta billurun çıxardılması əməliyyatı da qanda şəkərin yaxşı kompensasiya edildiyi halda müsbət nəticə verə bilər.
Bu şərt həm cərrahlar, həm də oftalmoloqlara aid edilə bilər.
BÖYRƏKLƏRİN ZƏDƏLƏNMƏSİ. DİABETİK NEFROPATİYA.
Diabetin uzun müddət dekompensasiyası fonunda böyrəklərin əsasını təşkil edən yumaqcıqların (böyrək çox sayda yumaqcıqların cəmindən ibarətdir) xırda damarlarında zədələnmələr baş verir. Böyrək yumaqcıqlarının damarları böyrəyin əsas funksiyasını - orqanizmdə filtir rolunu oynamaq funksiyasını həyata keçirir. Lazımsız maddələr qandan sidik vasitəsi ilə xaric olur, lazımi maddələr isə qanda saxlanılır.
DİABETİK NEFROPATİYA
Qanda şəkərin miqdarı yüksək olduqda, böyrək yumaqcıq damarlarında dəyişiklik baş verir və böyrəyin normal filtrasiya funksiyası pozuımuş olur. Bu zaman normal halda qandan sidiyə keçməyən zülallar böyrək vasitəsi ilə qandan sidiyə keçir.
Şəkərli diabetin ağırlaşmalarından biri böyrək damarlarının zədələnməsidir ki, bu da diabetik nefropatiya adlanır. Diabetik nefropatiyanın ilk mərhələlərində heç bir narahatlılıq hiss edilməyə bilər.
Bu səbəbdən də şəkərli diabetdən əziyyət çəkən hər bir şəxs, ən azı ildə bir dəfə sidikdə zülalların miqdarını (proteinuriya) təyin etməlidir.
Bu çox sadə analiz forması olub demək olar ki, istənilən poliklinikada həyətə keçirilir.
Qeyd etmək lazımdır ki, diabetik nefropatiyanın ilkin mərhələlərəində təyin edilməsi müalicə və profilaktika məqsədi ilə çox vacibdir. Bu vəziyyət sizə sidikdə mikroalbuminuriyanın (sidikdə albumin zülalının mikro həcmi) təyin olunmasına imkan verir. Gündəlik sidik yığılır: normada sutka ərzində sidikdə 30 mq-a qədər zülal ola bilər ki, mikroproteinuriyalarda 30-300 mq, proteinuriyada isə 300 mq-dan çox zülal müşahidə edilir. Belə hal böyrəklərdə iltihabi xəstəliklərin, məsələn pielonefritin əmələ gəılməsi ilə nəticələnə bilər. Belə olduqda sidikdə daha başqa dəyişikliklər də meydana gələr.
Diabetik nefropatiyanın əmələ gəlməsinə səbəblərdən biri də arterial təzyiqin yüksəlməsi (AT), yəni arterial hipertoniyadır. Arteria təzyiqin qalxmasının əsas təhlükəsi ondadır ki, bu böyrəyə ciddi zərər vurur və özlüyündə qüsurlu dairə yaradır: qanda şəkərin yüksəlməsi böyrəklərin zədələnməsinə - arterial təzyiqin yüksəlməsinə - bu da böyrəklərin yenidən zədələnməsinə - arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır.
Bu səbəbdən də arterial təzyiqin qalxma dərəcəsi əmələ gətirən səbəbdən aslı olur. Arterial təzyiqin yuxarı normal sərhəddi yuxarı göstərici üçün (sistolik arterial təzyiq) 135 m.m.c.süt., aşağı göstərici üçün (diastolik arterial təzyiq) 85 m.m.c.süt., sidikdə zülal aşkar olunduqda isə 130/80 m.m.c.süt. hesab oluur. Əgər bu göstəricilərdən heç olmasa biri normadan artıq olarsa, mütləq müalicə olunmaq lazımdır.
Diabetik retinopatiyada olduğu kimi, diabetik nefropatiyanın müalicə və profilaktikasında əsas amil şəkərli diabetin kompensasiyası, yəni qanda şəkərin miqdarının normaya yaxın həddə saxlanılmasıdır.
Əgər qan təzyiqinin yüksəlməsi müşahidə olmursa, deməli həkim tərəfindən aparılan müalicə düzgündür. Hal-hazırda arterial təzyiqin müalicəsi zamanı istifadə olunan dərmanların və dərman kombinasiyalarının sayı çox olduğundan xəstəyə daha effektiv olanı təyin etmək lazımdır. Xəstələr mütləq bilməlidirlər ki, bu tip dərmanlar təkcə arterial təzyiq qalxdığı zaman aşağı salmaq məqsədi ilə deyil, mütımadi olaraq istifadə edilməlidir! Bu zaman nəzərə alsaq ki, xəstə nəzarət məqsədi ilə ev şəraitində arterial təzyiqini ölçməlidir, onda mütləq evdə təzyiq ölçən aparatın olması və ölçməyi bacarması vacibdir.
Son zamanlar mikroalbuminuriya zamanı, hətta arterial təzyiq yüksək olmadıqda belə böyrəyin sonrakı fəsadlarının qarşısını almaq məqsədi ilə istifadə olunan və təzyiqi aşağı salan preparatlar (angiotenzinə çevirici fermentin ingibitoru adlanır-AÇF ingibatoru ) təyin edilir.
Əgər xəstədə diabetik nefropatiya daha agır mərhələlərdədirsə, həkim mütləq xüsusi zülalsız (dietanın əsasını heyvani mənşəli qidaların azaldılması ) dieta təyin etməlidir.
Böyrək çatışmazlığı inkişaf edərsə (bunun göstəricisi qanın biokimyəvi analizində kreatinin göstəricisinin yüksək olmasıdır) hemodializ və ya böyrək dəyişməsi həyata keçirilir.
AYAQLARIN ZƏDƏLƏNMƏSİ.
Nəyə görə diabet zamanı ən zəif orqan məhz ayaqlar hesab olunur? Məsələ bundadır ki, ayaqlar bir çox xarici fakrtorlara məruz qalır: gəzinti, bədən çəkisi, ayaqqabı və s. Şəkərli diabet zamanı bu faktorlara sinirlərin və damarların zədələnməsi, yaraların sağalmasının zəifləməsi də əlavə olunur.
2-ci tip şəkərli diabetdən əziyyət çəkən şəxslərdə sinir ucluqları zədələnir ki, bu da qanda şəkərin yüksək olması ilə əlaqədar diabetik polineyropatiya adlanır. Daha yaşlı xəstələrdə isə iri kalibrli damarlar zədələnir ki, bu da ateroskrelozun əmələ gəlməsi ilə xarakterizə olunur və adətən qanda xolesterinin səviyyəsi yüksək olur. Qeyd edək ki, qanda şəkərin miqdarının yüksək olması ateroskrelotik proseslərin ağırlıq dərəcəsini bir qədər də ağırlaşdırır.
Diabetik neyropatiyanın meydana çıxması ayaqlarda müxtəlif dərəcəli ağrıların, ayaqlarda yandırıcı ağrılar, ayaqlarda “qarışqa gəzintisi” hissi, sancı, keyləşmənin meydana çıxması ilə nəticələnir. Bu sindrom çox üzücü olmaqla yanaşı xəstə üçün nəzərə çarpacaq olmaması ilə də təhlükəli sayılır. Neyropatiya üçün ayaqlarda hissiyatın zəifləməsi xarakterikdir: aşağı və yuxarı temperaturun ayaqlarda hiss olunmaması, ağrı (məsələn kəskin kənarlı əşyalarla), vibrasiya və s. Bu özündə ciddi təhlükə gizlədir, belə ki, risk ehtimalını artırır və xırda travmalar hiss olunmaz olur, məsələn: ayaqqabıya yad cismin düşməsi, uyğun olmayan ayaqqabı, dırnaqların və ya döyənəklərin işlənməsi və s.
Ayaqlarda hissiyatın zəifləməsi, diabetik fonda pəncələrin deformasiya olması ayaq üstə yeriyərkən bədən çəkisinin ayaqlara təzyiqinin qeyri- düzgün paylaşması ilə nəticələnir. Bu ayaq pəncələrində toxumaların travma almasına, daha çox yükələnən hissələrdə döyənəklərin və xoraların əmələ gəlməsinə səbəb olur. Bu zaman diabetik pəncə sindromu adlanan hal meydana çıxır. Travmaya məruz qalan hissələr zaman keçdikcə iltihablaşır və infeksiyalaşır. Ayaqlarda hissiyatın zəifləməsi fonunda iltihabi proses ağrısız inkişaf edir, hansı ki, xəstə üçün daha təhlükəlidir. Öz-özünə sağalma demək olar ki, baş vermir, əgər diabetin kompensasiyası qənaətbəxş deyilsə, ağır hallarda proses proqressivləşir və irinli iltihabın - fleqmonanın meydana gəlməsinə səbəb olur. Ən pis variyantda isə proses bir qədər də ağırlaşaraq toxumaların ölməsinə - qanqrenaya səbəb ola bilər.
İri arteriyaların zədələnməsi və qan dövranının pozulması nəzərəçarpaçaq mərhələlərdə gəzərkən ayaqlarda ağrıların meydana gəlməsi ilə xarakterizə olunur. Bu ağrılar hətta davamlı olmayan gəzintilər zamanı baldırda baş verir və xəstə dayanıb bir qədər durmağa, ağrı keçənə qədər gözləməyə məcbur olur və yenidən gəzməyə davam edir. Bu vəziyyət “növbələşən axsaqlıq” adlanır. Belə hallarda bəzən soyuğa davamlı olmayan pəncə sindromu meydana çıxır.
AYAQLARIN ZƏDƏLƏNMƏSİNİN PROFİLAKTİKA VƏ MÜALİCƏSİ.
Nəzərə alsaq ki, diabet zamanı belə böyük təhlükələr meydana
çıxır, xəstələrin yuxarıda göstərilən ağırlaşmaların profilaktikasını bilmələri vacibdir. Bu mənada əsas profilaktik amil diabetin düzgün kompensasiyasıdır ki, bunu heç nə, hətta dərman vasitələri də əvəz etmir ! Bunlardan əlavə siqaret çəkməkdən imtina etmək, arterial təzyiqin və qanda xolesterinin səviyyələrinə nəzarət etmək, fiziki fəaliyyətlə məşğul olmaq da vacib şərtdir.
Yaxşı olar ki, ən azı ildə bir dəfə həkimin qəbulunda olub, pəncələrdə hissiyatın və arterial pulsasiyanın olması yoxlatdırılsın və bu son zamanlar geniş yayılmış “Diabetik pəncə” adlanan kabinetlərdə həyata keçirilmiş olsun.
Bütün sadaladıqlarımızdan əlavə hər bir xəstə ayaqların zədələnmə riskini azalda bilən kompleks profilktik tədbirləri yaxşı öyrənməlidir. Profilaktik tərbirlər “qadağan olunmuş” və “icazə verilən” olmaqla iki hissəyə bölünür ki, bunlar haqqında da aşağıda məlumat verəcəyik.
AYAQLARA DÜZGÜN QULLUQ
DİABETDƏ NƏYİ ETMƏK OLMAZ!
