Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Email: farhad@diabet.az
Alqoritm 7
- Подробности
- Просмотров: 11650
7. 2-ci tip şəkərli diabet
Bu insulin sekressiyasının defektinin üstünlüyü ilə olan insulin rezistentlik və ya onsuz, və ya insulin rezistentliyin üstünlüyü olan nisbi insulin çatışmamazlığı nəticəsində karbohidrat mübadiləsinin pozulmasıdır. |
7.1. 2-ci tip şəkərli diabetdə terapevtik məqsədlər
(mikro ve makro damar ağırlaşmaların inkişaf riski )
Karbohidrat mübadiləsinin göstəriciləri
Göstərici
| Angiopatiya riskinin aşağı olması <6.5 | Makroangiopatiya riski >6.5 | Mikroangiopatiya riski >7.5 |
Ac qarına qlikemiya, mmol/l (mqr %) | |||
Kapilyar qan(özün? nəzarət) | <5.5(<100) | <5.5(<100) | >6.0(>110) |
Postrandial qlikemiya (yeməkdən 2 saat sonra) mmol/l (mqr%) | |||
Kapilyar qan(özüne nəzarət) | <7.5(>135) | <7.5(>135) | >9.0(>160) |
Lipid mübadiləsinin göstəriciləri
Göstərici | Angiopatiya riskinin aşağı olması | Mötədil angiopatiya riski | Yüksək angiopatiya riski |
ümumi xolesterin | |||
Mmol/l | <4.8 | 4.8-6.0 | >6.0 |
Mqr % | <185 | 185-230 | >230 |
LPAS Xolosterin. | |||
Mmol/l | <3.0 | 3.0-4.0 | >4.0 |
Mqr% | <115 | 115-155 | >155 |
LPYS Xolosterin | |||
Mmol/l | >1.2 | 1.0-1.2 | <1.0 |
Mqr% | >46 | 39-46 | <39 |
Triqliseridlər | |||
Mmol/l | <1.7 | 1.7-2.2 | >2.2 |
Mqr% | <150 | 150-200 | >200 |
LPAS xolesterin: lipoproteid aşağı sıxlıqlı xolesterin
LPYS xolesterin: lipoproteid yuxarı sıxlıqlı xolesterin
Arterial təzyiqə nəzarətin göstəriciləri
Angiopatiya riski aşağıdır | Mötədil angiopatiya riski | Angiopatiya riski yüksəkdir | |
A/T səviyyəsi,mm.c/s | <130/80 | 130-140/80-85 | >140/85 |
7.2 2-ci tip şəkərli diabetin müalicəsi
• Diyetoterapiya • Fiziki fəaliyyət • Peroral şəkəri aşağı salan preparatlar • Insulinterapiya |
2-ci tip şəkərli diabetli xəstələrin müalicə alqoritmi
Qeyd: BÇI- bədən çəkisi indeksi=çəki(kg)/boy(m2 )
Diyetoterapiyaya aid məsləhətlər
• Bədənin artıq cəkisində—aşağı kalorili diyeta(≤1800kkal) • Tez həzm olunan karbohidratlardan imtina etmək (şirniyyat, bal, şirin içkilər ) • Kalorinin miqdarına görə məsləhət görülən gida tərkibi - mürəkkəb karbohidratlar 50-60%; - doymuş yağlar <10%; - yağlar <20%; - Zülallar <15%; - Sellülozalı ərzaqlar məsləhət görülür ; - şəkər əvəz edicilərin mötədil istifadəsi; - Arterial hipertoniyada duzun istifadəsini sutkada 3 qrama qədər azaltmaq şəkər azaldan terapiyadan asılı olmayaraq diyeta saxlamaq 2-ci tip şəkərli diabet xəstələri üçün müalicenin əsas tərkib hissəsidir. |
Mürəkkəb karbohidratların əsas mənbəyi |
Makaron məmulatlari |
Yarmalar |
Kartof |
Meyvələr, tərəvəzlər |
Heyvani zülalların əsas mənbəyi | |
Balıq | Kefir |
Ət | Süd |
Quş | Pendir |
Yumurta | Kəsmik |
Heyvani yağların əsas mənbəyi | |
Doymuş | Doymamiş |
Süd | Marqarin |
Pendir | Bitki yaği |
Kərə yaği |
Fiziki fəaliyyətə aid məsləhətlər
• Fiziki fəaliyyət xəstənin yaşını, şəkərli diabetin ağırlaşmalarını və yanaşi xəstəlikləri nəzərə almaqla fərdi olmalıdır. • Xəstəyə piyada gəzinti,liftdən istifadə etməmək məsləhətdir • Fiziki fəaliyyət mütləq müntəzəm olmalıdır, məsələn: -- gündəlik 30 dəq.piyada gəzinti -- 1 saat olmaqla həftədə 3 dəfə üzgücülük . Yadda saxlamaq lazımdır ki, intensiv fiziki fəaliyyət kəskin və ya gecikmiş hipoglikemik hallara səbəb ola bilər,ona görə də fiziki fəaliyyəti glikemiyaya nəzarətlə nizamlamaq lazımdır;lazım olduqda insulinin və ya sekretogogların dozasını fiziki fəaliyyətdən qabaq korreksiya etmək lazımdır. .13-15mmol/l-dən yüksək glikemiyada fiziki fəaliyyət məsləhət görülmür |
Peroral şəkər azaldan preparatlar
Sulfonil sidik cöfhəri preparatları:
• qliklazid
• qlikvidon (Qlyurenorm);
• qlibenklamid
• qlipizid (Qlibinez-retard, Minidiab);
• qlimepirid (Mepril)
Biquanidlər :
• metformin (Siofor, Metformin BMS).
Meqlitinidlər və fenil alanil törəmələri :
• repaqlinid (Novonorm);
• nateqlinid (Starliks ).
Tiazolidondionlar :
• pioqlitazon (Aktos 0.015);
• roziqlitazon (Avandia 0.002).
α-glukozidazanin inqibatorları
akarboza (Qlyukobay).
Şəkər azaldan peroral preparatların təsir mexanizmi
Preparatlar qrupu | Təsir mexanizmi |
Sulfonil sidik cöfhəri preparatları | Insulinin sekressiyasını stimullaşdırır |
Meqlitinidlər və fenil alanil toremeler | Insulinin sekressiyasını stimullaşdırır |
Biquanidlər | Qaraciyər tərəfindən qlükoza hasilini azaldır. əzələ və piy toxumasinın insulinə rezistentliyini azaldir |
α-glukozidazanın inqibatorları | Qlükozanın bağırsaqlardan sorulmasını ləngidir |
Peroral şəkər azaldan preparatların dozalarının və
qəbulunun xüsusiyyətləri
Preparat | Sutkalıq doza, mq | Bir gündə qəbul saylarının miqdarı | Təsir etmə müddəti-saat |
Sülfonil sidik cöfhəri preparatları | 5-20 | 1-2 | 12-24 |
Qlibenklamid | 1.75-12 | 1-2 | 12-24 |
Qlibenklamid mikronlaşmiş | 80-320 | 1-2 | 10-20 |
Qliklazid | 30-120 | 1 | 24 |
Qliklazid MB | 5-20 | 1-2 | 12-24 |
Qlipizid GiTS | 5-20 | 1 | 24 |
Qlimepirid , Mepril | 1-8 | 1 | 16-24 |
Qlikvidon, | 30-120 | 1-3 | 6-8 |
Meqlitinidlər | |||
Repaqlinid, | 0.5-16 | 3-4 | 4-6 |
Nateqlinid, | 120-480 | 3-4 | 3-4 |
Biquanidlər | |||
Metformin | 500-2500 | 2-3 | 8-12 |
Qlitazonlar
| |||
Pioqlitazon, | 15-45 | 1 | 16-24 |
Roziqlitazon, | 2-8 | 1-2 | 12-24 |
α-glukozidazanin inqibatorlari | |||
Akarboza | 150-300 | 3 | 6-8 |
Preparatların qəbuluna göstəriş və əks göstərişlər
Sulfonil sidik cöfhəri preparatları | |
Göstəriş | Əks göstəriş |
2-ci tip şəkərli diabet Insulin sekressiyasının çatışmamazlığının üstünlüyü ilə olan və diyetanın, fiziki fəaliyyətin effektsiz olduğu hallarda. | • 1-ci tip şəkərli diabet • ketoasidoz • hamiləlik və laktassiya • qaraciyər və böyrək pataloqiyasi |
Böyrək patalogiyasinda glikvidon ve gliklazidin istifadesine icazəverilir. | |
Meqlitinidler (Novonorm,Starliks) | |
Göstəriş | Əks göstəriş |
2-ci tip şəkərli diabet Insulin sekressiyasının çatışmamazlığının üstünlüyü ilə olan,yeməkdən sonra yüksək hiperglikemiyanın olduğu və diyetanın, fiziki fəaliyyətin effektsiz olduğu hallarda. | • 1-ci tip şəkərli diabet • ketoasidoz • hamiləlik və laktassiya • qaraciyər ve böyrək pataloqiyasi |
Biquanidlər(Metformin) | |
Göstəriş | Əks göstəriş |
2-ci tip şəkərli diabet Insulin rezistentliyinin üstünlüyü (piylənmə ilə) və ac garına hiperglikemiya ilə olan, diyetanın və fiziki fəaliyyətin effektsiz olduğu hallarda | • 1-ci tip şəkərli diabet • ketoasidoz • hamiləlik ve laktassiya • qaraciyer ve böyrək patalogiyasi • ürək catışmamazlığı • anemiya • alkoqolizm • gocalıq |
Tiazolidondionlar (Aktos, Avandia) | |
Göstəriş | Əks göstəriş |
2-ci tip şəkərli diabet Insulin rezistentliyinın üstünlüyü ilə olan, diyetanın və fiziki fəaliyyətin effektsiz olduğu hallarda | • 1-ci tip şəkərli diabet • ketoasidoz • hamiləlik ve laktassiya • qaraciyər patalogiyasi (ALT >2.5 dəfə artması) • ağir ürək catışmamazlığı |
α-glukozidazanin inqibatorları (Glukobay) | |
Göstəriş | əks göstəriş |
2-ci tip şəkərli diabet Yeməkdən sonra hiperglikemiyanın üstünlüyü ilə olan diyetanın və fiziki fəaliyyətin effektsiz olduğu hallarda | • 1-ci tip şəkərli diabet • ketoasidoz • hamiləlik ve laktassiya • mədə – bağırsaq xəstəlikləri |
Peroral şəkər azaldan preparatların effektivliyinin və onlara dözümlülüyün müqaisəli xarakteristikası.
Preparatlar | Monoterapiya zamani HbALc enməsi | Bədən cəkisinin dəyişməsi | Dözümlülük
| əlavə təsirlər |
Sülfonil sidik cöfhəri preparatları | 1.5-2 | +++ | Hipoglikemiya | |
Meqlitinidler | 1.5-2 | +++ | Hipoglikemiya | |
Biquanidlər | 1.8 | ++ | Laktasidoz, mədə-bağirsaq diskomfortu | |
Tiazolidondionlar | 0.7-1.9 | +++ | Hepatotoksik | |
α-glukozidazanin inqibatorlari |
| ++ | Mədə-bağirsaq diskomfortu |
Preparatların məsləhət görülən kombinassiyası
Sulfonil sidik cöfhəri preparatları + Biquanidlər Sulfonil sidik cöfhəri preparatları + Tiazolidondionlar Sulfonil sidik cöfhəri preparatları+ Akarboza Meqlitinidlər+ Biquanidlər Meqlitinidlər+ Tiazolidondionlar Biquanidlər+ Tiazolidondionlar |
Preparatların yolverilməz kombinassiyası
Sulfonil sidik cöfhəri preparatlarının müxtəlif kombinassiyaları Sulfonil sidik cöfhəri preparatları + Meqlitinidlər |
2-CI TIP ŞƏKƏRLI DIABETDƏ INSULINTERAPIYA
Göstərişlər:
• Diyetanın və şəkər azaldan peroral preparatların maksimal dozasının effekt verməməsi: |
INSULINTERAPIYANIN MƏQSƏDI
qlikemiya ac qarına <6.5mmol/l
qlikemiya yeməkdən 2 saat sonra< 9mmol/l
2-ci tip şəkərli diabetli xəstəni insulinterapiyaya kecirməmişdən əvvəl
LAZIMDIR
• Xəstəyə özünə nəzarət qaydalarını öyrətmək; • Hipoqlikemiyanın ola bilməsi haqqında xəbərdarlıq etmək və onu aradan götürmək yollarını öyrətmək; • Diyetoterapiyanın qaydalarına yenidən baxmaq |
Insulinterapiyaya keçməyin 2 variantı mümkündür:
1-ci variant – kombinə olunmuş terapiya | Peroral şəkər azaldan preparatlara insulinin əlavə olunması |
2-ci variant – monoterapiya | Peroral şəkər azaldan preparatları kəsmək və insulinlə monoterapiya |
Insulin və peroral şəkər azaldan preparatlarin kombinassiyasi (təxmini dozalar)
Etap | Insulininin novü | Başlangic doza, vahid | Yeridilmə vaxtı | Dozanin korreksiyası |
1 | Orta müddətli təsir edən insulin | 8-12 | Yuxudan əvvəl | Insulin dozasının korreksiyasi (+2, +4 vahid), hər 2-3 gündən bir qlikemiyanın aşağıdakı nəticəsinə nail olana qədər: ac qarına <6.5 mmol/l; • yeməkdən 2 saat sonra < 9 mmol/l ; |
2 | Orta müddətli təsir edən insulin | 8-12 | Səhər yeməyindən və yuxudan əvvəl | |
3 | Peroral şəkər azaldan preparatları kəsmək və qarışıq insulin təyin etmək (30-70) | 12
| Səhər yeməyindən əvvəl şam yeməyindən əvvəl |
Peroral şəkər azaldan preparatlarla müalicənin kəsilməsi fonunda insulinlə monoterapiya(təxmini dozalar)
Etap | Insulininin növü | Başlanğıc doza, vahid | Yeridilmə vaxti | Dozanın korreksiyasi |
1 | Qarışıq insulin 30/70 | 12
| Səhər yeməyindən əvvəl şam yeməyindən əvvəl | Insulin dozasının korreksiyasi (+2, +4 vahid), hər 2-3 gündən bir qlikemiyanın aşağıdakı nəticəsinə nail olana qədər--- ac qarına <6.5 mmol/l; • yeməkdən 2 saat sonra < 9 mmol/l ; |
2 | Orta müddətli təsir edən insulin | 8 | Səhər yeməyindən və yuxudan əvvəl | |
3 | Qısa müddətli təsir edən insulin
| 6 | əsas qida qəbullarından əvvəl |
2-ci tip şəkərli diabetli xəstələr ücün məsləhət bilinən insulinlərin siyahısı
Insulin – təsirinin davam etmə müddətinə görə | Preparatlar | Başlanğıc təsiri- neçə saatdan sonra | Ən güclü təsiri-neçə saatdan sonra | Təsirinin davam etmə müddəti |
Ultra qısa müddətli təsir edən (insan insulinlərinin analoqları) | • Xumaloq (Lizpro) • Novorapid (Aspart) | 0.25 | 0.5-2 | 3-4 |
Qısa müddətli təsir edən | • Aktrapid HM • Xumulin R • Insuman rapid | 0.5 | 1-3 | 6-8 |
Orta müddətli təsir edən insulin | • Monotard HM • Protafan HM • Xumulin H • Insuman bazal | 2.5 1.5 1 1 | 7-9 4-6 4-8 3-4 | 18-20 12-14 18-20 18-20 |
Uzun müddətli təsir edən insulin | • Ultratard HM | 4 | 8-24 | 28 |
Müxtəlif praporsiyalarda qarışdırılmış | • Mikstard HM (10-20-30-40-50) • Insuman Komb (15-25-50) | Farmakokinetikası tərkibindəki insulinlərin praporsiyasından asılıdır |
7.3 Ağırlaşmalarsız 2-ci tip şəkərli diabet xəstələrinin skrininqi
Göstərici | Müayinə edilmə vaxtı |
Qlikemiyaya nəzarət | Xəstəliyin debütunda və dekompensassiya vaxti hər gün |
HbAlc | 3 ayda 1 dəfə |
Qanın biokimyəvi analizi (xolesterin, zülal, triqliseridlər, bilirubin, ACT,ALT, sidik cövhəri, kreatinin, K, Na, Ca) | Ildə 1 dəfə(dəyişikliklər olmayanda) |
Qanın ümumi analizi | Ildə 1 dəfə |
Sidiyin ümumi analizi | Ildə 1 dəfə |
Mikroalbuminuriya | diabetin diaqnostikası qoyulan vaxtdan ildə 2 dəfə, |
Arterial tezyiqə nəzarət | Hər dəfə həkimə gedəndə |
EKQ | Ildə 1 dəfə |
Ayaqların müayinəsi | Hər dəfə həkimə gedəndə |
Oftalmoloqun müayinəsi | Diabetin diaqnostikası qoyulan vaxtdan: ildə 1 dəfə, göstəriş olduqda tez-tez |
Nevropatoloqun konsultassiyası | Diabetin diaqnostikası qoyulan vaxtdan: ildə 1 dəfə, göstəriş olduqda tez-tez |
7.4. 2-ci tip şəkərli diabetli xəstələrin stasionar müalicəsinə göstərişlər.
• Insulinterapiyaya kecməyə ehtyac yaradan karbohidrat mübadiləsinin əhəmiyyətli dekompensassiyası • Koma və ya komadan əvvəlki vəziyyət(ketoasidotik, hipoqlikemik) • Damar ağırlaşmalarının proqresləşməsi. • Xəstənin “şəkərli diabet məktəbində“ öyrədilməsi lazım gəldikdə – gündüz stasionarında yerləşdirmə |