Böyrəklər

Просмотров: 11377

 

 

Böyrəklər
Böyrəklər insan orqanizmində əsas assenizator və filtirdir; onlar sidiyə qanda və toxumalarda yığılan müxtəlif zərərli və artiq maddələri adsorbsiya edirlər. Beləki, qanda şəkər yüksək olduqda şəkər və yaranan keton cisimlər sidiyə keçirlər və orqanizmdən çıxırlar. Lakin, bu təbii müdafiə prosesləri bizi həç də bütün pis hadisələrdən qoruya bilmirlər, çünki böyrəklərin funksiyasının öz həddi var və artıq maddələr yüksək miqdarda olduqda böyrəklər bunlardan bizi azad edə bilmirlər.


Böyrəklərin toxumaları çoxlu miqdarda yumaqciqlar yaradan qan damarları ilə zəndindir məhz orada zərərli və artıq miqdarda olan maddələrin adsorbsiyası gedir, sidik kisəsinə keçir, oradan isə orqanizmdən çıxarılır. Diabetdə böyrəklərin zədələnmə mexanizmi belədir - şəkərin yüksək olması mikroanqiopatiyaya səbəb olur, qan damarlarının zədələnməsi isə filtrassiya funksyasının pozulması ilə nəticələnir. Böyrəyin zədəlnməsinin birinci əlaməti sidikdə zülalin yaranmasıdır, sonra böyrək çatışmamazliğının ən ağır halı - diabetik nefropatiya inkişaf edir. Bəzən o böyrəyin iltihabı ilə ağırlaşır.

Ən ağır situassiyada orqanizm müstəqil zərərli və artıq miqdarda olan maddələrdən xilas ola bilmir və orqanizmin zəhərlənməsi baş verir. Bu halda orqanizmin daxili boşluqlarına yığılan toksik maddələri təmizləmək üçün süni böyrək qurğusu-yetərincə mürəkkəb olan dializ üçün stasionar aparatdan istifadə etmək lazım gəlir. Bu əməliyatı günaşırı və ya iki gündən bir keçirmək lazimdir, lakin məsələnin çətinliyi ondadır ki, bu aparatlar və dializ üçün preparatlar Azərbaycanda çatışmır.

Nefropatiya diabetin ən arzu edilməz ağırlaşmasıdır və 3-5 il ərzində orqanizmin özünü daxili zəhərləməsi nəticəsində ölümə səbəb olur.

Böyrəklər: müalicə və profilaktika.
1) Müntəzəm olaraq (ən azı ildə 1 dəfə) böyrəklərin funksiyasını yoxlamaq. Müayinə üsulları: sidikdə zülalın analizi, Reberq testi.
2) Böyrək çatışmamazlğında AÇF inqibitorları və diuretiklər, qan təzyiqini tənzimləyən digər preparatlarla birgə istifadə olunur.