16.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Alqoritm 10

 

 

10. DIABETIK MAKROANGIOPATIYALAR

Diabetik makroangiopatiyalara aiddir

• Ürəyin işemik xəstəliyi və ürək çatmamazlığı(ÜIX-nın ağırlaşması kimi) ;
• Serebrovaskulyar xəstəliklər;
• Periferik angiopatiyalar.

10.1. ÜRƏYIN IŞEMIK XƏSTƏLIYI

Tac damarlarının zədələnməsinin nəticəsində miokardın qan dövranının pozulmasından ibarətdir.


ÜIX-nın klinik təsnifatı

• Qəfləti tac damarı ölümü (ürəyin birincili dayanması)
• Stenokardiya

-gərginlik stenokardiyası I, II, III, IV funksional sinif;
-spontan stenokardiya (variant , Prinsmetal stenokardiyası).
• Miokardın infarktı
-iri ocaqlı (transmural);
-xırda ocaqlı (qeyri-transmural infarkt, mümkün olan infarkt, Q dişciksiz infarkt, subendokardial infarkt)
• Postinfarkt kardioskleroz
• Ürək ritminin pozulması
Ürək çatmamazlığı

Şəkərli diabet xəstələrində ÜIX inkişafının risk faktorları

Ümumi hamı üçün
Spesifik diabetlər üçün
• Arterial hipertoniya
• Piylənmə
• Hiperlipidemiya
• Hiperkoaqulyassiya
• Siqaret cəkmə
• Sol mədəciyin hipertrofiyası
• Menopauza
• Az hərəkətli həyat tərzi
• ÜIX-nə irsi meyillilik
• Hiperqlikemiya
• Hiperinsulinemiya
• Insulinrezistentlik
• Diabetik nefropatiya (mikroalbuminuriya,protein-
uriya)

ÜIX-nın diaqnostikası

• Mütləq müayinə metodları:
-elektrokardioqrafiya(EKQ) sakitlik və fiziki fəaliyyətdən sonra
-döş qəfəsinin rentgenoskopiyası(ürəyin ölçüləri)
• Əlavə metodlar (kardioloji stasionar şəraitində)
-EKQ-nın xolter monitorinqi;
-veloerqometrik proba;
-exokardioqrafiya;
-stress-exokardioqrafiya;
-rentgenoangioqrafik müayinə metodları:
koronar angioqrafiya,
sol mədəcik angioqrafiyası
-radionuklid müayinə metodları:
miokardin 201Tl sintiqrafiyası
radionuklid ventrikuloqrafiya
miokardin 99mTc-pirofosfatla sintiqrafiyası

ÜIX – nin şəkərli diabet xəstələrində klinik xüsusiyyətləri:

• ÜIX-yi kişilərdə və qadınlarda bərabər rast gəlinir
• ÜIX-nin və miokard infarktının ağrısız formalarının daha çox olması
• „Qəfləti ölümün“ yüksək riski
• Postinfarkt ağırlaşmaların daha çox inkişafı:
-kardiogen şok,
-durğunluqla olan ürək çatmamazlığı,
-ürək ritminin pozulması.

Şəkərli diabet xəstələrində ÜIX-nın skrininq

 

Risk qruplarında tədbirlər
Kim yerinə yetirir
Mütləq müayinə metodları
Endokrinoloq-diabetoloqun,kardioloqun təyinati ilə
Kardioloqun təyinati ilə
Əlavə müayinə metodları
Kardioloqun təyinati ilə
ÜIX – nın klinik formasının təyini
Kardioloq
Risk faktorların korreksiyası:
- arterial hipertoniya
Endokrinoloq-diabetoloq, kardioloq
- hiperlididemiya
Endokrinoloq-diabetoloq, kardioloq
- piylənmə
Endokrinoloq-diabetoloq
ÜIX-nın spesifik müalicəsi
Kardioloq

 

ÜIX-nın profilaktikası

Damar ağirlaşmalarının profilaktikasını şəkərli diabetli xəstələrdə endokrinoloq-diabetoloq yerinə yetirir!


Profilaktika risk faktorlarının aradan götürülməsindən ibarətdir və aşağıdakilardır:

• Sağlam həyat tərzi:
- siqaret çəkməni tərgitmə,
- fiziki fəaliyyətin optimal rejimi;
• AT-in korreksiyası(məqsəd - AT<130/80mm.c.s);
• Dislipidemiyanin korreksiyası
• Asetilsalisil turşusu (100 – 300mq/sut), uzun müddət qəbul etdikdə xüsusi müdafiyə qişasi olan Trombo ASS;
• çəkini aşağı salmaq

ÜIX-nın müalicəsi

• Antianginal preparatlar:
- nitratlar və nitrata bənzər preparatlar;
- b-adrenoblakatorlar
- AÇF-ingibatorları – karlon 5/10 mq
- Kalsi antoqonistləri – modipin 5/10 mq
• Hipolipidemik preparatlar
• Asetilsalisil turşusu (100 – 300mq/sut), uzun müddət qəbul etdikdə xüsüsi müdafiyə qişası olan Trombo ASS;
• ürəyin işemik xəstəliyi olan şəkərli diabetli xəstələrin müalicə taktikasını kardioloq ilə razılaşdırmaq lazımdır
• Konservativ müalicə effektli olmadıqda ÜIX-də cərrahi müalicə məsləhət görülür

Şəkərli diabetli xəstələrdə ÜIX-yi cox vaxt ürək çatmamazlığının inkişafı ilə ağırlaşır.


10.2. Ürək çatmamazlığı

Miokardın sistolik, diastolik və ya kombinə olunmuş disfunksiyası ilə xarakterizə olunan klinik sindromdan ibarətdir.

Ürək çatmamazlığının klinik təsnifatı


Funksional sinif
Tərifi
Klinik xarakteristikası
I


II


III

 

 

 

IV


ürək xəstəliyi olan, lakin fiziki aktivliyin məhdudlaşmaması ilə

ürək xəstəliyi olan, lakin fiziki aktivliyin zəif məhdudlaşması ilə

ürək xəstəliyi olan, lakin fiziki aktivliyin əhəmiyyətli məhdudlaşması ilə

ürək xəstəliyi olan və mininmal fiziki fəaliyyətin belə diskomforta səbəb olması ilə

Sol mədəciyin simptomsuz disfunksiyası

Yüngül ürək çatmamazlığı


Orta ağırlıqda ürək çatmamazlığı


Ağır ürək çatmamazlığı


Urək çatmamazlığı inkişafının risk faktorları

• ÜIX;
• urek qüsurları
• hipertoniya xəstəliyi;
• miokarditlər;
• ürəyin diğər xəstəlikləri.

DIAQNOSTIKA

Klinikası

Təngənəfəslik, taxikardiya, gecələr boğulma tutmaları, ödemlər, ağ ciyerdə yaş xırıltılar, şişmiş boyun venaları.
Exokardioqrafiya

Sol mədəciyin boşluğunun ölcülərinin və onun funksiyası haqqında rəy(ürəyin yığılma qabiliyyətinin qiymətləndirilməsi)
Rentgenoqrafiya
Venoz hipertenziyanın, ağ ciyərin ödeminin, kardiomeqaliyanın diaqnostikası

EKQ

 

Ürək çatmamazlığında mümkün ola bilən dəyişikliklər:
• Hiss dəstəsinin sol ayaqcığının blokadasi, ST-T seqmentində dəyişikliklər və sol qulaqcığın həddindən artıq yüklənmə əlamətləri;
• Keçirilmiş infarktı göstərən pataloji Q dişciyi, və ÜIX-ni göstərən ST-T seqmentində dəyişikliklər;
• Sol mədəciyin hipertrofiyasının əlamətləri və aortal stenozu, hipertonik ürəyi göstərən T dişciyinin inversiyası
• Aritmiyalar;
• Ürək oxunun sağa sapması,Hiss dəstəsinin sağ ayaqcığının blokadası və sağ mədəciyin disfunksiyasını göstərən sağ mədəcik hipertrofiyası əlamətləri.

MÜALICƏ
Müalicə taktikası kardioloq tərəfindən təyin olunur

Seçim preparatları:
• AÇF-ingibatorları
• Diuretiklər;
• b-blokatorlar;
• Kiçik dozalarda ürək qlükozidləri (sutkada 25 mq);
• Aldakton kiçik dozalarda (sutkada 50 mq qədər).

Ürək çatmamazlığının müalicəsinin etapları

1. AÇF ingibatorlarının və diuretiklərin mütləq təyini
2. AÇF ingibatorlarının və diuretiklərin təyininə baxmayaraq simptomatika qalırsa kiçik dozada ürək qlükozidləri əlavə etmək olar
3. b-blokatorların və antiaritmik preparatların təyini məsələsini həll etmək.

10.3. Serebrovaskulyar xəstəliklər

Baş beyin damarlarının (yuxu və verterbal arteriyaların höfzəsi) zədələnməsi nəticəsində baş beynin qan dövranının pozulmasıdır.

Klassifikasiya

• Insult:
- işemik
- hemorragik
____beyinə qan sızma
____subaraxnoidal qan sızma
• Beyin qan dövranının keçici pozğunluğu
• Demensiya

Serebrovaskulyar xəstəliklərin xarakteristikası

Işemik insult


Beyin damarlarının tromb ve ya emboliya ilə tutulması

 

Hemorragik insult
Beyin damarından qan sızma(ən çox hipertonik kriz nəticesində)

Beyin qan dovranının keçici pozğunlugü.
Beyin toxumasında qayıtmaz dəyişikliklər törətməyən beyin qan dövranının müvəqqəti pozğunluğu (simptomatika 24 saatdan sonra yox olur)

Demensiya
Təkrarlanan işemik insult nəticəsində (beyin qan dövranının keçici pozğunluğu) yaddaşın və intellektin əhəmiyyətli pozulması.

Serebrovaskulyar xəstəliklərin risk faktorları

Ümümi hami üçün
Spesefik diabetlər üçün
• Arterial hipertoniya
• Piylənmə
• Hiperlipidemiya
• Hiperkoaqulyassiya
• Siqaret cəkmə
• Menopauza
• Az hərəkətli həyat tərzi
• Irsi meyillilik
• Hiperqlikemiya
• Hiperinsulinemiya
• Insulinrezistentlik
•Diabetik nefropatiya (mikroalbuminuriya,protein-
uriya)

Diaqnostika(nevropatoloq tərəfindən yerinə yetirilir)

• Xarakterik nevroloji simptomatikanın aşkara çıxarılması(keyləşmə, parezlər, ifliclər, nitqin pozulması);
• Ocaqlı meningial simptomların aşkara çıxarılması
• Exoensefaloqrafiya;
• Baş beyin damarlarının ultrasəs dopleroqrafiyası
• Kompyuter tomoqrafiyası və ya nüvə –maqnit-rezonans tomoqrafiyası

Profilaktika

Şəkərli diabetli xəstələrdə damar ağırlaşmalarının profilaktikasını endokrinoloq-diabetoloq yerinə yetirir!

Profilaktika- risk faktorlarının aradan götürülməsindən ibarətdir və aşağıdakılardır:

• Sağlam həyat tərzi:
- siqaret cəkməni tərgitmə,
- fiziki fəaliyyətin optimal rejimi;
• AT-in korreksiyası(məqsəd - AT<130/80mm.c.s);
• Dislipidemiyanın korreksiyası
• Asetilsalisil turşusu (100 – 300mq/sut); uzun müddət qəbul etdikdə xüsusi müdafiyə qişasi olan Trombo ASS;
• çəkini aşağı salmaq

Müalicə xüsusi ixtisaslaşmış nevrolojı stasionarda aparılır.


10.4. PERIFERIK ANGIOPATIYALAR

Aşağı ətrafların arteriyalarının xroniki oklüziv xəstəliklərindən ibarətdir.

Oklüziyanın lokalizassiyasına görə klassifikassiya

 

Oklüziyanın növü
Lokalizassiyası
• Çanaq
• Bud
• Periferik
Aorta, canaq arteriyaları
Bud və dizaltı arteriyalar
Baldır və pəncə arteriyaları

Damarların oklüziv xəstəliklərinin klinik stadiyaları

Stadiya

Stadiyanın xarakteristikası
I. Simptomsuz
Ağrı yoxdur
II. Fiziki fəaliyyət zamanı ağrılar Növbə ilə olan ağsama(dərəcəsi xəstənin ağrisiz necə metr gedə bilməsinə görə təyin olunur)
III. Sakit vəziyyətdə ağrılar Ağrılar daimi olur
IV. Trofik pozğunluqlar Nekroz və qanqrena

Damarların oklüziv xəstəliklərinin risk faktorları

ümumi hamı üçün
Spesifik diabetlər üçün
• Siqaret çəkmə
• Arterial hipertoniya
• Piylənmə
• Hiperlipidemiya
• Hiperkoaqulyassiya
• Alkaqoldan sui istifadə
• Menopauza
• Az hərəkətli həyat tərzi
• Irsi meyillilik
• Hiperqlikemiya
• Hiperinsulinemiya
• Insulinrezistentlik
•Diabetik nefropatiya (mikroalbuminuriya,proteinuriya)

Damarların oklüziv zədələnməsinin diaqnostikası

Metod
Xarakteristikası
Pulsassiyanın olmaması
Damar mənfəzlərinin stenozu >90%-dan olduqda

Damar proyeksiyasında sistolik küy

Damar mənfəzlərinin stenozu >75%-dan olduqda
Dopleroqrafiya (topuq-çiyin indeksi <0.8)
Pəncə arteriyalarının sistolik AT-nın ciyin arteriyalarının sistolik AT-nə nisbəti
Aşağı ətraf damarlarının angioqrafiyası
Cərrahi stasionar şəraitində
Aşağı ətrafların dupleks və tripleks US- skan olunması
Müvafiq texniki təçhizat olduqda

Pulsassiyanın xarakteristikası

Oklüziyanın tipləri
Pulsassiya yoxdur
Ağrı
Çanaq
Bud
Periferik
Qasıq nahiyəsindən
Dizaltı arteriyadan
Pəncə arteriyalarında
Budda
Baldırda
Ayağın altında

 

Kritik işemiya (nekrozun inkişaf riski) - topuq – çiyin indeksi <0,5 olduqda

Damarların oklüziv zədələnməsinin profilaktikası

Şəkərli diabetli xəstələrdə damar ağırlaşmalarının profilaktikasını endokrinoloq-diabetoloq yerinə yetirir!

Profilaktika risk faktorlarının aradan götürülməsindən ibarətdir və aşağıdakılardır

• Sağlam həyat tərzi:
- siqaret çəkməni tərgitmə,
- fiziki fəaliyyətin optimal rejimi;
• AT-in korreksiyası(məqsəd - AT<130/80mm.c.s);
• Dislipidemiyanin korreksiyası
• Asetilsalisil turşusu (100 – 300mq/sut); uzun müddət qəbul etdikdə xüsusi müdafiyə qişasi olan Trombo ASS;
• Çəkini aşağı salmaq

Damarların oklüziv zədələnməsinin müalicəsi

Konservativ
(ağır stenoz olmadıqda)
• Kollateral qan dovranının inkişafı üçün gündə 1-2 saat gəzmək(sakit vəziyyətdə ağrı varsa əks göstərişdir)
• Aspirin (Trombo ASS)
• Vazaprostan (v/d və ya a/d)
• Antikoaqulyantlar (lazım olarsa)
• Fibrinolitiklər (kateterlə lokal trombolizis)
• Trombolizis aşağıdakı müddətlərdə
- Bud- 2 aya qədər
- Baldır - 1 aya qədər
- pəncə – trombozdan bir necə gün sonra
Cərrahi (ağır stenoz zamanı)
• Revaskuliyarizassiya
• Amputassiya

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla