Insulin

Просмотров: 41390

 

 İnsulin nə üçün lazımdır.

 İnsulin harada hazırlanır.

 İnsulini necə yaradırlar.

 İnsulinlərin növləri və onların fərqləri.

 İnsulini hara yeritməli.

 İnsulinin saxlanması

 İnsulinin yeridilmə texnikası

 İnsulinin sorulması

 İnsulinin dozasının atrıq olması.

 İnsulin pompası nədir?

 

Insulin nə üçün lazımdır.
Insulinin funksiyasına baxaq. Lakin bundan əvvəl bizim orqanizmamıza aid olan və bədənimizin hüceyrələrdən təşkil olunması faktını yadımıza salsaq yaxşı olar. Hüceyrələr funksiyasına və görünüşünə görə müxtəlif – məsələn kürəvari, oval, yastı, silindrik və s. olur. Funksiyası və forması eyni olan hüceyrələr toxumaları yaradır.Hüceyrələrin müxtəlif olmasına baxmayaraq onların arasında bir ümumilik vardır: buda onların qidalanmağa ehtiyacları olmasıdır. Biz hərəkət edirik, bizim orqanizmamız fasiləsiz fəaliyyət göstərir (hətta biz yatanda da), deməli biz fasiləsiz enerji sərf edirik. Enerjinin yerinin doldurulması hüceyrə səviyyəsində həyata keçirilir: qan daim hüceyrələrə oksigen, qidalandırıcı maddələr, o cümlədən çox əhəmiyyətli olan qlükozanı çatdırır. əgər bizim hüceyrələrimizi daim yanacağın yandığı benzinlə işləyən mühərrikə bənzətsək onda glükoza bizim biolojı mühərrikimizi qidalandıran həmin benzindir.Lakin yada salaq ki, benzin avtomobilin mühərrikinə çox mürəkkəb sistem olan karbüratorun köməyi ilə düşür--hansiki o yanacaq porsiyalarını yanma kameralarına ciləməklə vurur.Karbürator olmadıqda benzin kameraya vurulmur, karburator nasaz olduqda isə lazım olan miqdarda. düş*mür Qanla gətirilən qlükoza ilə də tamamilə eyni hadisə baş verir: onun molekulaları özləri hüceyrə – mühərrikə daxil olmaq qabiliyyətinə malik deyildir. Mexaniki yox, kimyəvi karbürator rolunu bu halda insulin yerinə yetirir.
Bu situassiyanı belə təsvir etmək olar - hüceyrə bir neçə keçid qapisı olan hər hansı bir qapalı yerdir. Həmin yerin ətrafında qlükoza molekulları yığılmışdır ki, onlarda əgər qapılar açıq olsa içəri keçə bilərlər – lakin qapılar bağlıdır. Insulin molekulları qlükoza molekulları üçün hüceyrələrin qapılarını açan elə həmin açardırlar. Yada salaq ki, insulin qlükoza ilə birlikdə qanla daşınır və adi halda (və ya sağlam adamda) hüceyrə ətrafında insulin qlükoza molekulları üçün qapını açmağa kifayət qədərdir .
Insulinin az və ya tamamilə olmadığı digər hallarda nə baş verir? Bu vəziyyəti aşağıdaki kimi izah edək: 1-ci stadiya – biz qidanı qəbul edirik; 2- ci stadiya – mürəkkəb karbohidratlar qida ilə mədəyə düşərək monosaxaridlərə, əsas isə qlükozaya çevrilirlər; 3-cu stadiya – qlükoza bağırsaq divarlarından qana sorularaq bütün orqanizmə paylanılır, lakin insulinsiz hüceyrələrə (nadir istisna ilə) daxil ola bilmir. Nəticədə birincisi hüceyrələr qidalana bilmir, 2-cisi – qanda şəkərin səviyyəsi mümkün həddən yuxarı qalxır və hiperqlikemiya vəziyyəti əmələ gəlir.
1-ci vəziyyət çəkinin itməsinə, sonra distrofiyaya və tədricən həyat funksiyalarının sönməsinə və qidalanma çatışmamazlıgından ölümə səbəb olur. Lakin qidalanmanın çatışmamazlıgından ölüm uzun sürən proses olub, bir necə həftə davam edir; o 2-ci vəziyyətlə əlaqədar – hiperqlikemiya, keton cismlərinin artıqlığı ilə yaranan diabetik komadan tələf olacaqdır. Anomal yüksək şəkərin səviyyəsi nəyə gətirib çıxara bilər? Yuxarıda qeyd etmişdik ki qlükoza hüceyrələrə insulinsiz (nadir istisnalarla) daxil olmur. Bu istisna insulindən asılı olmayan toxumalardır ki, onlar qandakı şəkəri insulinin olub-olmamasından asılı olmayaraq istifadə edirlər, və şəkər həddindən çoxdursa onu artıq miqdarda mənimsəyirlər. Bu toxumalar hansıdır? 
Hər şeydən əvvəl bu baş beyin , sinir sonluqları, sinir hüceyrələridir. şəkərin yüksək səviyyəsində ən evvəl başda ağırlıq, yorğunluq, tez yorulma, diqqətin pozulması əmələ gəlir.Sonra göz bülluru; o bulanır və elə bil gözün qabagında tüstü yaranır.
 Başlanğıca
Insulin mədəaltı vəzdə haz|ırlanır. O mədədən solda, qarının yuxarı hissəsində yerləşir və dalağa kimi çatır; onun vəziyyətini sol böyürdən qabirğa altından əlin ici ilə göbəyə tərəf getməklə təsəvvür etmək olar. Mədəaltı vəzi başcıq, cisim, guyruq hissəyə bölünür.Funksiyasına görə o iki müstəqil hissədən: həzm şirəsi hazırlayan əsas kütlədən və bütün orqanın 1-2%-nı təşkil edən və “adacıqlar” adlanan hissədən ibarətdir. Məhs həmin adacıqlar endokrin funksiyanı yerinə yetirir, beləki onların hər birində qana hormon hasil edən səksəndən iki yüzə qədər hormonal aktiv hüceyrələr vardır. Bu hüceyrələr onların hasil etdiyi maddələrə görə 4 qrupa bölünür – alfa-, beta-, delta- ve PP-hüceyrələr. Me*dəaltı vəzin cismində ve quyruq hissəsindəki adacıqlarda əksəriyət beta hüceyrələr (85%) təşkil edir; alfa hüceyrələr 11%, delta hüceyrələr 3%, PP hüceyrələr isə 1% təşkil edir. Daha bir vacib məsələni qeyd edək: beta- hüceyrələr insulinlə bir yerdə C-peptid də hasil edirki , buda insulinin xüsusiyyətlərinə malik deyildir. Lakin bizə onun miqdarının tamamilə insulinin miqdarına berabər olması (yəni, insulinin hər bir molekulyar zəncirinə bir C-peptid zənciri uyğun gəlir.) xüsusiyyəti maraqlıdır. Bu fakt sonra bizə lazım olacaqdır. Adacıqlar hasil etdiyi hormonların funksiyaları nədir? Hər şeydən əvvəl delta- ve PP- hüceyrələri tərəfindən hasil olunan maddələri nəzərdən keçirək. Yada salmaq lazımdır ki, məişətdə işlətdiyimiz “şəkər” termini heç də dəqiq deyildir; həqiqətdə isə şekərlərin öz kimyəvi quruluşuna görə fərqlənən çoxlu miqdarda müxtəlif növləri vardır. Onlardan biri mürəkkəb molekulalıdır ve belə şəkərləri “poli-saxaridlər” və ya mürəkkəb şəkərlər adlandırırlar. Digərlərinin strukturu daha sadədir, ve onları “mono-saxaridlər” və ya sadə şəkərlər adlandırırlar. Belə ki, alfa hüceyrələr te*rəfindən hasil olan qlükaqon mürəkkəb şəkər – qlikogenin parçalanmasına ve ondan sadə şəkər – qlükozanın yaranmasını təmin edir. şəkər qlikoqen formasında bizim bəzi orqanlarımızda – əzələlərimizdə ve qara ciyərimizdə “ehtiyat şəklində” toplanır; qlükoza isə üzüm şəkəri olub, ən sadə şəkərlərdən biridir və tamamilə şəkər adına ekvivalentdir. Məhs, qlükoza bizim qanımızda olur. 
 Başlanğıca

Insulin həyatı xilas edən dərman kateqoriyaları sırasına aid olub, diabetlə xəstə olan çox insanların həyatında əsil çevriliş etdi. 20-ci əsrin təbabət və farmakologiya tarixində insulini yalnız antibiotiklərlə müqayisə etmək olar – o da eyni sürətlə həkimlərin arsenalına daxil oldu və 100 minlərlə həyatın xilas vasitəsinə çevrildi. Insulin preparatları bir–birindən təmizlənmə dərəcələrinə; alınma mənbələrinə (öküz,donuz,insan); insulin məhluluna əlavə olunan maddəyə(onun təsirini uzadan, konservantlar və s.); qatılığına ; pH; qısa təsirli insulinin uzun müddət təsir edən insulinlə qarışmasına görə fərqlənir. Insulin mədəaltı vəzin beta-hüceyrələri tərəfindən hazırlanan hormondur. O 51 amin turşusundan təşkil olunmuş 2 zəncirli zülaldan ibarətdir. Dünyada insulinə illik tələbat 65 milyard vahid (1 vahid = 42mkq) olub, onun istehsalı yüksək texnolojı sənayə hazırlanması qaydası tələb edir. 
Hal-hazırda insulinin alınma mənbəyinə görə donuz insulini ( o indi yüksək dərəcədə təmizlənmə xüüsiyətinə, effektif şəkər aşağı salma təsirinə və praktik allergik reaksiyanın olmamasına malikdir) və kimyəvi strukturuna görə tamamilə insan insulininə identik olan, bir qayda olaraq gen mühəndisliyi texnalogiyası ilə biosintetik üsülla istehsal olunan insan insulini preparatıdır. Müasir texnalogiyalar zəmanət verir ki, bütün iri istehsalçı firmaların insulini ən yüksək keyfiyyət standartlarına cavab versin. Insan və donuz monokomponent insulininin şəkər aşağı salan təsirində hər hansı bir əhəmiyyətli fərq yoxdur, o cümlədən immunolojı baxımdan da elə bir fərq yoxdur və bəzi tədqiqatlara görə ümumiyyətlə minimaldır.
Tərkibində insulin olan flakonun tərkibindəki məhlulda yalnız insulin zülalı yox, həm də müxtəlif əlavələr olur. Onların hər biri müəyyən funksiyalar yərinə yetirir: bəziləri insulinin təsir vaxtını uzadır, digərləri dezinfeksiya, preparata bufer ve neytral pH, ve ya turşu qələvi tarazlığı vermək üçündür. 
Preparatın təsirini uzatmaq üçün və ya uzun müddət təsir edən insulin almaq üçün adi insulinə 2 maddədən biri – ya sink, ya da protamin e*lavə olunur. Bundan asılı olaraq bütün uzun müddət tə’sir edən insulinlər protamin insulinlərə (NPX, protafan, xumulin H, insuman bazal) və sink-insulinlərə (insulin-sink-suspenziya, lente, monotard, xumulin-sink) bölünür. Protamin – zülal maddəsidir, lakin ona allergik reaksiya çox nadir rast gəlir. Preparatda neytral pH ona fosfat buferin əlavə olması ilə təmin olunur. Tərkibində fosfat olan insulinlə insulin-sink-suspenziyanı heç vaxt qarışdırmaq olmaz. Belə ki, bu zaman fosfat sink çöküntüsü əmələ gəlir ki, bu da sink insulinin təsir müddətini dəqiq bilinməyən müddət qısaldır. 
ümumdünya səhiyyə təşkilatının təşəbüsü ilə 1991-ci ildən insulini kəşv etmiş Kanada fizioloqu F.Bantinqin anadan olma günü şəkərli diabetlə mübarizə günü kimi qeyd olunur. 
Bəzi maddələr dezinfeksiya təsirinə malikdir ki, onları onsuzda farmako-texnoloji mülahizələrə görə əlavə etmək lazımdır. Bu fenol ve krezol (hər 2 maddə spesifik iyə malikdir), həmçinin iysiz metilparabenzoatdır (metilparaben). Bu və ya digər konservantin iştirakından asılı olaraq bəzi insulin preparatlarından spesifik iy gəlir. Insulin preparatları tərkibində olan dezinfeksiya edən maddələrin konsentrassiyası elədir ki, onların heç bir mənfi tə’siri olmur. Protamin insulinlərin tərkibində çox vaxt krezol və ya fenol olur. Insulin sink-suspenziyalara fenol əlavə etmək olmaz, çünki onlar insulinin hissəciklərinin fiziki xüsusiyyətini dəyişir, odur ki, onlara metalparabenzoat əlavə edirlər. Bu preparatların tərkibində olan cink ionları həmcinin antimikrob təsiri göstərir. Bu çox pilləli antibakterial müdafiyə, iynənin dəfələrlə insulin flakonuna yeridilməsinə baxmayaraq bakterial ağırlaşmaların və yoluxmanın qarşısını alır. Insulin məhlulunda konservantın olması hesabına xeste eyni “birdefelik” iynə ilə dəfələrlə 5-7 gün müddətində dərialtı inyeksiyalar edə bilər (bu şərtlə ki, şpisdən bir adam istifadə etsin). Bundan başqa konservantın olması nəticəsində inyeksiyadan qabag dərinin spirtlə silinməsinə lüzüm olmur – yenədə əgər xəstə nazik iynəli insulin şpisi ilə özü-özünə inyeksiya edirsə.
