Diabetin ağırlaşmalarının müalicəsi.

Просмотров: 15342

 

Diabetin ağırlaşmalarının müalicəsi.

Diabet nisbi və ya mütləq insulin çatışmamazlığı nəticəsində əmələ gələn xroniki hiperqlikemiya və qlükozuriyanın klinik sindromu olub, maddələr mübadiləsinin pozulmasına, damarların zədələnməsinə (müxtəlif angiopatiyalar), neyropatiyalara və müxtəlif orqan, toxumalarda patoloji dəyişikliklərə gətirib çıxarır.
Diabetin yayılmasını dəqiq qiymətləndirmək mümkün deyildir, çünki hal hazırda diabetoloji qəydiyyat bir çox ölkələrdə yoxdur. Lakin şəkərli diabeti qeyri-infeksyon epidemiya hesab edirlər və hal-hazırda dünyada 150 milyon xəstə vardır. ABŞ-da hal-hazırda 16 milyon xəstə qeydiyyatdadır. Diabetli xəstələrin ümumi sayının 95% 2-ci tip diabet, yalnız 5% 1-ci tip diabetə aiddir.


1-ci tip şəkərli diabet.

1-ci tip ŞD xəstələrin müalicə prinsipi ekzogen insulin inyeksiyasından ibarətdir ki, onsuz hiperqlikemik, ketoasidotik koma inkişaf edir. 1-ci tip ŞD xəstələrinin müalicəsinin məqsədi onlarda normal qlikemiyaya nail olmaq, orqanizmin normal inkişafını və böyüməsini tə’min etməkdir ki, xüsusən ona görə ki, bu xəstələrin əsas kontingentini uşaqlar, yeniyetmələr və gənc insanlar təşkil edir. 1-ci tip ŞD təsdiq edilən kimi dərhal insulinterapiyaya başlamaq lazımdır və bu müalicə ömürlükdür. Vaxtında başlanmış və düzgün planlaşdırılmış insulinterapiyada 75-90% hallarda müvəqqəti remissiyaya, sonradan xəstəliyin gedişinin stabilləşməsinə nail olunur, ağırlaşmaların inkişafı uzun müddətə təxirə salınır.
1-ci tip şəkərli diabetli xəstlərdə insulinterapiyanın çoxsaylı inyeksiyalar rejiminin müxtəlif variyantları vardır, lakin onlardan ən çox qəbul olunanlar aşağıdakılardır:


1. Qısa təsirli insulin (Aktrapid, Xumulin, Insuman Rapid) əsas qida qəbullarından əvvəl və orta təsirli insulin (Monotard, Protafan, Xumulin NPX, Insuman Bazal və s.) səhər yəməyindən və yuxudan əvvəl.
2. Qısa təsirli insulin (Aktrapid, Xumulin, Insuman Rapid) əsas qida qəbulundan əvvəl və orta təsirli insulin (Monotard, Protafan, Xumulin NPX, Insuman Bazal və s.) yalnız yuxudan əvvəl.

Gündəlik qısa müddətli insulin dozası bu cür paylanır: 40% səhər yeməyindən əvvəl inyeksiya olunur, 30% nahar yeməyində əvvəl, 30% şam yeməyindən əvvəl inyeksiya olunur. Umümi gündəlik insulin dozası təxminən 0,61,0 vahiq/kq olub, qısa təsirli insulinin və orta təsirli insulinin nisbəti 25%-in 75%-dir. Ac qarına səhər qlikemiyaya nəzarət etməklə yuxudan əvvəl qəbul olunan orta tə’sirli insulinin dozası, nahar yeməyindən əvvəl tə’yin olunan qlikemiyanın səviyyəsi ilə isə səhər yeridilən orta tə’sirli insulinin dozası korreksiya olunur. Qısa təsirli insulinin dozası isə postprandial qlikemiyaya kontrolla korreksiya olunur. Uşaq və yeniyətmələrə 1-ci tip şəkərli diabet diaqnozu qoyulan andan yalnız insan insulini tə’yin olunmalıdır.

2-ci tip şəkərli diabet.


2-ci tip şəkərli diabetin müalicəsinə həsr olunmuş çoxsaylı nəşrlərə və məlumatlara baxmayaraq xəstələrin əksəriyyətində karbohidrat mübadiləsinin kompensassiyasına nail olmaq mümkün olmur, baxmayaraq ki onların ümumi vəziyyəti yaxşı olur. Bu aldadıcı hal olub bir neçə il davam edə bilər və axırda belə hal xəstənin əlilliyinə hətta ölümünə gətirib çıxara bilər. Diabetiklər özünə nəzarətin və qlikemiyanın təyininin əhəmiyyətini heç də həmişə dərk etmir və onu təsadüfən, çox vaxt isə bir qayda olaraq bol yeyib içməkdən sonra qlikemiyaya nəzarət edirlər. Nisbi, əhval-ruhiyyəyə əsaslanan salamatlıq bir çox ikinci tip şəkərli diabetli xəstələrdə medikamentoz terapiyanın başlanmasını təxirə salır. Bundan başqa səhər normoqlikemiyası belə xəstələrdə yüksək qlikogemoqlabinin olmasını istisna etmir. Məhz bu göstərici şəkərli diabetin kompensassiyasının obyektiv kriteriyasıdır.

2-ci tip şəkərli diabetli xəstələrə müalicə tə’yin edərkən pasiyentlərin həyat tərzini və qidalanma xarakterini, xəstəliyin gedişinin və ağırlığının dərəcəsini nəzərə almaq lazımdır. ŞD 2-ci tip xəstələrin terapiyasının müvəffəqiyyətinin rəhni - onların diabet məktəbində oxumasıdır. Həkim xəstələrlə tez-tez əlaqədə olmalı və onların xəstəliklə mübarizə təşəbüsünü kömək etməlidir. Lazımdır ki, xəstənin arıqlamasını əsaslandırasan, beləki, çəkinin hətta 5-10% aşağı düşməsi qanda qlikemiyanın, lipidlərin və arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Bəzi hallarda çəki normallaşdıqdan sonra xəstənin vəziyyəti o qədər yaxşılaşır ki, antidiabetik vasitələrə daha ehtiyac qalmır. 90% ikinci tip şəkərli diabetlərdə bu və ya digər dərəcədə çəkinin artıqlığı vardır. Ona görə də onların müalicəsində aşağı kaloriyli qidalanma və yaxşı hesablanmış fiziki fəaliyyətlə çəkinin aşağı salınması ən mühüm əhəmiyyət kəsb edir. Aşağı kalorili dieta balanslaşdırılmış və balanslaşdırılmamış ola bilər. Balanslaşdırılmış aşağı kalorili dietada qidanın ümumi kalorili onun keyfiyyət tərkibi dəyişmədən aşağı salınır. Balanslaşdırılmamış dietada yağların miqdarı az, karbohidratların isə miqdarı yüksək olur. Xəstələrin qida rasionunda yüksək tərkibli selüllozalı ərzaqlar olmalıdır (yarmalar, tərəvəzlər, meyvələr və köbud üyüdülmüş undan hazırlanmış çörək). Yağların qida ilə qəbulunu məhdudlaşdırmaq çətin olarsa onda orlistat qəbul etmək lazımdır. Orlistat qəbul olunan yağların 30% parçalanmasını və sorulmasının qarşısını alır və bəzi mənbələrə görə insulin rezistəntliyi azaldır. Dieta ilə monoterapiyadan nəticəni başlanğıc çəkinin yalnız 10% azalması ilə əldə etmək olar ki, beləki bu zaman insulin rezistenlik nəzərə çarpan dərəcədə azalır. Buna balanslaşdırilmış aşağı kalorili qidalanma ilə yanaşı artırılmış fiziki aktivliklə nail olmaq olar. Fiziki fəaliyyət əsas müalicə metodlarına əlavə olub bu xəstənin halına və imkanına uyğun yerinə yetirilməlidir. Xəstənin yaşı nə qədər ahıl olsa belə gündəlik fiziki hərəkətlər vacibdir. Bu zaman qlükozanın əzələlərlə mənimsənilməsi artır, pereferik toxumların insulinə həssaslığı yüksəlir, orqan və toxumaların qan təchizatı yaxşılaşır ki, buda pis kompensassiya olunmuş diabetlə yanaşı gedən hipoksiyanı, xüsusi ilə də yaşlı adamlarda aradan götürür. Yaşlı insanlarda, hipertoniklərdə, anamnezində miokard infarktı olan xəstələrdə fiziki hərəkətlərin həcmini həkim tə’yin etməlidir. Başqa təlimatlar yoxdursa 30 dəqiqəlik yerişlə (10 dəq. gündə 3 dəfə) 30 dəq. yerişlə kifayətlənmək olar. Diabetin dekompensassiyasında fiziki hərəkətlər az effektlidir. Böyük fiziki iş zamanı hipoqlikemiya halının inkişafı mümkün olduğu üçün bu zaman şəkər aşağı salıcı preparatların xüsusi ilə də insulinin dozası 20% azaldılmalıdır. Dieta və fiziki hərəkətlərlə normoqlikemiyaya nail olmaq mümkün olmursa, onda 2-ci tip şəkərli diabetlərdə medikamentoz müalicə başlanmalıdır. 2-ci tip şəkərli diabetlərin 60% peroral şəkəri aşağı salan preparatlarla müalicə olunur. Artıq 40 ildən çoxdur ki, 2-ci tip şəkərli diabetdə şəkəri aşağı salan peroral preparatlar sulfanil sidik turşusu preparatlarıdır. Sulfanil sidik turşusunun əsas tə’sir mexanizmi orqanizmin öz insulinin sekressiyasının stimullaşdırmasıdır. Sulfanil sidik turşusu preparatlarından istəniləni daxilə qəbul edildikdən sonra mədəaltı vəzin b-hüceyrəsinin membranasındakı spesifik zülalla birləşir və insulin sekrəsiyasını stimulyassiya edir. Bundan əlavə bəzi sulfanil sidik turşusu preparatları b-hücəyrələrin qlükozaya həssaslığını bərpa edir (artırır).

Sulfanıl sıdık turşusu preparatları piy, əzələ, qara cıyər və dıgər toxumaların ınsulinin təsirinə həssaslığını artırır, skelet əzələlərinə qlükozanın çatdırılmasını gücləndirir, qara ciyərın bəzi fermentlərinin aktivliyini artırır, piylərin dağılmasının qarşısını alır, və saır.
Iınsulın sekressiyası funksiyasının yaxşı saxlanıldığı 2-cı tıp şəkərlı diabetlər üçün sulfanil sıdık turşusu preparatları ılə bıquanidlərın kombınassiyası daha effektiıdir. Hal-hazırda bıquanid preparatı olan metformınə maraq kəskın artmışdır. Bu həmin preparatın təsır mexanizminin xüsusıyyətlərı ılə əlaqədardır. Qeyd etmək lazımdır ki, metforminin əsas təsiri, onun toxumaların ınsulınə həssaslığını artırması, qara ciyərın qlükoza hasilinə mane olması, nətıcədə ac qarına qlikemıyanı endırməsı və mədə-bağırsaq traktında qlükozanın
sorulmasını ləngıtməsidir. Bundan başqa bu preparatın yağ mübadıləsınə, qanın laxtalanmasına və arterıal təzıqə müsbət əlavə təsir effektı də vardır.

Sulfonil sidik turşusu preparatlarının işlədilməsinin məqsədə uyğunluğuna heç bır şübhə ola bılməz, çünkı 2-ci tip şəkərlı diabetin pataqenizinin ən vacib halqası beta hüceyrələrinin sekretor funksiyasının defektidir. Digər tərəfdən insulin rezistentlik 2-ci tip şəkərlı diabetin demək olar ki daimi əlamətı olub, buda metforminin təyininin vacibliyinə əsas verir. Metforminin sulfanil sidik turşusu preparatları ılə kombinassiyası müalicənin effektiv forması olub, uzun illərdir ki istifadə olunur və sulfanil sidik turşusu preparatlarının dozasının azaldılmasına imkan verır. Mütəxəssislərin fikrincə metformin və sidik turşusu preparatlarının kombinassiyası ilə müalicənin, insulin və sulfanil sidik turşusu preparatlarının kombinassiyası ılə və ya insulinlə monoterapiya müalicəsinin əvvəlki effektsiz müalicədən sonra tətbiqi eyni effektlidir. Sulfanil sidik turşusu və metforminin kombinassiyası ilə müalicəsinin monoterapiyadan əhəmiyyətli üstünlüyü ılə əlaqədar olaraq hal-hazırda hər iki komponentin kombinassiyasından ibarət olan preparatlar yaradılmış və geniş tətbıq olunur.
2-ci tip şəkərlı diabetdə istifadə olunan şəkəri aşağı salan preparatlar müxtəlif və kifayət qədər olub, artmaqda davam edir. Sulfanil sidik turşusu preparatları və biquanidlərdən əlavə bura amin turşusu törəmələrı olan sekretogenlər, insulin sensitayzerləri tiazolidindionlar, qlükozidazanın ingibatorları və insulinlər aiddir.

Amin turşularının (qlükozadan əlavə) bilavasitə qidalanma prossesi zamanı beta hüceyrələrinin ınsulin sekressiyası prosesində əhəmiyyətli rol oynadığını təsdiq edən tədqiqatlara əsaslanaraq, onların analoqu olan fenıl alanın, bənzol turşusunun şəkərı aşağı salma aktivliyi öyrənılmış, bunun nətıcəsində nateqlinidin və repaqlinidin müvəffəqiyətlə sintezi mümkün olmuşdur. Nateqlinid və repaqlinid tərəfindən stimullyassiya olunan ınsulın sekressıyası sağlam ınsanlarda qida qəbulundan sonra sekresiyanın başlanğıc fiziolojı fazasına yaxındır, odur kı, bu postprandial qlikemiyanın səviyyəsinin effektiv enməsinə səbəb olur. Onlar ınsulinin sürətli və qısa müddətli sekresiyasına nail olurlar ki, buda yeməkdən sonra qlikemiyanın kəskin yüksəlməsinin qarşısını alır. Qida qəbulu buraxıldıqda bu preparatlar qəbul edilmir. Bu preparatların gəniş yayılmış digər preparatlarla birgə təyininə əks ğöstəriş yoxdur və bunlar orqanizmdə akkumulyassiya olmurlar.

Digər prandial requlyator akarboza preparatıdır. Akarbozanın təsiri düz bağırsağın yuxarı hissəsində başlayır və o aqlükozidazanı təcrid etməklə fermentativ poli və oliqosaxaridlərə parçalanmaya mane olur. Bu monosaxaridlərin (qlükozanın) sorulmasının qarşısını alır və yeməkdən sonra qanda şəkərın kəskin qalxmasını azaldır. Qida qəbulundan sonra qlikemiyanın yüksəlməsinin qarşısını alaraq, akarboza həqiqətən qanda ınsulinin səvıyyəsini endirir ki, buda qlikohemoqlobinin səviyyəsinin enməsi ılə özünü göstərən metabolik konpensasiyanın keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Yalnız dieta ilə kompensassiyası mümkün olmayan 2-ci tip şəkərli diabetdə yeganə peroral antidiabetik vasitə kimi akorbazanı qəbul etmək kifayətdir ki, metobolik pozğunluqların əhəmıyyətli yaxşılaşmasına nail olunsun. Bu taktikanın arzu olunan nəticələri əldə olunmadıqda, akarbozanın sulfanil sidik turşusu preparatları ilə birgə təyini metobolik göstəricilərin əhəmiyyətli yaxşılaşmasına gətirib çıxarır. Bü xüsusilə insulınterapiyaya keçməyə hazır olmayan yaşlı adamlar üçün vacibdir. Belə kombinassiya sulfanil sidik turşusu preparatlarının dozasını əhəmiyyətli azaltmağa imkan
verır. Insuilinterapiya müalicəsi alan 2-ci tip şəkərlı diabetlərdə akarboza metobolik kompensassiyanı yaxşılaşdırılmış və başlıca olaraq Qlüt 4-ün əzələ toxumasında ekspressıyasının yüksəlməsı ilə toxumaların insulınə həssaslığını yüksəltmişdir. Nəticədə ınsulinin sutkalıq dozası orta hesab ilə 10 vahid azaldılmışdır, plasebo alan xəstələrdə isə ınsulinin dozası 0,7 vahid artmışdır. Akarbozanın bir üstünlüyü də ondadır kı, onunla monoterapiya vaxtı o hıpoqlikemiya vermir. Bəzi həkimləri akarbozanın kənar təsiri olan meteorizm ehtiyatlandırır. Lakin qeyd etmək lazımdır kı, bu əlavə təsir akarbozanın təsir mexanızmındə qoyulmuşdur, beləki parçalanmamış karbohidratlar bağırsağın distal hissələrində qıcqırmaya mərüz qalır. Buradan belə nətıcəyə gəlmək olar ki, dıetada karbohidratların məhdudlaşdırılması bu kənar təsırı mınumuma endırəcəkdir.
Dıgər tərəfdən, bir çox qəbizliyə meyilli yaşlı adamlar üçün bu müsbət faktor olub, onlarda ışlədicilər qəbul etmədən stulun normallaşmasına kömək edəcəkdir.

Peroral preparatlarla müalicə uğursuz alınarsa, effektiv müalicə seçimi insulinterapiyadır. Amerika diabet assosıassiyasının tədqıqatına görə şəkərlı diabet 2-ci tip xəstələrin böyük qisminə 15 ildən sonra ınsulın lazım gəlır.
Lakin 2-ci tip şəkərlı diabetli xəstələrdə ınsulinterapiyaya birbaşa göstərış beta hüceyrələr tərəfındən ınsulın sekressıyasının proqresləşən azalmasıdır. Təcrübə göstərır ki, 2-ci tip şəkərlı diabetlı xəstələrın 40%-nın ınsulinə ehtıyacı vardır, əslındə isə ınsulindən istifadə edənlər əhəmiyyətli dərəcədə azdır və buna səbəb isə xəstələrin çox vaxt insulindən imtina etməsıdır. Belə yalanı bir fıkır kök salmışdır kı, güya bir dəfə təyin olunmuş insulın omürlükdür və onu kəsmək olmaz.
Dıgər 60% xəstələrdə də təəssüf kı, yalnız sulfanılsidik turşusu preparatları ılə monoterapiya şəkərlı diabetin kompensassiyasına gətirib çıxarmır. Lakin nəzərə almaq lazımdır ki, insulinterapiyanı müşahidə edən heç bir kənar təsir elə bir ciddi narahatlıq törətmır ki, bu narahatlıqlar həblərlə uğursuz müalicə alan xəstələrın insulin müalicəsini ləngitməsinə bəraət qazandırasan. Eyni zamanda belə kənar təsirlərin olması bizi məcbur edir ki, qlikemiyaya nəzarəti yaxşı saxlamaqla ınsulinin dozasınınnın minimal təyini yollarını axtaraq. Ekspertlərinin fikrincə 2-ci tip şəkərlı diabetli xəstələrdə insulinterapiyanı nə çox tez nə də cox gec başlamaq lazımdır. Sulfanil sidik turşusu preparatları ilə monoterapıyanı təhlıl etməklə belə nəticəyə gəlmək olar ki, əksər xəstələrdə kompensassiyaya nail olmaq mümkün olmur. Gün ərzındə qlıkemiyanı aşağı salmaq mümkündürsə praktik olaraq bütün xəstələrdə səhər hiperqlekemiyası saxlanılır, çünki gecə qara ciyər tərəfındən qlükoza hasil olunur. Bu qrup xəstələrdə insulinin təyini bədən çəkisinin artmasına səbəb olur və buda ınsulın rezistentliyini ağırlaşdırır, eqzogen insulinə tələbatı artırır; bundan başqa gün ərzındə bir neçə insulin inyeksıyasının olunması və onun dozalaşdırılması xəstədə narahatlıq yaradır. Endokrinoloqlarda insulınin artıqlığı da narahatlıq törədır, çünki ateresklerozun proqresləşməsi, arterial hipertoniyanı və s. onunla əlaqələndirirlər. Xəstələrdə yalnız sulfanıl sidik türşüsü preparatları ilə müalicədə kompensasiya alınmadıqda 2-ci tip şəkərlı diabetin kombinasiya olunmuş müalicəsinin strategiyasını təşkıl edən və insulinin dozasını azaltmağa imkan verən ən azı 2 üsul mövcüddur:

1.Sulfanil sidik türşüsü preparatı ilə uzun müddət təsir edən insulinin (xüsüsi ılə gecə) kombinassiyası.

2.Sulfanil sidik turşusu preparatı ilə metforminin kombinassiyası.

Sulfanil sidik turşusu preparatı ilə uzun müddət təsir edən ınsulinin kombinassiyasının əhəmiyyətli üstünlükləri vardır, beləki bunun əsasında hər iki preparatın təsir mexanizmlərinin bir-birini tamamlaması durur. Qanda qlükozanın yüksək səviyəsi beta hücəyrələrinə toksik təsir göstərır və bununla əlaqədar olaraq insulin sekresiyası azalır; insulinin təyini ısə qlikemiyanı aşağı salmaqla mədəaltı vəzə sulfanil sidik turşusu preparatlarının təsirini bərpa edır. Insulin qara ciyər tərəfindən gecə qlükozanın yaranmasının qarşısını alır, sulfanil sidik turşusu preparatları ısə qida qəbulundan sonra ınsulın sekresıyasını artırır və beləliklə gündüz qlikemiyanın səviyyəsini nəzarətdə saxlayır. Aparılan tədqiqatlar göstərib ki, kombinə olunmuş müalicədə, monoinsulin terapiyaya nisbətən insulinin dozası əhəmiyyətli dərəcədə kiçik olur. Preparatların dozasını individual olaraq seçmək lazımdır. Demidovaya görə yuxudan qabaq təyin olunan uzun müddətli insulinin dozası qara ciyərin hasil etdiyi qlükozanın miqdarını azaltmaq üçün 0,16vahid/kq sutkadır. Bu cür kombinasiyada qlikemik nəzarətin yaxşılaşması, insulinin sutkalıq dozasının əhəmiyyətli azalması və nətıcədə qanda ınsulinin səvıyyəsinin enməsi qeyd olunur. Xəstələr bu terapiyanı rahat hesab edir və təyin olunan rejimə dəqiq əməl etməyə razı olurlar.

Diabetin ağırlaşmaları.

