18.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Ayaqlar

 

Ayaqlar.
Əgər retinopatiya ən xırda qan damarların zədələnməsi - mikroangiopatiyanın nəticəsidirsə, ayaqlardakı ağırlaşmalar qan damarlarının və sinir sonluqlarının zədələnməsi ilə əlaqədar yaranır. Qanda şəkərin yüksəlməsi iri arteriyalarda xolesterin yumaqcıqlarını yaradır, bu da damarların keçiriçiliyinin pozulmasına səbəb olur. Nəticədə arteriyaların keçiriçiliyi azalır, toxumaların qan təchizatı pozulur, qanın axını zəifləyir, toxumalarda qan dövranı çətinləşir.


Beləliklə, ayaqlar iki tip dəyişikliklərə məruz qalır: diabetik dəyişikliklərə (bunun müalicəsi ilə pəncə üzrə həkim mütəxəssis-podiatr məşğul olur) və xolesterininin yüksək səviyyəsi nəticəsində orta və iri damarların zədələnməsi ilə əlaqəli olan dəyişikliklər (bu xəstəliklərlə damar cərrahı məşgul olur). Bəzən elə olur ki, hər iki damar dəyişikliyi birlikdə əmələ gəlir və bu zaman müalicəni podiatr və damar cərrahı birlikdə aparır. Podiatrın müalicəsi əsasən dərman müalicəsindən və pəncələrin işlənməsindən ibarət olur. Damar cərahları isə ayaq damarlarında cərrahi əməliyyatları yerinə yetirirlər. Diabetik pəncə diabetin tez-tez rast gələn ağırlaşması olub, həkim endokrinoloqların bunun haqqında yaxşı məlumatları vardır, lakin yaxşı olar ki bunun müalicəsi ilə podiatr məşğul olsun.

Terapiya zamanı müxtəlif simptomlar müşahidə olunur ki, bunlar birgə və ya ayrılıqda özlərini göstərə bilərlər:

ayaqlarda soyuqluq hissi;
ayaqlarda hissiyatın itməsi və keyləşmə;
paltarın parçasının və yataq ağlarının toxunması zamanı xoşa gəlmiyən yanğı hissi (ən çox gecelər özünü göstərir);
pəncələrin qəfləti güclü keyləşməsi;
əzələlərin atrofiyası;
yara və sıyrıntıların pis sağalması: 1-2 həftə yerinə 1-2 aya sağalması və sağaldıqdan sonra tünd izlərin qalması
baldırlarda sakit halda, gecələr güclü ağrıların olması

Xəstəliyin sonrakı inkişafı yeni stadiyaya - aşaği ətrafların obliterassiya edən aterosklerozuna gətirib çıxarır. Bu xəstəliyin başlanğıç əlaməti hərəkət vaxtı baldırlarda ağrıların yaranmasıdır ki, bu da xəstələrdə özünə məxsus yerişin əmələ gəlməsinə səbəb olur. Beləki xəstələr ağrı ilə əlaqədar dayana- dayana yeriyirlər.

Daha gec stadiyalarda aşağıdakı simptomlar əmələ gəlir:
1. əzələlərin atrofiyası proqresləşir;
2. aşağı ətraflar soyuq olur və göyümtül rəng alır;
3. sıyrıqlardan, kiçik yaralardan sağalmayan yaralar əmələ gələ bilər.


Yaraların əmələ gəlməsi və gec sağalması hüceyrələrin regenerassiya (bərpa olunma) qabiliyyətinin aşağı düşməsi ilə əlaqədardir ki, bu da bir başa angiopatiya və neyropatiyanın nəticəsində yaranır. Ayaqlardakı və pəncədəki yara və istənilən dəyişikliyə çox diqqətlə yanaşmaq, nəzarət etmək lazımdır: birinci ayaqları sıyrıqlardan, qaşınmadan (misal üçün ağcaqanad dişləməsi, göynəmə zamanı) qorumaq lazımdır; ikincisi əgər hər hansı bir yara əmələ gəlibsə, həkimə müraciət etmək lazımdır. Belə yaranın qanqrenaya çevrilmə qorxusu var, odur ki onu hal-hazırda hazırlanmış metodik göstərişlərlə xüsüsi preparatlar və metodlar vasitəsilə müalicə etmək lazımdır.
Diabetik qanqrena bir çox səbəblərdən: sağalmayan xroniki mikrotravmalar, don vurma və ya yanma, qabarlar və ya dırnağın ətin içinə girməsi nəticəsində əmələ gələ bilər. Diabetik qanqrenanın müxtəlif növləri vardır (quru, yaş və s.), lakin bizi onun klasifikasiyası yox, bu qorxulu xəstəliyə aid olan əsas faktlar maraqlandırır.

Yuxarıda biz qanqrenanın yaranma səbəblərini göstərdik, bundan başqa aşağıdakıları da bilmək lazımdır:
1. qanqrena ən çox pəncə və ayaq barmaqlarının travmasından sonra əmələ gəlir;
2. qanqrena vaxtı ağrılar çox əzablı olur;
3. qangrenanın yeganə müalicəsi cərrahi müdaxilədir ki, bu da zədələnmiş nahiyənin amputasiyasından ibarətdir (əgər bu əməliyyat edilməsə xəstə ümumi intoksikasiyadan vəfat edəcəkdir);
4. amputasiya zədələnmiş nahiyyənin sərhəddindən yuxarıdakı sağlam toxumada yerinə yetirilir. Bu o deməkdir ki, əgər ayağın baş barmağı qanqrenadırsa, siz bütün pəncəni, əgər pəncə zədələnibsə baldırın orta nahiyyəsindən ayağı itirirsiniz.


Biz yuxarıda qeyd etdik ki, diabetik angiopatiya zamanı ayaqlar zədələnən yeganə bədən hissəsi deyildir; bu xəstəlik iri ürək arteriyalarına da tə'sir edir və baş beyinin qidalanmasını pozur. Ona görə də siz beyin əlamətlərinə və öz ürəyinizin vəziyyətinə diqqətlə nəzarət etməlisiniz.

Aşağı ətrafların angiopatiyası və neyropatiyasının başlanğıç stadiyası nə vaxt inkişaf etməyə başlayır? Bu bir çox faktorlardan- xəstənin yaşından, nə vaxt və hansı tip diabetlə xəstələndiyindən, diabet xəstəliyin müddətindən, orqanizmin müqavimətindən və ən vacibi isə qanda şəkərin hansı miqdarda saxlanılmasından asılıdır. Qanda şəkər daim çox yüksək olursa angiopatiya və neyropatiya bir il ərzində, digər halda isə 2-10 il müddətində inkişaf edə bilər. Qanda şəkər yaxşı kompensassiya olunursa, yəni qanda şəkər daim normaya yaxın hədlərdə saxlanılırsa, bu hallar yalnız goca yaşlarda inkişaf edir ki, bu isə daha çox diabetik dəyişikliklər yox, yaşla əlaqədardır. Angiopatiya və neyropatiyanın əmələ gəlməsində siqaret çekmə, arterial hipertoniyanın çox böyuk mənfi rolu vardır.

Qeyd etmək lazımdır ki angiopatiya nəticəsində oynaqlarında qan təchizatı pozulur, bu isə oynaqların zədələnməsinə səbəb olur və yaşla əlaqədar proseslər intensivləşir: belə ki qığırdaq toxuması sürtülüb nazikləşir və yeyilir, duz çöküntüsü əmələ gəlir, ( ) oynaq sümüklərində çıxıntılar inkişaf edir. Nəticədə hərəkət məhdudlaşır və ayaq barmaqlarının oynaqlarında, topuq, diz, dirsək, bud - çanaq, çiyin oynaqlarında, beldə ağrılar əmələ gəlir. Xəstənin yaşı 70 və ya ondan yuxarıdırsa angiopatiya və neyropatiyanın təhlükəsi o qədər böyük deyildir: xəstəlik tədricən proqresləşirsə və bədbəxt hadisələr qanqrenaya gətirib çıxartmırsa belə insanlar öz ömürlərini yaşayırlar. 30-60 aktiv yaş dövrünü keçirən insanlarda isə vəziyyət tamamilə başqa cürdür. Birincisi - həyatın bu bir neçə onilliyi dövründə ağırlaşma növbəti, daha ağır mərhələyə keçə bilər; ikincisi - həyatın daha uzun davam etməsi ilə əlaqədar qanqrena əmələ gəlmə ehtimalı daha yüksəkdir. Ona görədə ayaqlarda başlayan ilkin xoşagəlməz əlamətləri his edən kimi tədbirlər görmək lazımdır. Çox təəsuf ki, hətta başlanğıç stadiyada angiopatiya və neyropatiya tam müalicə olunmur və bu stadiya 8-15 il uzana bilər. Vəziyyətin daha da ağırlaşmasının qarşısını alan damar genişləndirici preparatların, ağrını azaldan vasitələrin olmasına baxmayaraq müalicənin ən yaxşı üsulu diabetin yaxşı kompensassiya olunmasıdır. Diabetlə vəziyyət yaxşıdırsa, qanda şəkər əvvəlki vaxtlar kimi yüksək olmursa, kiçik damarların və sinirlərin regenerasiyası (bərpası) başlayır, nəticədə ayaqda keyləşmə və yanğı hissi yox olur, sıyrıqlar daha yaxşı sağalmağa başlayır.Bu bərpa prosesi çox zəif gedir - siz yalnız 1-2 il ərzində normal səviyyədə (9mmol/l yuxarı olmayan) qanda şəkəri saxlaya bilsəniz bu yaxşılaşmanı hiss edə bilərsiz. Lakin regenerasiya davam edir və angiopatiya ilə mübarizədə bu ən yaxşı vasitədir.

Qeyd etmək lazımdır ki, ayaqlardakı dəyişiklər həm 1-ci tip, həm də 2-ci tip diabetdə eyni cür inkişaf edir, lakin burada perspektivalar fərqlidir. 1-ci tip diabetdə kafi konpensassiyaya malik olmaq mümkün olmursa, bu çox xoşagəlməzdir. Çünki konpensassiyanin yeganə vasitələri insulin və dieta kömək etmirsə, digər heç bir vasitə yoxdur.
Ikinci tip diabetli xəstələrdə isə vəziyyət başqa cürdür: şəkəri aşağı salan həblər effekt vermirsə onda insulinə müraciət etmək olar. Lakin burada çox vacib bir psixoloji amil vardır ki, buda xəstələrin insulindən qorxması və şəkəri aşağı salan preparatların heç bir kömək etməsinə baxmayaraq onların uzun illər qəbulu, nəticədə çoxlu xroniki ağırlaşmaların əmələ gəlməsidir. Bizim saytımızın məqsədlərindən biridə diabetli xəstələri öyrətmək və onları bu cür səhflərdən çekindirməkdir. Belə səhflərin qarşısını almaq üçün yeganə çıxış insulinlər, şprislər, inyeksiya metodları, hipoqlekemiya haqqında biliklərin olması, öyrənməkdir. Deməli əgər sizə şəkəri aşağı salan həblər kömək etmirsə, ağırlaşmaların əmələ gəlməsini gözləmək lazım deyildir, həkimin məsləhətinə əməl etməli və insulinə keçilməlidir. Insulin inyeksiyasına keçmək lazım gələcəkdir, lakin ağırlaşmalar əmələ gəldikdə vəziyyət mürrəkəbləşir. Insulinə keçdikdən sonra siz 1-2 il ərzində münasib kompensassiyaya nail ola bilsəniz hiss edəcəksiniz ki, görməniz yaxşılaşır, ayağınızdaki soyuqluq hissi yox olur. Lakin təəsuf ki, angiopatiyanı tamamilə müalicə etmək mümkün deyildir - o artıq sizdə yaranmışdır.

Ayaqlar: müalicə və profilaktikası
1. Ağırlaşmanın dərəcəsindən asılı olaraq ildə 1 və ya 2 dəfə ayaqların damar cərrahi və podiatr tərəfindən yoxlanılması məsləhətdir. Damar cərrahi damarların vəziyyətini xüsusi aparatlar vasitəsilə yoxlaya bilər.
2. Ürəyin vəziyyətindən asılı olaraq ildə 1 və ya bir neçə dəfə işemiyanın başlanib-başlanmamasını yoxlamaq üçün kardioqramma çıxartmaq lazımdır.
3. Ildə 2 dəfə damar genişləndirici preparatlar-fleksital, vasdilen, fludilat qəbul etmək lazımdır. Əgər sizdə angiopatiya yoxdursa, profilaktika məqsədilə fleksital 400mq bir tablet gündə 1 dəfə 40-60 gün, ildə 2 dəfə qəbul etmək lazımdir. Əgər angiopatiya artıq başlamışdırsa ildə iki dəfə 40-60 gün müddətində fleksital 400 mq gündə 2-3 dəfə qəbul etmək məsləhətdir. Bəzən daha güclü vasitə olan fleksitalin amplua şəklində buraxılan preparatını vena daxilinə damcı üsulu ilə yeritmək lazım gəlir. Bu kurs müalicəni ildə 2 dəfə təkrar etmək məsləhətdir. Yadda saxlamaq lazımdır ki, fleksitalin maye preparatını şpislə vena daxilinə yeritmək olmaz. Onu yalnız damcı üsulu ilə bir saat, saat yarım müddətinə köçürmək lazımdır. Bundan başqa vena daxilinə yeridərkən fleksital göz dibi damarlarına təsir edə bilər, odur ki, onun qəbulundan qabaq okulist ilə məsləhətləşmək lazımdır.
4. Müalicə kursuna ildə 2 dəfə vitamin komplekslərinin həkimin tə'yini ilə qəbulu məsləhət görülür. Bu zaman B vitamin qruppları, nikotin turşusu qəbulu məsləhətdir.
5. Lazım gəldikdə xolesterinin səviyyəsini aşağı salan, damar genişləndirici, sinir toxumaların strukturunu bərpa edən preparatlardan da istifadə olunur.

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla