Şəkərli diabetin ağırlaşmalarından qurtulmağı necə öyrənməli?

Просмотров: 20075

 

Şəkərli diabetin ağırlaşmalarından qurtulmağı necə öyrənməli?

Diabetlə xəsətələnmək-maşını gür küçədə sürmək kimi bir şeydir, sadəcə olaraq yol hərəkətləri qaydalarını bilmək lazımdır (M.Berqer).
Siz yəgin belə bir mülahizəni eşitmisiniz ki, şəkərli diabet özü-özlüyündə təhlükəli olmayıb, öz ağırlaşmaları ilə təhlükəlidir.Diabetli insanla sağlam insan nə ilə fərqlənir? Ağırlaşmalar nə üçün inkişaf edir, onlardan gurtulmaq olarmı? Gəlin şəkərli diabetin nə olduğunu bir daha xatırlayaq. Şəkərli diabet – qanda şəkərin xroniki yüksək olmasıdır. Bu sağlam adamla diabetli adam arasında yeganə fərqdir. Ona görə də ağırlaşmaların inkişafının əsas səbəbi, uzun müddət qanda şəkərin səviyyəsinin yüksək olmasıdır (hiperqlikemiya). Bu hal nəyə gətirib cıxarır?Birinci növbədə BÜTÜN orqanizmin xırda qan damarları və sinirlər zədələnir.



Əgər biz öz yolunda bütün cirkabı yuyub aparan sürətli təmiz dag cayını və bulanıq, yavaş axan çay ilə müqaisə etsək, onda asanca olaraq bizim qan damarlarımızda şəkər yüksələrkən nə baş verdiyini təsəvvür edə bilərik. Qan daha qatı olur, hüceyrələr üçün lazım olan oksigeni və gidalı maddələri ləng çatdırır. Qlükozanın miqdarının artıq olması ilə əlaqədar qiükoza damarların divarlarına “hopur”, damarlar öz elastikliyini itirir,gidalı maddələr üçün keçiriciliyi azalır və asanlıqla travmaya məruz qalır, nətiçədə kiçik qan sızmalar əmələ gəlir. Mikrotravmaların yerində birləşdirici toxuma (çapıq) əmələ gəlir ki, bu da orqanların funksiyasını pisləşdirir. Belə bir “şəkərlənmə” sinirlərin qişalarında da əmələ gəlir və onlar öz funksiyalarını itirirlər (hissiyat pisləşir).


Ona görə də ağırlaşmalardan qurtulmaq və ya onların inkişafını dayandırmaq üçün ən 1-ci qayda belədir:
QANDA ŞƏKƏRİ NORMALLAŞDIRMAQ
Aparılmış çoxlu tədqiqatlar sübüt etmişdi ki, qanda şəkərin səviyyəsini normaya qədər aşağl salmadan, müalicədə yaxşı nəticələrə nail olmaq mümkün deyildir. Ağırlaşmaların inkişafının başlangıc stadiyalarında ən müasir, bahalı preparat və metodlar tətbiq olunsa belə, yalnız qanda şəkərin normallaşdırılmasından sonra əksər hallarda onların aradan götürülməsi mümkün olur. Gəlin xatırlayağın – qanda şəkərin hansı səviyyəsi normaldır. Ac qarına səhər kapilyar qanda o 5,5 mmol/l-ə qədər, yeməkdən 2 saat sonra isə 7,8 mmol/l-ə qədər olmalıdır. Bunlar ideal rəqəmlər olub, buna nail olmağa çalışmaq lazımdır. Lakin sizin müaliçə həkiminiz hazırki vaxtda sizə hansı göstəricinin daha məqbul olmasını məsləhət görər.
İkinci qaydada deyilir:
Başlangıç ağırlaşmaları aşkar etmək üçün müntəzəm müayinələr lazımdır.
Diabet zamanı ağırlaşmaların təhlükəliliyi ondan ibarətdir ki, uzun müddət hec bir ağrı olmur və xəstə yaxınlaşan təhlükə haqqında heç nə bilmir. Vaxt nə qədər çox davam edirsə, müalicə etmək bir o qədər mürəkkəb və effekt bir o qədər əhəmiyyətsiz olur. Çox vaxt xəstə ağırlaşmaların inkişar mümkünlüyünü bilir, lakin qəsdən müayinədən qaçır: “Nə qədər az bilsəm, narahat fikirlər də bir o qədər az olar”. Bu cür “straus” mövqeyi acı aqibətlərə gətirib çıxarır. Ona görə də düzgün psixoloji köklənmə çox vacibdir: QANDA ŞƏKƏR ÖLÇÜLMƏSİNDƏN ALINAN PİS NƏTİCƏ VƏ YA AĞIRLAŞMANIN AŞKAR OLUNMASI QANQARAÇILIQ ÜÇÜN SƏBƏB OLMALI DEYİLDİR- BU YALNIZ KONSTRUKTİV FƏALİYYƏT ÜÇÜN SƏBƏBDİR. Başa düşmək lazımdır ki, diabetdə problemlər siz ona barmaq arası baxdıqda (onunla hesablaşmırsınız) və ya həddindən artıq emosional (qaninz qaralır) yanaşdıqda ola bilər. Və siz diabet haqda nə qədər çox bilik alsanız və ən əsası onu həyata keçirsəniz, sizdə bir o qədər məhdudiyyətlər və pis nəticələr az olacaqdır. Istənilən həyat situassiyasında diabetin öhdəsindən gəlməyi bacarmaq və məhdudiyyətlərin olmaması üçün
DİABET MƏKTƏBİNDƏ ÖYRƏNMƏK LAZIMDIR
Gəlin baxaq görək, şəkərli diabetdə hansı gecikmiş ağırlaşmalar inkişaf edə bilər və onların profilaktika qaydalarını təhlil edək.
Diabetik nefropatiya – böyrəklərin patalogiyası olub, şəkərli diabetli insanlarda yüksək şəkər fonunda inkişaf edir. Bu ağırlaşmanın təhlükəliliyi ondadır ki, erkən stadiyalarda pasiyentlərdə diskamfort hissi əmələ gəlmir. Yüksək şəkərin təsiri altında nə baş verir?
Böyrəklər- bizim orqanizmamızdan zərərli maddələri (şlakları) təmizləyən orqandır. Yüksək şəkər şlakların çıxmasında iştirak edən xırda damarların zədələnməsinə səbəb olur. Nəticədə böyrəklərin funksiyaları pozulur və orqanizmdə azot qalıqları toplanır. Böyrəkləri ətraf aləmə orqanizmə lazım olmayan maddələri ifraz edən filtr kimi təsəvvür etmək olar. Lakin böyrəklər zədələndikdə onlar orqanizm üçün faydalı olan maddələri də xariç etməyə başlayırlar.Böyrəklərin zədələnməsinin erkən diaqnostikası buna əsaslanmışdır. Diabetik nefropatyanın inkişafının ən erkən əlaməti – mikroalbuminuriyadır - sidiklə albuminin normal miqdardan artiq xaric olunmasıdır. Bu o stadiyadır ki, müəyyən müalicə aparmaqla, ağırlaşmanın proqresləşməsinin qarşısını almaq olar. Əgər erkən stadiyada tədbirlər ğörülməsə, sonradan sidik ilə daha böyük zülal molekulu – protein (proteinuriya) xaric olmağa başlayır, böyrək yumaqcıqlarının filtrassiya sürəti pozulur, arterial təzyiq yüksəlir, ödemlər inkişaf edir, böyrək çatmamazlığının terminal stadiyasının inkişafına qədər orqanizmin şlaklaşması artır. Nefropatiyanın olmasını bacardiqca tez aşkar etməli və müalicəyə başlanmalıdır.
BÖYRƏKLƏRİN SAĞLAM OLMASI ÜÇÜN LAZIMDIR:
1. QANDA ŞƏKƏRİ NORMALLAŞDIRMAQ.
2. MÜNTƏZZƏM MÜAYİNƏLƏR OLUNMALIDIR
.
1.Mikroalbuminuriyanın sidikdə təyini:
a) Şəkərli diabetin başlanmasının birinci 5 ilində ən azı ildə 1 dəfədən az olmayaraq;
b) xəstəliyin başlanmasından 5 il sonra ildə 2 dəfə.

2.Proteinuriya olduqda:
a) Sutkalıq proteinuriyanın ən azı 3 aydan bir təyini;
b) Böyrək yumaqcıqlarının filtrassiya sürətinin ən azı 6 aydan bir təyini
v) gündəlik arterial təzyiqin ölçülməsi
q) 6 aydan bir qanda kreatinin, sidik cövhərinin təyini (qanın biokimyəvi analizi).
Əgər sizdə sidikdə albuminin səviyyəsi yüksəkdirsə, onda karbohidrat mübadiləsinə nəzarəti gücləndirmək lazımdır (qanda şəkərin səviyyəsini normallaşdırmaq).




3. VAXTINDA MÜALİCƏ TƏYİN ETMƏLİ . Böyrək daxili təzyiqi normallaşdırmaq üçün medikamentoz müalicəyə görə həkimə müraciət etmək lazımdır (enalapril,karlon,liznopril).
Sidikdə daha iri zülal molekulunun – proteinin əmələ gəlməsi zamanı yuxarıda qeyd olunanlardan əlavə, qida ilə qəbul olunan heyvani zülaların (0,6 – 0,8 qr/kq bədən cəkisinə) və duzların miqdarının məhdudlaşdırılması məsləhətdir.
Arterial təzyiqin 135\85 mm. c. s. yuxarı olduqda lazım olan hipotenziv müalicə təyin olunmalıdır.
Diabetik retinopatiya – göz dibində pataloji dəyişiklik olub, qanda yüksək şəkər nəticəsində inkişaf edir, görmə itiliyini aşağı salır, adekvat müalicə aparılmadıqda isə korluğa gətirib çıxarır.
Yüksək şəkərin təsiri nəticəsində göz dibinin damarlarının divarları kövrəkləşir, nazikləşir, qan sızmaların miqdarı artır. Qan sızmalar nə qədər çox olursa, birləşdirici toxumanın inkişafı və yeni keyfiyyətsiz qan damarlarının yaranması (çox tez-tez massiv qan sızmalara səbəb olan) bir o qədər artır. Bu torlu qişanın laylanması və görmə hüceyrələrinin məhfi ehtimalını artırır. Əgər dəyişiklikər göz dibinin periferik hissəsində yaranırsa,onda pasient görmə itiliyinin enməsini hiss etmir (torlu qişanın laylanması olmadıqda) və vəziyyətin ağırlığını dərk etmir. Göz dibinin mərkəzi hissəsinin zədələnməsi görmə itiliyinin aşağı düşməsi ilə özünü göstərir və həkimə müraciyət etmək zərurəti yaranır. Belə bir şikayət qlükozanın cevrilməsi nəticəsində yaranan sorbitolun billura daxil olması nəticəsində onun tutqunlaşmasına səbəb olan və yaranan kataraktada da mümkündür.
Diabetik retinopatiyanın profilaktikasının əsas qaydası qanda şəkərin səviyyəsini normallaşdırmaqdır, belə ki, karbohidrat mübadiləslnln kompensassiyasının dərəcəsi ilə bu ağırlaşma arasındakı asılılıq dəqiq sübut olunmuşdur. Mikrosirkulyassiyanın yaxşılaşmasına yönəlmiş preparatların (trental, doksium, parmedin, qida əlavələri tipli dərman preparatları) qəbulu- xüsusi ilə də yükək şəkər fonunda az effektlidir, buna görə də müalicə də praktik olaraq tətbiq olunmur. Məsələ bundadır ki, qanda şəkər normal olduqda damarlara qarşı aqressiya yoxdur və buna görə də bu preparatlar lazım deyildir, qanda şəkər yüksəldikdə isə qanın xüsusiyyətləri dəyişilir və bu preparatlar şəkərin damarların divarlarına aqressiv təsirinin qarşısını ala bilmir, sadəcə olaraq təsir göstərmir.
Dərman preparatlrından öz effektliyini sübut etmiı yalnız antioksidantlardır. Onlar orqanizmdə qeyri spesifik müdafiə fonu yaradırlar. Ən güclü antioksidantlardan biri tioqamma preparatının tərkibində olan alfa-lipoye turşusudur. Bu turşu lipid və karbohidrat mübadiləsinin requlyassiyasında iştirak edərək, qanda şəkərin normallaşmasına şərait yaradır, qara ciyərin funksiyasını yaxşılaşdırır, xolesterin mübadiləsinə müsbət təsir göstərir. Dərman 600 mq dozada buraxılır, çünki məhz bu doza müalicəvi təsir göstərir.
Daha bir güclü antioksidant təsirinə malik olan preparat tərkibində üç vitamin antioksidant olan – A, C, E və həmçinin selen mikroelementi olan preparatlardır ki, bunlarda hüceyrə daxilində sərbəst radikalların yaranmasına mane olur. Sərbəst radikallar ətraf mühütün mənfi təsiri nəticəsində yaranan xüsusi aktiv atomlardır. Onların konsentrassiyası bəzi xəstəliklərdə, o cümlədən şəkərli diabetdə dəfələrlə artır. Orqanizm üçün lazım olmayan kimyəvi reaksiyalara girərək, sərbəst radikallar həddindən çox mənfi nəticələrə səbəb olurlar. Vitamin A, C, E və selenin ideal kombinassiyası sərbəst radikalların zərərli təsirindən orqanizmi qorumağa imkan verir. Orqanizmə kompleks təsirini nəzərə alaraq, bir çox insanlara müxtəlif gərginliklərdə bu preparatlardan qəbul etməyi məsləhət görmək olar.
Şəkərli diabetlə xəstə olan idmançılarda maraqlı hal müşahidə olunmuşdur. Aşkar olunmuşdur ki, ağırlşmalar onlrda çox yavaş inkişaf edir. Aparılan tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, fiziki aktivlik şəkərli diabetdə damar ağırlaşmalarının profilaktikası üçün çox güclü vasitədir.
Diabetik retinopatiyanın inkişafını saxlamağa imkan verən hansısa basqa bir metodda varmı?
Var. Bu lazer fotokoaqulyassiya metodudur. Lazer şüasının köməyi ilə mikroanevrizmalara, kiçik qanaxmalara təsir göstərərək, yeni, daha kövrək, partlaya bilən damarların əmələ gəlməsinin qarşısı alınır, tor qişanın laylanıb qopmuş sahələri ləğv olunur. Nəzərə almaq laımdır ki, lazer fotokoaqulyassiyasından sonra heç də həmişə normal görmə itiliyi bərpa olunmur, lakin görmənin sonrakı zəifləməsinin qarşısı alınlr.
GÖZLƏRİN SAĞLAM OLMASI ÜÇÜN LAZIMDIR:
1. QANDA ŞƏKƏRİ NORMALLAŞDIRMAQ.
2. MÜNTƏZƏM MÜAYİNƏ OLUNMAQ .
OFTOLMOLOQDA MÜAYİNƏ QAYDALAR
I
1. Diabetik retinopatiyanın olmadığı halda, ildə bir dəfə həkimə müraciət etmək.
2. Göz dibində dəyişiklik aşkar olunduqda hər yarım ildə 1 dəfə, lazım olduqda daha tez- tez müayinə olunmaq. 3.Mütləq göz dibinə geniş bəbəkdən (əks göstəriş olmadıqda) baxmaq.

 


Göz dibinə geniş bəbəklə baxılması onun tam şəklini verir.
3. MÜALİCƏNİN VAXTINDA TƏYİN OLUNMASI
Yüganə effektiv metod (bir çox beynəlxalq tədqiqatlar nəticəsində sübut olunmuş) şəkərli diabetin stabil kompensassiyasında aparılan lazerofotokoaqulyassiyadır
DIABETIK POLINEYROPATIYA (AŞAĞI ƏTRAFLARIN DİABETİK ZƏDƏLƏNMƏSİ)
Şəkərli diabetin ağırlaşmalarından biri də aşağı ətraflarin (pəncələrin) zədələnməsidir. Bu halda, digər orqanlardakı kimi, sinir və damarların zədələnməsi baş verir. Bu dəyişikliklər də öz növbəsində ayaqlarda hissiyyatın aşağı düşməsinə, bunun da nəticəsində tez-tez yüngül zədələnmələr, pəncənin yara defektlərinin inkişafı, qanqrena (amputassiyaya qədər) əmələ gəlir. Ayaqların sinirlərinə “şəkər yopması” onlarda ağrı, temperatur, taktil, vibrassiya hissiyyatını aşağı salır. Aşağı ətrafların belə zədələnməsi diabetik polineyropatiya adlanır. Çox vaxt situassiya belə olur: sinirlərin zədələnməsi (“şəkər yopması”) və ayaqlarda hissiyyatın pozulması nəticəsində kiçik travma, sürtülmə nəzərə çarpmadan qalır. Tezliklə ora mikroorqanizmlər düşür və artmağa başlayır – iltihblaşma, sonra isə yara defekti yaranır. Yüksək şəkər fonunda o çox pis sağalır, müalicə olunmadıqda isə aşağı ətrafların qanqrenası yarana bilər. Həkimlər tərəfindən bu ağır ağırlaşma halları analiz olunmuş, bilavasitə qanqrenanın səbəbləri aşkar olunmuş və bunun da əsasında ayaqlara qulluğun xüsusi qaydaları işlənib hazırlanmışdır. Ayaqlarında zədələnmələrin başlanğıc stadiyası olan insanların, bu qaydaları yerinə yetirməsi, amputassiyaların miqdarını 80% aşağı salmışdır.
Aşağı ətrafların zədələnmələri hansı cür olur? Sinirlərin və ya damarların hansının daha çox zədələnməsidən asılı olaraq 2 əsas qrupa ayrılırlar:
I. Damarların zədələnməsinin üstünlüyü ilə - işemik pəncə.
Bu vəziyyətin əlamətləri hansılardır?
1. Pəncədə və baldırda dəri soyuqdur.
2. Dəri örtükləri solğun və ya ala-bula (mərmər kimi) rəng alır.
3. Baldıra tüklərin olmaması. 4. Yerimə zamanı ağrının əmələ gəlməsindən şıikayətlər və daha sonrakı stadiyalarda ağrının sakit vəziyyətdə də yaranması. Işemik ağrılar ayağı çarpayının kənarından salladiqda bir qədər zəifləyir.
5. Pəncənin kənarlarında (barmaqların ucları, daban nahiyəsində) ağrılı yara defektlərinin olması. 6. Pəncələrdə pulsassiyanın zəifləməsi.
II. Sinirlərin zədələnməsinin üstünlüyü ilə - neyropatik pəncə.
Əsas əlamətləri:
1. Pəncə əl ilə yoxladıqda isti və ya ilıq olur.
2. ayaqlarda kəskin və ya sancı şəklində ağrılar (ən şox sakit və gecə vaxtlarında).
3. Aşağı ətraflarda bütün növ hissiyyatn aşağı düşməsi, sonradan isə tamamilə itməsi (ağrı, taktil, vibrassiya, temperatur). Belə hal dəri örtüklərində kiçik travmaların, yanıqların əmələ gəlməsinə əlverişli şərait yaradır.
4.Pəncəyə ağırlığın daha çox düşdüyü zonalarda hiperkeratoz sahələrinin yaranması.
5. Pəncələrdə hiperkeratoz sahələrində ağrısız yara defektlərinin əmələ gəlməsi.
Neyropatik pəncənin digər variantı da vardır ki, bu zaman pəncənin sümük strukturlarında dəyişikliklər- osteoartropatiya (Şarko pəncəsi) inkişaf edir.
Sümük strukturunda əmələ gəlmiş dəyişikliklər nəticəsində öz- özünə törəyən sınıqlar, əhəmiyyətli deformassiyalar yaranır, sonradan isə pəncədə yara defektləri inkişaf edir. Əgər siz özünüzdə yuxarıda qeyd olunan zədələnmələrdən birini aşkar etmisinizsə, onda siz “Diabetik pəncə” mərkəzinə və ya kabinetinə müraciət etməlisiniz, orada sizdə bu zədələnmələrin xüsusiyyətini və dərəcəsini aşkar etmək üçün müayinələr aparılacaq və sizə onların müalicəsi üçün məsləhətlər veriləcək. Polineyropatiyanın əlamətlərini azaltmağa və sinirlərin funksiyasını bərpa etməyə imkan verən preparatlar hazırlanmışdır. Bunlara müxtəlif antioksidantlar və vitaminlər əsasında hazırlanmış preparatlar aiddir (Milqamma və Tioqamma).
Milqamma –bu alman preparatı olub, yağda həll olan B vitaminləri qrupu əsasında yaranmışdır, zədələnmiş sinirin fuksiyasını bərpa edir və ağrı sindromunu azaldır. Milqamma, B vitaminləri qurupunun daha mükəmməl və aktiv formasıdır, belə ki o, eyni miqdarda suda həll olunan B vitamiləri qurupuna nisbətən qat-qat yaxşı mənimsənilir. Bu qrup vitaminlər həyati vacib mikroqidalı maddələrdir. Preparatın standart dozası- 1 kapsul gündə 3 dəfədir (kurs müalicə ən azı 2 ay).
Uzun müddətli kömək edici müalicə üçün gündə 1 draje Benfoqamma (150 mq benfotiamin) qəbul etmək məsləhət görülür. Preparatların təyininə göstərişi və onların dozasını həkim – diabetoloq təyin etməlidir. Lakin ən yaxşı effekt qanda şəkərin səviyyəsini normallaşdırdıqda alınır. Lakin müəyyən profilaktik tədbirlər vardır ki, onlara əməl etdikdə pəncələrin zədələnməsinin inkişafının qarşısını almaq mümkündür.
AYAQLARIN SAĞLAM OLMASI ÜÇÜN:
1.QANDA ŞƏKƏRİ NORMALLAŞDIRMAQ LAZIMDIR.
2.MÜNTƏZƏM MÜAYİNƏ APARILMALIDIR:
-aşağı ətrafların temperatur, taktil, vibrassiya hissiyyatı ölçülməlidir (ildə 2-4 dəfə).
3.AYAĞA QULLUQ QAYDALARINA ƏMƏL ETMƏK . 4. MÜALİCƏNİ VAXTINDA APARMAQ.

Ayağa qulluq qaydaları:
1. Hər gün ayağınızı yuyun, sonra yumşaq dəsmalla barmaqarası sahələr də daxil olmaqla ayaqlarınızı yaxşı qurulayın.
2. Buynuzlaşmış dəri olduqda bu sahələri pemza və ya dəri üçün xüsusi pilka ilə (metal olmasın) təmizləmək lazımdır. Bu məqsədlə qayçıdan və ya lezviyadan istifadə etməyin. 3. Pəncələrin dərisi quru olduqda, yuduqdan sonra onlara ayaq üçün olan az yağlı kremlər sürtün (barmaq arası sahələrdən başqa).
4. Dırnaqlara çox ehtiyatla qulluq edin – düz kəsin, kənarlarını dairəvi eməyin, ən yaxşısı pilka ilə işləyin.
5. Hər gün pəncələrinizə baxın ki, zədələnmələrin, çatların, sıyrıqların inkişafına imkan verilməsin.
6. Hər gün corab və çulkilərinizi dəyişin.
7. Ayaqlarınızı isitmək üçün isti corablardan istifadə edin, qrelka və isti sudan istifadə etmək olmaz, belə ki, hissiyyat pozulduğuna görə yanıq ala bilərsiniz.
8. Hər gün ayaqqabınıza baxış keçirin: yad cisimin olmsına, altlığın qatlanmasına görə - belə ki, bunlar pəncə dərisində sürtük yarada bilər.



Ayağın altına döşəməyə qoyulmuş güzgü vasitəsi ilə baxmq rahatdır və ya bunun üçün ailə üzvülərinin birindən xahiş edin. 9. Heç vaxt ayaqyalın gəzməyin və yalın ayağa ayaqqabı geyməyin.
10. Ayaqqabı alarkən düzgün seçim edin. Dar, sərt ayaqqabı almayın. Hissiyyat zəyifləyibsə, pəncənizin karton ölçüsü ilə ayaqqabı almağa gedin. 11. Hər gün pəncələr və baldır üçün damar gimnastikası edin. Bunu necə etmək lazım olduğunu sizə “Diabet məktəbində” öyrədərlər. 12. Ayaqqabınızı düzgün bağlayın- iplər paralel olmalıdır. 13.Pəncənin dərisini və dırnaqların göbələk zədələnməsi zamanı xüsusi antimikotik vasitələrdən istifadə etmək lazımdır (Nitrofungin, Beqlogen, Klotrimazol,Lamizil). 14. Dəri örtüyü zədələnən zaman (çat, siyriq, kəsik) rəngsiz anteseptik vasitələrdən istifadə edin (1%-li Dioksidin, Miramistin). 15. Pəncənin sağalmayan zədələnmələlri zamanı dərhal həkim-podiatra müraciyət edin.
VİTAMİNLƏR VƏ ŞƏKƏRLİ DİABET
Vitaminlər bir başa qanda şəkərin səvviyəsinə təsir göstərmir. Lakin onların bir çoxu sağlam adamlarda və xüsusi ilə də şəkərli diabetlə xəstə insanlarda karbohidrat mübadiləsinə müxtəlif vasitələrlə təsir edir. Şəkərli diabetdə bütün növ mübadilələrin pozulması ilə əlaqədar vitaminlərin sintezi və mübadiləsi kəskin dəyişilir. S, E və B qrupu vitaminlərinin daimi çatmamazlığı qeyd olunur ki, bu da sonradan damar və sinir ucluqlarının zədələnməsinin güclənməsinə səbəb olur. Ona görə də B1, B2, B6, B12, C, P, E (tokoferol), A (retinol) PP (nikotin turşusu), B15 (kaisi panqamat) vitaminlərini sistematik qəbul etmək lazımdır. Aşkar olunmuşdur ki, yaşlı və qoca adamlarda hüceyrə membranının tərkibinə daxil olan lipidlərin turşulaşma prosesi güclənir. Bu bir çox toxuma və orqanların funksiyasının pozulmasına gətirib çıxarır. Şəkərli diabetlə xəstələrdə isə, qocalardakı kimi lipidlərin belə turşulaşmanın güclənməsi 10 il tez əmələ gəlir. Bu prosesə bəzi antioksidant – vitaminlər tərəfindən nəzarət olunur. Ən çox antioksidant təsirinə A, C, E vitaminləri (oksiteks pereparatı) və axırıncə illərin tədqiqatlarına görə B qrup vitaminləri malikdir. Yuxarıda qeyd olunan vitaminlər bir çox ərzaqların tərkibində vardır, lakin diabetli xəstələrin bu vitamilərə olan təlabatını əlavə polivitamin pereparatları qəbul etmədən təmin etmək mümkün deyildir. Demək olar ki, diabet zamanı bütün hallarda bu vitamininlərin defisiti müşahidə olunur.
Tərkibində vitaminlər və mikroelementlər olan pereparatların qəbulu daha məqsədəuyğundur.
Maddələr mübadiləsi və enerji yalnız vitaminlərin mütləq iştiraki ilə yox, həmdə mikroelementlərin iştiraki ilə davam edir. Bunlar dəmir, sink, mis, xrom və başqalarıdır. Qida məhsullarınin tərkibində onların çox az miqdarda olmasına baxmayaraq, sağlamlığı normal vəziyyətdə saxlamağ üçün onların əhəmyəti çox böyükdür . Belə ki, bir çox mikroelementlər karbohidrat mübadiləsinin vəziyyətini yaxşılaşdırır. Belə mikroelementlərə sink, xrom, selen, vanadı, manqan, maqni və başqaları aiddir. Ona görə də tərkibində mikroelementlər olan vitaminlərə üstünlük verilməlidir.
Şəkərli diabet xəstələri üçün onların vitaminlərə sutkaliq tələbatını tam ödəyən belə kompleks vitamin- mineral pereparatlarından Karofit D, “diabetli xəstələr üçün vitaminlər” göstərmək olar. Sutkada bir tablet qəbul etməklə siz orqanizmin vitamin və minerallara olan tələbatını tam təmin edə bilərsiniz.
Hal hazırda dünyada dibetə nəzarət və ağirlaşmaların inkişafının səbəbləri haqqında böyük həcmdə tədqiqatlar aparılmışdır. Bütün bu tədqiqatlar sübut etmişdir ki, şəkərli diabetin ağirlaşmalarından qurtulmaq olar və sağlam insan kimi yaşamaq mümkündür (idmanda, karierada, biznesdə, elmdə siz nəyə istəsəniz nail ola bilərsiniz) – yalnız bir şərtlə ki, siz öz dibetinizi idarə edə biləsininiz və qanda şəkəri sağlam adamdakı kimi saxlayasınız.
Bütün bunların hamısını siz “Diabet məktəbində” öyrənə bilərsiniz.
Sonda demək istərdik ki, indi siz özünüz hansı tədbirlərin ağırlaşmalardan qurtulmağa imkan verdiyini bilirsiniz, və onlara əməl etməyiniz sizin öz qərarınızdan asılıdır.
Öz sağlamlığınız üçün bütün məsuliyyət təmami ilə öz üzərinizə düşür. Həyatda məsədlərə çatmaq naminə diabetə özünüzün nəzarət etməyinizin lazımlığını dərk etmək yaxşı kompensassiya və ağırlaşmaların olmaması üçün gərəkli şərtdir.