Alqoritm 13

Просмотров: 10522

 

12. DIABETIK PƏNCƏ SINDROMU

Diabetik pəncə sindromu – şəkərli diabetdə pəncələrin pataloji vəziyyəti olub, dərinin və yumşaq toxumaların, sümüklərin və oynaqların zədələnməsi və trofik yaraların əmələ gəlməsi ilə, dəri – oynaq dəyişiklikləri və irinli – nekrotik proseslərlə xarakterizə olunur.

Təsnifatı(diaqnozun ifadə olunması)

• Neyropatik forma
- osteoartropatiyasız;
- diabetik osteoartropatiya-Şarko oynağı.
• Neyroişemik forma.
• Işemik forma.

Diabetik pəncə sindromunda yara defektinin təzahür dərəcəsi

Dərəcə
0
Yara defekti olmur, lakin dəri quruluğu, barmaqların dimdikvari deformassiyası,metatarzal sümüklərin başcıqlarının qabarması, digər oynaq və sümük anomaliyalari olur.
1
Infeksiya əlamətləri olmayan səthi yara
2
Adətən infeksialaşmış, lakin prosese sümük toxumasının qoşulmadığı dərin yara.
3
Abses yaranması və prosesə sümük toxumasının cəlb olunması ilə dərin yara.
4
Məhdudlaşmış qanqrena(barmaqların və ya pəncənin).
5
Bütün pəncənin qanqrenası.

Diabetik pəncə sindromunun diaqnostikası

Mütləq müayinə metodları:

• anamnezin toplanması
• ayaqlara baxış;
• nevrolojı statusun qiymətləndirilməsi;
• arterial qan dovranının vəziyyətinin qiymətləndirilməsi;
• yara defekti materialının bakteriolojı müayinəsi

Anamnez

Neyropatik forma
Işemik forma

Diabetin uzun müddətli gedişi və ya/ və anamnezdə yaranın olması, pəncənin amputassiyası, pəncənin, barmaqların, dırnaq plastinkalarının deformassiyası.


Hipertoniya xəstəliyi və/ və ya dislipidemiya və/ və ya anamnezdə ürək-damar xəstəliklərinin,damarların aterosklerotik zədələnməsinin olması.

Alkagoldan sui- istifadə
Siqaret çəkmədən sui- istifadə.

Ayaqlara baxış

Neyropatik forma
Işemik forma
Quru dəri, artıg güc düşən nahiyələrdə hiperkeratoz.
Dərinin rəngi – solğun və ya sianozlaşmis-
hdir, pəncə atrofiyalaşmış,çox vaxt çatlar olur.
Pəncənin,barmaqların,baldır-topuq oynaqlarının spesifik deformassi-
yası, ikitərəfli şişlər.
Barmaqların, pəncənin deformassiyası spesifik xarakter daşımır.
Hər iki tərəfdə pəncə arteriyalarında pulsassiya saxlanılır
Pəncə arteriyalarında pulsassiya zəifləmiş və ya yoxdur.
Artıq güc düşən nahiyələrdə ağrısız yara defektleri.
Kəskin ağrılı akral nekrozlar
Subyektiv simptomatikanın olmaması xarakterikdir.

Növbələşən ağsama

Nevroloji statusun qiymətləndirilməsi
Diabetik neyropatiyanın mütləq müayinə metodlarına bax.

Arterial qan dövranının vəziyətinin qiymətləndirilməsi

Metodlar
Zədələnmələrin əlamətləri
Mütləq müayinə metodları
Topuq–çiyin indeksinin ölçülməsi (uzanmış vəziyyətdə)
Topuq arteriyasının sistalik AT-nın (dizaltı nahiyədə ölçülür) çiyin arteriyasının sistalik AT-nə nisbəti <1,0
Əlavə müayinə metodları

• Arterial qan dövranının sürətinin ölçüməsi ilə dopleroqrafiya.


• Rentgenkontrast angioqrafiya.

Orta sürət 5-6 sm/saniyə

 

Defektlər: konturlar və dolmalar.
Kontrastlığın güclənməsi

Yara defektinin bakteriolojı müayinəsi antibiotik terapiyaya həssaslığın təyini üçün yerinə yetirilir.

Diabetik pəncə sindromunun risk faktorarı

• Klinik əlamətlərlə özünü göstərən distal polineyropatiya;
• Periferik damarların istənilən mənşəli xəstəlikləri;
• Pəncənin deformassiyası
• Görməni əhəmiyyətli zəifləməsi(tam korluq);
• Diabetik nefropatiya;
  • Yaşlı xəstələrin tək yaşaması
• Alkagoldan sui – istifadə;
• Siqaret çəkmə

Risk qruplarında diabetik pəncə sindromunun skrininqi.

Mütləq müayinə metodları

Diabetik pəncə sindromunun klinik formalarının təyini


Müalicə metodunun seçilməsi

Diabetik pəncə sindromunun inkişafına risk faktorları olmadıqda müayinə ildə 1 dəfə aparılır.


Diabetik pəncə sindromunun müalicəsi

Diabetik pəncə sindromunun neyropatik formasının müalicəsi (endokrinoloq – diabetoloq tərəfindən ixtisaslaşmış şöbələrdə (kabinetlərdə – diabetik pəncə) aparılır.

• şəkərli diabetin kompensassiyası(HbAlc<7%);
• Zədələnmiş ətrafın immobilizassiyası və ya işinin azaldılması, ortopedik vasitələrdən də istifadə etmək olar;
• Hiperkeratozlu sahələrin təmizlənməsi;
• Pəncənin infeksiyalaşmış defektində antibiotikterapiya;
• Antiseptik məhlulların tətbiq olunması ilə yaraların yerli işlənməsi(xloheksidin 0,05%li, dioksidin 1%li, 0,05%li,0,25%li)

Sarğılar

Təmizlənmə stadiyası
Qranulyassiya stadiyası
Epitelizassiya stadiyası
Aktisorb,inadin,hidrokol,
sorbaqol
Hidrosorb,hidrosorb +, atrav-
man, bronolind
Hidrofilm, bioklüziv

Diabetik pəncə sindromunun işemik formasının müalicəsi

1. Cərrahi müalicəyə hazırlıq etapında:
• şəkərli diabetin kompensassiyası(HbAlc<7%);
• Pəncənin qorxulu işemiya əlamətlərinin aradan götürülməsi;
- Reopoliglükin 400,0 v/d damcı,
- kurantil, fleksital, fraksiparin
- vazaprostan 600mkq 250ml 0,9%li NaCl məhlulunda v/d damcı – 21-28 gün;
• Sulodeksin 600 v/sutka e/d – 14 – 21 gün, sonra 30-40 gün 250 vahid gündə 2 dəfə per os . Tam kurs ildə 2 dəfə
2.Damarlarda rekonstruktiv əməliyyat cərrahi stasionar şəraitində aparılır.

Mütləq xəstəyə qlikemiyaya özünün nəzarət etmə metodunu və pəncələrə qulluq qaydalarını öyrətmək lazımdır!