Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Email: farhad@diabet.az
Alqoritm 14
- Подробности
- Просмотров: 6078
14. HAMILƏLIK VƏ ŞƏKƏRLI DIABET
Şəkərli diabet fonunda hamiləlik ananın və dölün sağlamlığı üçün risklidir.
Şəkərli diabetlə xəstə ana üçün risk faktorları
• Damar ağırlaşmalarının proqresləşməsi (retinopatiya,nefropatiya,ÜIX); • Hipoqlikemiyanın,ketoasidozun tezləşmiş inkişafı • Hamiləliyin tezləşmiş ağırlaşmalari(gecikmiş hestoz, infeksiyalar, döldə mayenin çoxluğu). |
Şəkərli diabetlə xəstə ananın dölü üçün risk faktorları.
• Yüksək perinatal ölüm; • Anadangəlmə anomaliyalar (2-3 dəfə yüksək); • Neonatal ağırlaşmalar; • şəkərli diabetin inkişaf riski: - əgər ana 1-ci tip diabetdirsə – 1,3% - əgər ata 1-ci tip diabetdirsə – 6,1% |
Hamiləliyə əks göstəriş – hamiləliyin kəsilməsinə tibbi göstəriş
(endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir):
• Ağır nefropatiya – kreatinin klirensinınin 50ml/dəq az olması, sutkalıq proteinuriyanın 3,0qr və daha çox olması, qanda kreatinin 120mmol/l çox olması, arterial hipertoniya ilə ; • Ağır ürəyin işemik xəstəliyi; • Proqresləşən proliferativ retinopatiya. |
Hamiləlik arzu edilməzdir :
(endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir)
• Qadının yaşı 38-dən yuxarı olduqda; • Hamiləliyin ilkin dövrlərində HbAlc>7% • Hamiləliyin ilkin dövrlərində diabetik ketoasidozun inkişafında; • Ər arvadın hər ikisində diabet olduqda ; • Şəkərli diabetin ananın rezus sensibilizassiyası ilə birgə olması • Şəkərli diabet və ağ ciyərlərin aktiv vərəminin birgə olması • Xroniki piyelonefritin olması • Hamiləlik vaxtı şəkərli diabeti yaxşı kompensassiya olunmuş xəstələrin anamnezində dölün tələf olması və ya inkişaf qüsurları ilə uşaqların doğulması hallarının olması • Pis sosial məişət şəraiti; |
Hamiləliyin planlaşdırmasına qədər müaliçənin taktikası
(endokrinoloq-diabetoloq təyin edir)
• Xəstəyə ona və dölə olan risklər haqqında məlumatın verilməsi; • Hamiləliyin planlaşdirılması • Hamiləliyə 3-4 ay qalmış ideal kompensassiya; - ac qarına qlikemiya 3,5 – 5,5mmol/l; - yeməkdən 2saat sonra qlikemiya 5,0 – 7,8mmol/l; - HbAlc<6,5%; • Yalnız gen mühəndisliyi məhsulu olan insan insulinindən istifadə etmək; • Vitaminlərlə, dəmirlə, fol turşusu ilə(400mk qr gündə)zəngin diyetaya əməl etmək • Retinopatiyanı müalicə etmək; • Antihipertenziv terapiya (AÇF ingibatorlarını kəsmək); • Siqaret cekməmək; |
Hamiləlik dövründə müalicənin taktikası
(endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir)
• Adekvat diyetanın gözlənilməsi: - kalorilik: 1-ci uç aylıqda – BÇI görə 30 kkal/kq; 2-ci - 3-cü üç aylıqda – BÇI görə 35-38 kkal/kq; - tərkibi: zülallar - 15% , _________Yağlar - 30%, _________Karbohidratlar – 55%(əsasən mürəkkəb), _________Zülalın istifadəsi 1,5 – 2,0qr/kq
|
Dölün vəziyyətinin antenatal qiymətləndirilməsi
Hamiləliyin müddəti, həftə
|
Müayinə
|
7-10
|
UZM (dölün həyat qabiliyyəti)
|
16 |
Alfa-fetoproteinin təyini
|
18 |
UZM(inkişaf qüsurları)
|
24 həftədən |
Dölün inkişafına rəy üçün hər 4 həftədən bir UZM
|
28 həftədən |
Kardiotokoqrafiya (KTQ), gecikmiş hestozda hər 1-2 həftədən müntəzzəm KTQ.
|
38 həftədən |
Gündəlik KTQ, ağ çiyərlərin inkişafının normallığıni təyin etmək üçün amniosentez
|
Xəstəxanaya yerləşdirmə zərürəti
(endokrinoloq-diabetoloq və akuşer-ginekoloq təyin edir)
• Hamiləliyin ilkin dövründə (müayinə, hamiləliyin saxlanma məsələsini həll etmək, şəkərli diabetin kompensassiyası, “diabet məktəbində” öyrənmək üçün); • Hamiləliyin 21-24 həftəliyində (agirlaşma təhlükəsi olduqda); • Hamiləliyin 35-36 həftəliyində (dölü dəqiq müşahidə üçün, mamalıq və diabetik ağırlaşmaların müalicəsi , doğuşun metod və vaxtının seçilməsi). |
Hamiləlik vaxtı əks göstərişdir:
• Şəkər aşağı salan istənilən həblər; • AÇF ingibatorları • Qanqlioblokatorlar; • Antibiotiklər (aminoqlikozidlər, tetrasiklinlər,makrolidlər və s.) |
Hamiləlik vaxtı antihipertenziv terapiya
Qəbul ətməyə icazə verilmişdir
|
Doza
|
Göstəriş
|
Metildopa(dopegit)
|
250mq gündə 3 dəfə
|
Bütün hamiləlik dövründə
|
Nifedipin(korinfar)
|
10mq gündə 3 dəfə
|
Yalnız hipertonik krizlərdə
|
Furosemid
|
Xəstənin vəziyyətinə görə təyin olunur.
|
Ananın həyatına təhlükə olduqda;
- Ağ ciyərin ödemi; - ürək çatmamazlığı - Kəskin böyrək çatmamazlığı |
Doğuşun taktikası
(akuşer-ginekoloq təyin edir)
• Optimal müddət – 38ci – 40cı həftə
• Optimal metod – doğuşun təbii qaydada proqramlaşdırılması və doğuş vaxtı və doğuşdan sonra qlikemiyaya dəqiq nəzarət etməklə • Qeysər kəsiyinə göstəriş ________- mamalıqda ümumi qəbul edilmiş ________- diabetin və hamiləliyin əhəmiyyətli və ya proqresləşən ağırlaşmalarının olması ________- dölün çanaq gəlişi |
Doğuşdan sonra xəstələrə nəzarət taktikası (endokrinoloq təyin edir)
• insulin dozasının aşağı salınması
• ana südü ilə qidalanma (hipoqlikemiyanın inkişaf riski haqqinda xəbərdarlıq) • kompensassiyaya, ağırlaşmalara, çəkiyə, AT-ə nəzarət • 1-1,5 il hamiləliyin planlaşdırılmaması |