1. Ən əvvəl yadda saxlayın ki, kəskin iti əşyalarldan ayaqlara qulluğu üçün: bıçaq, qayçı, döyənək qayçısı, ülküc və s. istifadə etmək qəti olmaz. Bu cür əşyalardan istifadə, ayaqların hissiyatının itməsi və görmənin zəifləməsi fonunda ayaqlarda travmaların meydana gəlməsinə şərait yaradan əsas faktordur. Yadda saxlayın ki, əgər dırnaq və ya dırnaq kənarlarını dərin kəsirsinizsə, bu dırnaq yatağının zədələnməsinə, bu da iltihabi prosesə, uzun müddətli müalicəyə və hətta cərrahi müdaxiləyə də gətirə bilər. Bilməlisiniz ki, dırnaqların ətin içinə girməsinin bir səbəbi də ayaqqabının dar uclu olması ilə əlaqədardır.
2. Əgər ayaqlarınız üşüyürsə, onu isidici və ya elektrik qızdırıcı ilə isitmək olmaz, belə ki, bu zaman ayaqların temperatur hissinin də pozulması ayaqlarda asanlıqla yanıqların əmələ gəlməsinə şərait yarada bilər.
3. Yuxarıda qeyd etdiyimiz səbəbdən xəstələrə isti vanna qəbul etmək məsləhət deyil. Vannanın temperaturu 40 °С çox olmamalıdır (yaxşı olar ki, suyun hərarətini suda temperaturu ölçmək üçün xüsusi termometrlə ölçün). Bunlardan əlavə, ayaq vannaları uzun müddətli olmalı deyil - bu ayaq dərisini yumşaldır və onu daha zəif edir.
4. Ayaqyalın gəzmək məsləhət deyil, belə ki, bu zaman travma almaq ehtimalı və eyni zamanda travma olmuş hissənin infeksiyalaşması riski yüksək olur. Dəniz qırağında qumda gəzərkən və ya dənizdə çimərkən xüsusi geyimlərdən istifadə edin. Bunlardan əlavə gün yanıqlarından da qorunmağı yaddan çıxarmayın.
5. Ayağınıza uyğun olmayan ayaqqabı və ya dikdaban ayaq geyimlərindən istifadə etməyin. Dikdaban ayaq geyimləri pəncədə qan dövranını pozur və pəncənin yuxarı hissəsində təzyiqin yüksəlməsi ilə nəticələnir. Təzə ayaqqabı aldığınız zaman xüsusi ilə ehtiyatlı olun: gün ərzində 1 saatdan artıq geyinməyin və ayaqqabının ölçüsünün böyüdülməsi üçün müxtəlif vasitələrdən, məsələn yaş corablardan istifadə etməyin. Yeni ayaqqabı əlavə travma yaradır ki, bu da pəncənin və barmaqların qorunmaması deməkdir. Səndəl və ya kəmərli barmaq arası açıq tuflilər zəif dərini zədələyə bilər.
6. Əgər ayaqlarınızda döyənək meydana çıxıbsa, onu maye formalı vasitələrlə, plastrla, ayaq dərisini qıcıqlandıran dərman vasitələri ilə məhv etməyə çalışmayın. Döyənək bir qayda olaraq qeyri-münasib ayaqqabının pəncənin müvafiq nahiyyələrinə təzyiqi nəticəsində yaranır.
7. Corabların rezininə xüsusi diqqət ayırmaq lazımdır. Əgər onlar çox sıxdırlarsa, baldırın aşağı hissəsində dəridə sıxılma izi saxlayırsa, deməli həm də qan dövranını pozur.
DİABET ZAMANI AYAQLARA BELƏ QULLUQ ETMƏK LAZIMDIR.
1. Dırnaqlara qulluq yalnız xüsusi bıçqı(pilka) ilə aparılmalıdır. Bu, mümkün ola biləcək travmanın qarşısını almaqla yanaşı, həm də dırnaqların horizontal hissəsinin düzğün formalaşmasına və kənarların iti olmamasına xidmət edir.
2. Döyənəkləri və ölmüş toxumaları məhv etmək üçün ən münasib vasitə pemza adlanır. Bu məqsədlə apteklərdən pemza alıb ayaqlara qulluq edə bilərsiniz. Bu vasitədən ayaqlarınızı yuyarkən istifadə edin və yadda saxlayın ki, ayaqlardakı bir neçə problemi bir dəfəyə həll etmək olmur, sadəcə bu vasitədən mütəmadi istifadə edin.
3. Hər gün ayaqları yumaq lazımdır. Yuduqdan sonra pəncədə bütün dərini qurutmaq lazımdır. Sonra xüsusi yumşaldıcı krem (bu demək olar ki, bütün xəstələrə lazımdır ki, dəri həddən artıq qurumasın) istifadə edə bilərsiniz, lakin barmaqların arasına çəkmək məsləhət deyil.
4. Əgər ayaqlarınız üşüyürsə onu isti, qalın və rezini sıx olmayan corab geyinməklə qızdırın. Diqqətli olun ki, corab ayaqqabıda qatlanmış vəziyyətdə olmasın.
5. Ayaqqabını geyməzdən əvvəl onun içərisinə diqqətlə baxmaq lazımdır ki, yad cismin düşüb-düşməməsi, dilinin qatlanmaması, daban mismarının olmamasını dəqiqləşdirəsiniz. Bir daha təkrarlayırıq ki, bütün bunlar ayaqların hissiyyatının zəifləməsi fonunda hiss olunmaya bilər.
6. Diabetdən əziyyət çəkən xəstə gündəlik olaraq pəncələrini vizual müayinədən keçirməlidir. Yaşlı şəxslər və artıq çəkidən əziyyət çəkən şəxslərə bu hərəkət bir qədər çətin olsa da mütləqdir. Belə şəxslərə güzgüdən istifadə etmək və ya yaxınlarının kömək etmələri lazımdır. Gündəlik vizual baxış xəstələrdə ilkin əmələ gəlmiş çapıq, yara, sızıntıları aşkar etməyə imkan verir.
PƏNCƏLƏRİN ZƏDƏLƏNMƏSİ ZAMANI İLK YARDIM.
Hətta kiçik zədələnmə müşahidə olsa belə, mütləq həkimə göstərilməlidir. Lakin ilk yardımı əlbətdə ki, xəstə özünə gəstərməlidir. Bu məqsədlə çat və ya yara müşahidə edildikdə onu dezinfeksiya edici məhlullarla təmizləmək lazımdır. Dezinfeksiya edici maddə kimi 1 % dioksid, 0.01 % miramistin məhlulu və ya 0.02 % furasillin istifadə etmək olar. Yuyulmuş yaranı bakteriosit sarğı və ya plastrla bağlayın. Adi leykoplastrdan istifadə etmək qəti qadağandır ! Yuxarıda göstərilən vasitələr sizin dərman qutunuzda və yola çıxarkən üstünüzdə olmalıdır.
Tərkibindı spirt olan məhlullardan (yodun spirtdə məhlulu, briliyyant yaşılı), konsentrasiya olunmamış, tünd kalsum permanqanat (marqans) istifadə etmək olmaz. Bu vasitələr dərini yandıra və qızarda bilər ki, bu da iltihabın baş verməsini gözlə görməyə imkan verməyə bilər. Bunlardan əlavə yağlı sarğılardan da (yağ əsaslı mazlar) istifadə etmək olmaz ki, yara nahiyyəsində bakteriyalar üçün qidalı mühit yarada bilər. Yaraları insulinlə işləmək heç bir yara sağaldıcı effekt vermir.
Əgər yara nahiyyəsində iltihab əlamətləri (qızartı, hərarət, irinli möhtəviyyat) aşkar olunarsa, təcili həkimə müraciət etmək lazımdır. Ən optimal variant “Diabetik pəncə” kabinetinə müraciət etmənizdir. Ola bilər ki, sizə yaranın ilkin cərrahi işlənməsi, antibiotik təyin etmək lazım olsun. Həkim sizə yataq rejimi təyin edə bilər ki, bu zaman da yerimə zamanı əl ağacından istifadə edilməsinə ehtiyac ola bilər.
Diabet və ürək-damar xəstəlikləri
Statistika göstərir ki, diabet tez-tez ateroskleroz, ürəyin işemik xəstəliyi (ÜİX) və hipertoniya xəstəli kimi ürək-damar sistemi xəstəlikləri ilə müşayiət olunur. Bu xüsusilə də artıq çəkisi olan 2-ci tip diabet xəstələrinə aiddir.
ÜİX-nin vaxtından əvvəl inkişaf riski diabetli xəstələrdə ümumi əhaliyə nisbətən iki-üç dəfə daha yüksəkdir. Təəssüf ki, adətən ÜİX-nə kişilərə nisbətən daha az meylli olan
qadınlar, diabet zamanı bu "davamlığı" itirirlər.
ÜİX-nin ən çox yayılmış formaları miokard infarktı və stenokardiyadır.
ÜİX yaranması, əsas ürək damarlarının
aterosklerotik zədələnməsi nəticəsində olur ki,
bunu da formalaşdıran əsas amil yağ (lipid) mübadiləsinin pozulması- dislipidemiyadır.
Onun ən yaxşı tanınmış və təyin olunması rahat olan təzahürləri qanda xolesterin səviyyəsinin yüksəlməsidir; həmçinin digər mühüm, lakin daha az məlum olan triqliseridlər və xolesterin fraksiyalarıdır.
Aterosklerozun digər təzahürləri, əqli fəaliyyətin,
yaddaşın pozulmasına gətirib çıxaran beyin damarlarının zədələnməsi və o cümlədən yuxarıda qeyd etdiyimiz ayaqların qan təchizatının pozulmasıdır.
Hipertoniya da (yüksək qan təzyiqi) adətən
diabetin yol yoldaşıdır. Məhz normallaşmayan, daimi yüksək təzyiq fonunda çox qorxulu fəsad olan beyin qan dövranının pozulması-insult əmələ gələ bilər ki, bu da çox vaxt ölümə və ya iflıcə səbəb olur. Hipertoniya böyrək və göz dibi damarlarına pis təsir edir və biz bilməliyik ki, bütün vasitələr onları qorumaq bizim üçün nə qədər vacibdir.
Ürək-damar xəstəliklərinin qarşısının alınması və müalicəsi
Hipertoniya və dislipidemiya mütləq müalicə olunmalı və nəzarətdə saxlanılmalıdır. Hər bir
diabetli xəstə ildə bir dəfədən az olmayaraq lipid profilini və qan təzyiqini yoxlatmalıdır. Belə bir
nəzarət tezliyi yalnız bu göstəricilər normal səviyyədədirsə kifayət edər, yəni əgər:
•ümumi xolesterinin səviyyəsi 5.2 mmol / l aşağı
(sonuncu məlumatlara görə 4.8 mmol /l aşağı!)
•yuxarı (sistolik) qan təzyiqi səviyyəsi 140 mm. c. s. aşağı
•aşağı (diastolik) qan təzyiqi səviyyəsi 85 mm. c. s. aşağı
Əgər bu göstəricilərin səviyyəsi normadan yuxarıdırsa, onda daha tez-tez nəzarət və əlbəttə ki, müalicə tələb olunur. Bir qayda olaraq, həm hipertoniya, həm də dislipidemiyanı müalicə etmək üçün dərman təyin olunur. Lakin bu xəstəliklərə təsir edən ən güclü bir vasitə də pəhrizdir. Bu pozulmalar güclü olmadıqda pəhriz yeganə müalicə metodu kimi istifadə edilə bilər (pəhriz haqqında fəsilə bax) və müvafiq dərmanlar istifadə edildikdə isə müalicənin əsas fonu olmalıdır.
Bir daha təkrar etmək vacibdir ki, qan təzyiqi və xolesterin səviyyələrinə artıq çəkinin azaldılması çox əhəmiyyətli müsbət təsir göstərir.
Əgər qan təzyiqinin öhdəsindən gəlmək mümkün olmadıqda həkim dərman yazırsa, bundan qorxmaq lazım deyildir. Hipertoniyanın müalicəsi üçün hal-hazırda müasir dərmanlar çoxdur və onların mənfi təsiri minimaldır, bir qayda olaraq uzun müddət (illərlə) qəbul edilə bilər. Hər bir xəstəyə qan təzyiqini normallaşdırmaq üçün effektiv müalicə tapmaq olar, başqa sözlə AT-in normallaşmasına nail olmaq olar. Dərmanın və ya çox vaxt tam əsaslı olaraq bir neçə dərman vasitələrinin kombinasiyasının fərdi seçilməsi prosesi müəyyən zaman çəkə bilər. Bu proses mütləq nəzarət tələb edir: qan təzyiqinin həm həkim, həm də xəstələr tərəfindən dəfələrlə təkrar ölçülməsi, bəzən hər hansı bir laborator müayinə, elektrokardioqramma (EKQ), və s. lazımdır.
Hipertoniyanın müalicəsi prosesində xəstənin özünün iştirakı və başa düşməsi vacibdir. Bəzən xəstələr çox böyük səhv edərək təzyiq normallaşan zaman "kurs müalicəsinin" qurtardığını zənn edərək dərman qəbulunu kəsir, və ya dərmanı ara-sıra, özlərini pis hiss etdikdə qəbul edirlər.
Yeri gəlmişkən, yüksək qan təzyiqi zamanı mütləq baş ağrısı və ya hər hansl bir digər narahatlıq olmalıdır anlayışı səhfdir. Klinik müşahidələr göstərir ki, əksər xəstələr yüksək qan təzyiqi zamanı heç bir əziyyət, narahatçılıq hiss etmirlər. Yəni bu vəziyyətə qanda yüksək şəkər səviyyəsində olduğu kimi adət etmək olar və hər şeyin qaydasında olması kimi aldadıcı hiss yaranır.
Anlamaq lazımdır ki, hipertoniyanın müalicəsi üçün lazım olan dərmanları daimi qəbul etmək lazımdır, yəni AT yalnız yüksək olduqda deyil, həmçinin normallaşdıqda da qalxmaması üçün qəbul edilməlidir!
Bir halda ki, ev şəraitində qan təzyiqinə müstəqil nəzarət bütün xəstələr üçün çox faydalıdır, onda hipertoniyalı bütün xəstələrin evində qan təzyiqini ölçmək üçün cihazın olması və ondan istifadə edə bilməsi çox arzu ediləndir. Başlanğıca
AĞIRLAŞMALARIN QARŞISINI ALMAQ MÜMKÜNDÜR.
Bu bölmənin nəticəsi kimi deyə bilərik ki, diabetin ağırlaşmalarının qarşısını almaq mümkündür. Əgər ağırlaşmalar dərindirsə intensiv müalicə nəticəsində prosesin proqressivləşməsinin qarşısını almaq mümkündür. Bunun üçün ən əvvəl xəstənin vəziyyətini tam müayinə etmək lazımdır. Yenə də təkrar edirik, qanda şəkərin miqdarından əlavə hansı göstəricilərə mütəmadi nəzarət edilməli, hansı mütəxəsislərə müraciət etmək lazımdır.
1. Qlükozalaşmış hemoqloblin (HbA1c) 3 ayda bir dəfə.
2. Qanda xolesterinin miqdarı (diğər lipid mübadiləsi göstəriciləri də analiz etmək yaxşı olar), qanda kreatinin ildə bir dəfədən az olmayaraq.
3. Arterial təzyiq hər dəfə həkimə müraciət etdikdə və ya ev şəraitində sərbəst şəkildə.
4. Sidikdə zülal (mikroalbuminuriya) ildə bir dəfədən az olmayaraq.
5. Okulistin baxışı ildə bir dəfədən az olmayaraq.
6. Ayaqlara həkim baxışı
Əgər problem aşkar olunursa, daha tez-tez nəzarət və müalicə tələb olunursa, həkimə vizitin tezliyini atrırın.
,