Gecikmiş ağırlaşmaların inkişaf riski xəstəliyin müddətindən asılı olaraq artır. Diabetdə maddələr mübadiləsinin pozulması bu və ya başqa dərəcədə bütün orqanların və sistəmlərin zədələnməsinə gətirib çıxarır. Diabetdə həm mikro, həm də makroangiopatiyalar inkişaf edir. 2-ci tip şəkərli diabetdə adətən makroangiopatiyalar inkişaf edir, baxmayaraq paralel olaraq həm də kiçik damarların zədələnməsi baş verir (mikroangiopatiyalar). Mıkroangiopatiyalar klinik olaraq özünü retinopatiya, nefropatiya, neyropatiya kimi göstərir. Diabetik makroangiopatiyaların tipik təzahürü miokard infarktı, ınsult, periferik damarların xəstəlikləridir. Gecikmiş diabetik ağırlaşmaların 2-ci tip şəkərli diabetdə ən erkən özünü göstərəni neyropatiya əlamətləridir ki, bunun da ən yayılmış forması polineyropatiyadır. Distal polineyropatiya pereferik sinirlərin tipik diabetik zədələnməsidir. Xəstələri aşağı ətraflarda arabir sancma, keyləşmə, pəncələrdə soyuğa davamsızlıq, yanğı, ağrı narahat edır. Bir neçə il ərzində bu şikayətlər əsasən sakit vəziyyətdə qeyd olunur, sonra isə daimi və ıntensıv xarakter daşıyır.
Artıq xəstəliyin debütunda adətən bu və ya digər hissiyat pozğunluğunun əlamətləri aşkar olunur: reflekslərin zəifləməsi, hərəki pozğunluqlar. Reflekslərin zəifləməsi yuxarı ətraflara nisbətən aşağı ətraflarda özünü göstərir. Xəstələrdə temperatur, vibrasion hissiyat zəifləyir, hərəkətlərdə pozğunluqlar yaranır. Diabetik polineyropatiyada Tioqammanın effekiıvliyi subut olunmuşdur. Tioqammanın istifadəsi nevroloji əlamətlərin əhəmiyyətli zəifləməsinə gətirib çıxarmış, lakin bu zaman neyropatiya ilə əlaqədar simptomlarda əhəmiyyətli dəyişiklik olmamışdır. Vitamin B1-ın yağda həll olan forması – Benfotiaminin tətbiqi ilə əlaqədər diabetik neyropatiyaların müalicəsındə B qrup vitaminlərinin istifadəsində müəyyən proqressdən danışmaq olar. Xüsusi ilə Benfotiaminin Vitamın B6 ilə kombinasiyası daha effektlidir. Bu qrup dərmanların 46 həftə ərzində qəbulu ağrı hissiyatının intensivliyini əhəmiyyətli dərəcədə azaldır və vibrasyon həssaslığın göstəricilərinin həddini yaxşılaşdırır. Diabetik polineyropatiyaların müalicəsində Aktoveginin tətbiqinin yüksək effektivliyi sübut olunmuşdur. Aktovegini 400 mq gündə 3 dəfə peroral və 20%-li 250 ml məhlulun vena daxilinə qəbul olunması energetik metabolizmin və pereferik sinir sistəminin qan dövranın yaxşılaşmasına səbəb olur ki, buda özünü ağrısız yerimənin müddətinin artmasında, hissiyatın yaxşılaşmasında və xəstələrın ümumi əhval-rühiyyəsində ğostərir.
Pereferik neyropatiyadan əlavə avtonom neyropatiyada inkişaf edır. Misal üçün avtonom neyropatiyanın ürək damar formasında arterial təzyiqin qəflətən enməsi, ağrısız miokard infarktı, ürək döyünmə və hətta qəfləti ölüm; mədə bağırsaq formasında qarının köpməsi, öd kisəsinin parezi, ishal, qida borusunun funksiyasının pozulması, qəbızlık, bəzı hallarda kalın saxlana bılməməsı sıdık cınsıyyat formasında sidik ifrazının ləngiməsi (sidik kisəsinin atoniyası ilə əlaqədar) və cinsi funksiyanın pozğunluğu ola bilər.
Avtonom neyropatiya üçün həmdə simptomsuz hipoqlikemiya və tər ifrazı funksiyasının (uzun və yemək vaxtı ğövdənin yuxarı hissəsinin tərləməsi) pozğunluğu xaraktərikdir.

Qeyd etmək lazımdır ki, şəkərlı diabetin bütün ağırlaşmalarının səbəbi nəzarət olunmayan və uzun müddət davam edən hıperqlikemiyadır.
Onların profilaktikası üçün müntəzəm olaraq qanda şəkərin səviyyəsini yoxlamalı və onu norma həddində saxlamaq lazımdır.
Qlikəmiyanın səviyəsi ılə bərabər qanda xolesterinin səviyyəsinə nəzarət etməli və onu 5.5 mmol/l-dən artıq yüksəlməyə imkan verməməli həmçinin triqlieridlər 2 mmol/l-dən, qlikoqemoqlabin isə (HbA1c) 7 %-dən, AT 130/85 mm c.s. yuxarı olmamalıdırlar.
Beləliklə şəkərlı diabetdə gecikmiş damar ağırlaşmalarının ən yaxşı profilaktika və müalicəsi karbohidrat mübadiləsinin normoqlikemiyaya nail olmaqla stabil kompensassiyasıdır. Həyat kəyfiyyətini aşağı salan bu və ya dıgər ağırlaşmalar zamanı antidiabetik preparatlar qəbul etməklə yanaşı, ağırlaşmaların müalicəsi üçün spesifik müalicə aparılmalıdır.
Diabetik nefropatiya şəkərli diabetin çox qorxulu ağırlaşması olub, adətən hər 2 tip xəstələrin 20-25%-ində inkişaf edir. Xəstəliyin başlanğıcından 15-20 il sonra 40% xəstələrdə boyrək çatmamazlığının terminal stadiyası inkişaf edir.