19.04.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Alqoritm 15

 

15. Hestasion şəkərli diabet

Hestasion şəkərli diabet (HŞD) – bu hamiləlik zamanı birinci dəfə əmələ gəlmiş və ya aşkar olunmuş karbohidrat mübadiləsi pozğunluğudur.

HŞD-in inkişafının risk qrupları

Parametrlər
Yüksək risk

Mötədil risk

Aşağı risk
Artıq çəki (ideal çəkidən 20% artiq)


Yox
Yaxın qohumlarda 2-ci tip ŞD

Yox
Yox
HŞD anamnezdə


Yox
Yox
Qlükozaya tolerantlığın pozulması

Yox
Yox
Əvvəlki və ya hal-hazırkı hamiləlikdə qlükozuriya

Hə/yox
Yox
Anamnezdə hidroamnion və ya iri döl
Hə/yox
Yox
Anamnezdə çəkisi 4000 qramdan artıq uşağın doğulması və ya ölü doğulmuş
Hə/yox
Yox
Hal-hazirki hamiləlikdə çəkinin sürətlə artması
Hə/yox
Yox
Yaşın 30-dan yuxarı olması Hə/yox <30 yaş

HŞD-in diaqnostikası və skrininqi

Qlükozaya tolerantliq testinə əsasən HŞD-in aşkara çıxarılma kriteriyaları

Qlükozanın miqdarı
Acqarına
1saatdan sonra
2 saatdan sonra
3 saatdan sonra
50qr qlükoza
100qr qlükoza
>5,3 mmol/l
>5,3 mmol/l
>7,8mmol/l
>10,0mol/l
-
>8,6mmol/l
-
>7,8mmol/l

100qr qlükoza ilə qlükozaya tolerantlıq testinin göstəricilərinin ən azı 2 göstəricisi normadan yuxarıdırsa HŞD diaqnozu qoyulur. Əgər göstəricilərdən biri normadan yuxarıdırsa onda test 2 həftədən sonra təkrar olunur.



HŞD-in müalicəsi
Diyeta .

• Kalorilik - ideal cəkiyə uyğun 25-30 kkal/kq.
• Karbohidratlar – 35-40%.
• Zülallar – 20-25%
• Yağlar – 35-40%


Insan insulini ilə insulinterapiya

Diyetanın gözlənməsi fonunda ac qarına qlikemiya >5,5mmol/l və yeməkdən 2saat sonra >7,8mmol/l olduqda aparılır.
Karbohidrat mübadiləsinin kompensassiyasının kriteriyaları:
- qlikemiya ac qarına 3,5 -5,5mmol/l;
- qlikemiya yeməkdən 2saat sonra 5,0 – 7,8mmol/l
- HbAlc<6,5%


Şəkər aşağı salan həb preparatları əks göstərişdir.
HŞD hamilələrin sonraki müalicəsi və aparılması manifest şəkərli diabet kimidir.


Hamiləlikdən sonra müşahidə taktikası

• Ananın karbohidrat mübadiləsinin vəziyyətinə təkrar rəy verilməsi doğuşdan 6 həftədən gec olmayaraq yerinə yetirilməlidir.
• Qlikemiyanın normal səviyyəsində təkrar müayinə 3 ildə 1 dəfə aparılmalıdır. Karbohidratlara tolerantlığın pozulmasında isə ildə 1 dəfə müayinə aparılmalıdır.
Növbəti hamiləlik 1-1,5 ildən sonra planlaşdırılmalıdır.

 

 

 

 

 

 

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla