03.11.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

Hipoqlekimiya

 

Hipoqlekimiya

Hipoqlikemiya - 1-ci və 2-ci tip şəkərli diabetli xəstələrdə qanda şəkərin normal səviyyəsinin azalması ilə əlaqədar yaranan haldır. Insulindən asili şəkərli diabet (IAŞD) xəstələri bir başa qanda şəkərin konsentrasiyasına tə’sir edən və nəticədə diabeti daha yaxşı kompensassiyalaşdıran insulin preparatı qəbul etdikləri üçün onlar hipoqlikemiyaya daha çox meilidirlər.
Beləliklə hipoqlikemiya zamanı nə baş verir? O, ən vacib orqanlardan olan baş beyinə zərbə endirir. Beyin bizim bədənimizin başqa orqanlari və toxumalari kimi hüceyrələrdən təşkil olunmuşdur ki, onlarda beyində neyron adlanır. Insan orqanizminin şuur altı səviyyədə fəaliyyətini, həmçinin bizim şuurlu reaksiyalarımızı və təfəkkür prosesimizi tə’min edən beyin həddindən çox mürəkkəb və incə qurulmuşdur. Onun hüceyrə neyronları qanla onlara çatdırılan qidalayıcı maddələrə çox həssas olub özünə məxsusluqları ilə fərqlənirlər: beləki qlükoza onlara insulinin köməyi olmadan daxil olur. Güman olunur ki, təbiət özü güya ki, onların başqa toxumalara nisbətən daha çox xüsusi əhəmiyyətini qabardaraq maksimal sürətdə beyin hüceyrələrini aclıqdan qorumaq üçün belə qurmuşdur. Insulinin olub olmaması neyronlar üçün təfavütsüzdür; əgər kifayət qədər qlükoza varsa bizim beynimiz xətasız işləyəcəkdir. Lakin əgər qlükoza azdırsa belə hal dərhal beyin hücəyrələrinin energetik aclığını yaradır. “Dərhalı” tam mənası ilə qəbul etmək lazımdır: beləki fəlakət ketoasidozun inkişafinda ki kimi saatlarla yox, dəqiqələr ərzində – daha doğrusu 3-5 dəqiqə ərzində özünü göstərir. Qlükozanın qan dövranında miqdarının məhdudlaşması neyronlarda oksidləşmə prosesini dezorqanizassiya edir və biz aydın fikirləşmə qabiliyyətinə malik olmamaqla, öz hərəkətlərimizə nəzarət edə bilməməklə müşahidə olunan şüurun pozulmasına düçar oluruq. Sonra biz öz şuurumuzu itiririk və dərin hipoqlikemik komanın davam etmə vaxtından asılı olaraq bizim beynimizdə ya funksional dəyişiklik və ya daha dərin üzvü, degenerativ dəyişiklik yaranır.
Hiperqlikemiyada olduğu kimi burada da bizim qarşımızda qanda qlükozanın mümkün olan həddi – lakin bu dəfə yuxarı yox, aşağı hədd nə qədər olmalıdır sualı çıxır. Burada da cavab əvvəlki haldakı kimi eynidir: dəqiq sərhəd mövcud deyildir. Belə hesab olunur ki qanda qlükozanın miqdarı 3.3 mmol/l (59.7mq%) aşağı olarsa hipoqlikemiya əmələ gəlir, lakin bu rəqəmi aşağıdakı səbəblərə görə mütləq hədd saymaq olmaz:


1. Hipoqlikemiya yalnız şəkərin aşağı səviyyəsində yox, onun kəskin enməsindədə əmələ gəlir. Qlükozanın səviyyəsi tədricən enirsə xəstə hətta qanda şəkərin 2.5-3.3 mmol/l səviyyəsindədə özünü yaxşı hiss edə bilər. Digər tərəfdən isə elə hallar məlumdur ki, hipoqlikemiya qlükozanın səviyyəsinin 20-22 mmol/l-dən kəskin sürətdə 11mmol/l enməsi nəticəsində əmələ gəlmişdir.

2. Yaşlaşdıqca və yüksək şəkərlə yaşamağa adət etdikdə hipoqlikemiyanın həddi yüksələ bilər. Misal üçün əgər xəstəliyin başlanğıcında 4 mmol/l təşkil edirsə, 20 ildən sonra o 6 hətta 8 mmol/l-ə qədər qalxa bilər; beləliklə 60-70 yaşlı xəstələr üçün qanda şəkərin yüksəlməsini 8-10 mmol/larasında saxlamaq daha məsləhətdir. Təcrübədən belə bir hadisəni göstərmək olar: özünə nəzarət edən xəstədə kəskin hipoqlikemiya əlamətləri əmələ gəlmiş, xəstədə tərləmə, başgicəllənmə yaranmışdır. Qlükometrlə qanda şəkərin miqdarı 3.3 mmol/l tə’yin olunmuşdur. 2-ci hadisədə isə xəstədə hipoqlikemiya əlamətləri çox zəif olmuş – xəstədə nə tərləmə, nə də başgicəllənmə əlamətləri olmamış, yalnız yüngül aclıq hiss olmuşdur. Qanda şəkər 2.2 mmol/l təyin olunmuşdur ki, buda 1-ci hadisədənkindən əhəmiyyətli dərəcədə az idi.
Indi isə hipoqlikemiyanın əlamətlərini təhlil edək, yüksək şəkərdən fərqli olaraq onları hiss etməmək mümkün deyildir; burada hec bir cihaz lazım deyildi lakin bəzən onlarında xeyiri olur. Beləliklə bu əlamətlər aşağıdakılardır:


SIFIR FAZASI: yüngül aclıq hissi - bu aclıq o qədər yüngül ola bilər ki, siz hətta onun yalançı və ya həqiqi olduğunu ayırd edə bilməzsiniz. Məhz elə bu fazada hipoqlikemiyanın qarşısı alınmalıdır və burada qlükometrin rolu həqiqətən də qiymətsizdir. Siz qanda şəkəri yoxlayır və onun 8 mmol/l olduğunu tə'yin edirsiniz; deməli vəziyyət normaldır, və aclıq hipoqlikemiya ilə əlaqədar deyildir. Doğurdanda 3-4 dəqiqədən sonra bu hiss itir. Qanda şəkər 5 və ya 4 mmol/l təyin olunarsa - onda siz hipoqlikemayaya yaxınlaşırsınız. Qida qəbul etməyə başlamaq lazımdır, həmdə 2 ÇV şirə və ya qənd qəbul etmək kifayətdir, ardını isə alma, süd, çörək və şirin olmayan piroqla tamamlamaq olar.

BIRINCI FAZA: Aclıq hissi qabarıq sürətdə özünü göstərir. Dərhal qanda qlükozanın miqdarını təyin etməli və yeməli! Bu dəfə 4-5 ÇV qənd və ya limonad sonra isə meyvələr, süd, çörək əlavə etmək lazımdır. Əgər vaxtında yeməmisinizsə aşağıdakıları hiss edəcəksiniz: tərləmə (soyuq tərbasma), zəiflik (ayaqlarda taqətsizlik, dizlərdə əsmə əmələ gəlir), yuxululuq, sürətli ürək döyünmə, baş ağrısı, hərəkət koordinasiyanın pozulması (ətrafdakılar sizin qəflətən və güclü sürətdə rənginizin qaçdığını hiss edirlər) əmələ gəlir. Ola bilsin ki bütün bu “buket” özünü göstərməsin, lakin zəiflik, əsmə və tərləmə mütləq olacaqdır-beləki beyin özünü müdafiə etmək üçün qara ciyərə qlükoqonu “təsir etməsi”, endokrin orqanlara isə qanda şəkərin artmasına kömək olan kartizol və adrenalinin qana ifrazının yüksəlməsi əmrini verir. Tərləmə və əsmə — bu adrenalinin qanda artması ilə əlaqədardır.

Bu stadiyada hipoqlikemayanin qarşısını kəsmək mümkündür, beləki əlamətlər çox aydındır, siz öz hisiyyatınızı saxlamısınız və qəndi çeynəmək və udmaq qabilliyətinə maliksiniz, lakin ən yaxşısı sizin fanta və pepsi tipli şirin içkiniz ehtiyyatda olsun—beləki içmək çeynəməkdən daha asandır.

IKINCI FAZA: gözlərdə iki görünmə, dərinin çox solğun və nəm, bəzən dildə keyləşmə, daimi əlamət olan qeyri-adekvat davranış (xəstə ağzına gələni danışır), bəzən aqressivlik əlamətləri ilə xarakterizə olunur. Elə hallar məlumdur ki, xəstələr bu vəziyyətdə dəhşətli, gözlənilməz hərəkətlər ediblər, hətta bəzən belə xəstələri sərxoş və psix kimi qəbul ediblər. Hələki siz öz huşunuzu itirməmisiniz və uda bilirsiniz—qidalanın! Ən yaxşısı isə şirin maye qəbul etməkdir.
Bu stadiyada hipoqlikemiyanın qarşısını almaq lazımdır, əks halda 3-cü faza başlayacaqdır.

ÜÇÜNCÜ FAZA: üzülmə, huşun itməsi, koma - artıq siz özünüzə kömək edə bilməssiniz, yalnız ətrafdakiların köməyinə ümüd qalır. Vəziyyət aşağıdakı senarilər üzrə inkişaf edə bilər:

a. Sizin yanınızda — evdə, küçədə, işdə-sizə nə olduğunu başa düşən adam vardır. Siz huşsuz uzanmısınız və udma refleksini itirdiyiniz üçün o sizə yeməyə və içməyə məcbur edə bilməz. Lakin o aşağıdakıları etməlidir- ağzınızdan diş protezlərini çıxartmalıdır (əgər mövcüddursa): ağzınızı qidadan təmizləməlidir: sizi zorla şirin su içməyə və ya yedizdirməyə çalışmamalıdır, lakin dilinizin altına qənd tikəsi qoya bilər; və təcili yardıma zəng etməli və mütləq izah etməlidir ki, diabetik huşunu itirmişdir;

b. Həkim birinci növbədə venaya təmiz qlükoza yeritməli və sizi xəstəxanaya aparmalıdır ki, sizi orada komatoz haldan çıxartsınlar.

c. Sizin yanınızda sizə nə olduğunu bilən adam yoxdur, ətrafdakılar təcili yardım çağırırlar, o gələnə kimi, həkim sizə nə olduğunu araşdırana kimi siz çox ola bilər ki vəfat edəsiniz. Hər halda uzun müddət davam edən hipoqlikemik koma sizin əqli qabiliyyətinizə əhəmiyyətli dərəcədə mənfi təsirini göstərəcəkdir.
Araşdırmanı davam edək və hipoqlikemiyanın səbəblərinə keçək.
1. Insulinin artıq qəbul edilməsi. Bu çox az hallarda rast gəlir. Lakin hal hazırda 1 ml-də 100 vahidlik insulin preparatlarının tədbiqi ilə əlaqədar onların insulin şprisləri ilə vurulmasında çoxlu səhvlərə yol verilir. Belə ki, 100 vahidlik insulinlərin 40 vahidlik insulin şprisləri ilə vurulması çoxlu hipoqlikemiya hallarının əmələ gəlməsinə səbəb olur. Əgər 100 vahidlik insulin 40 vahidlik insulin şprisləri ilə vurulursa, xəstə insulinin dozasını bu şprisdə həkimim təyin etdiyi miqdarda götürür və qəbul edir. Lakin, insulin 100 vahid olduğu üçün, xəstənin qəbul etdiyi doza təyin olunandan 2,5 dəfə çox olur ki, buda çox saylı hipoqlikemiya hallarına səbəb olur. Odur ki, xəstələr mütləq insulin preparatinin 1 ml-də neçə vahid olduğunu (1 ml-də 40 və ya 100 vahid) dəqiq təyin etməli və şprisdə həmin insulinin vahidinə uyğun seçilməlidir.

2. Qidanın qəbulunun gecikməsi. Belə hallar mümkündür. Belə ki, bəzən elə olur ki, küçədə, yığıncaqda və ya ictimai yerlərdə qida qəbulu münasib olmur. Belə hallarda vəziyyətdən yaxşı çıxış olmasada şokoladlı konfetlər, peçenyelər istifadə etmək məsləhət görülür.

3. Karbohidratların az yeyilməsi. Belə hallar çox az rast gəlinsədə, lakin ola bilər.

4. Alkoqollu içkillərdən sui-istifadə edilməsi. Biz yuxarıda qeyd etdiyimiz kimi şəkəri bir neçə saatdan sonra aşağı salır. Əgər siz evdə içmisinizsə, sonra fiziki işlə məşğul olmamısınızsa, və sizin əliniz altında şirin çay, bal, limonad, və bunlara bənzər sair varsa onda situassiya elədə qorxulu deyildir. Lakin, təsəvvür edin ki, siz qonaqlıqda içki qəbul etmisiniz, orada 3-4 saat oturmusunuz və piyada, yaxud nəqliyyatla istidə, basabasda evə gəlib çatmısınız. Hipoqlikemiya tutmasının ehtimalı küçədə və ya avtobusda çox yüksəkdir.

5. Həddindən çox fiziki fəaliyyət. Bu situasiya hipoqlikemiyanın ən çox rast gəlinən səbəbidir. Sizin rejim - daha doğrusu qəbul etdiyiniz karbohidratlı qidanın miqdarı və insulinin dozası tipik və stabil fiziki fəaliyyət üçün yoxlanılmış və qəbul edilmişdir. Bununla belə hətta bu vəziyyətdə belə xoşagəlməz hallar mümkündür – misal üçün insulin düzgün dozada qəbul edilmədi və nəticədə qanda şəkər yüksəldi. "Qida-insulin" münasibətinə 3-cü nəzərdə tutulmayan fiziki fəaliyyət qoşulursa - bu 3 halı hesaba almaq artıq çətin olur. Lakin bunun qlobal taktikası belədir: yemək lazımdır! Yadınızda saxlayın:

Hipoqlikemik komada sizi çox böyük təhlükə gözləyir, və o ketoasidoza nisbətən çox sürətlə əmələ gəlir! Hipoqlikemiya koma zamanı sinir hüceyrələri məhv ola bilər! 2 həftəlik yüksək şəkərdən hipoqlikemik komanın 1 dəqiqəsi daha təhlükəlidir!

Qeyd etmək lazımdır ki, hipoqlikemiyanın başlanmasını yuxarıda qeyd etdiyimiz əlamətlərlə hiss etmək olar, lakin bu əlamətləri bəzi dərman preparatlarının qəbulu zəiflədə bilir ki, buda xəstənin ilkin əlamətləri hiss etməməsinə gətirib çıxarır. Belə preparatlara beta-blokatorlar aiddir – məsələn, anaprilin, obzidan, atenolol, və s.

Indi isə hipoqlikemiyanın müalicə (və ya aradan götürülməsi) üsullarını nəzərdən keçirək. Biz onları bir neçə dəfə nəzərdən kəçirmişik. Indi isə bu çox vacib məsələyə hər tərəfli tövsiyələr verəcəyik.

Hər şeydən əvvəl qeyd etməliyik ki, hipoqlikemiyanı yağlı ərzaqlar olduğu üçün dondurma, şokoladlı konfetlər, pirojnalar vasitəsi ilə aradan götürmək olmaz, çünki yağ və soyuq sorulmanı ləngidir. Hipoqlikemiya o qədər sürətlə inkişaf edir ki, onu aradan götürmək üçün sizə “ani” şəkərli ərzaqlar lazımdır. Və siz təhlükənin əlamətlərini aradan götürdükdən sonra hipoqlikemiyanın 2-ci dalğasını təcrid etmək üçün sizə “sürətli” və “tədrici” şəkərli qidalar lazım olacaqdır. Siz əgər vaxtında hipoqlikemiyanı cilovlamısınızsa (0 və ya 1-ci fazada) onda 1-ci dalğanın əlamətləri sürətlə – 5-10 dəqiqə müddətində yox olacaqdır.

Hipoqlikemiyanın aradan götürülməsi taktikasını nəzərdən keçirək.

1. “ani” şəkərli ərzaqlardan istifadə edin: qənddən və ya şəkər tozundan – 12 qr = 1 ÇV hesabı ilə (dərhal 5-6 tikə qənd və ya 2-3 xörək qaşığı şəkər tozundan yemək lazımdır);

Bal – 2-3 xörək qaşığı

Hazırladığınız şirin içkilər (çay, isti suda həll olunmuş bal və ya mürəbbə);

üzüm və ya alma şirəsi – dolu stəkan, 250 ml;

üzüm və ya pivədən də istifadə etmək olar, lakin bu çox da məsləhət deyildir.

2. şəkər qəbul etdikdən sonra alma yeyin və hipoqlikemiyanın əlamətlərinin yox olmasını gözləmək üçün 5-10 dəqiqə uzanın.
3. beləliklə siz tərkibində təmiz şəkər olan ərzaqların köməyi ilə kəskin tutmanın qarşısını aldınız. O, artıq ağız boşluğunda sorulmağa başlayır və 3-5 dəqiqədən sonra qanda qlükozanın səviyyəsini sürətlə qaldırır. Lakin siz hələ hipoqlikemiyanı tam aradan qaldırmamısınız: yeyilən şəkər qlükozanı qanda sürətlə qaldırmış, lakin insulinin təsiri davam etdiyi üçün qanda şəkər enməyə başlamışdır. Hipoqlikemiyanın bu 2-ci dalğasını kompensasiya etmək üçün siz “tədrici” şəkərli 1-2 ÇV, ən yaxşısı isə qara çörəklə 1-2 buterbrod yeməlisiniz. Belə variantda mümkündür: 1 alma, bulka ilə 1 buterbrod (peçenyə, qalet), çörəklə 1-2 buterbrod.

Vəziyyət huşun itməsi ilə nəticələnibsə, onda müalicə belə olacaqdır:

1. Vena daxilinə 40%-li 60-80 ml qlükozanın tədricən və rəvan şəkildə yeridilməsi.

Vacib qeydlər:

1a. qeyri profesianallar (sizin qohumlaınız üçün) üçün digər preparat – qlükaqon var ki, o da apteklərdə tapılır. Qlukaqon qohumlarınız tərəfindən təcili yardım kimi dəri altına və ya əzələyə yeridilə bilər.
1b. əgər siz huşunuzun itməsi həddindəsinizsə, lakin udma qabiliyyətiniz varsa, sizə isti şirin mayə lazımdır. Siz uda bilmirsinizsə sizin qohumlarınız sizi böyrü üstə uzandırmalı, ağzınızı qidadan təmizləməli, diş protezlərinizi çixartmalı, dilinizin altına qənd qoymalı, və diqqətlə izləməlidilər ki, siz dilinizi dişləməyəsiniz və təcili yardımı gözləməlidirlər.
2. Birinci inyeksiyadan huşunuz özünə gəlmədisə sizə təkrar olaraq 40-50 ml qlükoza məhlulu vena daxilinə yeridilməlidir, sonra isə xəstəxanaya göndərmək lazımdır.

Nəzərə almaq lazımdır ki, ketoasidoz komanın (yüksək şəkərin) və hipoqlikemik komanın (aşağı şəkərin) zahiri əlamətləri çox oxşardır. Lakin hipoqlikemiya ketoasidoza nisbətən daha kəskin situasiya olduğu üçün təcili yardım həkimi birinci növbədə çox düzgün olaraq sizə qlükoza yeritməlidir, hətta sizdə ketoasidoz olsa belə. Sizə nə olduğunu ayırd etməyə vaxt yoxdur: əgər hipoqlikemiyadırsa həkim sizin həyatınızı xilas etməyə calışır, əgər ketoasidozdursa artıq şəkər sizin vəziyyətinizi pisləşdirmiyəcəkdir.
Huşun itməsi, komatoz hal – bu ağır hipoqlikemiyadır. Qlükozanın həddindən çox aşağı və sürətlə düşməməsi ilə müşaidə olunan daha yüngül formaları mümkündür ki, orqanizm özü qara ciyərdən ehtiyat şəkərin qana keçməsi ilə onun öhdəsindən gələ bilir. Gündüzlər gözləmək lazım deyildir ki, orqanizm öz rezervlərindən istifadə edərək hipoqlikemiyanı aradan qaldırsın – ləngimək lazım deyildir və ona hipoqlikemiyanı aradan götürmək üçün kömək etmək lazımdır. Lakin gecə siz yatdığınız üçün öz vəziyyətinizə nəzarət edə bilmirsiniz və əgər hipoqlikemiya əmələ gəlirsə orqanizm onda onunla tək başına mübarizə aparır və gecə hipoqlikemiyaları xüsusi ilə təhlükəlidir; onda siz onu yalnız gizli əlamət olan yuxu görmələr şəkilində hiss edirsiniz, siz, aclıqla əlaqədar dəhşətli yuxular görəcəksiniz, səhər isə yüksək şəkər, baş ağrısı və tər içində oyanacaqsınız. Orqanizmin müdafiə reaksiyası kimi hipoqlikemiyadan sonra şəkər, qara ciyərdən qlikogenin çıxması ilə əlaqədar həmişə yüksələcəkdir. Bir qədər yüksək şəkər adətən 5-8 saat davam edir, və buna görə insulinin dozasını artırmaq lazım deyildir.

Gecə hipoqlikemiyalarının səbəbi nədir? Hipoqlikemiyanin yaranmasına ən çox səbəb olan fiziki fəaliyyət gecə beləki ola bilməz. Lakin bu səhf fikirdir.

Siz axşam saat 9-10-a kimi intensiv işləmisinizsə və saat 11-də yemək yemisinizsə, onda sizdə gecə saat 2-3-də hipoqlikemiya tutması baş verə bilər. Deməli siz axşam ya insulinin dozasını azaltmaq, və ya güclü yeməlisiniz, və ya da şəraitdən asılı olaraq bunların hər ikisini birlikdə etməlisiniz. Gecə hipoqlikemiyasının digər hallarına gəldikdə isə bunlar yuxarıda qeyd olunanların eynidir: insulini həddindən çox yeritmisiniz, həddindən az və ya tamamilə yeməmisiniz, spirtli içki içmisiniz (axırıncı hal daha yəgin olur belə ki, hətta gündüz də içkidən sonra adamı yuxu basır).

Beləliklə biz təsdiq etdik ki, gecə hipoqlikemiyaları daha təhlükəlidir, və buna görədə onunla mübarizədə müəyyən taktika mövcüddur.
1. Saat 11-dən sonra insulin inyeksiyası etməməli (əgər edirsinizsə tələb olunan doza minimal olmalıdır).
2. Yuxudan qabaq 1-2 ÇV “tədrici” şəkər yemək lazımdır: bir stəkan süd, qara çörəklə buterbrod, və ya hər ikisini.
3. Yadda saxlamaq lazımdır ki, yatarkən qanda şəkərin miqdarı 7-8 mmol/l olmalıdır. Qanda şəkər 5,7 mmol/l-dən az olduqda hipoqlikemiya riski 70%-dir.
4. Siz 2 nəfər yatırsınızsa, xəstənin arvadı (əri) gecə hipoqlikemiyasının mümkünlüyünü bilməli və onun ilk əlamətlərində tərəfdaşını dürğüzmalıdır.

Təəsüf ki, elə kateqoriya xəstələr var ki, hipoqlikemiyanın başlanğıc əlamətlərini hiss etmir və şüurlarını dərhal itirirlər; bəzi xəstələr isə vaxt keçdikcə bu əlamətlərə həssaslığı zəifləyir. Bu çox əhəmiyyətli cəhətdir: birincisi, belə xəstələr qlükometrlə şəkərə nəzarət etməlidirlər, çünki hipoqlikemiya onları qəflətən yaxalayır; ikincisi, onlara dərhal dəri altı və ya əzələ daxili qlükaqon yeridilməlidir;
üçüncüsü, onlar bir çox fəaliyyət növlərindən – avtomobil sürməkdən, dəzgah arxasında işləməkdən və s. bu kimi işlərdən imtina etməlidirlər. Belə diabetiklər özlərinin məsuliyyətini hiss etməli və ətrafdakılar üçün onların xəstəliyinin bu xüsusiyyətinin təhlükəli olmasını dərk etməlidirlər.
Bunu belə nəzərə çatdırmaq olar:

Yalnız hipoqlikemiyanın yaxınlaşmasını hiss edən diabetik xəstə başqalarının həyatı asılı olan işləri yerinə yetirə bilər.

Hipoqlikemiya tutmasının qarşısını almaq üçün diabetli xəstə özündə həmişə aşağıdakı ərzaqları gəzdirməlidir: 5-10 tikə qənd və ya balaca qabda şirin içki (fanta, pepsi), alma, şirin peçenye və 3-4 qara çörəklə buterbrod. Bizim “təcili yardım apteçkamız” belə olmalıdır, və ona diabetik olmağımız haqda kart əlavə olunmalıdır. Kartoçkada sizin ünvanınız, insulinin dozası və markası, sizin həkiminizin soyadı və telefonu, həmçinin sizin hansı xəstəxanaya çatdırılmalı olmağınız göstərilməlidir.
Yuxarıda qeyd olunan ehtiyyat tədbirləri insulin və ya şəkəri aşağı salan preparatlar qəbul edən xəstələrə aiddir. 2-ci tip diabetli xəsətəlrdə də hipoqlikemiya rast gəlinir, lakin IAŞD xəstələrdə olduğu kimi tez-tez olmur. Indi isə biz ən axırıncı suala cavab verək: olmaz ki, hipoqlikemiyadan əgər biz hətta insulin də qəbul ediriksə, ümumiyyətlə qurtulaq? Bir qayda olaraq əgər söhbət huşun itməsi ilə gedən ağır hipoqlikemiyadan gedirsə (və ya hipoqlikemiyanın 3-cü, hətta 2-ci fazasından) mümkündür. Lakin, (sıfır və birinci faza) əgər yüngül hipoqlikemiyadan söhbət gedirsə bu mümkün deyildir. Hətta diabet nə qədər yaxşı kompensasiya olunursa hipoqlikemiya ehtimalı daha yüksəkdir; həmdə ən yüksək ehtimal qısa insulinlərlə çox saylı inyeksiyalarla müalicədə yaranır – yəni ki, intensiv – insulin terapiya müalicəsində.
Ilk baxışda hipoqlikemiyanın yaxşı kompensassiyanın bir əlaməti olmaq fikri paradoksal görsənə bilər. Belə halda necə “yaxşı” ola bilər? Lakin bu qərar haqqında fikirləşək. Yaxşı kompensassiya o deməkdir, siz qanda şəkəri normal dar çərçivədə – təxminən 4-8 mmol/l arasında tarazlayırsınız. Bu tarazlama çox incə, əks əlaqəyə malik “qurğu” olan mədəalti vəzi tərəfindən həyata keçirilir; siz isə bunu əlinizdə olan vasitələrlə – insulin, dieta, qlükometr və fiziki fəaliyyətin tənzimlənməsi ilə həyata keçirirsiniz. Sizin orqanizminizdə baş verən bu mürəkkəb biokimyəvi prosəsləri modelləşdirmək bacarığına maliksinizmi? Aydın məsələdir ki, yox. Yaxşı kompensasiya zamanı siz ikiqat səhv edə bilərsiniz: bəzən qanda şəkərin səviyyəsi 8 mmol/l-dən yuxarı, bəzən isə 4 mmol/l-dən aşağı olacaqdır. Axırıncı hal hipoqlikemiyadır.

Pis kompensassiya zamanı nə baş verir? Bu halda xəstə yüksək şəkərlə yaşayır: səhər ac qarnına onun şəkəri 10-11 mmol/l ? yeməkdən 16-20 mmol/l arasında olur. Aydın məsələdir ki, hipoqlikemiya ehtimali azdır, lakin xroniki ağırlaşmalar təhlükəli sürətlə inkişaf edir.
Buradan belə nəticəyə gəlmək olar. Sağlam insanlardakı kimi, 4-6 mmol/l səviyyəli şəkərə can atmaq lazım deyildir; əgər sizin şəkəriniz səhər ac qarnına 6-7 mmo/l, yeməkdən 2 saat sonra 7,8-8,5 mmol/l arasında olursa bu çox yaxşı kompensasiya hesab edilə bilər.

Axırda yenə nəticə:

Hipoqlikemiyanın yüngül əlamətlərindən qorxmaq lazım deyildir; onları hiss etmək və yaxınlaşan fəlakətin necə qarşısını almaği bilmək lazımdır. Latınlılar demişdir: kim xəbərdardırsa o silahlıdır. Qoy qədimdə yaşayanların müdrükliyi sizin fəaliyyətiniz üçün əsasnamə olsun.

 

 

 

 

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla