Alqoritm 19

Просмотров: 4981

19. ŞƏKƏRLI DIABETDƏ CƏRRAHI MÜDAXILƏ.

Şəkərli diabetli xəstə cərrahi stasionara daxil olduqda lazımdır:

1. əməliyyatın vaxtını təyin etməli ;
2. anestezioloq, cərrah və endokrinoloq sıx əməkdaşlıq yaratmalı
3. qlikemik profili optimallaşdırmaq (mütləq kompensassiya heç də həmişə nisbi hipoqlikemiyanın inkişafı ilə əlaqədar özünü doğrultmur);
4. köməkçi müayinələri yerinə yetirmək (EKQ,döş qəfəsi orqanlarının rentgenoskopiyası, elektrolitlərə nəzarət).

Təcili və təxirə salınmaz əməliyyatlar.

Əməliyyatdan qabaq hazırlıq

• 1-ci tip ŞD-də insulinterapiyanın sxemində dəyişiklik etmək;
• 2-ci tip ŞD-də əvvəl qəbul edilən şəkəri aşağı salan həbləri kəsmək və insulinterapiyaya kecmək.

 

Əməlliyat vaxtı lazımdır:
Qlikemiya
Qlikemiya
5,5-11,1 mmol/l
>11,1 mmol/l
QKI* qarışığı (saatda 2-4 vahid qısa müddətli təsir edən insulin)
0,9% NaCl – 400,0ml + qısa müddətli təsir edən insulin 2-4 vahid saatda
Qlikemiyanı yaxşılasdırmaq

(mütləq kompensassiya heçdə həmişə nisbi hipoqlikemiyanın inkişafı ilə əlaqədar özünü doğrultmur)

Əməliyyata 20-30 dəqiqə qalmış və 3-4 sutka əməliyyatdan sonra:
5%-li qlükoza 400ml + insulin (qısa müddətli) 1V/kq v/d damcı, 2-4 vahid/saat+KCl 10 mmol/l. Infuziya 1-ci şam yeməyindən 30-60 dəqiqə sonra qurtarır. 1-ci 10 saatda 25 – 75 ml hidrokartizon yeridilməlidir.

 

Əməliyyat dövründə qlikemiya 8,5-11,0 mmol/l olmalıdır. Qlikemiya və kaliyə nəzarət əməliyyat vaxtı saatda 1 dəfə və əməliyyatdan 5-8 saatdan sonra aparılmalıdır. əməliyyatdan sonraki 3-4 sutkada hər 3-4 saatdan bir təyin olunmalıdır. .Şəkərli diabetli xəstələrdə infeksiyaya yoluxma riski yüksək olduğu üçün antibiotiklərin əməliyyat vaxtı və sonra yeridilməsi lazımdır.

QKI* qarişığı : qlükoza + kali +insulin. Bura daxildir: 10%li 500 ml qlükoza, KCL 10 mmol/l ,insulin isə qlikemiyanın səviyyəsindən asılıdır


Xəstələrin əməliyyatdan sonra aparılması

Əməliyyatdan 3-4 sutka sonra (və ya 1-ci şam yeməyindən sonra) kicik dozalarla insulinterapiya
Yaranın əməliyyatdan sonra yaxşı sağalması.
Yaranın əməliyyatdan sonra pis sağalması.
Insulinin dozası 0,7 v/kq
(qlikemiyaya nəzarət etməklə)
Insulinin dozası 1 v/kq- sağalma prosesinin stabilləşməsinə qədər. (qlikemiyaya nəzarət etməklə)

 

Əgər xəstə əməliyyata qədər şəkər aşağı salan həb preparatlarından istifadə edibsə, onda insulini kəsmək və endokrinoloqun nəzarəti altında həb preparatlarını təyin etmək lazımdır.

Xəstənin koma və perekoma vəziyyətində cərrahi əməliyyat olunması.

Əməliyyata yalnız həyati göstəriş olduqda və perekoma və ya komadan çıxarıldıqdan 4-6 saat sonra başlamaq lazımdır. Cərrahi əməliyyat və əməliyyatdan sonraki dövr təxirə salınmaz və təcili cərrahi əməliyyatlardakı kimidir.

Planlı cərrahi əməliyyatlar

Kiçik cərrahi əməliyyatlar

Qlikemiyanın kompensassiyası ( HbAlc<9,0 % )
1-ci tip ŞD
2-ci tip ŞD
şam etmək olar --- Insulinin adi dozası
Sutkalıq təsir edən şəkəri aşağı salan həbləri əməliyyatdan 5-7 gün qabag kəsmək.

 

şam etmək olmaz ---- qısa müddətli təsir edən
insulini kəsmək .
--Orta müddətli təsir
edən insulinin dozasını
azaltmaq.

şəkəri aşağı salan qısa müddətli təsir edən preparatlar təyin etmək
əməliyyat günü şəkəri aşağı salan səhər dozasını kəsmək

 


əməliyyat günü QKI* qarışığı

əməliyyatı səhər ac qarına kecirmək (qlikemiyanın hər 2 saatdan bir təyini)

 

əməliyyatdan sonraki dövr təxirə salınmaz və təcili cərrahi əməliyyatlardakı kimidir.
əməliyyatdan sonraki dövrdə şəkəri aşağı salan qısa müddətli preparatı 1-ci qida qəbulundan sonra təyin etmək
əgər əməliyyat zamanı qlükoza yeridilməsi mütləq lazımdırsa onda QKI qarışığı təyin etmək.

Böyük cərrahi əməliyyatlar(ŞD 1-ci ve 2-ci tip)

Qlikemiyanın kompenssassiyası ( HbAlc<9,0 % )

əməliyyata 2-3 gün qalmış xəstə qısa müddətli təsir edən insulinə keçir və qlikemiya hər 3 saatdan bir yoxlanılır

Cərrahı əməliyyat səhər ac qarına yerinə yetirilir. Sonra isə təxirə salınmaz və təcili cərrahi əməliyyatlar kimi davam etdirilir.

Insulinterapiyanın metodları

Hipervalemiyanın inkişaf riski vardır
Hipervalemiyanın inkişaf riski yoxdur
Mərkəzi venoz təzyiqə,qlikemiyaya, kaliyə nəzarət etməklə: 10%-li qlükoza məhlulu + QMTI 15-20 vahid , 2-4 v/saat + KCL 10 mmol v/d damcı.
A. Perfuzor (2 sistemli aparat) – qlikemiyaya, kaliyə nəzarət etməklə:
1). Qlükoza məhlulu 5%li 100,0 ml/saat
2). QMTI 2-4 v/saat

 

B. QKI qarışıq:
Qlükoza məhlulu 5%-li 500,0 ml+QMTI
10-15 v; 2-4 v/saat + KCL 10mmol v/d
damcı 5 saat müddətində.

Qeyd : QMTI – qısa müddətli təsir edən insulin.