Bir qədər xroniki ağırlaşmalar haqqında.

Просмотров: 18469

 

Bir qədər xroniki ağırlaşmalar haqqında.

Şəkərli diabet zamanı gecikmiş ağırlaşmaların əsas səbəbi xırda qan damarlarının və pereferik sinir sisteminin zədələnməsi ilə əlaqədardır. Qanda şəkərin artıqlığı zamanı damarların divarları və sinirlər zərər çekirlər; qlükoza onlara daxil olaraq bu toxumalara toksik tə’sir edən maddəyə çevrilir. Nətıcədə çoxlu kiçik damarlar və sinir sonluqları olan orqanların normal işinin pozulması baş verir. Əgər xəstə qanda şəkəri icazə verilən həddə (6,7-8 mmol/l) saxlaya bilirsə onda gecikmiş diabet ağırlaşmaları əmələ gəlmir.

Bu təskinedici formula olmayıb reallıqdır, beləki şəkərli diabeti kompensassiya edən çoxlu sayda xəstələrdə ağırlaşmaların qarşısını almaq mümkun olmuşdur. Hələ 20-ci əsrin 20-ci illərındə Amerika alimi Elliot Proktor Coslin kompensassiyanın şəkərli diabetin müalicəsındə son məqsəd olduğunu göstərirdi. Hal hazırda ABŞ-da Coslin fondu tərəfındən diabetlər uçün uzərındə “Victory” (“Qələbə”) sözu yazılmış xüsusi medal təhsıs edilmişdir ki, buda 30 il ağırlaşmasız yaşayan diabetli xəstələrə verilir və bu belə bir həyatın mümkünlüyünü göstərir. Xırda damarlar şəbəkəsi ən çox ğozlərin torlu gişasında və böyrəklərdə inkişaf etmişdir, sinir sonluqları isə bütün orqanlara (o cümlədən ürəyə və beyinə) daxil olurlar, lakin ayaqlarda onlar daha çoxdurlar – və buna görə də orqanizmin bu hissələrı və orqanları diabetik ağırlaşmalara daha çox məruz qalırlar. Birinci novbədə gözlər, böyrəklər və ayaqlar ziyan çekirlər. Ağırlaşmaları təsvir edərkən aşağıdakı terminologiyadan istifadə olunur: 1-ci diabetik sözu yazılır, sonra zərər çekmiş orqanın adı və ona patiya sözu (yəni pataloqiya və ya pozulma) əlavə olunur.

Beləlıklə biz aşağıdakı terminləri qeyd edə bilərik:
Diabetik angiopatiya – ümumi termin olub diabet nətıcəsındə damar patalogiyalarını ifadə edir (“angio” “damar” deməkdir).
Nefropatiya – böyrəklərdə xırda damarların zədələnməsinin nətıcəsidir (“nefros”-böyrək)
Polineyropatiya –periferik sinirlərin orqanizmin istənilən hissəsində zədələnməsini ifadə edir
Diabetik pəncə – bu diabet nəticəsındə pəncələrdə dəri dəyişmələrini, oynaqlarda və sinir sonluqlarında dəyişikliyi göstərir (belə pəncənin birinci əlaməti hissiyatın müəyyən dərəcədə itməsidir.)
Avtonom neyropatiya – müəyyən orqanda sinirlərdəki dəyişikliyi göstərir (məsələn ürəkdə taxikardiyaya səbəb olan dəyişiklik).

Yuxarıda göstərılən terminlər arasında ən ümumisi kiçik damarların zədələnməsini göstərən diabetik angiopatiyadır (diabetik mikroanqiopatiya).
Kəskin diabetik ağırlaşmalardan fərqli olaraq xroniki ağırlaşmalar dəqiqə və günlərlə yox, aylar, illər, on illiklər ərzində ınkışaf edir . Bu ağırlaşmaların səbəbi yuxarıda qeyd etdiyimiz kimi birdir: qanda yüksək şəkər. Deməli əgər diabet yaxşı konpensassiya olunarsa, xroniki ağırlaşmaların inkişafını ləngitmək olar və ya demək olar ki, qarşısını almaq olar. ”Demək olar kı” bu mənada başa duşmək lazımdır kı, yaşla əlaqədar olaraq kiçik və iri qan damarlarında bu və ya digər dərəcədə dəyişiklik əmələ gəlir və hətta əla kompensasiya olunmuş diabet belə bu prosesə nə iləsə təsir edir. Biz calışmalıyıq ki, bu təsir olduqca az olsun.

Yada salmalıyıq ki, diabetdən əlavə (daha doğrusu yüksək şəkərdən) damarların zədələnməsinə xolesterin və siqaret çəkmə də öz mənfi təsirini göstərir, xolesterin qan damarlarının divarlarında toplanaraq başlanğıcda qan dövranını zəıflədır, sonra isə onu tamamilə tutur - və bu əslində atereskleroz adlanır. Beləlıklə diabetdə damarlar ıkıqat zərərə, siqaret çekənlərdə isə uçqat zərərə məruz qalırlar.Bu halda siqaret çekmənın təsiri yüksək şəkərin orqanizmə göstərdiyi təsır xüssusiyəti ilə eynidir.

Qeyd etmək lazımdır ki, heçdə bütün xəstələrdə xolesterin yüksək olmur, ən çox bu ikinci tip diabetlərdə müşaıdə olunur. Ildə 1 dəfə xolesterinin qanda miqdarını yoxlamaq lazımdır, əğər onun qanda miqdarı yüksəkdırsə dieta bir qədər mürrəkəbləşir - heyvani yağları qidadan çıxartmaq lazım gəlir (kərə yağı, sala, qaymaqlar, yağlı pendirlər, yağlı ətlər). Bundan başqa xolesterini aşağı salan preparatlar da vardır ki, lakin bu preparatlar yalnız onların qəbulu dövründə təsirlərini göstərirlər. Aydın məsəlidir ki, bu preparatları –omürlük qəbul etmək olar, lakin onlar çox bahalı preparatlardır. Odur kı, siqaret çəkib və ya çekməməyi, yağlı yeyib və yeməməyi ozunuz fikirləşin.

Indi isə diabetin bu və ya digər orqana neqativ təsirinə nəzərə salaq. Diabetin neqativ təsiri bəzi orqanlarda ozünü həddındən çox, bəzılərində isə az göstərir.

1. Gözlər – diabet zamanı torlu gişa zədələnir, diabet kataraktanın (billurun bulanması) və korluğun (torlu gişanın dəyişməsı) səbəbi ola bilər.

2. Burun, boğaz, qulaqlar – diabetdə ən az ziyan çekən orqanlardır.

3. Dişlər – ağız boşluğunun bütün xəstəlikləri,o cümlədən paradantoz, stomatit, gingivit, qan dövranının pozulması ilə əlaqədar güc-lu sürətdə inkişaf etməyə başlayır, sağlam dişlərin laxlaması və vaxtından qabaq tökülməsi baş verə bilər. çox vaxtı diabet stomatoloji kabinetdə xəstələrin dişlərinin laxlaması və damaqların şişməsi ilə əlaqədar olaraq müraciətındə aşkar olunur. 

4. Ürək – diabet nətıcəsındə zədələnir; ürək əzələsi dəyişir, yüksək xolesterin damarlarda dəyışıklık törədir və bu da ürəyin işemik xəstəliyinə gətirib cıxarır (qan dövranının çatışmamazlığı). Bundan əlavə sinir sisteminin zədələnməsi ürəyin avtonom neyropatiyasına səbəb olur bilər ki, bu da –ozünü ürək döyünmələrinin artması ile göstərir (taxikardiya).

5. Ağ ciyərlər – birbaşa olaraq diabetdən zərər görmürlər, lakin orqanizmin müqaviməti aşağı düşdüyünə görə diabetiklərdə yoluxma və ya gizli ocaqların aktivləşməsi nəticəsində ağ ciyərlərin vərəmı əmələ gələ bilər.

6. Mədə və bağırsaqlar - diabet onlara qismən təsir edir. Birinci diabetik enteropatiya ola bilər ki, bu da mədənin genişlənməsinə və həzm prosesinin requlyassiyasının pisləşməsinə; ishal və qəbizliyə gətirib çıxarır. Ikinci, çox nadir, ağır ağırlaşma olan ( ) sinir pozğunluğu nəticəsində sfinkterin atoniyası ola bilər. Yara xəstəlıyinin əmələ gəlməsində diabetin elə bir rolu yoxdur.

7. Qara ciyər – diabetin kompensasiyası yaxşı olmadıqda onun normal fəaliyyəti pozulur və qara ciyər böyüyür.

8. Böyrəklər - diabet tərəfindən birbaşa zədələnir, nəticədə diabetik nefropatiya yaranır.

9.Prostat vəzi – diabetdə zərər çekmir.

10. Sidik kisəsı - daşların əmələ gəlməsinə diabet təsir etmır, lakin sidik kisəsinin infeksion xəstəliklərinin inkişafına şərait yaradır. Diabet yaratdığı sinir pozğunluqları ilə əlaqədar, sidik kisəsi sfinkterinin atoniyasının dolayısı səbəbkarı ola bilər.

11. Cinsiyət üzvlərinin funksiyası
- diabet zamanı pozulur, kişilərdə bu impotensiyaya, qadınlarda isə uşaq salmaya, vaxtından qabaq doğuşa səbəb olur. Bütün bunların səbəbi qeyd etdiyimiz kimi qanda qlükozanın yüksək səviyyədə olmasıdır.

12. Hamiləlık və doğuş diabetli qadınlarda çox ğüclü ağırlaşır.
Diabetdən əziyyət çekən hamilələr mütləq iki mütəxəssisin-endokrinoloqun və ginekoloqun nəzarəti altında olmalıdır; bundan başqa qlükometr vasitəsilə qanda şəkərin gün ərzində 7 dəfə təyini vacibdir (qanda şəkərin miqdarı sağlam insanlarda kı kimi saxlanılmalıdır).

13. Ayaqlar və pəncələr – diabet zamanı damarların və sinirlərin zədələnməsi ilə əlaqədar zərər çekirlər, nəticədə trofik yaralar, qanqrena, ətrafların itirilməsi baş verir. Bundan əlavə pəncələr və ayaqlar göbələk xəstəliklərınə məruz qalırlar.

14. Oynaqlar sağlam insanlara nisbətən, daha çox duz toplanması kimi proseslərə məruz qalırlar; bundan əlavə oynaqlarda diabetik dəyışıkliklər də mümkündür.

15 .Sinir sistemi – diabet zamanı qanda şəkərin yüksək olması ilə və qan dövranının pozulması ilə əlaqədar sözsüz ki zədələnirlər.

16. Qan dövran sistemi – diabetdən birbaşa zərər çekir və buda öz növbəsində yuxarıdaki bütün xəstəlıklərin yaranmasının əsasında durur. Qan təziqi diabetiklərdə adətən yüksək olur. Qeyd etməliyik ki, diabet zamanı qan damarlarının zədələnməsinə gətirib çıxaran və onu stimulaşdıran əlavə faktor kimi siqaret çekməni göstərmək olar. Beləliklə siz əyani sürətdə əmin oldunuz ki diabet insan orqanizmi funksiyalarının o qədər ciddi pozğunluğudur ki, onun gecikmiş ağırlaşmaları yaxşı halda xoşagəlməyən, pis halda isə olümcül nəticədir. Lakin bu iki kateqoriya- xoşagəlməyən nəticə (ağız boşluğunda pozğunluqlar, oynaqlarda ağrılar, ayaqların keyləşməsi) və –olümcül nəticə arasında olduqca faciəvi, insan həyatının keyfiyyətini qat-qat aşağı salan orta vəziyyə də vardır ki, bura görmənin və ayaqların itirilməsi, böyrəklərin xəstəlikləri aiddır. Və ya eyni cur faciəvi üçbucaq olan, diabetlə bərabər piylənmə və hipertoniyanın da xəstədə olmasıdır. Doğurdan da çalışmaq lazımdır öz diabetinizi kompensassiya edəsən, artıq çəkini normalaşdırasan, dietaya əməl edəsən, siqareti tullayasan və insulindən, şprisdən, hipoqlikemiyadan qorxmayasan! Nəticədə siz nə varsa onu saxlaya bilərsiz, əlil olmayacaqsınız və ləyaqətli insan həyatı yaşayacaqsınız. Digər alternativ həyat tərzı həddindən yüksək xoşagəlməzdir, və bəzi hallarda əzablıdır.
Xoşbəxtlikdən diabetin xərçəng xəstəliklərinin yaranması ilə heç bir əlaqəsi yoxdur və rasional dieta, rejimə əməl etmə, siqaret çekməmək, müntəzəm olaraq minəral və vitamin maddələrinin qəbulu hətta onların arasında xərçənglə xəstələnməni aşağı salır. Hal-hazirda çox ( )% diabet xəstələri qoca yaşlarına kimi yaşayırlar və müasir insulinlərin və ozünə nəzarət vasitələrinin tətbiqi IAŞD (insulindən asılı şəkərli diabet) xəstələrinin həyatında çox böyük rolu və əhəmıyyətli təsiri olmuşdur.


Ağırlaşmalardan necə qurtulmaq olar.

Diabet müxtəlif formalarda gedə bilər:
Xəstəliyin yüngül forması; bu zaman qanda şəkər karbohidratların və yağların miqdarının azaldılması ilə olan dieta ilə normallaşır. Orta ağırlıqda diabet; burada kompensassiyaya dieta və şəkər aşağı salan həblər ilə nail olunur.
Xəstəliyin ağır forması; burada əsas müalıcə metodu 1-2 və ya daha çox insulin inyeksiyası ilə olan insulinterapiya və dietadır. Xəstəliyin ağır formasında çox vaxt diabetik ağırlaşmalar inkişaf edir. Diabetin kəskin ağırlaşmalarına hiperqlikemik və hipoqlikemik ağırlaşmaları (hipoqlikemik komaya qədər) göstərmək olar.
Diabetik hiperqlikemik koma insulinin dozasının düzgün seçilmədiyinə görə uzun müddət hipeqlekemiyanın 300 mq və daha çox olması nəticəsində yarana bılər. Bir qayda olaraq belə vəziyyət 2-3 gün müddətində tədricən, müvafiq simptomlarla inkişaf edir: güclü susuzluq, ağızda quruluq, poliuriya, zəiflik, huşun itməsinə kimi gətirib çıxaran yuxululuq. Belə hallarda təcili sürətdə təcili yardım çağırmaq lazımdır. Belə ki, xəstənin diabetik komadan çıxartmaq üçün lazım olan reanimatik tədbirlər yalnız stasionar şəraitində yerinə yetirilməlidir.

Hipoqlikemik ağırlaşmalar kəskin inkişaf edir. Onların əlamətləri; alında soyuq tər, əllərin və bütün bədənin əsməsi, zəiflik, bəzən baş ağrıları olur. Bu zaman qanda şəkərin miqdarı 60 mq% və daha aşağı enir. Belə halda xəstənin huşu aydındırsa ona təcili sürətdə isti şirin çay vermək, yedizdirmək lazımdır. Yeməyin gec həzm olunan karbohidratlardan (çörək, kaşa) olması məsləhətdir. Xəstə huşsuzdursa damara qlükoza yeritmək üçün təcili yardım çağırmaq lazımdır.
Baxmayaraq ki, hipoqlikemiya asan aradan götürülür, amma onlar çox halda şəkərli diabetin ağırlaşmalarına səbəb olur.

Bu tıp ağırlaşmalara aşağıdakılar aiddir:
retinopatiya, və ya göz dibinə qan sızma. Retinopatiyanın müalicəsi həkim okulist tərəfindən aparılır.
nefropatiya və ya böyrək fəaliyyətinin pozulması, bunun müalicəsi nefroloq tərəfindən olunmalıdır.
diabetik polineyropotiya və ensefalopatiya, və ya mərkəzi və pereferik sinir sistemində dəyişikliklər. Müalicə nevropotoloq tərəfindən aparılır.
aşağı ətrafların diabetik angiopatiyası, bu yerimə vaxtı ayaqlarda ağrılara səbəb olur.

Qeyd etmək lazımdır ki, bütün bu ağırlaşmalar çox ciddi olub, bunların vaxtında müalicə olunmaması əlilliyə səbəb ola bilər. Belə ağırlaşmaların müalicəsı mütləq endokrinoloq və mütəxəsis tərəfindən birgə aparılmalıdır.
Diabetin əsas müalicə metodlarından biri dietoterepiyadır. Xəstə yağları və karbohidratları məhdudlaşdırmalı, lakin kifayət qədər zülallar, vitaminlər, mikroelementlər qəbul etməlidir. Bu o deməkdir ki, əsasən müxtəlif tərəvəzlər (məhdudiyyət yalnız kartofa aiddir) yağsız quş əti, balıq, ət, yağsız kəsmik və digər süd məhsulları (xamaya, kərə yağına, qaymağa, yüksək yağlılıqlı pendirə məhdudıyyət qoyulmalıdır), şirin olmayan meyvələr (alma, limon, heyva, kivi, ləpələr, tumlar) istifadə etmək lazımdır. Şəkərin aşağı salan həblər və insulin həkim endokrinoloq tərəfındən təyın olunur.