Diabet xəstəlik deyil, həyat tərzidir!
Əlaqə
Email: farhad@diabet.az
Alqoritm 13
- Подробности
 - Просмотров: 11602
 
12. DIABETIK PƏNCƏ SINDROMU
| 
 Diabetik pəncə sindromu – şəkərli diabetdə pəncələrin pataloji vəziyyəti olub, dərinin və yumşaq toxumaların, sümüklərin və oynaqların zədələnməsi və trofik yaraların əmələ gəlməsi ilə, dəri – oynaq dəyişiklikləri və irinli – nekrotik proseslərlə xarakterizə olunur.  
 | 
Təsnifatı(diaqnozun ifadə olunması)
| • Neyropatik forma  - osteoartropatiyasız; - diabetik osteoartropatiya-Şarko oynağı. • Neyroişemik forma. • Işemik forma.  | 
Diabetik pəncə sindromunda yara defektinin təzahür dərəcəsi
| 
 Dərəcə 
 | 
|
| 
 0 
 | 
Yara defekti olmur, lakin dəri quruluğu, barmaqların dimdikvari deformassiyası,metatarzal sümüklərin başcıqlarının qabarması, digər oynaq və sümük anomaliyalari olur. | 
| 
 1 
 | 
Infeksiya əlamətləri olmayan səthi yara | 
| 
 2 
 | 
Adətən infeksialaşmış, lakin prosese sümük toxumasının qoşulmadığı dərin yara. | 
| 
 3 
 | 
Abses yaranması və prosesə sümük toxumasının cəlb olunması ilə dərin yara. | 
| 
 4 
 | 
Məhdudlaşmış qanqrena(barmaqların və ya pəncənin). | 
| 
 5 
 | 
Bütün pəncənin qanqrenası. | 
Diabetik pəncə sindromunun diaqnostikası
Mütləq müayinə metodları:
| • anamnezin toplanması • ayaqlara baxış; • nevrolojı statusun qiymətləndirilməsi; • arterial qan dovranının vəziyyətinin qiymətləndirilməsi; • yara defekti materialının bakteriolojı müayinəsi  | 
Anamnez
| 
 Neyropatik forma 
 | 
 Işemik forma 
 | 
| 
 Diabetin uzun müddətli gedişi və ya/ və anamnezdə yaranın olması, pəncənin amputassiyası, pəncənin, barmaqların, dırnaq plastinkalarının deformassiyası. 
  | 
 Hipertoniya xəstəliyi və/ və ya dislipidemiya və/ və ya anamnezdə ürək-damar xəstəliklərinin,damarların aterosklerotik zədələnməsinin olması.   | 
| 
 Alkagoldan sui- istifadə 
 | 
 Siqaret çəkmədən sui- istifadə. 
 | 
Ayaqlara baxış
| 
 Neyropatik forma 
 | 
 Işemik forma 
 | 
| 
 Quru dəri, artıg güc düşən nahiyələrdə hiperkeratoz.  
 | 
 Dərinin rəngi – solğun və ya sianozlaşmis- 
hdir, pəncə atrofiyalaşmış,çox vaxt çatlar olur.  | 
| 
 Pəncənin,barmaqların,baldır-topuq oynaqlarının spesifik deformassi- 
yası, ikitərəfli şişlər.  | 
 Barmaqların, pəncənin deformassiyası spesifik xarakter daşımır. 
 | 
| 
 Hər iki tərəfdə pəncə arteriyalarında pulsassiya saxlanılır 
 | 
 Pəncə arteriyalarında pulsassiya zəifləmiş və ya yoxdur. 
 | 
| 
 Artıq güc düşən nahiyələrdə ağrısız yara defektleri. 
 | 
 Kəskin ağrılı akral nekrozlar 
 | 
| 
 Subyektiv simptomatikanın olmaması xarakterikdir. 
 | 
 Növbələşən ağsama  | 
Nevroloji statusun qiymətləndirilməsi 
 Diabetik neyropatiyanın mütləq müayinə metodlarına bax.
 
 Arterial qan dövranının vəziyətinin qiymətləndirilməsi
 
| 
 Metodlar  
 | 
 Zədələnmələrin əlamətləri  
 | 
| 
 Mütləq müayinə metodları  
 | 
|
| 
 Topuq–çiyin indeksinin ölçülməsi (uzanmış vəziyyətdə) 
 | 
 Topuq arteriyasının sistalik AT-nın (dizaltı nahiyədə ölçülür) çiyin arteriyasının sistalik AT-nə nisbəti <1,0 
 | 
| 
 Əlavə müayinə metodları 
 | 
|
| 
 • Arterial qan dövranının sürətinin ölçüməsi ilə dopleroqrafiya. 
  | 
 Orta sürət 5-6 sm/saniyə 
 Defektlər: konturlar və dolmalar.  | 
Yara defektinin bakteriolojı müayinəsi antibiotik terapiyaya həssaslığın təyini üçün yerinə yetirilir.
Diabetik pəncə sindromunun risk faktorarı
| • Klinik əlamətlərlə özünü göstərən distal polineyropatiya; • Periferik damarların istənilən mənşəli xəstəlikləri; • Pəncənin deformassiyası • Görməni əhəmiyyətli zəifləməsi(tam korluq); • Diabetik nefropatiya; • Yaşlı xəstələrin tək yaşaması • Alkagoldan sui – istifadə; • Siqaret çəkmə  | 
Risk qruplarında diabetik pəncə sindromunun skrininqi.
| 
 Mütləq müayinə metodları Diabetik pəncə sindromunun klinik formalarının təyini 
  | 
Diabetik pəncə sindromunun inkişafına risk faktorları olmadıqda müayinə ildə 1 dəfə aparılır.
 Diabetik pəncə sindromunun müalicəsi
 Diabetik pəncə sindromunun neyropatik formasının müalicəsi (endokrinoloq – diabetoloq tərəfindən ixtisaslaşmış şöbələrdə (kabinetlərdə – diabetik pəncə) aparılır.
 
| • şəkərli diabetin kompensassiyası(HbAlc<7%); • Zədələnmiş ətrafın immobilizassiyası və ya işinin azaldılması, ortopedik vasitələrdən də istifadə etmək olar; • Hiperkeratozlu sahələrin təmizlənməsi; • Pəncənin infeksiyalaşmış defektində antibiotikterapiya; • Antiseptik məhlulların tətbiq olunması ilə yaraların yerli işlənməsi(xloheksidin 0,05%li, dioksidin 1%li, 0,05%li,0,25%li)  | 
Sarğılar
| 
 Təmizlənmə stadiyası  
 | 
 Qranulyassiya stadiyası  
 | 
 Epitelizassiya stadiyası 
 | 
| 
 Aktisorb,inadin,hidrokol, 
sorbaqol  | 
 Hidrosorb,hidrosorb +, atrav- 
man, bronolind  | 
 Hidrofilm, bioklüziv 
 | 
Diabetik pəncə sindromunun işemik formasının müalicəsi
| 1. Cərrahi müalicəyə hazırlıq etapında: • şəkərli diabetin kompensassiyası(HbAlc<7%); • Pəncənin qorxulu işemiya əlamətlərinin aradan götürülməsi; - Reopoliglükin 400,0 v/d damcı, - kurantil, fleksital, fraksiparin - vazaprostan 600mkq 250ml 0,9%li NaCl məhlulunda v/d damcı – 21-28 gün; • Sulodeksin 600 v/sutka e/d – 14 – 21 gün, sonra 30-40 gün 250 vahid gündə 2 dəfə per os . Tam kurs ildə 2 dəfə 2.Damarlarda rekonstruktiv əməliyyat cərrahi stasionar şəraitində aparılır.  | 
Mütləq xəstəyə qlikemiyaya özünün nəzarət etmə metodunu və pəncələrə qulluq qaydalarını öyrətmək lazımdır!
			