Insulinin ilk preparatlarının 1 ml məhlulunda yalnız 1 vahid insulin olurdu. Sonradan onların konsentrassiyası artırıldı. Bir çox ölkələrdə 1 ml-də 100 vahid(U-100) olan insulin tətbiq olunur. Flakonun üstündə bu zaman adətən U-100 və ya 100 v/ml yazılır. U-100 insulinlər üçün yalnız bu insulinlər üçün buraxılan və üzərində 100-ə qədər bölgü olan insulin şprislərindən istifadə etmək lazımdır. Hal-hazırda az da olsa U-40 (1 ml-də 40 vahid insulin olan) insulinlər və 40 bölgülü şprislər də satışda olur ki, buda xəstənin şprisdən və insulindən düzgün istifadə etməməsi nəticəsində ağır hipoqlikemiya və ya hiperqlikemiya hallarının əmələ gəlməsinə səbəb olur. O cümlədən üzərində 40-a qədər bölgü olan insulin şprislərindən qeyri-düzgün istifadə etmək və onunla U-100 insulinlərini inyeksiya etmək və bu zaman 100 bölgülü şprislə inyeksiya olunan vahid qədər insulin vurmaq dozanı 2,5 dəfə artıq olmasına səbəb olur ki, bu da ağır hipoqlikemiya halına səbəb ola bilər. Odur ki, yadda saxlamaq və mütləq bu qaydaya əməl etmək lazımdır: U-100 (yəni 1 ml-də 100 vahid insulin olan insulin preparatları) insulinlərini yalnız 100 bölgülü insulin şprisləri,U-40 (yəni 1 ml-də 40 vahid insulin olan insulin preparatları ) insulinlərini 40 bölgülü insulin şpisləri ilə inyeksiya etmək lazımdır. 
Müasir insulinterapiya, xüsusilə də 1-ci tip şəkərli diabetdə həm qısa müddət təsir edən həmdə uzun müddət təsir edən insulinl
ərin tətbigindən ibarətdir. Xəstələr üçün həm qısa, həmdə uzun müddət təsir edən insulinləri 1 şpisdə qatışdırmaq və eyni zamanda yeritmək çox əlverişli olardı, beləki bu zaman dərinin 2 dəfə deşilməsi yerinə 1 inyeksiya olunur.
çox vaxt praktik həkimlər bilmirlər ki, 2 müxtəlif insulin preparatlarının qarışdırılması üçün qısa və uzun müddət təsir edən insulinlərin həm kimyəvi həm də onların tərkibinin uyğunluğu ilkin şərtdir. 
Xüsusi ilə iki müxtəlif insulini qarışdırarkən ən vacibi odur ki, qısa müddət tə’sir edən insulinin başlanğıc təsiri itməsin ve onun təsirinin başlanmasının vaxtı gəcikməsin. Sübut olunmuşdur ki, qısa müddət təsir edən insulini bir şprisdə protamin insulin ilə qarışdırmaq olar ve bu zaman qısa müddət təsir edən insulinin təsirinin başlama vaxtı tormozlanmır, yəni həll olan insulin protamin ile birləşmir. Bu zaman bu insulinlərin hansı firma tərəfindən istehsalının əhəmiyyəti yoxdur. Məsələn, aktrapidi protafanla və ya aktrapidi xumulin H-la qarışdırmaq olar. Bu insulinlərin qarışığını saxlamaq da olar. Sink insulin preparatlarına gəldikdə isə artıq çoxdan məlumdur ki, kristallik insulin sink suspenziyanı qısa müddət tə’sir edən insulinlə qarışdırmaq olmaz, belə ki o, sink ionları ilə birləşir və ola bilər ki, hamısı olmasa da, müəyyən hissəsi uzun müddət tə’sir edən insulinə çevrilir.
Bəzi xəstələr əvvəl qısa müddət təsir edən insulini yeridib, sonra isə iynəni dəri altında saxlayaraq və istiqamətini bir qədər dəyişərək sink insulini yeritməyə üstünlük verirlər. Baxmayaraq ki, elmi tədqiqatlar bu istiqamətdə az aparılmışdır, istisna etmək olmaz ki, dəri altına belə yeridilərkən qısa müddət təsir edən insulinin bir hissəsi sink insulin ilə birləşir və qısa müddət təsir edən insulinin sorulması pozulur. Ona görə də məsləhət görülür ki, qısa müddət təsir edən insulin ve sink insulin tamamile ayrı ayrı vurulsun (bir birinden ən azı 1sm aralı 2 ayrı inyeksiya şəkilində). Bu protamin insulinlə qısa müddət təsir edən insulinin bir şprisdə vurulmasından daha narahatdır və dərini iki dəfə deşmək lazım gəlir.
Kombinə olunmuş insulinlər də buraxılır ki, buda qısa müddət təsir edən insulinlə protamin insulinin təsbit olunmuş faiz nisbəti ilə kombinassiyasıdır (mikstart, insuman komb, aktrafan ve s.). ən çox özünü 30% qısa müddət təsir edən insulinlə, 70% protamin insulinin ve ya 25% qısa müddət təsir edən insulinlə 75% protamin insulinin kombinassiyası doğruldur. Faiz nisbəti mütləq instruksiyada göstərilir. Lakin belə preparatlar ən çox ciddi qidalanma, hərəkət aktivliyi rejimi olan xəstələr üçün yararlıdır (misal üçün yaşlı 2-ci tip şəkərli diabetli xəstələr). Lakin kombinə olunmuş preparatlar müasir “çevik” insulinterapiya üçün əlverişli deyildir, çünki bu insulinterapiyada insulinin dozasını qəbul olunan qidadan, fiziki aktivlikdən və digər faktorlardan asılı olaraq dəyişdirirlər. 
şəkerli diabet ürək-damar ve onkoloji xəstəliklərdən sonra dünyada 3-cü yerdə durur. Müxtəlif mənbələrə görə yer ku*rəsində 120-dən 150 milyona qədər diabetlə xəstə insanlar vardır ki, bu da planetin əhalisinin 2-3% - ni təşkil edir. Alimlərin proqnozuna görə hər 15 ildən xestelerin sayinin 2 defe artmasi gozlenilir. 
Sözün həqiqi mənasında demək olar ki, effektiv insulinterapiya üçün yalnız bir qısa müddət təsir edən və bir uzun müddət təsir edən insulin preparatı lazımdır, həm də bunları bir biri ilə qarışdırmaq mümkün olsun, həmçinin (əsasən yaşlı insanlar üçün) kombinə olunmuş insulin də işlədilməsi məqsədə uyğundur. Müasir tövsiyələrə görə aşağıdakı kriteriyalara cavab verən insulinlərdən istifadə etmək lazımdır: yüksək dərəcədə təmizlənmiş; neytral pH; qarışdırılması mümkün olan. Uzun müddət təsir edən insulinlərdən sutkada 2 dəfə yeridilən və 12-18 saat təsir müddəti olan insulinlər məsləhət görülür. 
 Başlanğıca

Hal hazırda həkimlərin sərəncampında kifayət qədər müxtəlif insulin preparatları vardır. Bütün onları 3 qrupa bölmək olar ( efektinin təsir müddəti və onun başlanması vaxtına görə): surətli təsir edən (qısa müddət təsir edən), orta müddət təsir edən və uzun müddət təsir edən. Surətli təsir edən insulinləri – onları həmdə sadə insulinlər adlandırırlar- bilavasitə əsas qida qəbularından qabaq yeridirlər: səhər yeməyindən, nahardan və şamdan qabaq. Bu insulinlər şəffaf maye şəklində olur. Onların effekti inyeksiyadan 10-20 dəq.sonra başlayır, maksimal aktivliyi (və ya təsirinin zirvəsi, aktivliyin zirvəsi) yeridildiyi momentdən 1,5 – 3 saat aradaki intervala düşur. Təsir müddəti (6–8 saata yaxın) insulinin dozasından asılıdır. Nə qədər cox sadə insulin yeridilsə, bir o qədər cox təsiri davam edəcəkdir. Bu insulinlərə aktrapid, xumaloq, xumulin-R, insulrap, xomorap, monosuinsulin və s. aiddir.

Hal –hazirda ən yeni insulin preparatları olan ani təsirli insulin analoqları tətbiq olunmağa başlamışdı ki, bunlarda sürətli təsir edən insulindən bir cox üstünlüklərə malikdir beləki onların təsiri həddindən çox tez başlanması onların birbaşa yeməkdən qabaq və ya yemək zamanı yeridilməsi xəstələrin həyat keyfiyətini yüksəldir.hipoqlikemiyanın miqdarını azaldır.Insulin analoqları təsirinin başlama vaxtını yeridildikdən 5-10 dəqiqə sonra, təsir zirvəsi 0.5-2.5 saat arasında, təsir müddəti isə 4 saata qədərdir. Bunların təsiri daha fiziolojı olub postprandial hipoqlikemiyanın qarşısını alır. Bunlardan xumaloqu(lispro), novorapidi(aspad) göstərmək olar. Orta və uzun müddət təsir edən insulin preparatları sutkada 1-2 dəfə yeridirlər. Onlar qanda bütün sutka ərzində insulinin müəyyən səviyyəsini saxlamaq üçün nəzərdə tutulub və nə qədər mümkündür insulinin bazal sekressiyasını əvəz etmək məqsədini daşıyır. Bu insulinlər daim bulanlıq olur. Bulanıqlıq bunlarda insulinin sorulmasını ləngitmək üçün əlavə edilmiş xüsusi maddələrin nəticəsidir. Bir qayda olaraq bu sink məhluludur.
Insulin preparatlarının çox böyük bir qrupunu təşkil edən orta müddət tə’sir edən insulinlər özlərinin əsas xüsusiyyətləri ilə digərlərindən fərqlənirlər.
Onlar yeridildikdən 1-2-3 saat sonra təsir etməyə başlayır, aktivlik zirvələri müxtəlif olur: inyeksiyadan sonra 4-8 və ya 6-12 saat arasında olur və təsir müddətləri 10-16 saatdan 18-24 saata qədər ola bilər. Bu preparatlara semilente, insulonq, lente, monotard, protafan, aktrofan, insultard, xumulin-M, NPX-iletin-1, lente-iletin-1, lente-iletin-2, bazal-insulin ve başqaları aiddir. Bu insulilərin inyeksiyasını adətən sutkada 2 dəfə edirlər. 
Uzun müddət təsir edən insulinlərin təsiri 4-6 saat sonra başlayır, aktivlik zirvələri 14 və 22-24 saatlar arasında olur, ümumi təsir müddəti 28-36 saat davam edir. Onlara ultratard, ultralente-iletin-1, xuminsulin “lilli” ultralonq və digərləri aiddir. 
Qeyd etmək lazımdır ki, insulinlərin təsir müddə*ti göstəriləndən az olur. Düzdür biz uzun müddet təsir edən preparaların qalıqlarını qanda həm 30, həm də 35 saatdan sonra tapa bilerik. Lakin bu onların izləri, qeyri aktiv miqdarıdır. Və buna görə də insulinin bazal sekresiyasını yaratmaq üçün bu insulinləri 36 saatdan bir yox 24 saatdan bir yeridirlər. Bu səbəbə görə də orta müddət təsir edən insulinlərin də inyeksiyasını adətən sutkada 2 dəfə edirlər. 
Insulinlər yalnız onların təsir müddətinə görə yox, həm də alınma mənbələrinə görə fərqlənirlər. Heyvan mənşəli ve insan insulinləri (daha doğrusu insan insulini ilə identik olan) vardır. Heyvan mənşəli insulinləri donuzların və iri buynuzlu mal-qaranın mədəaltı vəzisindən əldə edirlər. Bioloji strukturuna görə insan insulininə ən yaxını donuz insulinidir ki, yalnız bir aminturşusu ilə fərqlənir.
Hal hazırda ən yaxşı preparatlar insan insulinləri sayılır. Insulinə ehtiyyacı olan insanların yarısı məhz onunla müalicə olunur. Insan insulinlərini 2 üsulla alırlar. Birinci üsulda donuz insulinini “dəyişdirirlər“, yəni bir amin turşusunu əvəz edirlər. Bu polisintetik insan insulinidir. Ikinci üsulda isə gen mühəndisliyi metodunun köməyi ilə “E. Coli” (bağırsaq çöpü) “məcbur edilir” ki, insan insulininə uyğun insulin sintez etsin. Alınan preparat biosintetik insan insulini adlanır. Insan insulininin heyvan mənşəli insulindən bir çox üstünlükləri vardır: kompensassiyaya nail olmaq üçün kiçik doza lazım olur, lipodistrofiya yaranma faizi nisbətən az olur, praktik olaraq allergik reaksiya olmur. Heyvan mənşəli insulinə ona görə allergik reaksiya olur ki, onun tərkibində yad mənşəli zülal vardır. Onun mıqdarı hazırlanma prosesində insulinin təmizlenməsinin keyfiyyətindən asılıdır. 
Insulinlər təmizlənmə üsüluna və dərəcəsinə uyğun olaraq belə bölünür: ənənəvi, monopik və monokomponent. ənənəvi insulinlər ilk insulin preparatları olub “köhnə”, qeyri-mükəmməl üsulla təmizlənənlərdir. Təəcüblü deyildir ki, onların tərkibində çoxlu müxtəlif zülal qatışıqları olur və tez-tez allergik reaksiyalar verirlər.Hal-hazi*rda bu insulinlər praktik olaraq istehsal olunmur. 
Müasir heyvan mənşəli insulinlər isə əksinə yüksək səviyyədə təmizlənmiş dərman preparatlarıdır. Belə ki, monopik insulinlərdə lazım olmayan qatışıqlar preparatın susuz hissəsinin mində biri qədər olur. Monokomponent insulinlərdə isə lazım olmayan qatışıqlar hətta aşkar olma həddindən də aşağı olur.
Insulin qabında olan bəzi rəqəm və yazıların mənası belədir: preparatın adının yanında “MK” hərfləri onu göstərir ki, bu yüksək səviyyədə təmizlənmiş monokomponent insulindir; “HM” hərfləri isə-insan insulini deməkdir. 40 və ya 100 rəqəmləri 1 ml-də neçə vahid insulin olduğunu göstərir. Yüksək konsentrassiyalı insulinlər (1 ml-də 100 vahid) penfil adlanır. Belə insulinlər şpris- qələmlər üçün nəzərdə tutulur.
 Başlanğıca
Xəstələr üçün ümümü tövsiyyələr
o İnyeksiyaya hazırlıq 
o İnyeksiyanın texnikası və yeri 
o İnsulinin yeridilməsi
o Qısa vacib qaydalar haqqında
Giriş
Əgər sizdə şəkərli diabet varsa, siz müasir insulin preparatları və onları yeritmək üçün lazım olan qurğudan tam və dolğun şəkildə istifadə edə bilməniz üçün, mütləq insulinin düzgün yeridilmə və inyeksiya vərdişlərinə tam yiyələnməlisiniz. Məsəl üçün, əgər sizin insulinin bədənin hansı nahiyəsinə yeridilməsinə aid biliyiniz varsa ( tibbi dildə desə insulin inyeksiyası etmək ), bu sizə inyeksiya yerindən insulinin qana daxil olmasının surətini hesablamağa kömək edəcək, və nəticədə qanda şəkərə nəzarəti əhəmiyyətli dərəcədə yaxşilaşdıracaqdır. 
Fikir verin ki, öyrənməni sadələşdirmək üçün, bütün şəkillərdə eyni tip şpris-qələm təsvir olunmuşdur. Həqiqətdə isə çoxlu miqdarda müxtəliv insulin yeritmək üçün qurğular vardır. Lakin bütün tip qurğular üçün insulinin yeridilmə texnikası eynidir. Hər bir qurğunun xüsusiyətləri ələvə olunmuş təlimatlarda göstərilir . 
BAŞLAMAMŞDAN ƏVVƏL
Birinci növbədə inyeksiya yerinin və əlin təmiz olması qeydinə qalmaq lazımdır. Bir qayda olaraq sadəcə olaraq əli yumaq və hər gün duş qəbul etmək kifayətdir, lakin bir çox xəstələr inyeksiya yerini xüsusi dezinfeksiya edici məhlullarla təmizləyirlər. Bu barədə öz həkiminizlə məsləhətləşin. 
Hal hazırda işlətdiyiniz insulini otaq temperaturunda saxlamaq lazımdır. Əgər siz flakonu soyuducuda saxlayırsınızsa, yaxşı olar ki, inyeksiyadan qabaq ovcunuzda onu qızdirasınız. 
İnyeksiyanın yerini təyin edərkən, siz 1-ci növbədə 2 vacib şey haqqinda fikirləşməlisiniz: 
o Insulinin qana lazım olan sorulma sürətini necə təmin etməli – müxtəlif nahiyələrdən insulinin qana sorulma sürəti müxtəli olur. 
o necə olsun ki, eyni yerə çoxlu inyeksiyalar olunmasın.
Baxmayarq ki, insulin daim dəri altına yeridilməlidir, bədənin müxtəlif nahiyələrindən müxtəlif cür sorulur. Insulin bud və sağrı nəhayisənə nisbətən qarın nahiyəsindən daha tez sorulur. Buna görə də həkimlər qısa müddət təsr edən nsulini (insulinin şəffav məhlulu)qarın nhihəsinə, uzun müddt təsir edən insulni isə (insulinin bulanıq məhlulu) buda və ya sağrıya vurmağı məsləhət görürlər.
Inyeksiya yerlərinin paylanması
Siz inyeksiya yerini seçdikdən sonra (qarın, bud, sağrı), çalışmalısınız ki, inyeksiya yerləri arasındakı məsafə bir-birindın kifayət qədər aralı olsun. Siz görürsünüz ki, həm qarında, həm də budda kifayət qədər yerlər var ki, inyeksiya yerləri bir- birinin üstünə düşməsin. Inyeksiya yerlərinin növbələşməsi imkan verəcəkdir ki, dəri altında eybəcər bərkləşmiş düyünlər yaranmasın. Heç vaxt belə bərkləşmiş düyünlərə inyeksiya etməyin, çünki onda insulinin sorulması pozulur.

İnsulinin qatışdırılması
Uzun müddət təsir edən insulin suspenziya olub(bir qədər bulanıq), tərkibində insulinin qana tez sorulmasının qarşısını alan xüsusi maddə vardır. Ona görə də bu insulini inyeksiya etməmişdən qabaq yaxşı qatışdırmaq lazımdır. Bunun üçün kartridj qoyulmuş şpris-qələmi ən azı10 dəfə yuxarı-aşağı çevirmək lazımdır. Kartridjdə olan balaca şüşə kürə insulinin yaxşı qarışmasına kömək edir. Qatışdırıldıqdan sonra insulin bir bərabərdə ağ və bulanıq olmalıdır. Qısa müddət təsir edən insulini (şəffav məhlul) inyeksiyadan qabaq qatışdırmaq lazım deyildir.

İynənin taxılması
Şpris-qələmdən başlığı çıxardın və NovoFayn iynəsindən qoruyucu yarlıqı qoparın. Şpris-qələmi yuxarı hissəsindən götürün (kartridj saxlayan) və insulinli kartridjin yivinə iynəni burub bağlayın. Saat əqrəbi istiqamətində 2,5 burmadan sonra, iynə möhkəm bağlanacaqdır (çox güclü burmaq lazım deyil). Yalnız bundan sonra iynədən xarici və daxili qoruyucu başlıqları çıxarmaq olar.
İnyeksiyadan qabaq havanın çıxarılması
Havanın çıxarılma prosedurasını insulini yeritmək üçün qurğunun inistruksiyasında yazılan kimi edin. Şpris-qələmin iynəsini yuxarı tutaraq onun korpusunu yüngül barmaqla döyəcləyin. Insulin olan kartridjdə ola bilən hava qabarcığı yuxarı qalxacaqdır. Insulin olan kartridjdə havanın olması təhlükəli deyildir, lakin yeridilən insulinin dozasında bir qədər qeyri dəqiqliyə səbəb ola bilər. 2 vahid insulin havaya buraxın. Bu sizə iynənin keçiriciliyinə əmin olmağa və iri qabarcıqların çixmasına imkan verəcəkdir. Əgər bundan sonra da kartridjdə kiçik hava qabarcığı qalsa, burda heç bir qorxulu şey yoxdur, onda heç bir təhlükə yoxdur.
Insulinin dozasının qoyulması
Adətən şpris-qələmlərdə doza, dozalaşmanın xüsusi selektorunun burulması ilə qoyulur. Hərtərəfli izahı sizin şpris-qələmin inistrusiyasında tapa bilərsiniz. Inyeksiyadan qabaq mütləq dozanın düzgünlüyünə əmin olun.

İnsulini adətən dəri altyına yeridirlər, lakin bəzən xüsusi situassiyalarda onu əzələ daxilinə və ya vena daxilinə yeridirlər. Əgər inyeksiya yerində dəri altı piy toxuması zəifdirsə və ya iynə uzundursa, yeridimə zamanı ola bilər ki, insulin əzələyə düşsün. Insulinin əzələyə yeridilməsi təhlükəli deyildir, lakin bu zaman o dəri altı yeridilməyə nisbətən qana daha sürətlə sorulacaqdır. Dərmanin əzələyə düşməsinin qarşısını almaq üçün, iynəni dəri büküyünə vurmaq lazımdır(şəklə bax). Çalışmaq lazımdır ki, iynənin vurulma texnikası həmişə eyni olsun ki, insulinin sorulma sürətini qabaqcadan biləsən. Insulinin müxtəlif tipləri adətən müxtəlif nahiyələrə yeridilir. Sağ tətəfdəki şəkildə inyeksiya üçün məsləhət görülən nahiyələr göstərilmişdir.

NovoRapid və Aktropid – qısa müddət təsir edən insulinlər – adətən qarına yeridilir. Şəkildə göstətidiyi kimi dəri büküyü yaradın, və iynəni 45° bucaq altında ora axıra kimi yeridin. Sonra insulini yeridin. 
İnsultard və Protafan - orta müddət təsir edən insulinlər – dəri altı piy toxuması ən çox olduğu üşün adətən budun ön nayihəsinə yeridilir. . Şəkildə göstətidiyi kimi dəri büküyü yaradın, və iynəni 45° bucaq altında ora axıra kimi yeridin. Sonra insulini yeridin.
Mikstard - kombinə olunmuş insulindir (zavod şəraitində hazırlanmış qisa və orta müddət təsir edən insulinlərin qatışığıdır). Onu adətən qarına və ya buda yeridirlər. Qarına yeridildikdə təsiri tez başlayır. Şəkildə göstərildiyi kimi dəri büküyü yaradın, və iynəni 45° bucaq altında ora axıra kimi yeridin. Sonra insulini yeridin.
Fərdi fərqlər olduğu üçün, sizə hansı metodun daha məqsədə uyğun olduğunu həkiminizlə dəqiqləşdirin.
İNSULİNİN YERİDİLMƏSİ
Şpris- qələmin buraxıcı düyməsinə asta basaraq, insulini tədricən yeridin. Tədricən yeridildikdə insulin toxumalarda daha yaxşı paylanır. 
Siz buraxıcı düyməyə axıra kimi basdıqdan sonra dəri büküyünü buraxın, iynəni yarısına kimi çıxardın və bir qədər gözləyin (tələsmədən 10-a qədər sayın),
sonra iynəni tam çıxarın. Buraxıcı düymə iynə tam çıxana qədər basılı qalır.
Bəzən inyeksiyadan sonra kiçik qan damlası əmələ gəlir. Burada qorxulu heçnə yoxdur. Sadəcə olaraq inyeksiya yerini bir qədər barmağınızla basıb saxlayın.

QISA VACİB QAYDALAR HAQQINDA
o İnsulini ardicıl eyni nahiyənin bir yerinə bir neçə dəfə dalbadal yeritməyin. Dəri altı toxumaya imkan verin ki, inyeksiyadan sonra “bərpa olunsun “. 
o Qarın nahiyəsinə inyeksiya etdikdə, inyeksiya yerlərini şəkildə göstərildiyi kimi növbələşdirin, dairə boyu elə irəliləmək lazımdır ki, ən azı 6 həftə ərzində eyni yerə təkrar inyeksiya etməyəsən.
o Bud nahiyəsində də inyeksiya yerlərini elə növbələşdirmək lazımdır ki, ən azı 6 həftə ərzində eyni yerə təkrar inyeksiya etməyəsən.
o İnsulin olan kartridjdən havanı çıxarmağı yaddan çıxarmayın və hər inyeksiyadan qabaq 2 vahid insulin havaya buraxmaqla iynənin keçiriciliyini yoxlayın. Əgər siz şpris-qələmə iynəni əvvəlcədən taxmısınızsa (inyeksiyaya bir neçə saat qalmış və ya əvvəlki inyeksidan sonra iynəni çıxarmağı yaddan çıxarmısınız) insulin olan kartridjə hava düşə bilər. Bundan başqa kartridjə hava xarici hərarətin kəskin dəyişmələrində də düşə bilər.
o Novofayn iynələri bir dəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Iynənin deşiyi əgər iynə inyeksiyadan sonra şpris-qələmdə qalarsa tutula bilər, odur ki, onun təkrar istifadəsi məsləhət deyildir.

INSULIN INYEKSIYASININ YERINI DƏYIŞMƏK NƏ ÜÇÜN VACIBDIR.
əgər iynə eyni yerə uzun müddət vurularsa, toxumaların daimi mikrotravması nəticəsində kiçik çapıqlar, dəri altı piy toxumasının hipo- və ya hipertrofik sahələri əmələ gələ bilər. Həkimlər belə dəyişiklikləri lipodistrofiya adlandırır. Lipodistrofiyanın qarşısını almaq üçün inyeksiyaları ən azı bir-birindən 1,5 sm aralı etməli, inyeksiya yerləri isə növbələşməlidir. Bir ay insulin bazuya, növbəti ay buda, sonra qarına və bu qayda ilə davam etməlidir. Daha yaxşı nəzarət üçün gündəlik tutmalı və insulinin dozası və inyeksiya yeri ora qeyd olunmalıdır.
 Başlanğıca

Istifadə olunmayan insulinlər 2-8°С temperaturda, qaranlıq yerdə, daha doğrusu soyuducunun aşgı gözündə, dondurucudan uzaqda saxlanılmalıdır. Bu temperaturda onlar göstərilən saxlama müdədtinə qədər öz bioloji və aseptik xüsusiyyətlərini saxlayirlar. Donma təhlukəsi olduğu üçün təyyarədə insulini baqaja vermək olmaz. çox yüksək temperaturda saxlama isə
preparatın bioloji aktivliyinin tədricən enməsinə gətirib çıxarır. Bioloji aktivliyin 100 dəfə enməsinə səbəb olan bir başa duşən gunəş şüaları da çox mənfi təsir göstərir. şəffaf, həll olan insulin çöküntü vərə bilər və bülanır. Insulin suspenziyalarında isə lopacıqlar, dənəciklər əmələ gəlir. Yüksək hərarət və uzun müddət çalxalanma bu prosesi sürətləndirir.
Xəstənin istifadə etdiyi insulin flakonu işıqdan qorunmaqla,25°С yuxarı olmayan 
otaq temperaturunda 6 həftəyə qədər saxlanıla bilər.Penfil kartrijləri istifadə etdikd-e isə bu müddət 4 həftəyə qədər qısalır, belə ki, şpris-qələmlər çox vaxt bədən temperaturuna yaxın olan cibdə gəzdirilir. Birinci dəfə istifadə etdikdən sonra insulin flakonları soyuducuda 3 aya qədər saxlanıla bilər.
Donmuş insulinin donu acıldıqdan sonra istifadə etmək olmaz. Bu xüsusilə suspenziyalara aiddir. Donmada kristal və hissəciklər aqreqatlaşır və donma açıldıqdan sonra həll olmurlar ki, buda homogen suspenziyanın yenidən yaranmasina imkan vermir. Beləliklə qeyri adekvat dozenın yeridilmə riski əhəmiyyətli şəkildə artır.Insulinin donu açıldıqdan sonra onu yararsız hesab etmək lazımdır. şəffaf insulinlərin rəngi dəyişdikdə, bulandıqda və ya xırda cisimciklər əmələ gəldikdə istifadə etmək olmaz. Insulin suspenziyalar da, çalxaladıqdan sonra agımtıl rəng yaranmırsa və onlarda liflər, komoklar varsa,rəngləri dəyişibsə istifadə üçün yararsızdır.
 Başlanğıca

Insulin inyeksiyasından qabaq əlləri əsaslı şəkildə sabunla yumaq və spirtlə silmək lazımdır. Yalnız bundan sonra proseduraya başlamaq olar.Sadə(təsiri tez başlayan) və uzun muddət təsir edən insulinlərinlərin dozalarını dolaşiq
salmamaq üçün ən əvvəl preparatın şprisə doldurulma ardıc**llığı müəyyənləşməlidir. Bu o deməkdir ki,siz hansı insulinin birinci doldurulması haqda qərara gəlməlisiniz: uzun müddət təsir edən və ya sadə insulin. Birdəfəlik ardıcıllığı*seçin və çaşmamaq üçün onu heç vaxt pozmayın.
Tutaq ki, sizə 6 vahid aktrapid və 16 vahid monotard yeritmək lazımdır. Sizin yadinizdadır ki, tez təsir edən insulin – bu şəffaf məhluldur.

Probkanı spirtli pambıqla silin. Insulin şiprisini açın. Ona 6 vahid hava çəkin. şprisi insuliun flakonuna batırın. Havanı flakona vurun, sonra onun altını yuxarı çevirin və insulini yığın. Iynenı flakondan çıxarın. əgər şprisdə hava qalibsa, onu çıxarmaq lazımdır. şprisin iynəsini yuxarı tutmaq və ona çırtma ilə vurmaq lazımdır. Qabarcıqlar qalxmağa başladıqda, porşeni yüngül sıxmaq lazımdır-hava iynə vasitəsi ilə çıxmağa başlayacaqdır. Iynəyə onun steril qapaqcığını taxmaq və kənara qoymaq lazımdır-o inyeksiya üçün hazırdır. Sonra eyni manipulyassiyanı təkrar edib, digər iynəyə 16 vahid
monotard yığmaq lazımdır. Insulinin dozasını 1-2 vahid çox yığmaq olar, ona görə ki, şprisə kiçik hava qabarciqları düşür, preparatın bir hissəsi iynədə qalır, həm də inyeksiya yerindən dərmanın damcısı geriyə çıxa bilər. Bu hamısı bir yerdə 1-2 vahid insulin təşkil edə bilər. Dərmanın vurulacağı yeri spirtlə silin. Dərini əlin baş, göstərici, orta barmağı ilə tutub dəri qatı yaratmaq lazımdır. Sərbəst əllə şprisi nizə kimi tutun və orta barmaqla iynənin
konyulasını tutub saxlamaqla tez iynəni batırın(şprisi bu zaman vertikal və ya bucaq altında tutmaq olar). Insulini yeridərək 5-6 san. müddətində iynəli şprisi 
çıxartmayın-inyeksiya yerindən iynə çıxdıqdan sonra preparatın geri axmasının qarşısını almaq üçün. Preparatın yeridilmə yerinə bir neçə saniyə spirtli pambıq sıxın.
Eyni qaydaları ikinci inyeksiyada da tətbiq edin. 
 Başlanğıca

 

 

 Insulin harada hazırlanır.

 Insulini necə yaradırlar.

 Insulinlərin növləri və onların fərqləri.

Insulini hara yeritməli

Insulini necə yeritməli

Məzmumu

o Başlamamışdan əvvəl 

Sorulmanın sürəti 

İNYEKSİYAYA HAZIRLIQ

İNYEKSİYANIN YERİ VƏ TEXNİKASI

 

Insulin inyeksiyasını bədəndə dəri-altı piy toxuması olan sahələrə edirlər: qarına, budun ön-dış nahiyəsinə,bazunun arxa-yan nahiyəsinə, sarğının yuxarı hissəsinə. 

Insulinin saxlanması

Daim insulin alan xəstələrdə müvafiq insulinlərin 2-3 aylıq ehtiyyatı olmalıdır. Hər bir xəstədə, hətta o gündəlik istifadə etməsə də sadə insulin olmalıdır. Qısa müddət təsir göstərən insulin inyeksiyası interkurrent xəstəliklərdə, xüsusiylə də xəstənin vəziyyətində ağırlaşma olduqda hiperqlikemiyanın səviyyəsini endirmək üçun lazım olur.

Insulinin yeridilmə texnikası

Dəməli şəffaf insulin məhlulu olan flakonu göturməklə, siz məhz aktropidi götürmüsünüz.

Insulinin sorulmasi 
Insulinin sorulmasi asilidir:

1.Yeridildiyi yerden: qarina yeridildikden 10-15 deq, bazuya yeridildikden 15-20 deq, buda yeridildikden 30 deq sonra preparat oz tesirini gostermeye başlayir.

2. Fiziki fealiyyetden:eger siz insulini buda yeritmisinizse ve sonra qaçişla ve ya velosiped surmekle meşgul olmusunuzsa, onda insulin kresloda oturub televizora baxdigniz ve ya qezet oxudugunuz veziyyete nisbeten qana defelerle çox tez daxil olacaq.

3.Bedenin temperaturundan:eger siz isti vanna qebul etmisinizse insulin suretle, yox eger uşuyursunuzse onda leng menimsenilecekdir.

4.Inyeksiya nahiyesinde mikrosirkulyasiyani yaxşilaşdiran mualice proseduralarindan:bele proseduralara masaj,hamam, sauna, qizdirici fizioproseduralar aiddir.

5. Orqanizmde mubadile ve elektrolit pozgunlugunun olmasi. Meselen qanin kimyevi terkibinin turşuluga teref deyişmesi(asidoz),hipoqlikemiya, insulinin sorulmasini pozur.

Bilmek lazimdir ki, insan insulini heyvan menşeli insulinden tez sorulur. En yaxşi konsentrassiyasi yuksek ve neytral insulinler sorulur.
 Başlanğıca



INSULININ DOZASININ ARTIQ OLMASI.
Hələ Samodji posthipoqlikemik hiperqlikemiya fenomeni, yəni hipoqlikemik reaksiyadan sonra
qanda qlükozanın artma fenomenini təsvir etmişdi. Orqanizm üçün agır stress olan kəskin hipoqlikemiyaya cavab olaraq, əks idarəetmə mexanizmleri aktivləşir, ketaxolaminlərin, kortizolun,qlükaqonun,STH-nun qana keçməsi baş verir, bunun
ardıyca isə qara ciyər tərəfindən qlükoza ifrazı artır. Beləliklə orqanizm özü mustəqil hipoqlikemiyanın öhdəsindən gəlir. La-
kin çox vaxt belə reaksiyadan sonra normaqlikemiya yox, hiperqlikemiya əmələ gəlir.
Bu qismən lipolizin aktivləşməsindən, ketogenezin yüksəlməsindən, keton cisimciklərinin
Konsentrassiyasının artmasından baş verir ki, buda insulinrezistentliyin inkişafına gətirib çıxarır. əgər xəstə hipoqlikemiya simptomlarını hiss etmirsə və ya onlar gəcə xəstənin oyanması üçün kafi qədər deyildirsə, onda o hiss edilməz qalır. Və bu zaman hipoqlikemiyadan sonra acqarına və ya digər vaxt qanda şəkərin yüksək səviyyəsi qeyd olunur. Buradan da elə bil ki, güya düz olan –qəbul olunan insulinin dozasının az olması nəticəsi çıxarılır və doza artırılır, bu isə vəziyyəti daha da pisləşdirir. Belə mentiqsizlik xəstəliyin əhəmiyyətli qeyri stabil gedişi və dekompensassiyası fonunda insulinin xroniki olaraq dozasının artıq təyin olunmasına gətirib çıxarır.
Belə insulinterapiyanın ağırlaşmalarının klinik şəkli polimorfdur. Bu halda gizli hipoqlikemiyaları aşkar etmək üçün mükəmməl müayinə və müşahidə lazımdır. Qəfləti və yeməkdən sonra keçib gedən zeiflik və başgicəllənmə tutmaları, baş ağrıları hipoqlikemiyanın yeğanə simptomları ola bilər. Gecə hipoqlikemiyaları dəhşətli yuxugörmə, yuxunun pozulması, baş ağrıları, tərləmə, oyandiqdan sonra isə gün ərzində əzginlik, yuxululuq ilə muşahidə oluna bilər.
əhval-ruhiyənin tez-tez dəyişməsi, əsəbilik,depressiya, ağlağanlıq, uşaq və yeniyetmələrdə isə aqressivlik, neqativizm, yeməkdən imtina etmə halları da tez-tez rast gəlinir.
Somodji sindromu çox vaxt uşaqlarda, yeniyetmə və gənc yaşlarında yüksək doza qebul edən xəstələrdə inkişaf edir. Uşaqların boyu və cinsi inkişafı ləngiyir, onlarda hepatomeqaliya qeyd olunur. Vacib simptom odur ki, şəkərli diabetin daimi dekompensassiyasına baxmayaraq, 
xəstələr ariqlamır, əksinə bəzilərinin çəkisi hətta artır.
Insulinin dozasının xroniki artıq olması sindromunun əsas təzahürləri bunlardır :
1) şəkərli diabetin hədsiz labil gedişli olması,sutka ərzində qlikemiyanın kəskin tərəddüd etməsi və ketoza meyillilik ;
2) tezləşmiş aşkar və gizli hipoqlikemiyalar ;
3) xəstəliyin xroniki dekompensassiyasına baxmayaraq, bədən çəkisinin artması ;
4) Insulinin dozasını artırdıqda şəkərli diabetin gədişinin pisləşməsi və insulinin dozasını əhəmiyyətli azaltdıqda kompensassiyanın alınması. 
Samodji fenomenini saat 4-6 arsınnda, sübh vaxtı kontrinsulyar hormonların (adrenalin, qlükaqon, kortizol və xüsusilə də somototrop hormon)sekressiya ritmi ilə əlaqədar qlikemiyanın səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunan ‘sübh şəfəqi’ fenomeni ilə diferensassiya etmək lazımdır. Bu fizioloji xüsusiyyət həm sağlam insanlarda, həm də şəkərli diabetlə xəstə insanlarda
müşahidə olunur. Səhər hipoqlikemiyanın səviyyəsinin yüksəlməsi şəkərli diabetlə xəstələrdə
yalnız « subh şəfəqi » sindromu ilə yox, ola bilər ki, gecə hipoqlikemiyası ilə əlaqədar arta bilər, bunu da gecə saat 2.00-3.00 arasında xəstənin qanında qlükozanın səviyyəsini təyin etməklə bilmək olar. 
Insulinin dozasının xroniki artıqlığının mualicəsi insulin dozasının korreksiyasından ibarətdir. Samodji sindromuna şübhə olduqda xəstəni diqqətlə müşahidə etməklə insulinin sutkalıq dozası 10-20% azaldılır. Insulinin dozası 2 üsulla azaldılır –dozenı 2-3 ay müddətində azaldırlar və doza 10-14 gün ərzində azaldılır. Intensiv insulinterapiyada dozanın adekvat korreksiyası tez və asan tapılır.

 Başlanğıca


İnsulin pompası nədir?
İnsulin pompası – bu balaca, batareya ilə işləyən, diabetli xəstələrin qanına insulin yeridən, mədəaltı vəzin funksiyasını yerinə yetirən cihazdır. Pompa insulinin orqanizmə daim daxil olmasını təmin etmək üçün nəzərdə tutulmuşdur və qlükozanın səviyyəsini normada saxlamaq üçün, orqanizmın insulinə olan təlabatından asılı olaraq pasient özü bu cihazda dozanı nizamlamalıdır. 

İnsulin pompası neçə işləyir?
Pompa kartridj/flakondan rezervuara yığılan insulini pasientin orqanizminə göndərir, rezervuar isə pompanın korpusunun arxa divarındaki boşluğa yerləşdirlir. Rezervuar nazik plastik borucuqla insulini pasientin orqanizminə göndərən kateterlə birləşdirilir.İnsulin kateterin axrınçı hissəsi olan nazik,elastik kanyula vasitəsilə xüsusi gurğunun- serterin hesabına tamamilə agrısız dərialtı- piy toxumasına yeridilir. Çox vaxt kateterin kanyulasını qarın nahiyəsinin dərisinə bərkidirlər.İnsulin işləndikçə xəstələr müstəqil olaraq rezervuarı təzəsi ilə əvəz edir və həmçinin hər 2-3 gündən bir kateteri dəyişirlər. Pompa asan proqramlaşdırılır və avtomatik olaraq orqanizmin təyin olunmuş düzgün doza ilə təmin edir (bazal doza),buda yemək arası və gecə qlükozanın səviyyəsini normada qalmasına kömək edir. Müalicə həkiminin köməyi ilə pasient bazal dozanın onun orqanizminə lazım olan müəyyən parametrlərini düzəldə bilər.Pasient həmcinin onun fiziki aktivliyinin dərəcəsindən və qəbul etdiyi qidadan asılı olaraq çox asan yeridilən insulinin dozasını dəyişə bilər.

Pompa insulinterapiyası sadə işləyir.Pompanın işinin prinsipi – qlükozanın səviyyəsini yemək qəbulundan sonra, yemək arası fasilələrdə və yuxu zamanı normada saxlamaq üçün orqanizmin təbii funksiyası olan, insulinlə qanı müntəzzəm təmin etməkdən ibarətdir.

Pompa qlükozanın səviyyəsinə “ciddi nəzarətə” nail olmağa kömək edir.

Pompanın köməyi ilə diabetli xəstələr yeridilən insulinin dozasının qlükozanın səviyyəsini normada saxlamaq üçün dəyişə bilərlər. Bu ciddi ağırlaşmalar törədə bilən hiperglikemiyanın əmələ gəlməsini qarşısını alır, həmcinin sağlamlıq üçün çox təhlükəli ola bilən, xüsusi ilə də gecə vaxtı baş verə biləcək hipoqlikemiyanın da qarşısını alır.

İnsulin pompası fasiləsiz olaraq orqanizmi çox dəqiq lazım olan dozada insulinlə təmin edərək mədəaltı vəzin funksiyasını maksimal dəqiq realizə edir. Normal fəaliyyət göstərən mədəaltı vəzi hər 12-14 dəqiqədən bir qana insulin göndərir.Pompada həmçinin xəstənin fərdi tələbatlarından asılı olaraq müxtəlif bazal dozaları təyin etməklə, müntəzzəm olaraq orqanizmi insulinlə təmin edir.

Pompa dəqiq və səhfsiz işləyir.İnsulin pompası insulini 0,1 və 0,05 vahid dəqiqliyinə qədər göndərir. Belə dəqiqlik çox saylı inyeksiyalarla müalicədə mümkün deyildir.

Pompadan istifadə edərək siz öz həyatınızı sərbəst yaşaya bilərsiniz. Ənənəvi üsullarla müaliçə olunan və ciddi gün rejiminə əməl etməyə məcbur olan şəkərli diabetli xəstələrdən fərqli olaraq, pompa insulinterapiyasına keçənlər ciddi qida qəbulu və fiziki fəaliyyət qrafikindən azaddırlar. Öz tələbatlarından və ya qəbul etdikləri qidadan asılı olaraq xəstə özü müstəqil insulinin dozasını elə dəyişə bilər ki, qlükozanın səviyyəsi normada qalsın. 
İnsulin pompasından necə istifadə etməli

İnsulin pompası insulinin fasiləsiz rejimlə yeridilməsi üçün nəzərdə tutulmuşdur.

İnsulin flakon/kartridjdən rezervuara yığılır, oradan kateterin borucuğu ilə plastırla dəriyə fiksasiya olunan kanyula vasitəsi ilə dəri altına batırmaqla (serter) dəri altı toxumaya

 Başlanğıca